Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6098/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X2 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fecral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-2516/2018, hakim A.Ə.Rzayev) İddiaçı cavabdehlər X5, “xxxx” MMC və mübahisə predm eti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Binəqədi rayon İcra Hakimiyyəti, X4 və Binəqədi rayon Polis İdarəsinə qarşı iddiası təmin edilmiş, X4 tərəfindən alqı-satqı ilə 1280 saylı, 24.08.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı hal-hazırda Gənclər şəhərciyi adlanan ərazidə 0,12 ha torpaq sahəsindən cavabdeh X6 və «xxxx» MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7037/2018, hakimlər İ.Ş.Vəl iyev, X.A.Mərdanova, E.M.Həsənov) «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-642/2019, hakimlər S.F.Hacıyev, Q.A.Əsgərov, E.R.Vəliyeva) «xxxx» MMC-nin kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il il tarixli qətnaməsi ilə (iş № 2(103)-4783/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətn amə qəbul edilmiş, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı (hal-hazırda Gənclər şəhərciyi adlanan ərazidə) 12 sot torpaq sahəsindən cavabdeh X6 və “xxxx” MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri,Binəqədi rayon X4nin 1280 saylı, 24 avqust 2006-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi ərazisində olan 1200 m2 torpaq sahəsi fərdi yaşayış evin in tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış və həmin torpaq sahəsinin cizgisi sərəncama əlavə olunmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5.65 ha torpaq sahəsi «xxxx» MMC-nin xüsusi mülkiyyətindədir. 23 iyul 2015-ci il tarixdə İddiaçı cavabdehlər X5, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Binəqədi rayon İcra Hakimiyyəti, X4 və Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia ərizəsinə əlavə təqdim edərək rəsmi sənədlər əsasında mərhum babası İsrafil Aslanova 1939-cu ilə kimi məxsus olmuş, ona miras qalmış, 40 ilə yaxın sahiblik və istifadəsində olan X4 tərəfindən alqı-satqı ilə 1280 saylı, 24.08.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı 0,12 ha torpaq sahəsindən cavabdeh X6 və “xxxx” MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin onun istifadə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə alınmış 18.12.2015-ci il tarixli mütəxəssis rəyinə əsasən, X4 tərəfindən alqısatqı yolu ilə 1280 saylı, 24.08.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin şərti sxeminə əsasən təxmini sərhədlərinin bir hissəsi 21.12.2010-cu il tarixli çıxarışa əsasən «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin hüdudları daxilinə nüfuz edir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilmiş maddi hüquq normaları səhv təfsir edilmiş, tətbiq edilməli maddi hüquq normaları tətbiq edilməmiş, Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinin Binəqədi Bələdiyyəsi tərəfindən verilə bilməyəcəyi barədə səhv nəticəyə gəlinmiş, mübahisəli torpaq sahəsinin Binəqədi rayonunun hüdudları daxilində yerləşməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclas ına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının tələbinin əsasını bələdiyyədən alqı-atqı yolu ilə əldə etdiyi torpaq sahəsini özbaşına tutmuş cavabdehdən alınaraq ona qaytarılması, həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hes abına sökülməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnaməsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon X4nin 1280 saylı, 24 avqust 2006-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi ərazisində olan 1200 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır və həmin torpaq sahəsinin cizgisi sərəncama əlavə olunmuşdur. Bu halda iddiaçının həmin torpaq sahəsinin boşaldılması ilə bağlı subyektiv hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 13 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi bütövlükdə Şirkətin ərazisi hüdudlarından kənarda yer ləşir. Bundan başqa, 08 yanvar 2015-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Binəqədi rayonunun hüdudlarında yerləşir. Həmçinin, “xxxx” MMC-nin mülkiyyətinə ayrılmış torpaq sahəsi Binəqədi rayou əraziisndə deyil, Abşeron rayonu ərazisində yerləşir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə “xxxx” MMC-nin mülkiyyətinə ayrılmış torpaq sahəsi müxtəlif rayonlarda yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi istisna olunur. Həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qətnaməsi “xxxx” MMC-nin kassasiya şikayəti əsasında ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddian ı rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətində olanlar da daxil olmaqla bütün torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılmalıdır və dövlət tərəfindən də torpaq sahələri üzərində yalnız qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşmaq olmaz. Əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən ba xan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə bax manın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərarı özü-özlüyündə yenidən işə baxan apellyasiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi göstərişlərdə qeyd olunan qa nun pozuntularını aradan qaldırmaqla qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin əsasını torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi ilə torpaq sahəsi üzərində hüquqların yaranması əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçının iddia etdiyi torpaq sahəsinə dair təqdim etdiyi X4nin 24 avqust 2006-cı il tarixli sə rəncamına əsasən, həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır və həmin torpaq sahəsinin cizgisi sərəncama əlavə olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə məhz torpaq sahəsinin verilməsi barədə qərar qəbul edildikdən sonra torpaq sahəsinə dair həmin sənəd hazırlanmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu halda torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsi ilə torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasının məcburiliyinin və torpaq sahələri üzərində qeyd iyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat verməməsinin müəyyən edildiyi halda iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmamasına gəldikdə isə, X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010cu il tarixli qərarında göstərildiyi kimi daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifad ə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktları ndan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6098/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6098/2019
26.09.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver