Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-609/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Xətai rayon İcra şöbəsinə qarşı (X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsızlığı və onun nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Xətai rayon İcra şöbəsinə qarşı (X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5413/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan 3 otaqlı mənzil (bundan sonra – mübahisə predmeti olan mənzil və ya əmlak) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətində olmuşdur.
2. İddiaçı ilə X6 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçıya məxsus olan mübahisəli mənzil X3 xeyrinə ipoteka ilə yüklü etmişdir. Yüklülüyün müddəti xx.xx.2019-cu il müəyyən edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 110000 məbləğində müəyyən edilmişdir.
3. Notariat Kontorunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, ipoteka saxlayan X3 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan mübahisəli mənzildən ibarət əmlaka tutma yönəldilməsi təklif edilmişdir.
4. Həmin icra sənədinin icra edilməsi məqsədi ilə Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilmiş, iddiaçıya 10 gün müddətinə icra sənədinin könüllü icra etməsinin təklif olunması qərara alınmışdır. Tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş tərəflərə göndərilmişdir.
5. Borclu tərəfindən həmin bildirişdə göstərilən müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra şöbəsi tərəfindən ipoteka predmetinin hərracda satılması üçün hərrac təşkilatına xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ünvanlanmışdır. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərrac təşkil olunmuş, lakin əmlak açıq hərracda satılmamışd ır.
6. Bundan sonra əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 51/07 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 70125 manata satılması qərara alınmışdır.
7. Hərrac təşkilatı ilə tələbkar X6 arasında xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanaraq mübasəli mənzilin 70125 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin ödənilməsi razılaşdırılmışdır. 8. 10.06.2021-ci il tarixdə həmin əmlaka dair tələbkar X3 tam mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin mə nzil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2020-ci il tarixli hərracın nəticələri haqqında 51/07 nömrəli protokolun və müqavilənin etibarsız hesab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini onunla əsaslandırmışdır ki, dələduzluqla bağlı hüquq mühafizə orqanl arına-polis və prokurorluğa müraciət etmiş, təqsirkarın cinayət məsuliyyətinə cəlb olunması istiqamətində araşdırma aparılmaqdadır. Belə ki, ailəsinin yeganə yaşayış yeri olan mübahisəli mənzilin girovu müqabilində alınan pul vəsaitini dələduz mənimsəmişdir. Araşdırma zamanı sonradan ona məlum olmuşdur ki, cinayət işinin araşdırılması ilə paralel borc verən şəxs - X6 50 saylı Notariat Kontorunun 8İ-8300 nömrəli xx.xx.2019-cu il tarixli icra qeydi alaraq işi Xətai rayon İcra Şöbəsinə göndərtdirib. Xətai rayon icra şöbəsi də həmin işlə bağlı "xxxx" MMC-yə əmlakın satılması ilə bağlı sifariş verib. Bundan əlavə xəbəri olmadan "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli 51/07 saylı Hərracın yekunları barədə protokol əsasında X3 adına sənədləşdirilib. Bu necə ola bilər icra şöbəsi "xxxx" M MC-yə sifariş verib, amma hərracın protokolu ona məlumat və bildiriş göndərilmədən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən bağlanır. Göründüyü kimi, özbaşınalıq nəticəsində yeganə yaşayış yeri olan mənzili, ona bildiriş göndərilmədən dəyərindən qat-qat ucuz qiymətə "xxxx" MMC tərəfindən qanunsuz olaraq satılmışdır. Bundan sonra X5 mübahisəli mənzilə dair çıxarış verilmişdir. Mübahisəli əmlak açıq hərracdan satılarkən “İpoteka haqqında" Qanunun tələbləri kobud şəkildə pozulmuşdur, ona görə də 51/07 nömrəli, 08 dekabr 2020-ci il tarixli protokollar və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilməlidir.
11. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. X11 şahid qismində izahat verərək bildirmişdir ki, İddiaçı ilə 55 ildir eyni ərazidə yaşayırlar.
13. X1 şahid qismində izahat verərək bildirmişdir ki, İddiaçı qonşusudur, daimi olaraq iddiaçı həmin ünvanda yaşamışdır, 2020-ci ildə iddiaçı öz qeydiyyat ünvanında yaşayıb, özü ünvanda 1 ildir ki yaşayır, lakin bildiyinə görə iddiaçı uzun müddətdir həmin ünvanda yaşayır.
14. X2 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı qonşusudur, özü 2003-cü ildən həmin ünvanda yaşayır, 29 oktyabr tarixli bildiriş göndərildiyi tarixdə iddiaçının evdə olub-olmaması yadında qalmasa da, iddiaçı uzun illərdir ki həmin ünvanda yaşayır, iddiaçının illərlə həmin ünvanda yaşamağını təsdiq edir.
15. Şahid qismində ifadə verərək bildirmişdir ki, əmək müqaviləsi əsasında 3 ildir “FM Express” məktub və bağlama daşınması xidmətinin kuryer vəzifəsində işləyir, bildirişləri çatdırarkən vətəndaş evdə olmayan zaman evdə övladı və ya arvadı olarsa onlara təqdim edirlər, həmin ünvanda olmuşdur, oraya getmiş, məktub aparmışdır, qapını döyəndə iddiaçının burada yaşayıb yaşamadığını soruşmuş, ona cavab vermişlər ki, bəli özü övladıdır və iddiaçı da o ünvanda yaşayır, daha sonra iddiaçının oğlundan atasının nömrəsini verməsini istəmiş, oğlu isə atasının işdə olduğunu, onun nömrəsini isə verə bilməyəcəyini bildirmişdir, iddiaçını şəxsən görməmişdir, vəzifəsi ondan ibarətdir ki, məktubu aidiyyəti ünvana çatdırsın, evdə olan vətəndaş özünü iddiaçının oğlu kimi təqdim etmişdir, həmin ünvana 3 dəfə məktub ap armışdır, iki dəfə özünü oğlu kimi təqdim edən Nicat Rzayev qəbul etmiş, üçüncü məktubu isə övladı Kərim Rzayev qəbul etmişdir, həmin ünvanın şəkillərini də çəkmişdir, belə ki, vətəndaş məktubu qəbul etmədikdə, gələcəkdə məhkəmə mübahisəsi olanda əllərində sübut olması üçün ünvanın şəklini çəkirlər, şəkillər iki dəfə Nicat Rzayevə, bir dəfə Kərim Rzayevə təqdim olunan zaman çəkilmişdir, Kərim Rzayev özünü iddiaçının oğlu kimi təqdim etmişdir, o, hündür boylu oğlan olmuşdur, lakin dəqiq yaşını bilmir, ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, lakin o bundan imtina etmişdir, poçtla olan sənədləri ya günorta, ya da axşam saatlarında çatdırırlar, Nicat Rzayev tərəfindən qəbul edilmiş məktubları 15:00-16:00 radələrində çatdırmışdır, Kərim Rzayeva isə işdən sonra təqdim etmişdir, b ildirişlərdə qəbul etmiş şəxsin qohumluq dərəcəsini qeyd etməmişdir, çünki buna icazələri yoxdur.
16. X13 və X14 şahid qismində ifadə verərək bildirmişlər ki, iddiaçının oğlanlarıdır, hər hansı bir məktubu qəbul etməmişlər, qapıları yaşıl rəngdədir və qapının üzərində dini sözlər yazılıb.
17. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X8 iddiaya etiraz edərək, bildirmişdir ki, hərracın keçirilməsi üçün əvvəlcə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə sifariş verilmişdir, daha sonra İcra şöbəsi və "xxxx" arasında olan müqavilələr dəyişdirildiyindən xx.xx.2020-ci ildə icra şöbəsi tərəfindən hərracın keçirilməsi məqsədilə "xxxx" MMC-yə sifariş məktubu göndərmişdirlər, hərrac ilə bağlı bütün məlumatlar – bildiriş və məktublar Xətai rayon icra şöbəsinə daxil olmuşdur, əmlaka dair iki dəfə hərrac keçirilmiş və üçüncü dəfə əmlakın 25% aşağı qiymətə tələbkara təklif olunması məzmunlu təklif məktubu göndərilmişdir, təklif məktubu göndərildikdən sonra tələbkar Reyhan Aslanova əmlakı 25% endirim ilə əldə etmişdir.
18. Məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatında qeyd olunmuşdur ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mübahisəli evini girov qoyub Aslanova Reyhandan pul alıb, hazırda həmin pulu ödəyə bilmək qabiliyyətində deyil, bu işlə bağlı ona köməklik edilməsini, bu məsələ ilə bağlı apellyasiya şikayəti verəcəyini, bir nüsxəsini də icra şöbəsinə verəcəyini, izahatı özü yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir (1-ci cild, i/v 109-110).
19. Məhkəməyə təqd im edilmiş xx.xx.2020-ci il tarixdə iddiaçının yaşadığı mübahisəli ünvana xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanında hərracın keçiriləcəyi barədə bildiriş göndərilmiş, bildirişin təqdim edilməsinə dair qəbzin üzərində xx.xx.2020-ci il tarixdə “Nicat Rzayev” adlı şəxsə təqdim olunması ilə bağlı qeydlər edilmişdir. 20. xx.xx.2020-ci il tarixdə iddiaçının yaşadığı mübahisəli ünvana xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanında hərracın keçiriləcəyi barədə bildiriş göndərilmiş, bildirişin təqdim edilməsinə dair qəbzin üzərində “Kərim Rzayev” adlı şəxsə təqdim olunduğu qeyd olunmuşdur. 21. 11.11.2020-ci il tarixli məktubun göndərilməsi barədə ƏİV seriyalı 169330 №li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı ünvan 4 ünvanına xx.xx.2020-ci il tarixdə göndərilmiş məktub xx.xx.2020-ci il tarixdə “Nicat Rzayev” adlı şəxsə təqdim olunmuşdur.
22. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 27 fevral 2023-cü il tarixli 4/1658 №-li Ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 96-98-ci vərəqlərində yerləşən xx.xx.2020-ci il tarixli ƏİV seriyalı 169330 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin, xx.xx.2020-ci il tarixli ƏİV seriyalı nömrəsi görünməyən kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun və xx.xx.2020-ci il tarixli ƏİV seriyalı 124259 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərində “Alıcı İmza:” qrafalarında əks olunmuş imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – bi rinci instansiya məhkəməsi) 2(005)-170/2023 nömrəli iş üzrə 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia rədd edilmişdir.
24. Məhkəmə, belə nəticəyə gəlmişdir ki, iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı onun yaşadığı ünvan üzrə göndərildiyi, iddiaçının qeyd olunan tarixlərdə həmin ünvanda yaşaması müəyyən olunmuşdur. Eyni zamanda hazırki tələb üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsində İddiaçı ünvanının Bakı şəhəri, Nobel pr-ti, ev 5, mənzil 45 olmasını göstərmişdir.
25. Göründüyü kimi iddiaçının yaşadığı ünvanında dəyişiklik olmamışdır və ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktubların onun yaşadığı ünvan 6ndərilməsi də iş materiallarında olan bildirişlərlə öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlərin göndərildiyi halda onun ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı, hərrac təşkilatı tərəfindən edilmiş hər hansı pozuntu kimi qiymətləndirilməməlidir.
26. Bundan başqa iddiaçı hərracın keçirilməsi zamanı "xxxx" tərəfindən pozuntulara yol verilməsini iddia edərək bu halı, icra şöbəsi tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilməsi, lakin protokolun "xxxx" tərəfindən bağlanması ilə əsaslandırmışdır.
27. Lakin, Xətai rayon İcra şöbəsi tərəfindən ilkin olaraq xx/xx-167510/2019-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən il kin satış qiyməti 110000 manat olmaqla, İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunsa da, daha sonra eyni icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli 17/71- 167510-9 saylı məktub ünvanlanaraq, mənzilin satışı ilə əlaqədar verilmiş sifarişlərin dayandırılaraq geri qaytarılması xahiş edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən eyni tarixli sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilərək, əmlakın ilkin satış qiyməti 110000 manat olmaqla açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur. Odur ki, ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanuni və əsaslıdır.
28. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkə mə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir.
29. Məhkəmə hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzilin açıq hərracdan satılması "xxxx" tərəfindən hərrac qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur.
30. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 317.1, 319.1-ci, “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.2, 41.3, 41.4 və 41.5, 42.1, 42.5, 42.6-cı, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 61.2, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsin dəki icraat
31. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
32. Şikayət iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq olunmuşdur ki, Xətai rayon İcra şöbəsi 10 mart 2020-ci il tarixli 17/71- 167510/2019-9 saylı məktubla "xxxx" MMC-yə əmlakın satılması barədə sifariş verilib, Xətai rayon İcra şöbəsi 16 sentyabr 2020-ci il tarixli xx/xx-167510/2019-9 saylı məktubla "xxxx"MMC-də olan sifarişin dayandırılaraq geri qaytarılması xahiş olunmuşdur, göründüyü kimi mart ayından sentyabr ayınadək 7 ay müddətində iş "xxxx" MMC-yə olmuşdur, bununla da AR X12 42.1, 43.4, 43.8-ci maddələrinin tələbləri pozulmaqla keçirilmişdir. İş materialları na əlavə edilmiş 01/1239 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinə əsasən xx.xx.2020-ci il tarixə saat 11:00-a bu iş üzrə yenidən hərrac təyin olunumuşdur (01 nömrəli bildiriş) (iş üzrə məhkəmə qətnaməsinin 5- ci səhifə 3-cü abzası). İş materiallarına əlavə edilmiş 01/1641 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinə əsasən xx.xx.2020-ci il tarixə saat 11:00-a bu iş üzrə yenidən hərrac təyin olunmuşdur (02 nömrəli bildiriş) (iş üzrə məhkəmə qətnaməsinin 5-ci səhifə 5-ci abzası). Göründüyü kimi 4 dəfə hərrac keçirilmiş və bununla da AR X12 42 və 43-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İş materillarından da göründüyü kimi, əmlakı açıq hərraca satışa çıxarılan şəxsin hərraclardan məlumatı olmamış və bu da keçirilmiş ekspertiza üzrə öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə pr osesində poçt kuryeri şahid qismində dindirilmiş və o, məhkəməyə üzəri paxlava formalı qapı işarəli fotoşəkil təqdim edərək poçt bildirişlərini həmin qapını açan şəxsə (şəxslərə) təqdim etdiyini bildirmişdir. Elektron Məhkəmə kabineti vasitəsilə təqdim etmiş olduğumuz sübuta(iddiaçının yaşadığı ünvanın giriş qapısının foto şəkili) əsasən məhkəməyə bildirmişik ki, iddiaçının yaşadığı ünvanın (hərracı keçirilən mənzilin) giriş qapısı ağ qapı olmuş və üzərində “Ayətül-kürsi” yazılı yapışqan kağız olmuşdur. Bu da əlavə onu sübut edir ki, kuryer xidməti poçt göndərişlərini düzgün ünvana aparmamışdır. İş üzrə cavabdeh məhkəməyə poçt bildirişlərinin çatdırıldığı ünvanın giriş qapısının şəkilini təqdim edib hansı ki, qapının görünüşü paxlava formalıdır. İddiaçı isə dəfələrlə bildirib ki, evin giri ş qapısı ağ rənglidir. Poçt zərfləri onlara gətirilməyib. Məhkəmə bu hissə ilə bağlı faktiki halları aydınlaşdırmayıb.
33. İşə apellyasiya qaydasında baxılarkən X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir..
34. Bakı Apellyasiya məhkəməsinin 2(103)-5413/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatın məzmunundan məlum olur ki, o, mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Evini girov qoyub Aslanova Reyhandan pul alıb, hazırda həmin pulu ödəyə bilmək qabiliyyətində deyil, bu işlə bağlı ona köməklik edilməsini, bu məsələ ilə bağlı apellyasiya şikayəti verəcəyini, bir nüsxəsini də icra şöbəsinə verəcəyini, izahatı özü yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir (1-ci cild, i/v 109-110).
36. Demək ki, İddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatın məzmunundan da məlum olur ki, iddiaçı evinin borc götürdüyü məbləğ müqabilində girovda olmasını bilmiş, həmçinin hərrac barədə bildirişlərin də məhz ona göndərildiyi ünvanda da yaşadığını özü təsdiq etmişdir.
37. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanında dəyişikl ik olmamış və ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktubların onun yaşadığı ünvan 6ndərilməsi də iş materiallarında olan bildirişlərlə öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana bildirişlərin göndərildiyi halda onun həmin ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı, hərrac təşkilatı tərəfindən edilmiş pozuntu kimi qiymətləndirilə bilməz.
38. Eyni zamanda, iddiaçının icra şöbəsinə yazdığı məktubla, eləcə də məhkəmə iclasında – tələbkarla danışıqların aparmasına dair verdiyi izahatı ilə də təsdiq olunur ki, o hərracın keçirilməsindən məlumatlı olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə çəkişmələrinə cəlb olunan şəxslərin bu prosesləri fəal şəkildə izləmək kimi öhdəlikləri mövcuddur. Hər hansı ə ks yanaşma, yəni düşünülmüş şəkildə rəsmi qurumlara məlum ünvanda müvəqqəti yaşamamaq, həmin ərəfədə ünvanı dəyişmək, evin və ya mənzilin qapısını açmamaq, özünü təqdim etməmək, ailə üzvləri tərəfindən poçt bildirişlərini almaqdan imtina etmək və s. bu kimi üsullarla süni pozuntu yaratmaq cəhdləri hər kəsin öz hüquq və vəzifələrini yerinə yetirərkən vicdanlılığın tələb etdiyi tərzdə davranmalı olmasına dair hüququn hamılıqla qəbul olunmuş ümumi prinsiplərinə zidd olacaqdır.
39. İddiaçı apellyasiya şikayətində hərracın keçirilməsi zamanı "xxxx" tərəfindən pozuntulara yol verilməsini bildirərək bu halı, icra şöbəsi tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilməsi, lakin protokolun "xxxx" tərəfindən bağlanması ilə əsaslandırmışdır.
40. Mülki iş materialları ilə müəyyən e dilir ki, Xətai rayon İcra şöbəsi tərəfindən ilkin olaraq xx/xx-167510/2019-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən ilkin satış qiyməti 110000 manat olmaqla, İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunsa da, daha sonra eyni icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2020ci il tarixli 17/71- 167510-9 saylı məktub ünvanlanaraq, mənzilin satışı ilə əlaqədar verilmiş sifarişlərin dayandırılaraq geri qaytarılması xahiş edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən eyni tarixli sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilərək, əmlakın ilkin satış qiyməti 110000 manat olmaqla açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur.
41. Beləliklə də müəyyən olunur ki, ipoteka p redmeti üzrə hərrac təşkilatının hərəkətlərinin etibarsız hesab olunması üçün tutarlı bir əsas olmamışdır, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.
42. Bundan başqa, iddiaçının apellyasiya şikayətin qeyd etdiyi hərracın dörd dəfə keçirilməsi barədə bildirdikləri də aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətləri ilə eyni dəlillərlə əsaslandırılmış və qeyd edilmişdir ki, hazırki iş üzrə satışa çıxarılmış əmlakla bağlı 4 dəfə ayrı-ayrı hərracl ar keçirilmişdir ki, bu da kobud qanun pozuntusudur. Məhkəmənin tətbiq etdiyi normada səhvə yol verilib. İş materiallarından görünür ki, 4 dəfə keçirilmiş hərraclardan mülkiyyətçi İddiaçı xəbəri olmamış, keçirilmiş ekspertiza nəticəsində poçt bildirişlərində olan imzanın onun olmadığı açıq aşkar qeyd olunmuşdur. Bundan başqa apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatın məzmunundan da məlum olur ki, iddiaçı evinin borc götürdüyü məbləğ müqabilində girov olmasını bilmiş, həmçinin hərrac barədə bildirişlərin də məhz ona göndərildiyi ünvanda da yaşadığını özü təsdiq etmişdir (qətnamədə 46-ci bənd) Bu əsaslandırılma absurddur. Çünki “2019-cu ildə vətəndaş izahat verib əsası” ilə 2020-ci il tarixini n sonunda keçirilmiş hərracla bağlı fikir yürütməsi heç bir məntiqi və sübuta söykənən əsası yoxdur. İşdə ekspert rəyi, poçtalyonun şahid qismində izahı, ayrı-ayrı hərraclarda 4 dəfədən artıq hərrac keçirilməsi barədə sübutlara qiymət verməyən məhkəmə guya “izahat”la (ona məlum olmayan) 2019-cu ildən 2020-ci ilin sonu barədə qeydlərlə obyektivlikdən uzaq, ədalətsiz, qanunsuz, qərəzli qətnamə qəbul etmişdir. 2019-cu ildə olan “izahat” əsas götürülərək 2020-ci ildə keçirilmiş hərrac bildirişlərinin borcluya çatdırılması “sübut” olunmuş hesab olsun. Halbuki, poçtalyon 1-ci instansiya məhkəməsində dindirildiyi zaman izahatında və poçtu təqdim etdiyi ünvandakı qapının şəkilini təqdim edən zaman səhvə yol verdiyi aşkar olunmuşdu. Məhkəmənin tətbiq etdiyi normada və istinad etdiyi “sübutda” səhvə yol verilib. Beləliklə, məhkəmə ekspert rəyi ilə imza saxtakarlığı olması, poçtalyonun səhv ünvana aparması barədə izahatı və fərqli qapı şəkili olmasına baxmayaraq, 2019-cu il tarixli “izahat”la 2020-ci ilin sonunda keçirilmiş hərracın bildirişlərinin borcluya çatdırılması əsası ilə iddianı təmin etməməsi işin ədalətli, obyektiv araşdırmadığının sübutudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
46. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
47. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksio nda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
48. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
49. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə g östərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
50. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
51. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
52. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
53. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
54. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
55. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüqu qunu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
56. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
57. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
58. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İcra haqqında” Azərbayca n Respublikasinin Qanunu
59. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. MPM:
60. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. Məhkəmə ko llegiyası qeyd edir ki, iddiaçı keçirilmiş hərracı iki əsasla mübahisələndirir, birincisi hərrac barədə məlumatının olmaması; ikincisi isə, hərracın qanunvericiliyin tələblərini pozmaqla 4 dəfə keçirilməsi.
69. Birinci əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu ünvana hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı ilə bağlı müvafiq bildiriş göndərilmişdir, iddiaçı məktubların onun adından qəbul etmiş şəxslərin olduğu həmin ünvanda, deyil, başqa ünvanda yaşaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də hərrac təşkilatı tərəfindən ipoteka qoyana bildirişlərin göndərildiyi halda onun həmin ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı hərrac təşkilatının məsuliyyətini yarada bilməz.
70. Həmçinin bu məsə lə ilə bağlı “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilən hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 7
1. Hərracın etibarsızlığı üçün iddiaçının istinad etdiyi ikinci əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarına əsasən, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzilin açıq hərracdan satılması "xxxx" tərəfindən hərrac qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur.
72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5413/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.