Məhkəmə qərarları › İş №2(102)-6092/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6092/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6092/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma, mənzilin tamamilə boşaldılması və banka təhvil verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1491/2022 nömrəli 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11305/2017 nömrəli 6 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10918,53 ABŞ dolları əsas, 3818,99 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14757 (on dörd min yeddi yüz əlli yeddi) ABŞ dolları 52 (əlli iki) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətind ə manatla tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv metr ümumi, 27,2 kv metr yaşayış, 19,9 kv metr yardımçı sahədən ibarət 28/19 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv metr ümumi, 27,2 kv metr yaşayış, 19,9 kv metr yardımçı sahədən ibarət 28/19 nömrəli evin 21 nömrəli mənzilin ilkin satış qiymətinin 39000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən cəmi 14757 (on dörd min yeddi yüz əlli yeddi) ABŞ dolları 52 (əlli iki) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xx xx" X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh1 qaytarılması qət edilmişdir.

2. Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin 21 nömrəli mənzilinə dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları 12 mart 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və Bankın adına çıxarış verilmişdir.

3. Azərbaycan Respublikası DİN “Asan 2” Mərkəzinin ******* nömrəli, 13 aprel 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 28/19 nömrəli evin 21 nömrəli mənzilində qeydiyyatda heç bir şəxs yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC c avabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin, 21 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" İKB ASC (“Yelo Bank“ ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin 21 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 6 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 12 mart 2021- ci il tarixdə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan və mənzili boşaldaraq banka təhvil verməkdən imtina etmişlər.

6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-75/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın təmin olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddia tələbi təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 33cü, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1491/2022 nömrəli iş üzrə 4 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Gülnarə Tağızadə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instan siyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçı təşkilatın mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlər qanuni əsas olmadan mübahisəli mənzildə yaşadığından birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə qanuni və əsaslı olmuşdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 203.1, 203.3.1 və 205.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, 14 avqust, 2015-ci il tarixdə 13000 ABŞ dolları nağd kredit götürmüşdür. Banka kredit üçün müraciət edərkən almaq istədiyi məbləği manatla almaq niyyətinin olduğunu bildirmişdir. Bankdan kredit verilərkən də kreditin manatla veriləcəyi bildirilmiş və kredit manatla alınmışdır. Lakin müqaviləyə imza atandan sonar ona məlum olmuşdur ki, verilən kredit məbləğinin valyutası ABŞ dolları ilə ifadə olunmuşdur. Kredit götürdükdən cəmi bir neçə müddət sonra Respublika əraz isində devalvasiya baş vermiş və ABŞ dollarının məzənnəsi 1,05 manat olmuşdur. Buna baxmayaraq o, çətinliklə də olsa kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. Lakin ikinci devalvasiyanın baş verməsi və dolların manata nəzərən məzənnəsinin sürətlə qalxması nəticəsində o banka olan ödənişlərini etməyə çətinlik çəkmişdir. Hal-hazırda bütün ailə onun himayəsindədir. Cavabdeh təşkilatla aralarında olan kredit müqaviləsi bağlanıldıqdan sonra o təşkilata kifayət qədər ödəniş etmişdir. Lakin bütün bu ödənişlərə baxmayaraq təşkilat kredit müqaviləsi üzrə əsas borcu saxlamış, faiz borcunu isə qanunsuz və əsassız olaraq dəfələrlə şişirtmişdir.

15. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19-cu, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə, “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 13.1. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui -istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

24. Maddə 203.3.1. Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması üçün əsasdır.

25. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416. 1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. Kassasiya şikayətində qeyd edilən dəlillər daha çox tərəflər arasında bağlanmış kredit müqaviləsindən irləi gələn münasibətlərlə, iddiaçı bank tərəfindən kredit borcunun tutulması ilə əlaqədardır və bu barədə artıq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6 sentyabr 2017-ci il tarixli qətnaməsi vardır, ona görə də hazırkı məhkəmə baxışının predmetinə aid ola bilməz. Kassasiya şikayətində göstərilən digər dəlillər isə apellyasiya şikayətində də irəli sürülmüşdür və apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

36. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosess ual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. Odur ki, Sumqfuıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1491/2022 nömrəli 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar