Məhkəmə qərarları › İş №2(102)-608/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-608/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-608/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alğı-satqı müqaviləsinə əsasən pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh2 vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6057/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilm iş kassasiya şikayətləri üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh2 arasında 2017-2018-ci illər ərzində qızıl-zinət əşyalarının alğısatqısı ilə bağlı münasibətlər olmuşdur. Belə ki, Cavabdeh2 İddiaçı müxtəlif qızıd-zinət əşyaları alaraq başqa şəxslərə satmışdır. Bir müddət işləri qaydasında getsə də, sonradan götürülmüş qızıl-zinət əşyalarının pulunun Cavabdeh2 tərəfindən qaytarılmasında çətinliklər olmuş və İddiaçı bununla bağlı polisə müraciət etmişdir. 05 avqust 2020-ci il tarixli qərarla İddiaçı şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 qarşı iddia ərizəs i ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh2 90100 manat və digər cavabdeh X1 8600 manat, ümumilikdə 98700 manat məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızıl alveri ilə məşğul olur. Cavabdeh2 onunla uzun müddət qızıl alış-verişi etmiş və onda etibar və inam yaratmışdır. Belə ki, bir müddət aldığı qızılların satışını həyata keçirdikdən sonra ödənişlər etsə də, sonda onu aldadaraq, ona məxsus olan 100000 manat məbləğində qızıl-ziynət əşyalarını ələ keçirmiş, pullarını ödəməmişdir. Aralarında keçən danışıqlardan aydın olur ki, özü ona 98700 manat məbləğində borcu olduğunu etiraf edir, ilk əvvəllər borcu hissə-hissə qaytaracağına söz versə də, sonralar guya qaytardığ ını deyir. Bundan əlavə, ərizəyə əlavə edəcəyi diskdə öz səsi ilə borcunun olmasını təsdiq edən səs yazıları var ki, bu Anarənin ona külli miqdarda borcu olmasını etiraf edir. Habelə, yazılarda da ona borcu olmasını təsdiq edir. Anarə adlı qadın ondan aldığı qızılları kimə satdığını və kimdə nə qədər borcu olduğunu etiraf edən özünün əl yazıları var. Həmin siyahıda qeyd etdiklərini Anarə özü ona bildirmiş və Anarənin sözlərinə görə tərtib etmişdir. Ümumilikdə, Anarə ondan 98700 manat dəyərində qızılı alaraq pulunu geri qaytarmamışdır. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş ‘'Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05.08.2020-ci il tarixli Qərardan da göründüyü kimi, Cavabdeh2 öz izahatında ondan 35000 manat dəyəri olan qızılı alıb dəyərini ödədiyini bildirsə də, hazırda ona 90100 manat məbləğində pul borcludur. İşin faktiki hallarından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.08.2020-ci il tarixli qərardan da göründüyü kimi, Cavabdeh2 ilə arasında qızıl-zinət əşyaları ilə bağlı şifahi formada alğı-satqı müqaviləsi bağlanmışdır. Bu alğı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı Cavabdeh2 2018-ci ildən 2019-cu ilin fevral ayına kimi olan müddət ərzində 120-130 min manat dəyərində qızılzinət əşyaları vermişdir və daha sonra Cavabdeh2 həmin məbləğdə olan puldan ona qalan 90100 manat borcunu qaytarmamışdır. Tərəflər arasında olan söhbətlər və “whatsapp” yazışmaları zamanı Cavabdeh2 ona borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsa slandırmışdır ki, onun iddiaçı ilə arasında 2017-ci ilin may ayından 2018-ci ilin dekabr ayınadək təqribən 35000 manatlıq alış-veriş münasibəti olub. O, iddiaçıya olan borcunu demək olar ki, ödəyib. Hazırda iddiaçıya 3200 borclu qalıb. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən, yəni 3200 manat pulun tutulmasına dair hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 16 noyabr 2020-ci il tarixli, 2(003)-3260/2020-008 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 iddiaçının xeyrinə 35000 manat məbləğində borcun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələb etdiyi 90 100 manat dəyərində qızıl zinyət əşyasını Cavabdeh2, 8600 manat dəyərində qızıl zinyət əşyasını X2 verməsini sübuta yetirən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, Cavabdeh2 məhkəmə iclasında iddiaçı ilə 35000 manat məbləğində alış-veriş etdiyini, lakin borcu qaytardığını, hazırda 3200 borcu qaldığını bildirmişdir. Cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmağına dair öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh2 İddiaçı xeyrinə 35000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanuni və əsaslıdır. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin i ddianın təmin edilmiş hissəsində, Cavabdeh2 35000 manat məbləğndə borcun 11 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi hissəsində dəyişdirilərək 90100 məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ödənilməsi, iddianın rədd edilmiş hissəsinin ləğv edilərək 8600 manat pul vəsaitinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini, cavabdeh isə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin iddiaçıdan aldığı qızıl-zinət əşyalarının miqdarı və dəyəri barədə öz xətti ilə yazmış olduğu siyahını və “WhatsApp” vasitəsi ilə göndərdiyi səs yazılarını araşdırmamış, hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin izahatını mötəbər sübut kimi qəbul edərək işə birtərəfli yanaşmaqla, bərabərlik və ədalətlilik prinsiplərini pozmuşdur. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya borcu yoxdur. Xəzər Rayon Məhkəməsinin çıxarılan qətnaməsində iddiaçının mötəbər sübut təqdim etmədiyi qeyd edilsə də, cavabdehdən 35000 manat pulun tutulmasını qət edilmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, işin hallarını düzgün müəyyən etməmişdir. Həmçinin, məhkəmə guya Cavabdeh2 və onun vəkilinin iddianı qismən etiraf etməsini qeyd etsə də, əslində onlar iddianı qəbul etməmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vəfaddin İbayev) 05 avqust 2021- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki mübahisənin tərəfləri öz tələblərinin və etirazlarının əsasını təşkil edən halları özləri sübut etməyə borcludurlar. Hazırkı mübahisənin tərəfləri də öz dəlillərinin əsasını təşkil edən halları hər biri söbut etməyə borcludur. İddiaçı Cavabdeh2 verdiyi qızıl-zinət əşyalarına görə sonuncunun ona 90100 manat borcunun olduğunu bildirsə də, cavabdeh izahatında yalnız 35000 manatlıq qızıl-zinət əşyası götürdüyünü bildirdiyindən, həmin iddia tələbinin cavabdeh tərəfindən etiraf edilmiş 35000 manat hissəsinin əsaslı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bunun la yanaşı, Cavabdeh2 həmin borcdan böyük hissəsini iddiaçıya qaytardığını, hazırda cəmi 3200 manat borcu qaldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsində nə onun, nə də onun nümayəndəsi tərəfindən borc məbləğinin etiraf edilmədiyini bildirsə də, məhkəmə iclasının protokollarından görünür ki, həm o, həm də onun məhkəmə iclasında iştirak edən nümayəndəsi onun tərəfindən 35000 manatlıq qızıl-zinət əşyalarının alındığını bildirmişdir. Bundan başqa, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 polisdə verdiyi izahatında da 30000-35000 manatlıq qızıl-zinət əşyalarını iddiaçıdan götürdüyünü etiraf etmişdir. Göstərilənlərlə yanaş ı, məhkəmə hesab etmiçdir ki, iddia tələbinin Cavabdeh1 8600 manat borcun tutulmasına dair hissəsi əsaslı olmamışdır. Belə ki, iddiaçı bu iddiaçını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, üstəlik bu borcun hansı şəraitdə və nə zaman yarandığını izah edə bilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı onun tərəfindən öz iddiasını təsdiq edəcək sübut qismində onunla cavabdeh arasında olan telefon danışığını əks etdirən diskin olduğunu bildirsə də, məhkəməyə belə bir disk təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “WhatsApp” sosial şəbəkəsi üzərindən aparılan yazışmalarla bağlı məhkəmə qeyd etmişdir ki, həmin yazışmaların kimlər arasında nə vaxt aparılması, ümumiyyətlə hazırkı mübahisənin tərəflərin a id olub-olmaması da müəyyən deyildir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində iddiaçı əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəmə si maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Onun iddiaçı ilə 35000 manatlıq alış-verişinin olmasını deməsi o nəticəyə gəlməyə əsas vermir ki, onun iddiaçıya borcu vardır. O iddiaçıya olan borcunu ödəmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdeh2 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin əsassız hesab edərək rədd edilməsini xahiş etdi Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamə hər iki tərəfin kassasiya şikayətlərinə əsasən tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhv il almış alıcı onu Alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlər inin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məc əllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6057/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar