Məhkəmə qərarları › İş №2(102)-6092/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6092/2019

29.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6092/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı1 vəkili Vəkilnun, Cavabdeh1 vəkili X2 iştirakı ilə, İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3272/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia çılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və X13 qarşı “ yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi”nə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Yasamal rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X13 qarşı “istifadə hüquqlarına xitam verilməsi barədə” iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və X13 qarşı “ yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 (ailə üzvləri X7, X1, X8, X9 ilə birlikdə), Cavabdeh5 (ailə üzvləri X18, X19 və X20 ilə birlikdə) mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin “D” və “Q” tikilililərindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin “D” tikilisi və “Q” tikilisindən 2/4 hissəsi İddiaçı1, “Q” tikilisininin 2/4 hissəsi isə X4 mülkiyyətindədir. Bu barədə hüquqları Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq onlara Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarış verilmişdir. Mülkiyyətində olan qeyd olunan fərdi yaşayış evinin “D” və “Q” tikililərində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, X19 və X20 da X1 2 ildən çoxdur ki, onlara məxsus mənzildə yaşamırlar, köçüb başqa ünvanda yaşamaq üçün getmişlər. Həmçinin cavabdehlərdən Cavabdeh3, Cavabdeh4 2007-ci ildən mülkiyyətində olan mənzildə yaşamırlar və yaşamaq üçün köçüb başqa bir ünvana yaşamaq üçün getmişlər. Digər Cavabdeh5 isə ailə qurduqdan sonra, yəni 2001-ci ildən onlara məxsus mənzildə yaşamır və ailəsi ilə birlikdə yaşayır. İddiaçılar Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 (ailə üzvləri X7, X1, X8, X9 ilə birlikdə), Cavabdeh5 (ailə üzvləri X19 və X20 ilə birlikdə), X11 mülkiyyətində olan onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin “D” və “Q” tikililərindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsini n ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəməyə təqdim etdikləri Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın surətindən, eləcə də Azəbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2018-ci il tarixli vəkil sorğusuna cavabının əslindən də göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evinin “D” tikilisi və “Q” tikilisindən 2/4 hissəsi İddiaçı1, “Q” tikilisininin 2/4 hissəsi isə X4 mülkiyyətindədir. Cavabdehlərin isə məhkəmənin qeyd etdiyi kimi mübahisəli mənzildə hər hansı bir mülkiyyət hüquqları mövcud deyildir.Göründüyü kimi birinci instansiya məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsassız sayaraq ləğv etsə də, şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni dəqiq və anlaşılan formada əsaslandırmamışdır. Tərəflərin izahatları: İddiaçı1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı və digə r cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki tələblə məhkəməyə müracitə edərək iddia edirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxsud Şaxtaxtinski küçəsi 15 saylı fərdi yaşayış evin in “D” tikilisi bütünlüklə və “Q” tikilsinin 2/4 hissəsi 1-ci iddiaçının adına, “Q” tikilisinin qalan 2/4 hissəsi isə 2-ci iddiaçının adına qeydiyyatdan keçib və hazırda iddiaçıların mülkiyyətindədir, cavabdehlər 2 ildən çoxdur ki, həmin ünvanda yaşamırlar, köçüb başqa ünvana gediblər. Ona görə də, cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Xocavənd rayon məhkəməsi tərəfindən 2-1/2005 nömrəli iş üzrə qəbul olunmuş 10.01.2005-ci il tarixli qətnamə ilə qət olunub ki, “Q” tikilisinin (hazırkı işdə adı keçən tikili) lA hissəsinə mərhum X12 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 (hazırkı işdə cavabdeh olan 6 şəxsən 3-nün) vərəsəlik hüququ tanınsın. Qətnamədə daha sonra qeyd olunub ki, “Q” tikilisinin sahəsi 11,0 kvadrat metr və 7,6 kvadrat metr ol an hissələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 (hazırkı işdə cavabdeh olan 6 şəxsən 4-nün) istifadələrinə verilsin. Bu qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 17.04.2007-ci il tarixli qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin 19.09.2007-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qərar məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə 6 cavabdehdən 4-nün “Q” tikilisinə hüququ tanınıb, digər cavabdeh isə onların ailə üzvləridir. Ona gör ə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir “cavabdehlərin köçüb başqa ünvana getməsi” faktına əsaslanan hazırkı iddia təmin oluna bilməz. Qətnamə ilə tanınan həmin hüququ başqa ünvana getmə faktı ilə xitam oluna bilməz, qanunvericilikdə belə hal müəyyən edilməmişdir. Mülki Məcəllənin 15.2ci maddəsinə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Odur ki, iddia əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətində istinad etdikləri DƏDRX tərəfindən məhkəməyə təqdim edilmiş məktublara hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin məhkəməyə təsdiq etdiyi məktubda göstərilmişdir ki, “D” və “Q” tikililərinə yalnız iddiaçı tərəfin mülkiyyət hüququ qeydə alınıb, cavabdeh tərəfin hüquqları barədə məlumat yoxdur. Buna baxmayaraq nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş aktları hər kəs üçün məcburidir. Odur ki, məhkəmə qətnaməsi ilə tanınmış hüquqlar həmin məcburilik ilə qorunur. Məhkəməyə göndərilmiş digər məktubda qeyd olunmuşdur ki, “D” və “Q” tikililərinin bir hissəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2009 nömrəli, 27.02.2009-cu il tarixli qətnaməsi ilə cavabdehlərdən 4 nəfərin adına qeydiyyatdan keçib. Lakin müəyyən olunur ki, həmin qətnamə sonradan ləğv olunub, qətnamənin icrasında dönüş edilməsi barədə qərardad qəbul edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3272/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar