Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6096/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X, iddiaçının nümayəndəsi X4, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçı “X11 cavabdeh X3 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı X şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Suraxan ı Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddiaçı X şirkətinin cavabdeh X3 qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X5 tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S. Əliyev küçəsi, 503 “A ” yaşayış massivində 39 T 415985.26 m B 4477997.75 m C koordinatlar üzrə yerləşən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq X istifadəsinə qaytarılması, cavabdeh X1 ödənilmiş 10 manat dövlət rüsumunun alınaraq iddiaçı X şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) cavabdeh X2 və qətnamə ilə maraqlarına toxunulan şəxs qismində Maraqlı şəxs ayrı-ayrılıqda verdikləri apelliyasiya şikayətləri təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X cavabdeh X3 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 503A yaşayış massivində 39 T 415985,26 m B 4477997,75 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması barədə iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qə tnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X cavabdeh X3 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia verərərk Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 503A yaşayış massivində 39 T 415985,26 m B 4477997,75 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair 30.04.2018ci il tarixli 49 illik icarə müqaviləsi Bakı Şəhəri İcra Hakimiyyəti ilə Maraqlı şəxs arasında bağlanıb, mübahisə ilə bağlı X tərəfindən yazışmalar həmin şəxslə aparılıb. İş materiallarında olan sənədlər dən görünür ki, mübahisəli torpaq sahəsinə bitişik 0,05 ha torpaq sahəsi 08.06.2007-ci il tarixdən, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 09.06.20 17-ci il tarixdən Maraqlı şəxs mülkiyyətindədir. 30.04.2018-ci il tarixli, 1474 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni icarəçi qismində imzalamış Cavabdeh hüquq münasibətinə öz adından deyil, Maraqlı şəxs təmsilçisi qismində daxil olmuşdur. Maraqlı şəxs mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı müxtəlif dövlət orqanları ilə yazışmalar aparmış və bununla bağlı ilkin rəylər alınmışdır. Göründüyü kimi hazırkı işdə əsl cavabdeh qismində Maraqlı şəxs çıxış etməli olduğu halda iddiaçı öz tələbini Cavabdeh qarşı irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cav abdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh Maraqlı şəxs ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tuta raq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6096/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6096/2019
24.09.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver