Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-608/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 30 yanvar 2019-ci il İş 2(102)-608/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyevvəİ.R.Xələfovdanibarəttərkibdə, Ş.Ə.Allahverdizadəninkatibliyi, İddiaçı və vəkili P.M.Məhərrəmovun, cavabdeh “xxxx” ASC-nin vəkili C.B.Alıyevin iştirakı ilə, İddiaçı və vəkili P.M.Məhərrəmovun BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-cı il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 13 mart 2018-cı il tarixli qətnaməsiilə(N.T.Tağıyeva, iş 2(006)-1475/18) İddiaçı ca vabdeh “xxxx” ASC-nə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-cıil tarixli qətnaməsi ilə (A.N.İmanov, E.Q.Nəbiyev vəŞ.S.Seyidova, iş 2(103)-6384/18)Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 13 mart 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili P.M.Məhərrəmov kassasiya şikayəti verib qətnaməninləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada xəbər verilmiş, “xxxx” ASCnin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman İddiaçı və vəkili P.M.Məhərrəmov kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını, “xxxx” ASC-nin vəkili C.B.Alıyev kassasiya dəlillərinə etirazını bildirib şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşıişə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət edib, cavabdeh “xxxx” ASC üzrə 23 oktyabr 2017-ci il tarixli, k/17-05322 saylı əmrin ləğv edilməsi, özünün əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin k/17-05322 saylı, 23.10.2017-ci il tarixli əmri ilə müqavilə müddətinin qurtar ması ilə əlaqədar 23.10.2017-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən onunla işəgötürən arasında bağlanmış əmlak müqaviləsinə xitam verilmişdir.Həmin əmr qanunsuz olduğundan ləğv edilməlidir.Belə ki, onunla 17.04.2015-ci il tarixdə “xxxx” ASC arasında əmək müqaviləsi bağlanaraq aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. 07.09.2015-ci il tarixdə isə nəzarətçi mühəndis vəzifəsinə keçirilmişdir.Aparıcı mühəndis vəzifəsindən fərqli əmək funksiyaları müəyyən edilmişdir.Övladı 2005-ci il təvəllüdlü X1 İİ qrup əlildir, bunlar nəzərə alınmadan əmək müqaviləsinə qərəzli şəkildə xitam verilmişdir.Onun vəzifəsinin dəyişdirilməsi üçün ona təzyiqlər olmuşdur. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməmiş, id diaya iddia müddətinin tətbiq edilib rədd olunmasını xahiş etmişdir. İşüzrəyuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili P.M.Məhərrəmovkassasiya şikayətini onunla əsaslandırmışlarki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işəbaxılanzaman İddiaçı cavabdeh təşkilatda 20 il müddətində fasiləsiz işləməsinə, himayəsində 2005-ci il təvəllüdlü övladının sağlamlıq imkanları məhdud olan şəxs olmasına, əmrin dəyişdirilməsi və başqa işə keçirilməsi barədə razılıq ərizəsinin olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin rədd olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı və vəkili P.M.Məhərrəmovu, “xxxx” ASC-nin vəkili C.B.Alıyevi dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təminedilməli, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyul 2018-cıil tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasi ya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə iddiatələbininrəddolunmasıbarədənəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini İddiaçı işdən azad edilməsi ilə bağlı “xxxx” ASC-nin k/17-05322 saylı 23 oktyabr 2017-ci il tarixli əmrinin əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar verilməsinə və həmin əmrin ləğv edilməsi üçün əsasların olmamasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Əmək kitabçasında olan k-15-0359 saylı 30.04.2015-ci il tarixli əmrə əsasən İddiaçı “xxxx” ASC-nin Şimal RETS Sumqayıt EŞ-in Enerji satış sahəsinə aparıcı mühəndis vəzifəsinə qəbul edilmiş, k-15-2333 saylı 07.09.2015-ci il tarixli əmrlə Sumqayıt EŞ-in Enerji satış sahəsinə nəzarətçi mühəndis vəzifəsinə keçirilmiş, k-17-05322 saylı 23.10.2017-ci il tarixli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 17 aprel 2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı X5 Təchizatı və Satışı İdarəsi Sumqayıt Elektrik Şəbəkəsində enerji satış sahəsinə aparıcı-mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 03 ay müddətində bağlanmış, işin birinci ayı sınaq müddəti hesab edilmişdir. “xxxx” ASC-nin k-15-2333 saylı 07.09.2015-ci il tarixli əmrinə əsasən İddiaçı 07.09.2015-ci il tarixdən Şimal RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsində X4 aparıcı mühəndisi vəzifəsindən 450 manat əmək haqqı ilə Sumqayıt Elektrik Şəbəkəsinin enerji Satış Sahəsinə nəzarətçi-mühəndis vəzifəsinə keçirilmişdir. “xxxx” ASC-nin k/17-05322 saylı 23 oktyabr 2017-ci il tarixli əmrinə əsasən Şimal RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsində X4 nəzarətçi-mühəndisi İddiaçı əmək-müqaviləsinin m üddəti qurtardığına görə 23.10.2017-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçına ünvanlanan müddətli əmək-müqaviləsinə xitam verilməsi haqqında bildirişdə onunla bağlanmış müddətli əmək müqaviləsinə 23.10.2017-ci il xitam verildiyi bildirilməklə əmək kitabçasını götürmək üçün Səhimdar Cəmiyyətin Kadırlar İdarəsinə müraciət etməyi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əmək Məcəlləsinin 60-cı maddısinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər.Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı istisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından aşağı olmamağla ödənilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işəbaxılanzaman hazırkı iş üzrə İddiaçı ilə “xxxx” ASC arasında 17.04.2015-ci il tarixdən 17.07.2015-ci il tarixədək müddətə bağlanmış müddətli əmək müqaviləsinə əsasən birinci iki ayı sınaq müddəti hesab edilməklə İddiaçı aylıq 500 manat əmək haqqı ilə Sumqayıt EŞ-in Enerji satış sahəsinə aparıcı mühəndis vəzifəsinə qəbul edilməsinə, k-15-2333 saylı 07.09.2015-ci il tarixli əmrlə isə Sumqayıt Elektrik Şəbəkəsinin enerji Satış Sahəsində 500 manat əmək haqqısı olan aparıcı mühəndis vəzifəsindən 450 manat əmək haqqısı olan nəzarətçi-mühəndis vəzifəsinə yəni az maaşlı işə keçirilməsinə və iş materiallarında bununla bağlı işçi kimi İddiaçı yazılı razılığının olmasını təsdiq edən sübutların olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, əmək müqaviləsinin müddəti bitdiyindən onun ləğv edilməsi üçün nəzərdə tutulan əsasların olmaması, işəgötürən “xxxx” ASC tərəfindən iddiaçıya münasibətdə əmə k qanunvericiliyinin normalarının pozulmaması kimi səhv nəticəyə gəlinib iddia tələbinin təmin olunmaması barədə əsassız qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən işəbaxılanzaman İddiaçı himayəsində sağlamlıq imkanlarının məhdudluğu (eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozuntuları və ya davranışın pataloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizim) olan 09.08.2005-ci il təvəllüdlü övladının olmasına dair işin halları araşdırılmamış və hüquqi qiymət verilməmiş, nəticədə iddia tələbinin rədd olunması barədə əsassız qərar qəbul edilmişdir. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qa rşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X7» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mü lkiKollegiyasının hazırkı iş üzrə olan 25.07.2018-cıil tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışınagöndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb hüquqi qiymət verilməli və mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasınınbuişüzrəolan25 iyul 2018-cıil tarixli 2(103)-6384/18 saylı qətnaməsi ləğv edilsin.İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-608/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-608/2019
30.01.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver