Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6094/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, X5, Cavabdeh8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Çıxarışın etibarsızlığı və müqavilənin ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və Vəkil, Cavabdeh1 vəkili Şahverdi Eymur Ağaveys oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, X5, Cavabdeh8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1675/2021 nömrəli 08.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının istifadəsində torpaq sahəsi var. Həmin torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və həmin orqan onun istifadəsində olan torpaq sahsinin kordinatlarının Cavabdeh1 paylı mülkiyyətində olan torpaq sahəsinin kordinatları ilə üst-üstə düşməsi əsası i lə özəlləşdirməni həyata keçirməkdən imtina etmişdir. Eyni zamanda cavabdeh torpaq sahəsini hissə-hissə X1, X4, Cavabdeh8 alqı-satqı yolu ilə satmışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq cavabdehin torpaq sahəsinin koridantlarının əsassız olaraq onun torpaq sahəsinə işlənməsi əsası ilə torpağın plan və ölçüsünün, çıxarışın etibarsızlığını, müqavilələrin ləğv edilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Şamaxı rayonu, Sabir adına qəsəbənin ərazisind ə yerləşən torpağa aid MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia tələbini artıraraq Cavabdeh1 ilə X3, X5 və Cavabdeh8 ilə bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini tələb etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslanıdırmışdır ki, 13 fevral 2019-cu il tarixli, **********40 saylı məktubla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi əsassız olaraq ona çıxarış verməkdən imtina etmiş və cavabı onunla əsaslandırmışdır ki, guya elektron məlumat bazasında həmin torpaq sahəsi digər şəxsin, yəni Cavabdeh1 adına veril diyi göstərilmiş və həmin torpaq sahələri üst-üstə düşür. Cavabdeh1 adına MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ona verilən cavab qanunsuzdur. Alınmış çıxarış qanunsuz yolla alınmışdır və etibarsız sayılmalıdır. Eyni zamanda cavabdehin sonradan həmin torpaq sahələrini başqa şəxslərə satması da qanunsuz olduğu üçün həmin əqdlər də ləğv edilməlidir.
5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, X5, Cavabdeh8 və Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
6. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 421.1, 421.2-ci maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi G.Tağızadə və T.Quliyev) 08.06.2021-ci il tarixli 2(105)-1675/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
12. Hə mçinin qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsini kifayət qədər aydın və tam olmamaqla, kifayət qədər ziddiyyətli və şübhə doğuran, mülki işin materialları ilə uyğunlaşmayan ekspert rəyləri ilə əsaslandırmışdır. Rəylər açıq-aşkar cavabdehlərin “xeyrinə”, heç bir hüquqverici sənədlər olmadığı halda, torpaq sahələri barədə əsassız rəy vermişdir. Bu səbəbdən əlavə ekspertiza təyin edilib keçirilməsi barədə hər iki instansiya məhkəməsində vəsatət qaldırılsa da, məhkəmə vəsatətlərini təmin etməmişdir. Mübahisəli torpaq sahələri barədə 29 iyul 2021-ci il tarixdə “X2” MMC-yə müraciət etmiş və həmin ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri mühisəli torpaq sahələrinə yerində baxış keçirmiş, ölçülər aparmış və vermiş olduqları 30 iyul 2021-ci il tarixli 268 saylı rəydə tamamilə fərqli rəy vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. Cavabdeh1 vəkili Şahverdi Eymur Ağaveys oğlu kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
18. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Madddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna mali kdirlər.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Madddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. Maddə 220.3. Qətnamənin giriş hissəsində mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşmır.
30. İlk növbədə qeyd olunur ki, işə baxan hər iki instansiya məhkəməsi MPM-nin 218.3 və 220.3. maddəsinin tələblərinə riayət etməmişlər. Həmin normaların tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və qətnamənin giriş hissəsində mübahisənin predmeti və ya irəli sürülən tələbi göstərməlidir. Amma hazırkı işdə həmin normaların tələblərinə tam riayət edilməmişdir. Çıxarılan qətnamələrdən məhkəmələrin konkret olaraq hansı tələblərə baxması ay dın deyil.
31. İddiaçının iki tələbi var. 1-ci tələbi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi, 2-ci tələbi, Cavabdeh1 ilə X3, X5 və Cavabdeh8 ilə bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini tələbi. 32. 1-ci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, X5, Cavabdeh8 qarşı daşınmaz əmlakın alqısatqı müqavilələrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Qətamədə iddiaçının sonradan MPM-nin 53-cü maddəsinə istinad edərək verdiyi ərizənin hansı ərizə olması aydın deyil. Hər iki məhkəmə qətnamədə iddianın nədən ibarət olmasını dəqiqi göstərməmiş, qətnamənin əsaslandırma hissəsində də, hansı tələblərə baxılması, hansı tələblərin hansı əsaslarla rədd edilməsi aydın deyil.
33. Əslində iddiaçının sonradan MPM-nin 53-cü maddəsinə istinad edərək verdiyi ərizə iddia tələbinin artırılması barədə ərizə idi. İddiaçı bunu iddia tələbinin “genişləndirilməsi” kimi ifadə etmişdir.
34. Ona görə işə baxan məhkəmələr hər iki tələblə bağlı dəyərləndirmə aparmalıydılar.
35. İddiaçının 1-ci tələbinin məhkəmə aidiyyəti ilə bağlı ümumiyyətlə hüquqi dəyərləndirmə aparılmamışdır. Hansıki, 2-ci tələb əslində 1-ci tələbin təmin olunubolunmamasından asılıydı.
36. İddiaçı 1-ci tələbini onunla əsaslandırırdı ki, istifadəsində olan torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və həmin orqan onun istifadəsində olan torp aq sahsinin kordinatlarının Cavabdeh1 paylı mülkiyyətində olan torpaq sahəsinin kordinatları ilə üst-üstə düşməsi əsası ilə özəlləşdirməni həyata keçirməkdən imtina etmişdir. Onun torpaq sahəsinin kordinatları qanunsuz və əsassız olaraq cavabdehin torpaq sahəsinə işlənmişdir. İddiaçı həmin əsasla cavabdehin adına olan çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsini tələb edirdi. Əslində həmin tələb Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı yönələn tələbdir və ümumi məhkəmədə baxılmalı deyil. Qeyd olunan tələbə inzibati məhkəmədə baxılması ilə bağlı işə baxan məhkəmələr heç bir müzakirələr aparmamışlar. 37. 2-ci tələblə bağlı da məhkəmələrin mövqeyi əsaslı olmamışdır. Əvvəla, 1-ci tələb təmin edilmirsə, 2-ci tələb də təmin olunan tələb deyil. Çünki cavabdehin adına verilmiş plan və ölçü, çıxarış qanuni hesab olunursa cavabdehin özünə məxsus olan torpaq sahəsini digər şəxslərə satması əsasılıdır.
38. Bundan başqa, iddiaçı Cavabdeh1 ilə X3, X5 və Cavabdeh8 arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsini tələbi. Müqavilənin ləğv edilməsi tələbini həmin müqavilənin tərəfləri mübahisələndirə bilərlər. İddiaçı mübahisələndirdiyi müqavilələrin tərəfi olmamışdır.
39. Müqavilənin ləğvini nizama salan maddi hüquq normalarının tələblərinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətind ə ondan cavab almadıqda irəli sürə bilər(423.2.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (Maddə 423.1.).
40. Göründüyü kimi, əvvəla müqavilənin ləğvini müqavilə tərəfi tələb edə bilər və bundan başqa, müqavilənin məhkəmə qaydasında ləğvini tələb etməmişdən əvvəl məhkəməyədək nizama salmaq qaydalarına riayət edilməlidir. Ona görə iddianın rədd etmək üçün məhkəmələrin mübahisəyə aidiyyəti olmayan çoxsaylı maddi hüquq normalarına istinadları əsassız olmuşdur.
41. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğ v olunması üçün əsasdır.
42. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1675/2021 nömrəli 08.06.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.