Məhkəmə qərarları › İş №2(102)-6073/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6073/2019

21.08.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6073/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Mirzəliyev Əsəd Abdulla oğlu və X5 oğlundan ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(103)2411/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Həsənov, iş № 2(008)-9776/2017) İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddiası təmin edilərək İddiaçı N ünva nında yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və H.Ü.Həmidov, iş № 2(103)2659/2018) Cavabdeh və X1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)7296/2018) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və İ.Ə.Kərimli) Cavabdeh və 3-cü şəxs X1 apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı mənzilə köçürmə tələbinin rədd olunması qət edilmişdir. İşin halları: İddiaçı 05 aprel 2008-ci il tarixdə Cavabdehla rəsmi nikaha girməklə ailə qurmuş, həmin nikahdan iki uşaqları olmuşdur. Onların ailə münasibətləri 2017-ci ilin may ayına kimi davam etmişdir. 18 may 2017-ci il tarixdə İddiaçı ailəsinə bir daha qayıtmayacağını, onu axtarmamaları və s. barədə məktub qoymaqla evdən getmiş və bununla əlaqədar Cavabdeh tələbi əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar ataları Cavabdeh yanında saxlan ılmışlar. 2017-ci ilin avqust ayında İddiaçı keçmiş əri və uşaqları ilə birlikdə yaşadığı N ünvanında yerləşən evə köçürülməsi barədə Cavabdeh qarşı iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh, üçüncü şəxs N və onların vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İş üzrə digər üçüncü şəxs M Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının köçür ülməsini tələb etdiyi mənzil 12 sentyabr 1989-cu il tarixli orderə əsasən Cavabdeh atası Na verilmişdir. Orderə əsasən mənzil sahəsi 40 kv.metr olan 2 otaqdan ibarətdir. Sonradan (1992-ci ildə) həmin evə bitişik vəziyyətdə müvafiq icazələr alınmadan daha üç otaq inşa edilmişdir. İddiaçının köçürülməsini tələb etdiyi iki otaqdan biri orderdə göstərilən sahəyə, digər otaq isə özbaşına tikiliyə aiddir. Özbaşına tikili iddiaçının keçmiş qayınatasının qardaşı X2 iddia etməsinə görə onun tərəfindən tikilmiş və hazırda həmin evdə özü yaşayır. Apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına əsaslanaraq hesab etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsi Cavabdeh məxsus olmadığından iddiaçı ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. M əhkəmə kollegiyasına görə Cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığı üçün iddia rədd edilməlidir. Gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsaslanmışdır. Qanunun həmin normasına görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. (54.1.) İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. (54.2.) Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. (54.4.) Apellyasiya instansiyası məhkəməsi göstərilən normaya əsaslanıb iddianı rədd e dərkən həmin normanın tələbinə əməl etməmiş və iddiaçıdan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olub-olmamasını soruşmamış, həmin məsələyə iddiaçının münasibətini aydınlaşdırmamış və normanın səbəb ola biləcəyi hüquqi nəticələri iddiaçıya izah etməmişdir. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini aydınlaşdırmadan işə irəli sürülmüş tələb üzrə baxılması MPM-nin 54-cü maddəsinin tələbinə uyğun olmadığından, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə iş üzrə prosessual hüquq normasının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. G östərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar