Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-607/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı X3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-31/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2 024-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli arayışlarına əsasən, X2 rayonu, İ Nügədi kəndində yaşayır və X3 ailə tərkibi: 1967-ci il təvəllüdlü həyat yoldaşı – X6, 1985-ci il təvəllüdlü oğlu – X4 və 1995-ci il təvəllüdlü oğlu – X5 ibarətdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, İddiaçı və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-389F, kod 30319018 saylı şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.
3. Quba rayonu, İ Nügədi Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli arayışı na əsasən, Cavabdeh mərhum atası X11 adına JN-388F saylı şəhadətnaməyə əsasən 0.20 ha həyətyanı torpaq sahəsi var və xx.xx.2017-ci il tarixə vergi borcu yoxdur.
4. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, X12 (Cavabdeh atası) və X1 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-388F, kod 30319018 saylı şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh, JN389F, kod-30319018 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən çıxarılması və həmin ərazidə qeyri-qanuni şəkildə apardığı əsa slı tikillərin cavabdehin hesabına sökülməsi və ərazinin abadlaşdırılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı X9 iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonunun İ Nügədı kəndində Azərbaycan Respublikası, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cı ıl tarixli 06 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-389F, kod-30319018 nömrəli şəhadətnamə ona təqdim olunmuşdur. Cavabdeh, Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsindən onun icazəsi olmadan istifadə edərək əsaslı tikinti aparmişdir. Bir kənddə yaşadıqları, el qınağını nəzərə alaraq ona cavabdehə bu mübahisənin öz aralarında həll o lunması üçün dəfələrlə müraciət etmiş, gözləmə mövqeyi tutmuşdur. Amma onun humanistliyindən istifadə edən cavabdeh onunla heç cür razılaşmamış, torpaq sahəsindən çıxmamış və ona – “bu torpaq mənə məxsusdur və sənə 1 qarış yerdə güzəşt edən deyiləm” deyərək cavab vermişdir. Cavabdeh halhazırda da ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hətta bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Beləliklə o, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Belə ki, ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxıl olur.
7. Məhkəmə Ekspertizası Mərkəzinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2017-ci il tarixli, 22365 saylı rəyindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu, elektron baza məlumatlarına əsasən Cavabdeh hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsinin 0.10 ha hissəsinin JN-389F saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətində olduğu və JN-388F saylı şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hal-hazırda istifadə etdiyi həyətyanının cənubunda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir
8. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, cavabdehin onun torpaq sahəsinə gedən yolu tutduğunu, yolun açılmasını, ev tikdiyin i bildirərək iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, 50-60 ildir ki, həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu və torpaq sahəsi ilə bağlı vergi ödədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh JN389F, kod-30319018 nömrəli şəhadətnamə ilə İddiaçı məxsus olan 0.10 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın Cavabdeh alınaraq X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (ha kim Rahim Həsənov)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-389F, kod 30319018 saylı şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. xx.xx.2017-ci il tarixli, 22365 nömrəli rəyində əsasən, Torpağa mülkiyyət hüququna dair JN-389F, kod 30319018 saylı şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu, Cavabdeh zəbt etdiyi torpaq sahəsinə aid mülkiyyət hüququnun olmadığı müəyyən olunmuşdur.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddələrinə istinad etmişdir b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edib iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi işə düzgün baxmamışdır. Belə ki, iddiaçının iddia etdiyi Torpağa mülkiyyət hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əslində etibarsızdır. Ona görə ki, şəhadətnaməyə əsasən göstərilən torpaq sahəsi atasına məxsus olmuş, həmin torpaq sahəsi üzərinə fərdi yaşayış evləri vardır ki, həmin evdə atasının köhnə evi və təzə tikilmiş evi vardır. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair Quba rayon Dövlət Arxivindən çıxarışlar vardır. Necə ola bilər ki, torpağa mülkiyyət hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əsasən 0,10 ha torpaq sahəsindən çıxsın, ancaq həmin torpaq sahəsi üzərində yerləşən ev atasının adına olsun və orada qalsın. İddiaçı heç vaxt bu torpaq sahəsində yaşamamış, həmin torpaq sahəsinə gedib-gəlməmişdir. Həmin torpaq sahəsində valideynləri və qardaşları yaşamışdır. Bu vəziyyət nəzərə alınsa onlara məxsus şəhadətnaməyə əsasən onlar da qonşunun torpaq sahəsinə və evə iddia etməlidir. Aqrar islahat aparılan zaman atası və özü orada yaşamışdır. İddiaçı orada yaşamamışdır. Beləliklə iş yenidən araşdırılmalı, onlara məxsus şəhadətnamə ilə torpaq sahəsinin koordonatları müəyyən edilməlidir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, ekspertizanın rəyi olmadan mübahisənin düzgün həlli qeyrmümkündür. B u səbəbdən iş üzrə təkrarən ekspertizanın təyin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh nümayəndəsi X13 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddia düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi işə düzgün baxmamışdır. Belə ki, iddiaçının iddia etdiyi torpağa mülkiyyət hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əslində etibarsızdır. Ona görə ki, şəhadətnaməyə əsasən göstərilən torpaq sahəsi onun atasına məxsus olmuş, həmin torpaq sahəsi üzərinə fərdi yaşayış evləri vardır ki, həmin evdə atasının köhnə evi və təzə tikilmiş evi vardır. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair Quba rayon dövlət arxivindən çıxarışlar vardır. Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 saylı şəhadətnaməyə əsasən o nun 0,10 ha torpaq sahəsindən çıxması göstərilib, lakin həmin torpaq sahəsi üzərində yerləşən ev atasının adınadır. İddiaçı heç vaxt bu torpaq sahəsində yaşamamış, həmin torpaq sahəsinə gedib-gəlməmişdir. Həmin torpaq sahəsində onun valideynləri və qardaşları yaşamışdır. Aqrar islahat aparılan zaman atası və o, orada yaşamışlar. İddiaçı orada yaşamamışdır. Beləliklə iş yenidən araşdırılmalı, onlara məxsus şəhadətnamə ilə torpaq sahəsinin koordonatları müəyyən edilməlidir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda bildirir ki, iddiaçının tələb etdiyi yer cavabdehin uzun illər ərzində tikdiyi evin yerləşdiyi ərazidir, ev köhnə tikilidir, qeydiyyat şəhadətnaməsi var. Mütəxəssis mütləq rəy verməlidir.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, yaşadığı Quba rayonunun İ Nügədı kəndində Azərbaycan Respublikası, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cı il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-389F, kod30319018 nömrəli şəhadətnamə ona təqdim olunmuşdur. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsindən icazəsi olmadan istifadə edərək əsaslı tikinti aparmışdır. Bir kənddə yaşamaları, el qınağını nəzərə alaraq cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etmiş, gözləmə mövqeyi tutmuşdur. Amma onun humanistliyindən istifadə edən cavabdeh heç cür razılaşmamış, torpaq sahəsindən çıxmamış və torpağın ona məxsus olmasını bildirmişdir. Cavabdeh hal-hazırda da ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hətta bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Beləliklə o, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Belə ki, cavabdehin ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxil olur. Heç kimin evini sökülməsini istəmi r. Ona “Kamaz” markalı maşının keçə biləcəyi qədər yer verilsin. Razılığa gələr. Evin yanında ikinci darvaza qoyulub. Cavabdeh əvvəlki vəziyyəti bərpa etsin. Yolunun eni 4 metr, uzunluğu isə həmin yoldan torpağına çatana qədər 25-30 metrdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X7 (sədrl ik edən və məruzəçi), X21 və X17) 2(105)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq rəy verilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza rəyini sübut kimi qəbul edərək ona istinad olunmasını məqsəmüvafiq hesab etmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, ona məxsus olduğunu bildirsə də bu, yuxarıda qeyd olunan sənədlərlə təkzib olunur. Apellyant apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir.
23. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 151, 152, 157, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə və MPM-in 14.21, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a)Kassasiya şikayətinin dəlilləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir.
31. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi və digər tikililər onlarındır. Həmin əmlaka sahiblik etmişlər. Hal hazırda evin bir hissəsi sökülə bilməz. İddiaçıya aid torpaq sahəsini zəbt etməmişlər. Əksinə iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi qədimdən onun valideynləri və onların valideynlərinin istifadəsində olmuş, orada fərdi yaşayış evi tikmişlər. Lakin Aqrar islahat zamanı torpaq sahələrinə dair verilən şəhadətnamələrdə cizgilər düzgün çəkilmədiyindən hal-hazırda iddiaçı onların tikililərinin olduğu torpaq sahəsinə iddia edir. Halbuki torpaq sahələrinin faktiki istifadə vəziyyətinə dair cizgilər çəkilmiş, bu formada xəritələrə düzəlişlər ediləcəkdir. İddiaçının iddia etdiyi formada olsa, onda gərək biz qonşunun torpaq sahəsinin və evinin bizə məxsus şəhadətnamədə düşdüyündən onu qonşudan tələb edək. Lakin bu hüquqdan sui istifadə olmaqla, vicdanlı davranış deyildir.
32. Kassator daha sonra bildirmişdir ki, Məhkəmə sübutlara qiymət verməmişdir. Halbuki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəy verə bilməmiş, rəy verə bilməməsinin səbəbini isə mübahisəli torpaq sahəsi ilə elektron baza məlumatlarında olan xəritələr və Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı fərmanı ilə təsdiq edilmiş torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələri arasında uyğunsuzluq olduğunu göstərmişdir. Belə olan halda m əhkəmə birinci instansiya məhkəməsi zamanı alınmış mütəxəssis rəyinə istinad etmiş, həmin rəy isə qeyri müəyyən olmaqla, bizə məxsus tikililərin və fərdi yaşayış evinin hansı hissəsinin iddiaçının iddia etdiyi torpaq sahəsinə düşməsi əks etdirilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29 hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər forma larda suiistifadə edilməsinə yol verilmir.
36. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
37. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidi r.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlə r davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
41. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
42. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydaları nı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
44. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digə r tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
47. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
48. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
49. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanm ış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
53. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
24. Belə ki, iddiaçının mövqeyinə görə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə onun adına 0.10 ha torpaq sahəsi ilə bağlı mülkiyyətinə dair şəhadətnamə veril mişdir. Cavabdeh torpaq sahəsini zəbt edərək orada tikinti aparılmasına əsaslanaraq tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını iddia edir.
25. Cavabdeh tərəf göstərir ki, atası X12 və anası X1 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-388F, kod 30319018 saylı şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş, bundan uzun müddət əvvəl isə həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, əvvəl atası, babası və sonra isə o, həmin torpaq sahəsindən istifadə edir, fərdi yaşayış evində isə yaşayır.
64. İddiaçı torpaq sahəsindən cavabdehin uzun müddət əvvəldən istifadə etməsi, orada yerləşən tikililərin uzun müddət əvvəl tikilməsi, həmin müddət ərzində fərdi yaşayış evində yaşaması il ə bağlı cavabdehin dəlillərin hər hansı münasibət bildirmir.
65. İddiaçı yalnız torpaq sahəsinin ona məxsus olan şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşməsinə istinad edərək cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsini tələb edir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr isə iddiaçının bu dəlili ilə razılaşaraq cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməli olması nəticəsinə gəlmişdir.
66. Qeyd edilməlidir ki, mübahisəli halların, yəni mübahisəli torpaq sahəsinin iddiaçının və ya cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına əsası kimi verilmiş şəhadətnamələrdə olan koordinatlardan hansına uyğun gəlməsi, torpaq sahəsinin cavabdeh tərəfin uzun müddət (atası və babasının istifadə olmasını iddia edir) is tifadəsində olubolmaması, torpaq sahəsinin və tikilinin iddiaçıya hər hansı aidiyyatının olması (onun tərəfindən tikilib tikilməməsi, istifadə etmirsə bunun hansı səbəbdən baş verməsi), uzun müddət ərzində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin və həmin tikiliyə münasibətdə istifadədə olan torpaq sahəsinin istifadəsində olması təsdiq olunduğu təqdirdə bu müddətdə iddiaçının hansı səbəbdən susması, iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən yerləşmə yerinin (torpaq sahəsi və tikilinin) naturada eynilik təşkil etməsinin aydınlaşdırılması zəruri olmuş və işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə araşdırmanın aparılmasını təmin etməmişlər.
67. Yuxarıda qeyd olunduğu kimi, iddianı təmin edən birinci instansiya məhkəməsi və həmin qə tnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ müəyyən olunmasına baxmayaraq həmin sahə cavabdehin qanunsuz sahibliyindədir. Bu səbəbdən həmin sahiblik iddiaçının mülkiyyət hüquqlarını pozduğundan cavabdeh torpaqdan və evdən çıxarılmalı, tikili sökülməlidir.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
69. Belə ki, cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olması ilə bağlı qənaət məhkəmələrin müəyyən etdiyi fak tlarla tam təsdiq olunmur. Çünki cavabdeh tərəfin torpağa mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməsi, tikilinin isə texniki pasportu vardır. Bunların isə torpaq sahəsinin yerquruluşuna uyğunluğu müvafiq mütəxəssis və ekspert rəyi ilə müəyyən etmək mümkündür. Ekspert rəyi ilə cavabdehin torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsi müəyyən olunur. Mütəxəssis isə torpaq sahəsinin yerləşmə yerinin müəyyən olunması ilə bağlı zəruri olan suallara cavab verilməsinin mümkün olmamasını göstəmişdir.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi uzun müddət əvvəldən istifadə olan torpağın və orada tikilmiş tikilinin cavabdehin qanunsuz sahibliyində olmasını hüquqi cəhətdən əsaslandırmamış, cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdir.
71. Digər tərəfdən, cavabdehin uzun illər ərzində torpaq sahəsinə və fərdi yaşayış evinə etirazsız sahiblik və istifadə etməsi təsdiq olunduğu təqdirdə, yalnız 2017-ci ildə hazırki iddia tələblərinin irəli sürülməsinə iddiaçının hüquqdan (mülkiyyət hüququndan) sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verilməmişdir.
72. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nə zərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
73. Oxşar mövqe X19 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
74. Yuxarıda qeyd olunanlardan irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin torpaq sahəsindən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsi ni və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir.
75. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gə lməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
76. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
77. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər t ələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
78. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla ə laqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
79. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
80. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, a pellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
81. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
82. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416- 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(105)-31/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.