Məhkəmə qərarları › İş №2(102)-6091/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6091/2019

26.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6091/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X2 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun nümayəndəsi X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən “xxxx” MTK-nın kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-440/2018, hakim G.A.Əsədova) İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə q arşı iddiası təmin edilmiş, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-3184/2018, hakim A.B.Əliyev) iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “tərəflər arasında bağlanmış 16.02.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, 16.02.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-843/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) Cavabdeh Mənzil-Tikinti Kooperativininapellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən MTK-nın nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib MTK-nın iddiasının təmin edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 16 fevral 2016-cı il tarixli müqaviləyə əsasənCavabdeh Mənzil-Tikinti Kooperativi ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənz ilin dəyərini Kooperativə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin mənzilin tam dəyəri olan 178.500 manat pulu Kooperativə ödənilməsi barədə maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. 31 oktyabr 2017-ci il tarixdə İddiaçıCavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı qeyd edilən mənzilin onun sahibliyi və istifadəsinə dair Kooperativ tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 27.03.2018-ci il tarixdə Cavabdeh Mənzil-Tikinti Kooperativi İddiaçı qarşı qeyd edilən mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, maliyyə arayışının və kassa mədaxil orderinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul ed ilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmamış, bağlanmış müqavilə formal olmaqla, yalnız görünüş üçün, MTK-nın təsisçilərindən biri olan X6 Tuna qarşısında olan öhdəliyinin təminatı kimi bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşa ğıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16.02.2016-cı il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin mə nzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrin məzmununa müvafiq olaraq podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əml ak hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə öhdəliyini icra etdiyini təsdiq edən sübut qismində müqavilədə nəzərdə tutulmuş 178.500 manat məbləğində pulun cavabdehə ödənildiyini təsdiq edən 16.02.2016-cı il tarixli maliyyə arayışı və kassa mədaxil orderini təqdim etmişdir. Həm müqavilə, həm maliyyə arayışı, həm də məxaric orderi imzalanmış və Kooperativin möhürü ilə təsdiq edilmişdir. Sonuncu həmin sənədlərdəki imza və möhürləri mübahisələndirməmişdir. Kooperativ iddiaya etirazının əsası ki mi istinad etdiyi X3 ilə “xxxx” MMC arasında bağlanmış 31.01.2015-ci il tarixli icarə müqaviləsinin hazırkı işə birbaşa aidiyyətini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iş üzrə Nazimə İsmayılovanın Cavabdeh ilə, İddiaçı isə “xxxx” MMC ilə hər hansı hüquqi bağlılığı müəyyən edilmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, daha mötəbər sənədlər (müqavilə və maliyyə sənədləri) mövcud olduğu halda işin halları qeyri-müəyyən və cavabdehin etirazının əsaslarını birbaşa təsdiq etməyən dolayı şahid ifadələri əsasında müəyyən edilə bilməz. Cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin əslində tərəflər arasında borc münasibətini pərdələdiyini bildirsə də, hansı səbəbdən borc müqaviləsi rəsmiləşdırilmədiyıni, yaxud hazırkı müqavilədə həmin şərtlərin birbaşa göstərilmədiyini heç bir inandırıcı və ağlabatan dəlillə əsaslandıra bilməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi müqavilənin etibarsızlığı tələbinə Mülki Məcəllənin 354-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Kooperativ tərəfindən həmin əqdin etibarsızlığını mübahisələndirməklə bağlı 1 illik müddət ötürülmüşdür. İş üzrə müəyyən edildiyi kimi həmin müqavilə Kooperativin qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Bu halda, iddia olunan etibarsızlıq halları Kooperativə müqavilə bağlandığı andan məlum olmuşdur. Mülki qanunvericiliyə əsasən hüquqi şəxsin qanuni təmsilçisi hüquq münasibətlərinə təmsil etdiyi hüquqi şəxsin adından daxil olur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olma qla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar