Məhkəmə qərarları › İş №2(102)-6099/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6099/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6099/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X8 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, əldən çıxmış fayda, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı X8 Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin mülkiyyət sənədi ilə və naturada təhvil verilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)4642/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı X12 (vəkili Vəkil1) və Cavabdeh MMC (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları X12 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X7 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin qeyri-yaşayış sahəsini almağı öhdələrinə götürmüşlər. xx.xx.2012-ci il tarixli, 10/16 saylı maliyyə arayışına əsasən iddiaçı qeyri-yaşayış sahəs inin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X12 Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2010cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekt, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X7 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehdən iddiaçının xeyrinə 141.600,0 manat məbləğində cərimənin, 1.045.008,0 manat məbləğində əldən çıxmış faydanın, 696.672,0 manat məbləğində devalvasiyaya görə dəymiş ziyanın və 300.000,0 manat məbləğində mənəvi ziyanın, cəmi 2.183.280,0 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 yanvar 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1- ci və 2.1-ci bəndlərinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X7 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini, hər bir kvadrat metri 1500 manatdan hesablanmaqla 1.416,000 manat müqabilində iddiaçı satmışdır. İddiaçı tər əfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilmiş və cavabdeh tərəfindən iddiaçının adına xx.xx.2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq, bu günə qədər icra etməkdən yayınır. İllərdir ki, müxtəlif bəhanələrlə vaxtı uzadır, qeyri-yaşayış sahəsini nə naturada, nə də sənəd üzrə təhvil vermir. Hətta, xx.xx.2021-ci il tarixli pretenziya məktubuna belə cavab verilməmişdir. Müqavilənin 4.16-cı bəndinə əsasən cavabdeh binanı xx.xx.2010-cu il tarixinədək tikib, müqavilədəki mərtəbəni təmir üçün təhvil verilməli idi. Müqavilənin 4.17-ci bəndinə əsasən xx.xx.2011-ci il tarixinədək cavabdeh bina üçün Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları tərəfindən lazımi sənədləri alaraq, adına dövlət reyestri tərəfindən çıxarış ver ilməsini üzərinə öhdəlik götürmüşdür. Müqavilənin 4.18-ci bəndinə görə cavabdeh xx.xx.2011-ci il tarixədək qeyri-yaşayış sahəsini alıcıya şəhadətnamə (kupça) da daxil olmaqla təhvil verməzsə, eyni ərazidə tikdiyi digər binalardan eyni sahə qədər yerin verilməsini və alıcının öz sahəsində həyata keçirdiyi bütün dekorasiya işlərinin xərclərini xx.xx.2011-ci il tarixinədək qaytarılmasını öz öhdəsinə götürür. Bu ödəmə gecikərsə hər gecikən günə bir faiz cərimə hesablanır. Müqavilədə də açıq-aşkar qeyd olunduğu kimi, cavabdeh xx.xx.2011-ci il tarixədək qeyri-yaşayış sahəsini hüquqmüəyyənedici sənədlərlə birlikdə iddiaçıya təhvil verməli idi. Lakin üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmişdir. Yəni, 10 ildən artıq müddət keçməsinə baxmayaraq müqavilə şərtləri icra edilməmişdir. Ona görə də, hər gecikən gün üçün iddiaçıya ödədiyi məbləğin bir faizi miqdarında cərimə ödənilməlidir. xx.xx.2011-ci il tarixdən hesablanmaqla 10 ildən artıq müddət ötmüşdür. 1.416,000 manat məbləğinin 1 % 14160 manat təşkil etdiyini, həmin məbləği 10 ilə vurduqda 141600 manat çıxır. Beləliklə, cavabdeh iddiaçıya 141.600 manat məbləğində cərimə ödəməlidir. Bundan əlavə, iddiaçı həmin qeyri-yaşayış sahəsindən çox böyük bir ticarət mərkəzi kimi istifadə etməyi planlaşdırmış və həmin fəaliyyətindən külli miqdarda vəsait əldə edəcəkdi. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Adi qaydada həmin sahəni icarəyə versəydi, ən azı 1.045.008 manat əldə edəcəydi (944 kv.m. x 9 manata 123 ay = 1045008). Yəni, orta hesabla bu illər ərzində göstəril ən ərazidə kirayə qiymətləri bir kvadrat metr sahənin bir ay üçün 8-10 manat arasında olduğu, daha yuxarı qiymətlərlə icarəyə verildiyi təkzib olunmazdır. Yuxarıda göstərilən məbləğdə əldə edə biləcəyi minimum fayda əlindən çıxmışdır. Bundan əlavə, ölkədə devalvasiya baş vermiş, Azərbaycan Respublikası Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixli qərarı ilə 0.78 manata bərabər olan 1 ABŞ dolları 1.05 manata, 21 dekabr 2015-ci il tarixli qərarı ilə isə 1.05 manatı 1.55 manat təşkil etmişdir. Hal-hazırda isə 1.70 manat təşkil etməkdədir. Belə olan təqdirdə, əmlakının icarəsindən və digər fəaliyyətlərdən əldə edə biləcəyi gəlir ən azı 1,3 dəfədən artıq dəyərini itirmişdir. Ona görə də, hesab edir ki, vaxtında qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmədiyi üçün, həmin ziyanın əvəzi olaraq 69 6.672 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. O cümlədən, qeyri-yaşayış sahəsi iddiaçıya hal-hazırki dövrə qədər təhvil verilmədiyi üçün, özü, ailə üzvləri ağır mənəvi, psixoloji iztirablar, sarsıntılar, stresslər keçirmişlər və onlara külli miqdarda mənəvi ziyan dəymişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, iddia tələbi uydurma xarakter daşıyır. İstinad edilən 25 yanvar 2010-cu il tarixli müqavilə haqqında Cəmiyyətdə heç bir sənəd, məlumat mövcud deyil və belə müqavilənin hansı şəraitdə, necə imzalanması, iddiaçı tərəfindən ödəniş edilməsi məlum deyil. Məhkəməyə təqdim edilmiş müqavilə nüsxəsi sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti deyil. Bu hal da müqavilənin həqiqiliyinə ciddi şübhə doğurur və onu mötəbər sübutlar siyahısından kəna rlaşdırır. İddiaçı 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə qeyri-yaşayış sahəsinin 01 iyun 2011-ci ilədək hüquqmüəyyənedici sənədlərlə birlikdə ona təhvil verilməli olduğunu iddia etsə də, keçən 10 il ərzində iddiaçı Cəmiyyətə hər hansı yazılı və ya şifahi müraciət, tələb irəli sürməmişdir. İddiaçının onun tərəfindən ödənildiyinə istinad etdiyi 1.416.000 manatı necə əldə etməsi və hansı qaydada və kimə ödəməsi barədə iddia ərizəsində heç bir məlumat yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədləri nəzərdən keçirdikdə istinad edilən 25 yanvar 2010-cu il tarixli müqavilə ilə iddia ərizəsinin eyni şəxs - İddiaçı tərəfindən imzalanmadığı aşkar görünür. Müqavilədə olan imzanın iddiaçıya aid imza kimi qəbul edildiyi təqdirdə, iddia ərizəsinin səlahiyyətli şəxs, hüquq sahibi tərəfindən imza lanmadığı məlum olur. İddia tələbi cavabdehdən 141.600 manat cərimə məbləğinin tutulması hissəsində də qeyri-müəyyəndir. İddiaçı öz tələbini əsaslandırmaq üçün hər hansı müqavilə müddəasına və ya qanun normasına istinad edə bilməmişdir. İlk növbədə, iddiaçının təqdim etdiyi müqavilədə sadəcə Alıcı tərəfindən ödənişin gecikdirilməsi halında ona münasibətdə cərimə tətbiq edilməsi imkanı nəzərdə tutulmuş, Satıcı tərəfindən hər hansı ödənişin edilməsi və onun gecikdirilməsinə görə cərimə tətbiq edilməsi qaydası müəyyən edilməmişdir. Digər tərəfdən, bu günədək iddiaçının Cəmiyyətə qarşı ödənilmiş pulun geri qaytarılmasına dair tələbi olmamışdır. Belə olan halda, cərimənin tətbiq edilməsi üçün müddət axımının hansı vaxtdan və nəyə əsasən hesablandığı anlaşılan deyil. Əldən çıxmış faydaya və deva lvasiyaya görə itirilmiş pul vəsaitinin Cəmiyyətdən tutulmasına dair iddiaçının tələbləri sui-istifadə xarakteri daşıyır. İddiaçı cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində onun gəlirdən məhrum olması, güman edilən qanunsuz hərəkətlə nəticə arasında səbəbli əlaqə, bu hallan təsdiq edən faktlar və s. kimi vacib əhəmiyyətli məsələləri ört-basdır etməklə utopik məbləğlər hesablayaraq, əsassız varlanma niyyətinə qapılmışdır. İddia tələbinin mənəvi ziyanın əvəzi kimi 300.000 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində də heç bir əsaslılığı yoxdur. Mənəvi ziyan tələbi sözlə ifadə olunmaqla qalmamalı, Cəmiyyətin təqsirli hərəkətlərə yol verməsi, bunun nəticəsində iddiaçıya mənəvi ziyan vurulması və onun Cəmiyyətin təqsirli hərəkəti nəticəsində əsəb, stress, sarsıtı keç irməsi öz təsdiqini tapmalıdır. Lakin hazırki iş üzrə iddia tələbi bütünlüklə əsassız olduğundan və Cəmiyyətin hər hansı öhdəlikdən yayınması halı, təqsirli hərəkəti, hüquqpozma faktı mövcud olmadığından mənəvi ziyan tələbi də məntiqəuyğun və qanuni hesab edilə bilməz. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti etməyə və ya hərəkəti etməkdən çəkinməyə müddət şamil etmişdir. İddiaçı daşınmaz əşyalarla bağlı 6 illik xüsusi iddia müddətini və 10 illik ümumi iddia müddətini ötürdüyündən, iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz.

5. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)-359/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, X12 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X7 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X8 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyriyaşayış sahəsinin təhvil verilməsi yolu ilə X8 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışı Cavabdeh direktoru tərəfindən imzalanmaqla Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir ki, göstərilənlərin doğruluğu cavabdeh tərəfindən münbahisələndirilməmişdir. xx.xx.2012-ci il tarixli 10/16 saylı maliyyə arayışından göründüyü kimi iddiaçı mübahi sə predmeti olan əmlakın dəyərini cavabdehə tam ödəmişdir.

7. Məhkəmənin mövqeyinə görə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan məzmununa əsasən həmin əmlak üzərində gözlənilən mülkiyyət hüququna malikdir.

8. Eyni zamanda məhkəmə tədqiqatı zamanı iddiaçının üzərində gözlənilən mülkiyyət hüququ olduğu əmlak iddiaçıya təhvil verilməməklə ondan istifadə edə bilməməsi müəyyən olunmuşdur ki, bu da onun sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Buna görə də məhkəmə hesab edir ki, həmin əmlakın təhvil verilməsi yolu ilə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmalıdır.

9. Məhkəmə iddia tələbinin cərimənin, əldən çıxmış faydanın, dəymiş ziyanın və mən əvi ziyanın tutulması hissələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı göstərilən tələblər üzrə cavabdehdən pul məbləğləri tələb etsə də, qeyd olunan tələblərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də iddia göstərilən hissələrdə təmin oluna bilməz.

10. Cavabdehin iddia müddəti ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisə predmeti olan əmlak üzərində iddiaçı mülkiyyət hüququna malikdir ki, bu halda hazırki mübahisə mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələblərinə əsasən bu hüquq münasi bətindən irəli gələn tələb onun irəli sürülməsi müddətindən asılı olmayaraq məcburi qaydada müdafiə olunmalıdır. Buna görə də hazırki mübahisəyə iddia müddəti şamil edilmədiyindən iddia müddəti tətbiq oluna bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4, 157.8, 178.8, 372, 384.0.4, 385.1, 448.1-4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il, “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli Qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı X12 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)-359/2022 saylı qətnaməsinin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqları pozulmuşdursa, bu halda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən ona dəymiş ziyanı tələb edə bilər. Əgər məhkəmə hüquqların pozulmasını qəbul edirsə, onların bərpası z amanı əvəzinin tələb edilməsi iddiaçı tərəfindən sübut olunmamalıdır. Bu halda, məhkəmə iddiaçıdan dəymiş ziyanın dəyib-dəyməsini deyil, yalnız tələb olunan məbləği sübut edilməsini tələb edə bilər ki, bu məbləğləri də iddiaçı həm iddia ərizəsində, həm də ki, iş materiallarında sübut etmişdir. Həmçinin, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliklərini pozmuş və iddiaçı məhz bu öhdəliklərin pozulmasına görə cavabdehdən dəymiş ziyanı tələb etmişdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəalarını nəzərə almamışdır. Məhkəmə bu müddəaları nəzərə alsaydı, cavabdehdən cərimənin tutulması tələbini təmin edərdi. İkincisi, məhkəmə qiymətləndiricinin rəyini nəzərə almadan, səhv nəticəyə gəlmişdir ki, əldə çıxmış fayda tələbi sübut edilməmişdir. Halbuki, həmin qiymətləndir mə aktında birmənalı olaraq icarə haqqının (əldə çıxmış faydanın) məbləği sübut olunmuşdur. Üçüncüsü, məhkəmə devalvasiya ilə bağlı tələbin nəyə görə sübut olunmamasını da əsaslandırmamışdır. Hesab edir ki, devalvasiyanın məbləğinin əsaslandırılması üçün hər hansı sübut tələb olunmamalı idi. Çünki, bu ümumi məlum olan faktdır. Dördüncüsü, məhkəmə hesab etmişdir ki, mənəvi ziyan sübut olunmamışdır. Hesab edir ki, iddiaçının hüquqlarının pozulması sübut olunduğu halda, onun mənəvi ziyanın tələb olunması hissəsi sübut olunmamalı idi.

14. Qətnamədən Cavabdeh MMC qətnamədən apelyasiya şikayəti verərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)-359/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və İddiaçı iddia tələblərinin tam rəd d edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin giriş hissəsində baxdığı iddia tələbini düzgün göstərməmiş və bununla qeyri-müəyyənliyə yol vermişdir. Qətnamədə çıxarılma tarixi 15 mart 2022-ci il göstərilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.2-ci maddəsinin tələbləri pozularaq yalnız 14 aprel 2022-ci ildə elektron kabinetə yerləşdirilmiş və bu barədə cavabdehə heç bir məlumat verilməmişdir. İstinad edilən 25 yanvar 2010-cu il tarixli Müqavilə haqqında Cəmiyyətdə heç bir sənəd, məlumat mövcud deyil və belə Müqavilənin hansı şəraitdə, necə imzalanması, iddiaçı tərəfindən ödəniş edilməsi onlara məlum deyil. İddiaçı 25 yanvar 2010cu il tarixli müqavilə üzrə qeyri-yaşayış sahəsinin 01 iyun 2011-ci ilədək hüquqmüəyyənedici sənədlərlə birlikdə ona təhvil verilməli olduğunu iddia etsə də, keçən 10 il ərzində iddiaçı Cəmiyyətə hər hansı yazılı və ya şifahi müraciət, tələb irəli sürməmişdir. İddiaçının onun tərəfindən ödənildiyinə istinad etdiyi 1.416.000 (bir milyon dörd yüz on altı min) manatı necə əldə etməsi və hansı qaydada və kimə ödəməsi barədə iddia ərizəsində heç bir məlumat yoxdur. İddiaçı istinad etdiyi 25 yanvar 2010-cu il tarixli Müqavilənin və 16 dekabr 2012-ci il tarixli Maliyyə arayışının əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etməmişdir. Belə Müqavilənin hansı şəraitdə, necə imzalanması müəmmalı xarakter daşıyır. Təqdim edilən sənədlərdən görünür ki, həmin müqavilədə Cəmiyyətin təsisçilərindən biri olan sabiq direktoru X 4 və X3 adından imzalanmışdır. Adı çəkilən şəxs Cəmiyyətin fəaliyyəti ilə əlaqədar çoxsaylı saxtakarlıqlara yol verməsi səbəbindən 2013-cü ildə direktor vəzifəsindən azad edilmişdir. Bundan sonra Cəmiyyətdə audit yoxlaması aparılmış və ciddi pozuntular və zərər vurulması halları aşkar edilmişdir. İddiaçının cavabdehlə aralarında mövcud olmasına istinad etdiyi münasibətlərin qiymətləndirilməsi ilə bağlı məhkəmənin yol verdiyi kobud səhv cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsi zamanı özünü kəskin şəkildə göstərmiş, nəticədə, məhkəmə cavabdehi Kooperativ kimi qəbul edərək, iddiaçının pay haqqını ödəməklə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun yarandığını qeyd etmiş və hazırki mübahisənin mülkiyyət hüququ ilə bağlı olduğundan, Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, iddia müddətinin şamil olunmaması qənaətinə gəlmişdir. Belə ki, cavabdeh təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Fiziki şəxslərin kooperativə üzv olması, əmlak əldə etməsi və kooperativ üzvünün əmlaka dair mülkiyyət hüququnun yaranması qaydaları xüsusi tənzimləməyə məruz qalmaqla, məhdud məsuliyyətli cəmiyyət ilə yaranan münasibətlərdən fərqlənir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının fərqli olaraq, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. İddiaçının istinad etdiyi Müqavilə üzrə qeyri-yaşayış sahə sinin ona təhvil verilməsi üçün son müddət 01 iyun 2011-ci il müəyyən olunmuşdur. Həmin tarixdən 10 ildən artıq müddət keçsə də, iddiaçı Cəmiyyətə qarşı heç bir tələb irəli sürməmiş, qanunvericiliyin iddia müddəti ilə bağlı tələbini də kobud surətdə pozaraq, daşınmaz əşyalarla bağlı 6 illik xüsusi, o cümlədən 10 illik ümumi iddia müddətini də ötürmüşdür.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4642/2022 nömrəli iş üzrə 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)359/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, X12 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X7 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X8 sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X8 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, Cavabdehndən mənəvi zərər olaraq 3000,0 (üç min) manatın tutularaq iddiaçı X11 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya m əhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan məzmununa əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Halbuki, iş materiallarından və tərəflər iddiaçı X9 Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, müqavilənin bir tərəfi Mənzil Tikinti Kooperativi deyil, Məhdud Məsuliyyətli Cəmiyyətidir.

18. Tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin şərtlərindən və məzmunund an görünür ki, həmin müqavilə daşınmaz əmlakın alqı-satqısına dair nə ilkin müqavilə deyil, nə də daşınmaz əmlakın alqı-satqısına dair müqavilə deyil, əslində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa ediləcək çoxmərtəbəli binada (X7 bloku) qeyri-yaşayış sahəsinin inşası ilə bağlı Podrat müqaviləsidir. Belə ki, Respublikada mülki dövriyyənin iştirakçıları arasında inşa ediləcək binalardan, ticarət mərkəzlərindən və.sair mənzil, qeyri-yaşayış sahələri əldə etmək üçün bağlanmış oxşar müqavilələr də notarial qaydada təsdiq olunmamış, həmin müqavilələr Podrat müqaviləsi olaraq təfsir edilir. Yəni əslində Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin notarial qaydada alqı-satqısı da mümkün deyildir, ona görə ki, daşınmaz əmlak onun mülkiyyətçisi tərəfindən özgəninkiləşdirilir və bu halda mülkiyyətçi hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində mövcud olur.

19. İşdə olan notarial qaydada təsdiq edilmiş ödəniş sənədləri ilə təsdiq olunur ki, iddiaçı X12 Cavabdeh ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə öhdəliyini tam olaraq icra edərək, qeyri-yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. Ona görə də, qeyri-yaşayış sahəsinə X8 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X8 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması hissəsində iddia tələbi əsaslıdır.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “Cəmiyyətin təsisçilərindən bir i olan sabiq direktoru X4 və mühasib X3 2013-cü ildə vəzifəsindən azad edildikdən sonra Cəmiyyətdə audit yoxlaması aparılması və ciddi pozuntular və zərər vurulması halları aşkar edildiyi” və “Müqavilənin hansı şəraitdə, necə imzalanmasının müəmmalı xarakter daşıması” barədə dəlillərini araşdıran zaman, hər hansı halların mövcudluğuna dair ağlabatan dəlillər və mötəbər sübutların təqdim edilmədiyini müəyyən etmişdir.

21. Məhkəmə kollegiyası iddia tələbinin cərimənin, əldən çıxmış faydanın, dəymiş ziyanın tutulması hissələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı göstərilən tələblər üzrə cavabdehdən pul məbləğləri tələb etsə də, qeyd olunan tələblərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsi ni yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia göstərilən hissələrdə təmin oluna bilməz. İddiaçının həmin hissələrdə tələbin təmin olunması üçün təqdim etdiyi arayış isə kifayət qədər tutarlı və mötəbər sübut hesab oluna bilməz.

22. Məhkəmə kollegiyası mənəvi ziyan tələbinə münasibətdə belə nəticəyə gəlmişdir ki, iddiaçıların çəkdiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o təsəlli tapa bilər. Ona görə də məhkəmə hesab etmişdir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 3.000,0 manat olmaqla pul vəsaitinin tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər.

23. Məhkəmə kollegiyası iddia müddəti il ə bağlı qeyd etmişdir ki, hazırki mübahisə mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələblərinə əsasən bu hüquq münasibətindən irəli gələn tələb onun irəli sürülməsi müddətindən asılı olmayaraq məcburi qaydada müdafiə olunmalıdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4, 385.1, 404.1, 448.1, 448.3,752-1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il, «Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara etirazların dəlilləri a)Kassasiya şikayətlərinin dəlilləri

25. İddiaçı X12 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(103)-4642/2022 nömrəli qətnaməsinin iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. İddiaçının kassasiya şik ayətinin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı məhkəmə tərəfindən 3.000 manat məbləğində təmin edilmiş mənəvi ziyan məbləğini ədalətsiz və onun keçirdiyi stress və mənəvi iztirablarına mütənasib olmadığını hesab edir.

27. Cavabdeh MMC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(103)-4642/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və İddiaçı iddia tələblərinin tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, daşınmaz əmlaka dair müqa vilələrin rəsmiləşdirilməsi ilə bağlı qanunvericilikdə müəyyən olunmuş tələbləri heçə saymışdır. Halbuki, mübahisəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri obyekti olduğundan, ona sərəncam verilməsi ilə əlaqədar bağlanılan əqdlər notariat qaydasında rəsmiləşdirilməlidir. Tərəflər arasında bağlandığı iddia olunan müqavilədə mübahisəli sahənin 01 iyun 2011-ci ilədək təhvil verilməsi, əks təqdirdə Alıcıya başqa sahənin təqdim edilməsi və ya təqdim etdiyi mal və ya xidmətlərin dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin keçən 11 il ərzində iddiaçı sözügedən sahənin və ya eyni ölçüdə başqa sahənin təhvil verilməsini və ya göstərdiyi xidmətlərin dəyərinin ödənilməsi üçün heç bir tələb və ya müraciət etməmişdir. Yəni iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair tələb irəli sü rmək üçün subyektiv hüquqa malik deyildir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən hala hüquqi qiymət verməkdən bilərəkdən yan keçmişdir. İddiaçı tərəfindən real olaraq ödəniş edilməmiş, məhkəmə prosesinin gedişində saxta sənəd hazırlanmasına davam edilərək, iddia tələbinin əsaslılığı görüntüsü yaradılmağa çalışılmışdır. Bununla da, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iddiaçının üzərinə düşən öhdəlik icra edilmədiyi halda, cavabdehi iddiaçı qarşısında əsassız öhdəliklərlə yüklü etmişdir.

29. Məhkəmə iddiaçıya mənəvi ziyan vurulması ilə bağlı mövqeyini əsaslandırmaq zərurəti belə görmədən, ziyan vurulması faktının müəyyən olunması üçün mühüm olan cavabdehin konkret olaraq hansı qanunsuz hərəkətlərə yol verməsi, nəticədə iddiaçıya ziyan vurulması və hərəkət ilə nəticə arasında səbəbli əlaqə kimi üç əsas əlamətin mövcud olmamasını ciddi-cəhdlə ört-basdır etməyə çalışmışdır. Halbuki, mənəvi ziyan tələbi sözlə ifadə olunmaqla qalmamalı, Cəmiyyətin təqsirli hərəkətlərə yol verməsi, bunun nəticəsində iddiaçıya mənəvi ziyan vurulması və onun Cəmiyyətin təqsirli hərəkəti nəticəsində əsəb, stress, sarsıntı keçirməsi öz təsdiqini tapmalıdır. Lakin hazırki iş üzrə iddia tələbi bütünlüklə əsassız olduğundan və Cəmiyyətin hər hansı təqsirli hərəkəti, hüquqpozma faktı mövcud olmadığından mənəvi ziyan tələbi də məntiqəuyğun və qanuni hesab edilə bilməz.

30. Məhkəmə iddia tələbinin təmin edilməsi hissəsində sübutları sadalamaqla kifayətlənmiş, onlara obyektiv, qərəzsiz və tam qiymət verə bilməmişdir. İş üzrə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə mür aciət etmək üçün subyektiv hüququnun olmaması, iddia müddətinin keçməsi, iddiaçı və onunla əlbir olan şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcudluğu kimi mühüm əhəmiyyətli faktların üzərindən keçməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi X2 və X1 müstəqil tələb irəli sürməyən şəxs qismində məhkəmə icraatına cəlb olunduğunu, onların hüquq və vəzifələrinə dair mübahisənin həll edilməli olması müəyyən edilmədiyindən üçüncü şəxs qismində məhkəmə icraatında iştiraklarına xitam verildiyini göstərsə də, adı çəkilən şəxslərin hansı əsasla iş üzrə iştiraka cəlb edildiyi və nə zaman onların iştirakına xitam verilməsi barədə qərar qəbul edildiyi müəmmalıdır. Məhkəmə iclasında belə qərar qəbul olunmamış, tərəflərə elan edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların d əlilləri

31. Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması,cavabdehin kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4642/2022 nömrəli iş üzrə 01 avqust 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddiaçı X10 iddia tələblərinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

34. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən ist ifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

37. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podra tçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində, cavabdeh tərəfindən isə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən, apellyasiya insta nsiyası məhkəməsi qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.

50. İddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr həmin dəlillərlə bağlı tam araşdırma aparmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mənəvi zərərin tutulmalı olmasını və onun həcmini ağlabatan və ədalətli həddə müəyyən etmişdir.

51. Cavabdehin kassasiya şikayətində göstərilən müqavilənin bağlanmaması, iddiaçı tərəfindən MMC-yə hər hansı məbləğdə pul ödənilməməsi dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, müqavilənin şərtlərindən və məzmunundan göründüyü kimi həmin müqavilə daşınmaz əmlakın alqı-satqısına dair nə ilkin müqavilə deyil, nə də daşın maz əmlakın alqı-satqısına dair müqavilə deyil, əslində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa ediləcək çoxmərtəbəli binada (X7 bloku) qeyri-yaşayış sahəsinin inşası ilə bağlı Podrat müqaviləsidir. Belə ki, Respublikada mülki dövriyyənin iştirakçıları arasında inşa ediləcək binalardan, ticarət mərkəzlərindən və sair mənzil, qeyri-yaşayış sahələri əldə etmək üçün bağlanmış oxşar müqavilələr də notarial qaydada təsdiq olunmamış, həmin müqavilələr Podrat müqaviləsi olaraq təfsir edilir. Yəni əslində Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin notarial qaydada alqı-satqısı da mümkün deyildir, ona görə ki, daşınmaz əmlak onun mülkiyyətçisi tərəfindən özgəninkiləşdirilir və bu h alda mülkiyyətçi hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində mövcud olur.

52. Məhkəmə daha sonra haqlı olaraq qeyd etmişdir ki, iddiaçı X12 Cavabdeh ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə öhdəliyini tam olaraq icra edərək, qeyri- yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. Ona görə də, qeyriyaşayış sahəsinə X8 sahiblik və istifadə hüquqları mövcud olsa da öhdəlik cavabdeh tərəfindən icra edilməmiş qalmışdır.

53. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “Cəmiyyətin təsisçilərindən biri olan sabiq direktoru X4 və mühasib X3 2013-cü ildə vəzifəsindən azad edildikdən sonra Cəmiyyətdə audit yoxlaması aparılması və ciddi pozuntular və zərər vurulması halları aşkar edildiyi” və “Müqavilənin hansı şəraitdə, necə imzalanmasının müəmmalı xarakt er daşıması” barədə dəlillərini araşdıran zaman, hər hansı halların mövcudluğuna dair ağlabatan dəlillər və mötəbər sübutların təqdim edilmədiyini müəyyən etmişdir.

54. Kassasiya instansiyası apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azə rbaycana qarşı işində məhkəmə qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”.

56. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi mübahisəni həll edərkən mülki qanunvericiliyin qeyd olunan normalarına istinad etməkdə səhvə yol verməmişdir.

57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X12 və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4642/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar