Məhkəmə qərarları › İş №2(102)-6082/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6082/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6082/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (X20, X24, X21, X9, X18, X7 və maraqlı şəxs Qəbələ regional Maraqlı şəxs1riat Kontoru üçüncü şəxslər qismində cəlb edilməklə) ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktı, vərəsəlik, qanun üzrə vərəsəlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Ərizəçi (X20, X24, X21, X9, X18, X7 və maraqlı şəxs Qəbələ regional Maraqlı şəxs1riat Kontoru üçüncü şəxslər qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” ər izəsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-552/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 Mikasoviç, Maraqlı şəxs3 (Maraqlı şəxs6 və Maraqlı şəxs8 etibarnamə üzrə nümayəndəsi) və Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) etibarnamə üzrə nümayəndələri (eyni zamanda Maraqlı şəxs7 vəkili) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X10 X3 arasında 08 yanvar 1966-cı ildə rəsmi nikah bağlanmışdır.

2. Bu nikahdan 25 noyabr 1971-ci ildə X12, 18 dekabr 1973-cü ildə X13, 16 oktyabr 1975-ci ildə X22, 30 iyul 1977-cü ildə X19 anadan olmuşdur.

3. X23 xx.xx.2015-ci il tarixdə «kəskin qaraciyər və böyrək çatışmamazlığın»dan Rusiya Federasiyasının Rostov vilayətinin Neklinovka şəhərində vəfat etmişdir.

4. Qəbələ rayonu Nic qəsəbəsində X14 adına 1500,0 ha torpaq sahəsi, Liter Abünövrəsi çay daşından, divarları saman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır.

5. Qəbələ rayon İHB-nın Nic qəsəbə İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin 29 may 2019-cu il tarixli 546 nömrəli arayışında X14 adına qəsəbədə təsərrüfat kitabının 71 nömrəli səhifəsində 0,15 ha həyətyanı torpaq sahəsi, onun tərəfindən 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m, divar materialı saman kərpic, dam örtüyü şiferdən ibarət olan fərd i yaşayış evinin, yardımçı təsərrüfat tikililəri tövlə və təndirxanınan olduğu qeyd edilmişdir.

6. Qəbələ rayon İH-nin Nic qəsəbə İnzibati Ərazi üzrə Dairə nümayəndəliyinin Ərizəçi verdiyi 29 iyul 2019-cu il tarixli 711 nömrəli arayışında onun atası X23 vəfat etdikdən sonra anası və bacılarının Rusiya Federasiyasına köçdükləri, hal-hazırda orada yaşadıqları göstərilmişdir.

7. Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Saday Osmanlının 31 iyul 2019-cu il tarixdə Ərizəçi ünvanladığı 20 avqust 2019-cu il tarixdə ofisə daxil olmuş ərizəyə 846 saylı cavab məktubunda X14 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tərəflərin notariat ofisinə lazımi sənədləri təqdim etmələri və bundan sonra onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkü n olacağı, lakin tərəflər notariat ofisinə lazımi sənədləri təqdim etmədikləri və notariat ofisinə gəlməkdən imtina etdikləri qeyd olunmuşdur.

8. Qəbələ rayon İHB-nın Nic qəsəbə İnzibati Ərazi üzrə Dairə nümayəndəliyinin Ərizəçi verdiyi arayışında onun mərhum atası X14 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Niklinovka şəhərində vəfat edən zaman arvadı X4, Ərizəçi, X18, X21, X9, X20 və X15 vərəsə olaraq qaldıqları, mərhumun 1991-ci ilədək ailəsi ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsindəki özünə məxsus fərdi yaşayış evində yaşadığı, mərhumun başqa vərəsələrinin olmadığı göstərilmişdir.

9. Rusiya Federasiyasının notariat orqanları vasitəsilə X24, X20, X13, X21, X9 xx.xx.2015-ci il tarixində ölən X14 ölümündən sonra mirasın açılmasından xərəbdar olduqlarını, mirası qəbul etmədiklərini, qəbul etmək niyyətində olmadıqlarını, mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyyətlərinin olmadıqlarını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin xx xxxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi Maisovna tərəfindən alınmasına etiraz etmədiklərini ərizələri ilə bəyan etmişdirlər.

10. Rusiya Federasiyasının Rostov vilayəti, Taqonroq şəhəri Troitskoye kəndi Komsomol küçəsəsi ev 38 ünvanda qeydiyyatda olan X5 həminetibarnamə ilə Qəbələ rayonu Nic qəsəbəsində yaşayan Ərizəçi Maisovnaya öz mülahizəsinə uyğun olaraq istədiyi qiymətə və şərtlərlə ünvan 2i ünvanda yerləşən yaşayış evini, torpaq sahəsini və digər daşınmaz əmlak obyektlərini satmağı, bunun üçün ona a lqı-satqı müqaviləsini və ötürülmə aktını bağlamağı və imzalamağı, ona çatası pulu almağı və s.onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi ona etibar etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 21(116)-339/2020 nömrəli qərarı ilə JN-391A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən-Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda” göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, JN-391A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X14 mülkiyyətində olması nəzərə alınmadığından iddia qismən əsaslıdır. Belə ki şəhadətnamə 0.42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilə bilməz. Qərar qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X14 xx.xx.2015-ci ildə ölümü ilə ondan qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və mərhum atası tərəfindən 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44.kv.m, divar materialları saman kərpic, dam örtüyü şifer olan fərdi yaşayış evi və tövlə, təndirxanadan ibarət yardımçı təsərrüfat tikililərinə açılmış mirasın onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, atası X23 xx.xx.2015-ci ildə Rusiya Federasiyasının Rostov vilayətinin Niklinovka şəhərində vəfat etmişdir. Atası X14 adına Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və mərhum atası tərəfindən 1965ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m divar materialı saman kərpic, dam örtüyü şifedən ibarət fərdi yaşayış evi, tövlə və təndirxanadan ibarət yardımçı təsərrüfat tikililəri vardır. Atası xx.xx.2015-ci ildə vəfat etsə də qeyd etdiyi torpaq sahəsi v ə torpaq sahəsi üzərində tikililər faktiki olaraq onun istifadəsində olmuş və mülkiyyəti kimi idarə etmişdir. Qəbələ rayon İHB-nin Nic qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2019-cu il tarixli 546 nömrəli arayışdan da göründüyü kimi X14 öldüyü zaman onun vərəsələri o, anası X6, qızları X20, X24, X21, X9 və X8muşlar. Lakin bacıları X20, X24, X21, X9 və X18 atalarından qalmış miras əmlakları onun xeyrinə imtina etmişlər. Atalarının ölümündən sonra bacılarının mirasın açılmasından xəbərləri olmuşdur. Onlar ərizələrində qeyd etdikləri kimi mirası qəbul etməmiş və qəbul etmək niyyətində də deyillər. Bir sözlə, mərhumatasından qalmış mirası o, qəbul etməklə idarə etmişdir. Qəbələ rayonu Nic qəsəbəsində yerləşən və atası X2mış 0,15 ha torpaq sahəsinə dair şəhadətnamə yoxdur. Lakin «Daşınm az əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət sənədi sayılır. Bununla bağlı X25 Xidmət Mərkəzinə müraciət etmiş və ona 31 iyul 2019-cu il tarixdə verilmiş 846 nömrəli məktubla vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də məcbur iyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur.

14. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, mərhum X14 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi, 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat - tövlə və təndirxanadan ibarət mirasın ərizəçi (qızı) Ərizəçi tərəfindən faktiki qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi müvafiq olaraq “vərəsəlik haqqında şəhadətnamənin” verilməsi üçün notariat kontoruna müraciət etmiş, lakin notarius bundan “lazımı sənədlərin təqdim edilməməsi” əs ası ilə imtina etmişdir. X1mış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi, 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirası 20 avqust 2015-ci ildə onun vəfatından sonra qızı (ərizəçi) Ərizəçi faktiki idarəçiliyə qəbul etmiş, hazırda da yaşayış evi və torpaq sahələri onun istifadəsindədir. Mərhumun digər vərəsələri - isə mirası qəbul etməmişlər və hazırda həmin əmlaklara iddialı deyillər.

16. Məhkəmə müəyyən etdiyi halları, qanunvericiliyin müddəalarını və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyasın ın 2.4-cü bəndini nəzərə alaraq nəzərə alıb, mirasın Ərizəçi Maisovna tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1147.1, 1151, 1159.1, 1243.1-3, 1255-ci, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu 2.4-cü bəndi və Mülki Prossesual Məcəllənin 88, 217.2, 218.3-cü maddələri istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 Mikasoviç, Maraqlı şəxs3 (Maraqlı şəxs6 və Maraqlı şəxs8 etibarnamə üzrə nümayəndəsi) və Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) etibarnamə üzrə nümayəndələri (eyni zamanda Maraqlı şəxs7 və kili) Nümayəndə apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2021 nömrəli qətnaməsinin tam ləğv edilərək, ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişlər.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizə ilə əlaqədar qeyd etmək istəyirlər ki, Ərizəçi ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, ərizəçinin qeyd etdiyi 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m. olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxana 1990-cı il tarixindən onların istifadəsində, sahibliyində olmuş və X16, onun qızı(ərizəçi) Ərizəçi və ya ərizəçinin anası X7, qızları X20, X24, X21, X9 və X18 həmin evdə yaşamamışlar. 1990-cı il fevral ayı tarixindən X16 və digər ailə üzvləri ümimiyyətlə Azərbaycan Respublikasını tərk edərək Ermənistan Respublikasına daimi yaşamaq üçün köçmüşlər. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə isə 0.42 ha torpaq sahəsi(qeyd olunan tikililər də daxil olmaqla) adları yuxarıda qeyd olunan şəxslər kimi onların adına xüsusi mülkiyyət əsasında mülkiyyətlərinə verilmiş, bu barədə onlara JN-391A, kod 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də verilmişdir. Ona görə də hesab edirlər ki, ərizə əsassız və qanunsuzdur və Ərizəçi miras kimi qeyd etdiyi mövcud olmayan əmlakı faktiki qəbul etməmiş və edə də bilməzdi.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-552/2022 nömrəli iş üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahm udov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X17 adına 1500,0 ha torpaq sahəsi, Liter A bünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M 1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun «tikili və qurğuların təsviri» hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur.

22. Məhkəmə kollegiyası apelyasiya araşdırması zamanı müəyyən etmişdir ki, apellyatorlar ərizəçinin mirasın faktiki qəbulunu deyil, məhz 0.15 ha torpaq sahəsini mübahisələndirmişlər. Ona görə də, mübahisələndirilən 0,15 ha torpaq sahəsi ilə bağlı artıq qanuni qüvvədə olan məhkəmə qərarı olduğundan, apellyatorların şikayətində qeyd etdikləri kimi “hüquq haqqında mübahisə” artıq mövcud deyildir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya mə hkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1243, 1252, 1255, 1273-cü maddələri və Mülki Prosessual Məcəllənin 307, 308, 372-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Qətnamədən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 Mikasoviç, Maraqlı şəxs3 (Maraqlı şəxs6 və Maraqlı şəxs8 etibarnamə üzrə nümayəndəsi) və Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) etibarnamə üzrə nümayəndələri (eyni zamanda Maraqlı şəxs7 vəkili) Nümayəndə kassasiya şikayət i verərək, qətnamənin ləğv edilməsi və mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

26. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yanlış olaraq qərara gəlmiş, faktiki halları nəzərə almamış, belə ki, 1990-cı il tarixindən istər ərizəçi, istərsə də ərizənin ailə üzvləri yaşayış üçün yararsız olan fərdi yaşayış evində yaşamamış və torpaq sahəsindən istifadə etməmiş, heç bir faktiki idarəçilik halı da baş verməmişdir. Həmçinin, miras əmlak kimi qeyd olunan mübahisəli fərdi yaşayış evi formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməy ə faktik başlamaqla həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Ərizəçi kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-552/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi mərhum atasına ayrılmış, onun istifadəsində olmuş və ona məxsus fərdi yaşayış evi həmin torpaq sahəsində mövcud olmuşdur. Tətbiq edilən hüquq Mülki Məcəllə: 28. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 29. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 30. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 31. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 32. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 33. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 34. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşıl ıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

45. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-552/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar