Məhkəmə qərarları › İş №2(102)-6091/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6091/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6091/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(107)-816/2022 nömrəli qərardadından cavabdehlərin tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə cəmi 6000 manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 168 saylı evin, 34 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2022-ci il 30 mart tarixli, 2(051)-228/2022 nömrəli qətnaməsi ilə (hakim M.Kərimova) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. İddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şəki Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 28 iyun tarixli, 2(107)816/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2022-ci il 30 mart tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X3 tərəfindən cavabdehlər Cavabdeh1 və X1 hər birinə 6.000 (altı min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində pul kompensasiyası ödənilməklə onların Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 nömrəli evin 34 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinin pul kompensasiyası verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir.

7. Həmin qətnamədən cavabdehl ər və onların vəkili Vəkil2 kassasiya şikayəti vermişlər.

8. Apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər qətnamədən kassasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş, habelə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.

9. Cavabdehlər və onların vəkili apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli qərardadından kassasiya şikayəti vermişlər.

10. Bundan sonra cavabdehlər və onların vəkili vəsatət verərək məhkəməyə təqdim olunmuş xəbərnamələrdəki imzaların ona məxsus olub-olmadığının müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xah iş etmişlər.

11. Apellyasiya instansiya məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətin rədd edilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə həmin məhkəmənin 2022-ci il 28 iyun tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə vəsatətə və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddələrinin tələblərinə uyğunluğuna baxılması üzrə icraatın həmin məhkəmənin 14 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinə baxılması üzrə kassasiya icraatı yekunlaşana və mülki işin materialları apellyasiya instansiya məhkəməsinə qaytarılana kimi dayandırılması qərara alınmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehlər (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmiş və qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişlər.

14. Şikayət onunla əsaslandırılmışdır ki, məktub onlara 18 iyul 2022-ci il tarixdə xəbərnamə olmadan əllə çatdırılmışdır. Onlar heç bir xəbərnaməyə imza atmamışlar. Xəbərnamələrdə olan imza onlara məxsus deyildir. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini istəyir lər. 28 iyun 2022-ci il tarixli məhkəmə qətnaməsinin Tərtər rayon Poçt Şöbəsindən ona verilib-verilməməsi ilə bağlı bildirilmişdir ki, həmin məktub 18 iyul 2022-ci il tarixədək poçtun sistemində qalmış, həmin tarixdə isə geri qaytarıldığı qeydi vardır. Əgər həmin məktubun çatdırılması ilə bağlı forma №8 arayışı tələb edilərsə, göstərdiklərinin həqiqət olduğu məlum olacaqdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı (Vəkil1) kassasiya şikayətinə etiraz təqdim edərək qərardaddan verilmiş şikayətin təmin edilməməsini xahiş etmiş və etirazını belə əsaslandırmışdır ki, ötürülmüş müddətin bərpa edilməsi onun hüquqlarının pozulmasına səbəb olacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

19. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

20. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apell yasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsə dilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

28. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

29. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

30. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçılara xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.

31. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin iddiaçılar kassasiya şikayəti müddət 4 gün keçdikdən sonra v erilmişdir.

32. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamal ı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 14 sentyabr tarixli, 2(107)-816/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar