Məhkəmə qərarları › İş №2(102)-6089/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6089/2019

25.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6089/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili*** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)857/2018 nömrəli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağ sahəsindən çıxarılma barədə qətnamənin qəbul edi lməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.06.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2019cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, kassasiy a şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həmin qərardadın özündə də təsdiq olunduğu kimi, onun ünvanına poçt vasitəsilə göndərilmiş ünvan 1ünvan düzgün deyil qeydi ilə poçt şöbəsi tərəfindən geri göndərilmişdir. On görə də, uzun müddət ərzində ona təqdim edilmədiyini görüb ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4787/2017 saylı 01.06.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti üzrə 2(103)-857/2018 saylı mülki iş üzrə apellyasiya qətnaməsi indiyədək ona rəsmi qaydada təqdim olunmadığını bildirmiş və həmin qətnaməninin ona təqdim olunmasını xahiş etmişdir. Həmin məktubuna cavab olaraq, Bakı Apellyasiya Məhkəmə sinin 22 iyun 2018-ci il tarixli 2( 103)-857/2018 saylı qətnaməsi 01 noyabr 2018-ci il tarixdə poçt vasitəsilə rəsmən ona təqdim edildi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nurəliyev Rəcəb Rza oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin, apellyasiya məhkəməsinin qərardadının ləğv, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək onun rədd, apellyasiya məhkəməsinin qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.02.2019-cu il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.06.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini geri qaytarmaqdahaqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, məhkəmənin qəbul etdiyi 22.06.2018-ci il tarixli qətnamə 16.08.2018-ci il tarixdə cavabdehə və onun səlahiyyətli nümayəndəsi R.Nurəliyevə poçt vasitəsi ilə göndərilmişdir. İşdə olan teleqramın mətnindən aydın olur ki, cavabdehin ünvanına göndərilmiş həmin məhkəmə sənədi “ünvan düzgün deyil” q eydi ilə poçt şöbəsi tərəfindən geri qaytarılsa da (iş v. 103), onun nümayəndəsinin ünvanına göndərilmiş məhkəmə qətnaməsi 20.08.2018-ci il tarixdə həmin ünvan üzrə qəbul edilmiş və bu barədə poçt sənədinə imza olunmuşdur (iş v. 102). Belə olan halda, MPM-in 360-cı maddəsinin tələbinə görə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü olan (2018-ci ilin oktyabr ayının 20-i və 21-i qeyri-iş günləri olduğu üçün) 22.10.2018-ci il hesab edilir. Lakin iş materiallarından görünür ki, cavabdehin kassasiya şikayəti 28.12.2018-ci il tarixdə Məhkəməyə daxil olmuş və qeydiyyata alınmışdır. Beləliklə, cavabdeh məhkəmənin qətnaməsindən kassasiya şikayətini prosessual müddət bitdikdən sonra vermişdir. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kas sasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə kassasiya şikayəti qaytarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)-857/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar