Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6080/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Vəliyeva Günay Ələkbər qızı, X2 və Ağstafa rayon Notariat Ofisinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-600/2021 nömrəli, 03 may 2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildiril ən Həsənova (Vəliyeva) Gülşən Ələkbər qızı, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil ərizəsinə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Vəliyeva Günay Ələkbər qızı, X2 və Ağstafa rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə bikah dövründə əldə edilmiş cavabdeh Vəliyeva Günay Ələkbər qızının adına qeydə alınmış, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) aralarında ½ hissədə bölünməsi, cavabdehlər Vəliyeva Günay Ələkbər qızı ilə X2 arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixdə Ağstafa rayon Dövlət Notariat Kontorunda 4Ə-62 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesa b olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-468/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilərək mübahisəli torpaq sahəsinə dair Vəliyeva Günay Ələkbər qızı ilə X2 arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli alqısatqı müqaviləsi və onun əsasında Rabidə Vəliyevanın adına verilmiş 19 oktybar 2018-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mübahisəli torpaq sahəsinə ½ hissədə Vəliyeva Günay Ələkbər qızı, ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması, Vəliyeva Günay Ələkbər qızından 16 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə görə aldığı 5000 manatın X1 xeyrinə tutulması qət edilmişdir Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(104)-3352/2019 nömrəli iş üzrə 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər - İ.Şəfiyev, A.Hüseynzadə və R.Mamedov) cavabdeh Vəliyeva Günay Ələkbər qızının apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi X1 adına verilmiş 19 oktyabr 2018-ci il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi və 05 oktyabr 2018-ci il tarixli çıxarışla Vəliyeva Günay Ələkbər qızının adına qeydiyyata alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin ½ hissədə Vəliyeva Günay Ələkbər qızı, ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, iddiaçının cavabdeh Vəliyeva Günay Ələkbər qızına qarşı torpaq sahəsinin ½ hissəyə bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 0,08 ha həyətyanı torpaq sahəsinə görə ödənilmiş 5000 manatın Vəliyeva Günay Ələkbər qızından X1 xeyrinə tutulmasına dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2218/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər - İ.Xələfov, Z.Əliyev və G.Quliyev) iddiaçının kasasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi torpaq sahəsinin bölünməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, cavabdeh Vəliyeva Günay Ələkbər qızının kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (104)-600/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Muradov, F.Mehtiyev və Ə.Məmmədov) cavabdeh Vəliyeva Günay Ələkbər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi torpaq sahəsinə dair Vəliyeva Günay Ələkbər qızı ilə X1 arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X1 adına verilmiş 19 oktyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən 05 oktyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla Vəliyeva Günay Ələkbər qızının adına qeydiyyata alınmış torpaq sahəsinin 1/2 hissədə Vəliyeva Günay Ələkbər qızının, 1/2 hissədə iddiaçının mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə kassasiya şikayəti də əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 29 mart 2011-ci il tarixdə X3 və ailə üzvləri ilə pulunu ödədiyi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq üçün Ağstafa rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. Alqı-satqı zamanı notarius onun adına alıcı qismində sənədləşdirilməli olan torpaq sahəsini həmin dövrdə Rusiyada olan bacısı - iş üzrə cavabdeh Günay Vəliyeva ilə oxşar olduğundan və notarius sənədləri səhv götürdüyündən Günay Vəliyevanın adına sənədləşdirmişdir. Yəni müqaviləyə faktiki olaraq o imza edərək, torpağın müqavilədə olan dəyərini o ödəsə də, müqavilədə alıcı qismində həmin dövrdə Azərbaycan Respublikasında olmayan Vəliyeva Günay Ələkbər qızının adı qeyd edilmişdir. Bundan xəbər tutan Günayın əri iş üzrə iddiaçı ilk öncə torpağı onun (ərizəçinin) adına sənədləşdirməyə, yaxud onun dediy i şəxsə satıb, pulunu ona ödəməyə razılıq versə də, Günayla boşandıqdan sonra bundan boyun qaçırmışdır. Sonda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsində baxıln iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Günay Vəliyeva 05 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası sərhədlərindən çıxmış və 15 oktyabr 2011-ci ildə ölkəyə qayıtmışdır. Həmin işdə, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 4/1562 saylı rəyi ilə müəyyən edilmişdir ki, 29 mart 2011-cı il tarixli alqı-satqı müqaviləsində alıcı kimi qeyd edilmiş Günay Vəliyevanın adının qarşısında olan imza ona (ərizəçiyə) məxsusdur və onun tərəfindən icra edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və Ağstafa rayon Notariat Ofisinin notariusu tərəfindən icra edilərək 29 mart 2011-ci il tarixli aldı-satqı müqaviləsində alıcı qismində onun adına dəyişdirilərək Notariat Elektron Sistemində müvafiq dəyişiklik aparılmışdır. Həmin qətnamə ilə qeyd etdiyi hallar işin mübahisəsiz halı kimi öz təsdiqini tapmış və qətnamə qüvvəyə minmişdir. Qətnamə ilə mübahisəli torpaq sahəsi mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. O, həmin torpaq sahəsi üzərində hüquqlarını tanıtdırmaq istəyəndə DƏDRXnin 15 saylı Ərazi İdarəsinin Ağstafa rayon Şobəsindən ona şifahi olaraq bildirmişlər ki, torpaq sahəsi üzərində Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hüquqlar müəyyən edilmişdir. Bundan sonra, o maraqlı şəxs, üçüncü şəxs, hüquqlarına toxunan şəxs qismində cə lb edilmək üçün etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə vasitəsilə ərizə təqdim edərək işə cəlb edilməsini xahiş etmiş, lakin vəsatətləri təmin edilməmişdir. Ona görə də, hazırkı ərizə ilə Ali Məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizə araşdırılması üçün Ali Məhkəmənin sədri tərəfindən Mülki kollegiyanın 3 hakimdən ibarət məhkəmə tərkibinə verilmişdir. Aşağıda qeyd edilənlər əsasən məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməlidir. Baxılan işdən görünür ki, iddiaçı ilə cavabdeh Günay Vəliyeva 03 oktyabr 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikah dövründə, yəni xx.xx.2011-ci il tarixdə cavabdeh Günay Vəliyevanın adına mübahisə predmeti olan torpaq sahəsinin alqısatqı müqaviləsi bağlanmış, sonuncunun adına dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Günay Vəliyeva torpaq sahəsini xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Rabidə Vəliyevaya satmış və sonuncunun adına dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Baxılan işdə iddiaçı tələbində həmin mübahisəli torpaq sahəsinin cavabdeh Günay Vəliyeva ilə birgə nikah dövründə əldə ediliyini bildirərək ½ hissədə onun və cavabdeh Günay Vəliyevanın payının müəyyən edilməsini və həmin torpaq sahəsi ilə bağlı cavabdehlər Günay Vəliyeva ilə Rabidə Vəliyeva arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, məhkəmənin qətnaməsi Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Ərizəçinin təqdim məhkəmə aktı əsasında isə müəyyən edilir ki, digər məhkəmə mübahisəsi üzrə mübahisəli torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinin tərəfi olaraq Günay Vəliyeva deyil, ərizəçi Gülşən Vəliyeva iştirak etmiş, müqavilə bağlanan zaman Günay Vəliyeva Azərbaycan Respublikasında olmamış, müqavilədəki imza Günay Vəliyeva tərəfindən deyil Gülşən Vəliyevaya tərəfindən icra edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Gülşən Vəliyevanın iddia tələbi təmin edilərək xx.xx.2011-ci il tarixli mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə düzəliş edilərək “Vəliyeva Günay Ələkbər qızının” “Həsənova (Vəliyeva) Gülşən Ələkbər qızı” kimi yazılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin iş materiallarından müəyyən edilir ki, iş kassasiya instansiya məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı ilə yeni apellyasiya baxışına göndərildikdən sonra cavabdeh Günay Vəliyeva məhkəməyə ərizə ilə müraciət edərək Həsənova (Vəliyeva) Gülşən Ələkbər qızının işə cəlb edilməsini və Ağstafa Rayon Məhkəməsində sonuncunun iddia tələbinə dair mülki işə baxılana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin məhkəmə cavabdehin bu müraciətinə heç bir münasibət bildirməmişdir. Belə olan halda hazırki iş üzrə qəbul edilmiş məhkəmə aktları ərizəçinin maraqlarına toxunur və onun məhkəmə mübahisəsinə cəlb edilməklə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti vermək imkanı tanınmalıdır. MPM-ə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir (maddə 403.2). Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya k ollegiyalarına verilir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 403.2-1-403.2-3). Göstərilənləri nəzərə alaraq və MPM-in 403.2, 403.2-1, 403.2-2 və 403.2-3-cü maddələrini rəhbər tutaraq, Məhkə mə tərkibi Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-600/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Həsənova (Vəliyeva) Gülşən Ələkbər qızı (onun nümayəndəsi Nümayəndə, Vəkil) tərəfindən verilmiş ərizə təmin edilsin. Mülki iş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(102)-6080/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6080/2022
22.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver