Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6072/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qazax rayon polis şöbəsi) QƏRARİ Açar sözlər: Evdən çıxarılma, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən çıxarılma və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (104)-1740/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı atası X8, anası X12 olmaqla xx.xx.1995-ci ildə anadan olmuşdur.
2. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, X4 atası X8, anası X12 olmaqla xx.xx.1993-cü ildə anadan olmuşdur.
3. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2007-ci ildə ölmüşdür. 4. xx.xx.1999-cu il tarixli, 352 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,4 kv.m., yaşayış sahəsi 47,6 kv.m., 2 otaqlı fərdi yaşayış evi X3 adına qeydə alınmışdır.
5. Vərəsəlik hü ququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında yaşayan arvadı X12, oğlu X4 və qızı İddiaçıdır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. 6. 30.12.2007-ci il tarixli 2134 saylı arayış və xx.xx.1999-cu il tarixli 352 nömrəli qeydiyyat vəsiqəsinə əsasən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88,4 kv.m., yaşayış sahəsi 47,6 kv.m., köməkçi sahəsi 40,8 kv.m., 1960-cı ildə tikilmiş 2 otaqlı fərdi yaşayış evi və 0,0588 ha həyətyanı torpaq sahəsindən ibarətdir yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı xx.xx.2010-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
7. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əml akın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi X12 və 1/3 hissəsi X2 mülkiyyəti kimi daşınmaz əmlak üzərində hüquq xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 və X1 şəhəri, S.Vurğun küçəsi, döngə 2, 11 ünvanda yerləşən, ümumi sahəsi 86,9 kv.m olan fərdi yaşayış evi ni və evin yerləşdiyi, paylı mülkiyyətdə olan 0,581 ha torpaq sahəsindən onlara düşən hissəsini İddiaçı bağışlamışlar.
8. Doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 atası X10, anası Cavabdeh2 olmaqla xx.xx.2006-cı ildə anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qazax rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ünvan 3 ünvanından məcburi qaydada çıxarılması, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hü ququ əsasında ona məxsus olan ünvan 3 ünvanının satılması ilə bağlı Tovuz “ASAN xidmət” Mərkəzindən aldığı arayışdan ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus evdə pasport qeydiyyatındadır. Bununla bağlı Qazax rayon Polis Şöbəsinə müraciət etmiş, Polis Şöbəsinin ona ünvanladığı cavab məktubundan aydın olmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X16 atası X6 müraciəti əsasında valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixdə Qazax RPŞ-si tərəfindən AZE seriyalı 18271169 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 3-də daimi pasport qeydiyyatında olması qeyd edilmişdir. Digər tərəfdən isə ona məxsus evə heç bir aidiyyəti olmayan Cavabdeh2 bir müddət əvvəl qızı Cavabdeh1 qeydiyya tda olmasından istifadə edərək qızı ilə birlikdə 2-3 günlük qonaq gəlmək adı ilə ona məxsus evə gəlmiş, hazırkı vaxtadək evi tərk etməkdən imtina etmişdir. Bu səbəbdən də Cavabdeh2 ona məxsus evdən məcburi qaydada çıxarılmalı, X11 isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Cavabdehlərin ona məxsus evdə yaşamaları və onu evə buraxmamaları səbəbindən onun mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X18 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qazax şəhəri S.Vurğun küçəsi 2-ci döngə, 11 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qazax rayon mə hkəməsinin (X9) 2(023)-236/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh2 himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 ilə birlikdə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdehlər nə əvvəlki mülkiyyətçinin, nə də hazırki mülkiyyətçinin (iddiaçının) ailə üzvləri deyildir. İddiaçı ilə cavabdehlər arasında evdən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Cavabdeh qızı ilə birlikdə yalnız iddiaçının şifahi razılığı əsasında həmin evə qonaq gələrək həmin evdə yaşamağa başlamışlar. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqlarının olmadığ ı müəyyən olunur.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə, eyni zamanda evin əvvəlki mülkiyyətçisi ilə cavabdeh arasında mənzildən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin evdən istifadə hüququ da əmələ gəlməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin evə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması iddiaçının öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehlərin ona məxsus evdən çıxarılmasını tələb etməkdə haql ıdır.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Qazax Rayon Məhkəməsinin 2(023)-236/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
18. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən onların 2008-ci ildən qanuni əsasla mübahisəli evə köçürüldüklərini və daimi olaraq, fasiləsiz bu evdə yaşadıqlarını nəzərə almamışdır. Hansı ki, hə min ev onun qaynanası tərəfindən inşa edilmişdir. Evin hansı əsasla iddiaçının atasının adına qeydiyyata alınması bilinmir. Çünki iddiaçının atasının adına olan qeydiyyat vəsiqəsinin alınmasına əsas olan vərəsəlik işi hazırda mövcud deyildir. Mərhum əri Mehman Hüseynov həmin evdə daimi yaşamış, onlar da onun ailə üzvü kimi bu evə köçürülmüş və Aynur həmin evdə pasport qeydiyyatına alınmışdır. M.Hüseynov öldükdən sonra hazırki tələb ortaya çıxmışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədovun sədrliyi və məruzəsi ilə, R.Muradov, F.Mehtiyev) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehlər idd iaçının ailə üzvü deyildirlər və iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən onların istifadə hüquqları yoxdur.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir.
22. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 140.2, 152.1, 152.5, 157.2, 157.4, 228.1, 228.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(104)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işə yenidən təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul eilməsini xahiş etmişdir.
24. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh 2008-ci il tarixdən qanuni əsasla mübahisəli evə köçmüş və daimi olaraq, fasiləsiz bu evdə yaşamışdır. Həmin ev cavabdehin qaynatası tərəfindən tikilmişdir. Mərhum əri Mehman Hüseynov həmin evdə daimi yaşamış cavabdehdə onunla toy etdikdən sonra onun ailə üzvü kimi bu evə köçürülmüş və Aynur həmin evdə pasport qeydiyyatına alınmışdır. Həmin vaxt iddiaçıların bu evlə ümumiyyətlə heç bir əlaqəsi olmamışdır. Cavabdeh burada yaşamaqla istifadə hüququ əld ə etmişdir. Lakin məhkəmə onun istifadə hüququnu tanımamışdır.
25. Kassator daha sonra qeyd etmişdir ki, evin hansı əsasla iddiaçının atasının adına qeydiyyata alındığı bilinmir. Çünki, iddiaçının atasının adına olan qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş vərəsəlik işi hazırda mövcud deyildir. Bu barədə cavabdeh tərəfindən müvafiq sorğular verilmiş və cavablar məhkəməyə təqdim edilmişdi. Həmin sorğulara verilən cavablardan məlum olur ki, 1995-2009-cu illərdə X7 aid hər hansı miras əmlakına vərəsəlik işi açılmamışdı. Bu da onu göstərir ki, DƏDRX mübahisəli evlə bağlı qeydiyyat apararkən qanunun pozuntusuna yol vermiş, şəhadətnamə olmadığı halda qeyd aparmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır v ə dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün o lmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həm in hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. İş baxan məhkəmələr haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlər mübahisəli mənzildə istifadə hüququna malik deyillər. Onlarla mənzildən istifadə hüququnun yaranması üçün əsas ola biləcək müqavilə bağlanmamışdır.Cavabdehlərin mübahisəli mənzildə yaşamaqda davam etmələri iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəl ir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1740/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.