Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6075/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və Cavabdeh vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)4137/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(011)-3433/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddi açı 14 avqust 2006-cı il təvəllüdlü X7 və 15 may 2013-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “ünvan 1 fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2019-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(103)-4137/2019 saylı qətnaməsi ilə Ca vabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı 14 avqust 2006-cı il təvəllüdlü X7 və 15 may 2013-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı uşaqları: 14 avqust 2006-cı il təvəllüdlü X4 və 15 may 2013-cü il təvəllüdlü X2 gəlin köçdüyü, cehiz əşyalarının olduğu və ailəsi ilə birgə yaşadığı Cavabdeh məxsus mülkiyyət hüququ olmayan ünvan 1 fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxar ılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2005-ci ildə faktiki nikaha daxil olmuş, 03 oktyabr 2006-cı il tarixdə nikahları rəsmiləşdirilmiş və birgə nikahlarından 14 avqust 2006-cı il təvəllüdlü X6, 15 may 2013-cü il təvəllüdlü X5 anadan olmuşlar. 2005ci ildən iddiaçı cavabdehin yaşadığı özbaşına inşa olunan ünvan 1 fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əşyalarını həmin mənzilə gətirmiş və cehiz əşyaları mənzildə qalmaqdadır. Cavabdehin valideynlərinin müdaxiləsi nəticəsində tərəflərin ailə nikah münasibətləri pozulmuş, 2014-cü ilin fevral ayında həyat yoldaşı iddiaçını uşaqları ilə birlikdə valideynlərinin mənzilinə aparmış, bir müddət valideynlərinin mənzilində yaşamasını, cavabdehin valideynləri ilə münasibətləri bərpa olunduqdan sonra mənzilə qayıdacağını vəd etmişdir. Laçın Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları ləğv olunmuşdur. Nikah ləğv olunduqdan sonra cavabdeh iddiaçıya vədlər vermiş, nikahın ləğv olunmasının onların ayrılması üçün əsas olmadığını, valideynlərinə görə nikahlarının pozulmasını bildirmişdir. Bu müddət ərzində uşaqları Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi 20A saylı fərdi yaşayış evinə gedib gəlmiş, cavabdehin valideynləri ilə ünsiyyətdə olmuşlar. Son vaxtlar ona cavabdehin ikinci nikaha daxil olması, lakin nikahını rəsmiləşdirməməsi məlum olmuşdur. ünvan 1 ünvanda iki fərdi yaşayış evi inşa olunmuşdur. Cavabdehin valideynləri onun ailəsi ilə yaşadığı evi satmalarını desələr də, ev özbaşına inşa olunduğundan onun satılması mümkün deyildir. İddiaçının az yaşlı uşaqları ilə heç kimi maraqlanmır, atasına məxsus 3 otaqdan ibarət mənzildə qardaşının ailəsi ilə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işə səthi yanaşmış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul e tmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh 03 oktyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla, iddiaçı cavabdehin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, 20A ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, birgə nikahlarından 14 avqust 2006-cı il təvəllüdlü Sara və 15 may 2013-cü il təvəllüdlü Mələk adlı övladları anadan olmuşlar. Laçın Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Mübahisələndirilən ünvan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa və faktiki olaraq özbaşına tikili olsa da, tərəflərin birgə ailə münasibətləri pozulduğu tarixədək İddiaçı azyaşlı uşaqları ilə birgə orada yaşamışdır. Bundan əlavə apellyasiya icraatı mərhələsində mübahisələndirilən evə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ev faktiki olaraq cavabdehin valideynlərinin yaşadıqları evdən ayrıca olan tikilidir və onların evindən hasarla ayrılmışdır. Ev əvvəllər qaraj olsa da, sonradan inşa olunmuş əlavə tikililər və təmir nəticəsində yaşayış sahəsi kimi istifadə üçün yararlıdır. Ev ümumi giriş və mətbəx sahəsi olan bir otaqdan və iç-içə olan 2 yaşayış otağından ibarətdir. Evdə olan və özünü X3 təqdim edən qadın evi 2016-cı ildə aldığını və ailəsi ilə birlikdə orada yaşamasını göstərmişdir. İddiaçı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə cavabdeh kimi özbaşına inşa olunan ünvan 1 fərdi yaşayış evində yaşadığından, bu tikili iddiaçının azyaşlı uşaqları ilə birlikdə yeganə yaşayış sahəsi olduğundan, cavabdehin etirazında iddiaçının uşaqları ilə birlikdə bu evə köçürülmələrinin qarşısını ala biləcək əsaslar olmadığından iddiaçının uşaqları ilə birlikdə həmin özbaşına inşa olunan evə köçürülmələrinə dair iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliy i) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Ali Qanunun yuxarıda qeyd olunan norması ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Yuxarıda qeyd olunduğu kimi hazırki işdə İddiaçı azı 2006 -cı ildən mübahisəli mənzildə yaşaması və onun keçmiş həyat yoldaşı ilə ailə münasibətlərinə xitam verilməsi ilə əlaqədar yaşadığı evdən çıxarılması mübahisəsiz olaraq müəyyən edilmişdir. İddiaçının yaşadığı sahədən məhrum edilmənin qanuniliyi ilə əlaqədar isə məhkəmə kollegiyası hesab etmişdir ki, bu məhrumetmə qanunsuz olmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə Cavabdeh mübahisələndirilən evə hər hansı hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, mübahisələndirilən ev sənədsiz olmaqla, iddiaçı da cavabdehlə yanaşı həm in evdə bərabər yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. AzərbaycanRespublikasıMPM-in 217.2-cimaddəsinəəsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Y uxarıda qeyd olunduğu kimi, İddiaçı mübahisələndirilən evə azı 2006-cı ildə köçərək, orada yaşadığından hazırkimübahisəyə analogiya üzrə 01 oktyabr 2009cuiltarixədəkqüvvədəolmuşAzərbaycan Respublikası MənzilMəcəlləsininmüddəalarıtətbiqedilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, mübahisələndirilən yaşayış sahəsi faktiki olaraq özbaşına tikili olsa da, əvvəllər hər iki tərəf orada yaşadığından, hazırda da həmin tikili yaşayış sahəsi kimi istifadə olunduğundan İddiaçı da azyaşlı uşaqları ilə birlikdə eyni əsasla olaraq orada yaşamaq imkanı verilməlidir. Məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən evin əvvəllər qeyri-yaşayış sahəsi (qaraj) olması işin ədalətli həlli üçün mühüm əhəmiyyəti yoxdur. Belə ki, mübahisə ləndirilən tikilinin İddiaçı və Cavabdeh nikahları müddətində yaşayış sahəsi kimi düzəldilərək, sonuncuların tam istifadələrində verilməsi nəzərə alınaraq belə nəticəyə gəlmək olaraq ki, iddiaçının uzun müddət ərzində mübahisələndirilən özbaşına tikilidə sərbəst yaşaması, onun həmin tikilinin saxlanmasında bu iştirak etməsi, əməyinin və zəhmətinin olması öz təsdiqini tapmışdır. Həmçinin evin başqa şəxsə satılması qəbul edilsə belə, məhkəmə kollegiyası hesab edir ki, bu iddianın rəddi üçün əsas olmamalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mübahisələndirilən ev faktiki olaraq özbaşına olduğu üçün cavabdeh tərəfin ona sərəncam vermək hüquqları yoxdur və onların faktiki həmin evə sərəncam verməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Kassasiya kollegiyası, apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: C avabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-4137/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6075/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6075/2019
25.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver