Məhkəmə qərarları › İş №2(102)-6072/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6072/2019

27.09.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6072/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli, 2(103)3878/2019 nömrəli qətnaməsindən cavabdeh *** X3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ***X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun *** X4 əvvəllər tutduğu (aparıcı elmi işçi) vəzifəsinə bərpa olunması na dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8526/2018 saylı, 27 noyabr 2018ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli, 2(103)3878/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh *** X6 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh *** X6 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı ***na müsabiqədə iştirak etmək üçün heç bir təzyiq göstərilməmiş, o, könüllü olaraq elmi vəzifələrin tutulması üçün keçirilmiş müsabiqədə iştirak etmiş və iddia etdiyi vəzifəyə seçilməmişdir. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi Əmək Məcəlləsinin 50.4-cü maddəsini tətbiq etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ***nun 205 saylı 21 sentyabr 2018-ci il tarixli əmrindən çıxarışa əsasən, İddiaçı 21 sentyabr 2018-ci il tarixindən Müsabiqənin nəticələrinə görə iddia etdiyi vəzifəyə seçilməmiş sayılmışdır. ***nun 206 saylı 21 sentyabr 2018-ci il tarixli əmrindən çıxarışa əsasən, müsabiqə nəticələrinə görə İddiaçı iddia etdiyi (aparıcı elmiş işçi) vəzifəyə seçilmədiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən tutuduğu (aparıcı elmi işçi) vəzifədən azad edilmişdir. Əmək kitabçasının surətinə əsasən İddiaçı 21.09.2018-ci il tarixində 205 nömrəli əmri ilə ***nun Elmi Şurasının 21 iyun 2018-ci il tarixli iclasının (6 nömrəli protokol) və *** X9 Bürosunun 21.09.2018-ci il tarixli 06 saylı Qərarını nəzərə alaraq, 21.09.2018-c i il tarixindən müsabiqənin nəticələrinə görə iddia etdiyi vəzifəsinə seçilməmiş sayılmışdır və AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, *** X3 Nizamnaməsinin 2.3.4-cü bəndinə əsasən İnstitut elmi işçilərin attestasiyasını, onların işə qəbul edilməsi və vakant yerlərin tutulması üzrə müasbiqələrin keçirilməsini “Elm haqqında” Qanuna müvafiq surətdə təşkil edir. “Elm Haqqında” Qanunun 8-ci maddəsinin 5, 6 və 7-ci bəndinə əsasən elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Elmi işçilərin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan ed ilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabi qənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin Qeyd hissəsində göstərilir ki, bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. *** X8 vəzifələrin tutulması üçün müsabiqə keçirilməsi qaydalarında 1.4-cü bəndinə əsasən müsabiqə 5 ildə bir dəfə keçirilir. Bu müddət bitərkən İnstitutla əməkdaş arasında müqavilə hələ qüvvədədirsə, müsabiqə müqavilə qüvvədən düşdükdən sonrakı ən qısa zamanda keçirilir. *** X6 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün rəhbər tutduğu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanmışdır. Həmin maddənin “Qeyd” hissəsinə müvafiq olaraq səlahiyyətli orqan attestasiya komissiyası olduğu təqdirdə müsabiqə komissiyasının qərarı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Halbuki, qanunvericiliyin məzmunundan da göründüyü kimi işçilərin attestasiyasının keçirilməsi - onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi daşıyır. Müsabiqə isə vəzifənin tutulması üçün keçirilir. Belə olan halda məlum olur ki, 1988-ci ilin aprel ayından, yəni 30 il ərzində ardıcıl olaraq İqtisadiyyat İnstitutunda işləmiş, üç dəfə attestasiyadan keçmiş iddiaçının yenidən öz vəzifəsini tutmaq üçün cavabdeh tərəfindən müsabiqəyə cəlb edilməsi əsassız olmuşdur. Digər tərəfdən o da qeyd edilməlidir ki, iddiaçı barəs ində 03.12.2014-cü il tarixdə aparılmış sonuncu müsabiqənin 5 illik qüvvədə olma müddətinin 03.12.2019-cu ildə bitməsinə rəğmən, cavabdeh təşkilat 21.09.2018-ci ildə, yəni nizamnaməsi ilə müəyyən edilmiş müddətdən 1 il 3 ay əvvəl qanunsuz müsabiqə keçirməklə iddiaçını tutduğu vəzifədən azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının tutduğu vəzifəyə dair *** müsabiqənin keçirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur və bu səbəbdən iddiaçının tutduğu vəzifəyə münasibətdə həmin müsabiqənin keçirilməsi qanuni hesab edilə bilməz. Həmin əmr iddiaçıya münasibətdə də əsassız olmuş, iddiaçı ilə əmək münasibətlərinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəs inə əsasən...hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh ***-nın X9 Bürosunun 21.09.2018-ci il tarixli, 06 saylı qərarı heç bir hüquqi əsasa söykənmədiyi üçün, ***nun 21.09.2018-ci il tarixli 205 saylı əmri ləğv edilməli, həmin sənədlərin ləğvinin hüquqi nəticəsi olaraq işçi vəzifəsinə bərpa edilməli, iddiaçıya məcburi iş buraxmaya görə işə bərpa olunduğu vaxtadək ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh *** X3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli, 2(103)-3878/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar