Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6079/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(107)-11/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh4 "xxxx" ASC-nin (indiki İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin) “Nizami” filialından 2013-cü il 19 dekabr tarixli 1531/NF/13 PK №-li kredit müqaviləsinə əsasən illik 30 faizlə 12 ay müddətinə qaytarmaq şərti ilə evin təmiri üçün 750 manat; 2015-ci il 08 mart tarixli 0001/NF/15 №-li kredit müqaviləsinə əsasən illik 06 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı üçün 12200 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsinə əsasən isə illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı üçün 2800 manat kredit almışdır. 2. xx.xx.2013-cü il tarixli 153 l/NF/13 PK №-li kredit (borc) müqaviləsinə xx.xx.2015ci il tarixdə edilmiş 01 №-li əlavə və dəyişiklik üzrə kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. 3. 2013-cü il 19 dekabr tarixli 153 l/NF/13 PK№-li kredit müqaviləsinin təminatı olaraq, Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138.32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2013-cü il 23 aprel tarixli 0467/NF/13A №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2013-ci il tarixdə edilmiş 02 №-li əlavə ilə yüklü edilmişdir. 4. 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsinin təminatı olaraq:
1. Qəbələ rayonu, Laza kəndində X1 mülkiyyətindəki 0.04 ha torp aq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83.5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2013-cü il 25 oktyabr tarixli 1316NF/13 №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 01 №-li əlavə ilə;
2. Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli 0467NF/13/A №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 04 №-li əlavə ilə yüklü edilmişdir. 5. 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsinin təminatı olaraq:
1. Qəbələ rayonu, Laza kəndində X1 mülkiyyətindəki 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83.5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2013-cü il 25 oktyabr tarixli 1316NF/13 №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 01 №-li əlavə ilə;
2. Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli 0467NF/13/A №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2015-ci il tarixdə edilmiş 04 №-İi əlavə ilə yüklü edilmişdir. İpoteka müqavilələrinə əlavələr notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Cavabdeh4 İddiaçı BOKT ASC-nin xeyrinə 2013-cü il 19 dekabr tarixli 1531/NF/13 PK №-li kredit müqaviləsi üzrə 694,39 manat əsas, 1035.80 manat hesablanmış faiz borcu olmaqla, cəmi 1.730,19 manat; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsi üzrə 12.145,84 manat əsas, 14733.11 manat hesablanmış faiz, 20425.26 manat dəbbə pulu olmaqla, cəmi 48304.21 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsi üzrə 2.758,89 manat əsas, 3213.02 manat hesablanmış faiz, 4706.67 manat dəbbə pulu olmaqla, cəmi 10678.58 manat; hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınması; tutmanın ilkin satış qiyməti 47.000 manat müəyyən edilməklə Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən fərdi yaşayış evi nə, İlkin satış qiyməti 10.000 manat müəyyən edilməklə Qəbələ rayonu, Laza kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; ipoteka predmeti ilan evlərdən orada yaşayan Cavabdeh1, Cavabdeh2, X2, X3 və Cavabdeh5 çıxarılması, fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 201 5-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsinin və 0002/NF/15 №-li kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən SKMF və ya KTA hesabına verilmiş kredit vəsaiti Fonda və ya Agentliyə geri qaytarılarsa, həmin andan borclu ilə "xxxx" ASC arasında müvəkkil bankın faiz tariflərinə müvafiq qaydada, yəni 32 %-lə borcluda qalmış məbləğə bu müqavilə və ipoteka müqavilələri bağlanmış hesab edilir. Vəsait qaytarılanadək icra edilməmiş, yəni ödənilməmiş borcun əvəzini də borclu müvəkkil bankın yeni faiz dərəcələrilə ödəməlidir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri iki qat hesablayıb borcludan tələb edir. 2018-ci il iyulun 24-dək Cavabdeh4 İddiaçı BOKT ASC-yə 2013-cü il 19 dekabr tarixli 1531/NF/l3 PK №-li kredit müqaviləsi üzrə 694,39 manat əsas, 1035.80 manat hesablanmış faiz, cəmi 1 730.19 manat; 2015-ci il 08 yanvar tarixli 0001/NF/15 №-li kredit müqaviləsi üzrə 12 145,84 manat əsas, 14733.11 manat hesablanmış faiz, 21425.26 manat dəbbə pulu, cəmi 48304.21 manat; 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 №-li kredit müqaviləsi üzrə 2758.89 manat əsas, 3213.02 manat hesablanmış faiz, 4706.67 manat dəbbə pulu, cəmi 10678.58 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibətlərini bildirmirlər. 8. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli H/02-PLS saylı qiymətləndirmə rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, 0,1 ha torpaq sahəsinin bazar dəyəri 50.000 manat, X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsinin bazar dəyəri 12000 manat müəyyən edilmişdir.
9. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 20 noyabr 2019-cu il tarixli, 2(025)-130/2019 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddianın qismən təmin edilməsi, xx.xx.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 694,39 manat əsas borc, 1035,80 manat faiz olmaqla, cəmi 1730,19 manat borc; xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 12145,84 manat əsas borc, 14733,11 manat faiz, 1300 manat dəbbə pulu olmaqla, cəmi 28.178,95 manat borc; xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 2758,89 manat əsas borc, 3213,02 manat faiz, 280 manat dəbbə pulu olmaqla, cəmi 6251,91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh4 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fə rdi yaşayış evinə, 0,1 ha torpaq sahəsinə və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, tələb üzrə tutmanın X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 12000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, bor c ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yön əldildikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi Cavabdeh4 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İddianın təmin olunmayan hissəsində məhkəmə hesab etmişdir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 1300 manat, xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 280 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh4 hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi kimi 500 manat pulun tutulması” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 467-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin borcun tutulma sı hissəsində ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə hesablanmış və hər iki kredit müqaviləsi üzrə tələb olunan borcun tutulması, həmçinin evə yönəldilməsi hissələrini əsassız sayır. Kredit müqavilələri üzrə illik faiz dərəcələrinə diqqət yetirilməmiş və məhkəmə qətnamə qəbul edərkən iddiaçının yazdığı maliyyə arayışlarına və iddia ərizəsinə istinad edərək qətnamə qəbul etmişdir. İddiaçının maliyyə arayışında kreditin illik faiz dərəcəsi 2 kredit müqaviləsində 6% qeyd edilmişdir. Lakin məhkəmə onun təqdim etdiyi əsaslı vəsatətini təmin etməmiş, mühasibatlıq ekspertizası təyin etmədən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin hər üç kredit üzr ə hesablanmış və tələb olunan borcundan narazıdır. Məhkəmə borcu hansı üsulla hesablamasına dair əsaslandırıcı heç bir qeyd etmədən qətnaməni yalnız bankın təqdim etdiyi birtərəfli maliyyə arayışı və iddia ərizəsinə əsasən çıxarmışdır. İddiaçının borcun hesablanmasına dair heç bir əsaslandırılmış hesablama qaydası və ya cədvəli yoxdur. Məhkəmə qətnaməsində ümumiyyətlə onun borcdan nə qədər ödədiyi barədə məlumat belə yoxdur, iddiaçı həmin ödənişlərin sənədləri ümumiyyətlə təqdim etməyib. Bank tərəfindən faiz hesablanması ümumiyyətlə tam səhvdir. Bu adi riyazi hesablamadır. İddiaçının bildirdiyinə görə ən böyük krediti üzrə əsas qalıq borcu 12145 manat təşkil edir. Kredit müqaviləsi üzrə faiz dərəcəsi 6% təşkil edir. 12145 x 6%=728 manat edir. Bu illik hesablanacaq faizdir. Onun son ödəni şinin 2016-cı ilin fevral ayında olduğu nəzərə alınsa, təxminən 3 ilə yaxın ödənişinin olmaması nəzərə alınsa, onun müqavilə müddəti bitən tarixə faiz borcu 2148 manat edə bilər. Lakin bank ondan bu kredit üzrə 14733,11 manat pul tələb edir. Bu təxmini hesablamadır. Dəqiq hesablama cədvəlini təqdim edir və ödəniş qəbzlərinin bir hissəsini və hesabdan çıxarışı vəsatətə əlavə etmişdir. Bildirir ki, bank ondan faizləri kreditin bitmə tarixinə qədər tələb edə bilər.
14. Cavabdehlər Cavabdeh1 və X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə hesablanan borcun məbləği əsassızdır. Belə ki, onlar bu kreditlərə girov qoyulmasından xəbərsizdirlər. Həmin kre ditlər müxtəlif vaxtlarda verilib və onlar bununla bağlı notariat kontoruna getməmişlər. Bank borc məbləğini şişirdib. Həmçinin evlərin müəyyən olunmuş satış qiymətlərindən narazıdırlar. Çünki bu qiymətə Qəbələ şəhərində ev yoxdur. Hər iki evin qiymətlənsirilməsi onların xəbərləri olmadan həyata keçirilib. Qiymətləndirici bankla əlbir olub bu qiymətləri qoymuşlar. Məhkəmə işə baxarkən onların iştirakını təmin etməmişdir. Bank məhkəməyə qədər onlara xəbərdarlıq və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər göndərməli idi. Lakin bunları etməmişdir. Ola bilər ki, iş materiallarında bu barədə sənəd qoyulsun, ancaq bu sənədlər hamısı saxtadır. Bundan əlavə, əmlakın qətnamə üzrə qoyulmuş qiymətə satılmasına etiraz edir. Girov əmlakın qiyməti göstəriləndən 100% aşağıdır. Bank bur da da qanunsuzluq edib qiymətləndirmə təşkilatı ilə girov qoyulmuş əmlaka az qiymət qoyub evini ucuz almaq istəyir. Belə ki, məhkəmə heç bir sənədə istinad etmədən evlərə qiymət qoymuşdur. Daha dəqiqi saxta ekspert rəyinə əsasən evlərə aşağı qiymət qoyulmuşdur. Evlərin dəyəri yazılandan 100% çoxdur. Qəbələ şəhərində təmirli 200 kvadrat metr sahəsi olan ev təqribən 50000 manatdır. Bu səbəbdən də məhkəmə ekspertiza təyin etməli və evin dəyərinin hazırki dövrdə nə qədər olmasını müəyyən etməlidir. Məhkəmə qətnaməsi qəbul olunarkən qeyd olunan faktlar araşdırılmadan ona yüksək məbləğdə borc hesablanmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1773 saylı rəyi ilə Cavabdeh4 iddiaçı "xxxx " QSC-yə xx.xx.2018-ci il tarixə olan borcu xx.xx.2013-cü il tarixli müqavilə üzrə əsas borc 706,48 manat, faiz borcu 474,53 manat, xx.xx.2015-ci il tarixli, 0001/NF/15 saylı kredit müqaviləsi üzrə əsas borc 12147,81 manat, faiz borcu 1801,92 manat, xx.xx.2015-ci il tarixli 0002/NF/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2759,40 manat, faiz borcu 409,31 manat olduğu müəyyən edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirmə keçirilməsi haqqında qərardadına əsasən “X6” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Ə.Bağırov küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin hazırki dövrə olan likvid qiyməti 80000 manat, X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində 0,04 ha torpaq sa həsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin likvid qiyməti isə 14000 manat müəyyən edilmişdir.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 19 may 2022-ci il tarixli, 2(107)-11/2022 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilərək, Cavabdeh4 xx.xx.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 474,53 manat, xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 1801,92 manat, xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 409,31 manat məbləğində faiz borcunun tutularaq İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 manat, X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100.24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsinin ilkin satış qiymətinin 14000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd etmişdir ki, kollegiya apellyasiya şikayətinin faiz məbləğinin çox o lması ilə qismən razılaşır. Belə ki, məhkəmə kollegiyası işin obyektiv və tam araşdırılması, borcun dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1773 saylı rəyi ilə xx.xx.2018-ci il tarixə olan borcu xx.xx.2013-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 706,48 manat, faiz borcu üzrə 474,53 manat, xx.xx.2015-ci il tarixli, 0001/NF/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 12147,81 manat, faiz borcu üzrə 1801,92 manat, xx.xx.2015-ci il tarixli 0002/NF/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2759,40 manat, faiz borcu üzrə 409,31 manat borcu olduğu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmu ş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından (səh. 41) göründüyü kimi cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. Cavabdehlər məhkəməyə qədər xəbərdarlıq və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin olmadığını, olsa da həmin sənədlərin saxta olduğunu bildirsələr də onların bu dəlilləri əsassızdır. Belə ki, onlar iş materiallarında olan sənədlərin saxta olduğunu iddia etsələr də buna dair məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişlər. Məhkəmə isə yalnız ona təqdim edilmiş mötəbər sübutlara əsasən qərar qəbul edir.
21. Məhkəmə kollegiyası X6 MMC-nun rəyinə istinadən hesab etmişdir ki, qətnamə ipoteka predmetinin qiymətinə aid hissədə də dəyişdirilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 448.2, 449.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 34.1.2, 39.3.3 və 59.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı BOKT ASC (Vəkil1) k assasiya şikayəti verərək, qətnamənin kredit müqaviləsi üzrə borcun miqdarının müəyyənləşdirilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yenidən məhkəmə baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqavilələrini yox sayaraq cavabdehin xx.xx.2013-cü il tarixli, kredit müqaviləsi üzrə 474.53 manat, xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə isə müvafiq olaraq 1801.92 manat və 409.31 manat borcunun olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi tamamilə qanunsuz və əsassızdır. Kredit borcunun hansı əsaslarla bu qədər azaldılması, ekspertin hansı ödəniş qəbzləri nə əsasən bu rəyi yazması, məhkəmə tərəfindən isə həmin rəyin təsdiq edilməsi səbəbi iddiaçıya məlum olmamışdır. İş materiallarında cavabdehin bu kredit müqavilələri üzrə borcunu ödəməsini təsdiq edən heç bir kassa mədaxil qəbzləri yoxdur. Cavabdehin uzun müddət bankın pulunu özündə qanunsuz olaraq saxlayıb banka vurduğu zərər barədə qətnamədə heç bir fikir yoxdur. Məhkəmənin hər kəsin qanun qarşısında bərabərlik prinsipini pozması aydın görünür. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir. Müqavilənin 5.5-ci bəndinə əsasən müqavilədə nəzərdə t utulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Göründüyü kimi tərəflər müqavilə şərtlərini azad şəkildə müəyyən ediblər. Məhkəmə qətnamə qəbul edən zaman tərəflər arasında bağlanan müqavilələri nəzərə almamış, müqavilə azadlığı prinsipini pozmuşdur. Tərəflərin iradə ifadəsi olan müqavilədə kreditorun borcun ödənilməsinin gecikdirildiyi halda əsas, faiz və dəbbə pulu tələb etmək hüququ nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
28. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
29. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya la zımınca icra etmədikdə yönəldilə bilər.
30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
31. Maddə 319.6. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli dir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 10.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
37. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya l azımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
38. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır
39. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır
40. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
41. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cüml ədən elektron qaydada keçirilən hərracda satıla bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyinə görə məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlilləri kredit müqavilələri üzrə hesablanmış borc məbləğinin düzgün müəyyən edilməməsi barədədir.
53. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə borcun məbləğini kreditorun hesablamasına əsasında müəyyən etmiş, həmin hesablamanın düzgünlüyünü yoxlamamışdır. Apellyasiya instansiyası məhkəməsi borcun düzgün hesablanmadığı barədə cavabdehlərin dəlillərini araşdırmaq üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin etmiş, ekspert tədqiqatının aparılması üçün bütün sübutları ekspertə təqdim etmişdir. Ekspertin rəyi ilə müəyyən olunan borcun məbləği, iddiaçının hesablamasından fərqli nəticə vermişdir. Ekspertin rəyi xx.xx.2022-ci il tarixdə elektron kabinetdə yerləşdirilmiş, lakin rəyə dair hər hansı etiraz və mülahizə daxil olmamışdır. İddiaçının apellyasiya instansiyası məhkəməsində ekspertin rəyinə etiraz bildirmədiyi halda kasasiya şikayətində həmin məbləği mübahisələndirməsi, kassasiya baxışının hədləri ilə əhatə olunmur. Çünki işin hallarının müəyyən olunması kassasiya araşdırmasının predmeti deyildir.
54. Borcun müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının tələblərinə əməl edib etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləği yuxarıda bəhs edildiyi kimi ekspert rəyi ilə müəyyən edilmişd ir. Ekspertin rəyi sübut növlərindən biri olmaqla, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, məhkəmə üçün məcburi deyildir və hər bir halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir (MPM-nin 88 və 103.1-ci maddələri).
55. Nəzərə alınmalıdır ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.1 və 102.2-ci maddələri).
56. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də ekspertin rəyini tədqiq etmiş, rəyi mötəbər sayaraq sübut kimi qəbul etmişdir (bu qərarın 19-cu paraqrafı).
57. Ekspertin hansı ödəniş qəbzlərinə əsasən rəy verməsinin məlum olmaması, iş materiallarında cavabdehin bu kredit müqavilələri üzrə borcunu ödəməsini təsdiq edən heç bir kassa mədaxil qəbzlərinin olmaması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Çünki mülki işin 1-ci cildinin 218-220-ci səhifələrində cavabdehin qeyd olunan kredit müqavilələri üzrə etdiyi ödənişlərə dair bank tərəfindən verilmiş hesabdan çıxarışlar var və ekspert tədqiqatı da həmin məlumatlar nəzərə alınmaqla aparılmış, nəticəyə uyğun rəy verilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində ekspertin rəyi ilə razılaşmadığını göstərməsinə baxmayaraq, bu dəlillərini ümumi tezislərlə ifadə etmiş, ekspert hesablamasının səhv olması qənaətinə gəlməyə imkan verən hər hansı təhlillə əsaslandırmamışdır.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-11/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.