Məhkəmə qərarları › İş №2(102)-610/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-610/2021

08.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-610/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-6634/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2016 tarixli, 21-k saylı əmrlə Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) işə götürülmüş, əmək müqaviləsi bağlanılmış və xx.xx.2016-cı il tarixində hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 74-cü maddəsinin “a” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7ci hissəsinə əsasən veriləcək müavinət orta əmək haqqının (308.72 azn) iki misli miqdarında - 617.43 manat hesablanm ışdır. 4 ay üçün istifadə olunmamış məzuniyyət günlərinin sayı 7 gün olaraq götürülmüş və bu günlər üçün müavinət 71.12 manat olaraq hesablanmışdır. Ümumi məbləğ 996.78 manat olaraq hesablanmış, vergi və məcburi sosial siğorta haqqı ödəmələrindən sonra dekabr ayı üçün iddiaçıya 846.37 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq ondan tutulub dövlət büdcəsinə artıq ödənilmiş verginin və məcburi sosial siğorta haqqının qaytarılması, 7400 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mühasibatlığı tərəfindən hətta hərbi xidmətə getməyi ilə əlaqədar müqaviləyə xitam verilərkən ödənilməli olan son haqq-hesablaşma düzgün aparılmamışdır. Belə ki, 2016-cı ilin dekabr ayı üçün olan əmək haqqı cədvəlindən və arayışdan mübahisəsiz aydın olur ki, hərbi xidmətə getdiyinə görə ödənilən müavinət - 617.43 manat Vergi Məcəlləsinin hələ də qüvvədə olan 102.1.14.16-cı maddəsinə əsasən həmin müavinət vergidən azad olsa da, həmin Məcəlləyə zidd olaraq (qanunsuz olaraq) vergiyə cəlb edilmiş və nəticədə tərəfindən dövlət büdcəsinə artıq vergi ödənilmiş, həmçinin işdən azad olunarkən istifadə olunmamış məzuniyyət üçün ödənilən kompensasiyadan - 71.12 manatdan məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Halbuki, hələ də qüvvədə olan Nazirlər Kabinetinin 1997-ci il 9 iyun, № 58-li qərarına əsasən işdən azad edilərkən istifadə edilməmiş məzuniyyət üçün kompensasiya məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirdir. Bütün bu yol verilən xətalar nəticəsində tərəfindən dövlət büdcəsinə 86,44 manat artıq vergi və 2.13 manat artıq məcburi sosial sığorta haqqı ödənilmişdir. Bununla bağlı, inzibati qaydada Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldırsa və hüquq pozuntusu faktı həmin idarə tərəfindən təsdiq olunsa da, 2 sayli Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-1(82)-3754/2019 saylı qərardadı ilə iddia mümkün sayılmayaraq qərardadda qeyd olunmuşdur ki, iddia vergi orqanına yox, iddiaçının əmək müna sibətində olduğu Cavabdeh MMC-ə qarşı verilməlidir. Bundan başqa, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən son haqq-hesablaşma düzgün aparılmadığına görə hərbi xidmətdən buraxıldıqdan sonra qanunvericiliyin ona verdiyi imtiyazdan istifadə edib işləmək üçün yenidən həmin şirkətə qayıtmamış və nəticədə bu günə qədər əldə edə biləcəyi orta aylıq əmək haqqı gəlirlərindən məhrum olmuşdur. Halbuki, bu qanunsuzluq baş verməsəydi işə bərpa olunmaq üçün ərizə ilə müraciət edib işinə geri qayıdıb, gəlir əldə edərdi. Nəticədə ona orta hesabla 7400 manat maddi ziyan dəymişdir. Çünki işlədiyi müddətdə orta aylıq əmək haqqı 308.22 manat olmuş və cavabdehin ucbatından artıq 2 ilə yaxındır ki işsizdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan da dəymişdir. Belə ki, iş yerini itirməyi, eləcə də qeyd etdiyi hüquqlarının cavabdeh tərəfindən açıq-aşkar pozulması mənəvi sarsıntı və iztirab keçirməyinə, həmçinin digər işəgötürənlərə qarşı şüurunda müəyyən mənfi fikrin yaranmasına səbəb olmuşdur. Bu isə iş tapmağını çətinləşdirməklə yanaşı iztirab keçirməyimə ən başlıca amil olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin əsassız olduğunu bildirməklə, eyni zamanda iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1555/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC ilə xx.xx.2016-cı il tarixdən xitam v erilmiş fərdi əmək münasibətləri ilə bağlı iddiaçı elə həmin tarixdən də məlumatlı olmuş, buna baxmayaraq qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etməmiş, onun qanunla nəzərdə tutulan müddətdə müraciət hüququndan istifadə edə bilməməsi mötəbər sübutlarla təsdiq olunmamış və o, məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Həmçinin, sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdeh tərəfindən ondan qanunsuz tutularaq dövlət büdcəsinə artıq vergi ödənildiyini və ona maddi və mənəvi ziyan vurulduğunu bildirsə də, tələbini əsaslandıran halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21-ci maddəsinə, Əmək Məcəlləsinin 74, 83, 296-cı maddələrinə və Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6634/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə, Mülki Məcəllənin 375.1, 375.2-ci maddələrinə istinadla hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaran mış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk öncə işə iddiaçının iştirakı olmadan baxılması ilə bağlı dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən səbəblərin (Bakı şəhərində güclü küləkli yağış yağması və sair) olmasına dair heç bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarına və məhkəmə iclas protokollarına əsasən qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şəxsən iştirak etmiş, məhkəmə araşdırması zamanı izahat vermiş, sonra iddia ərizəsinə əlavə vermək istədiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə onun vəsatətini təmin edərək işə baxılmasını xx.xx.2020-ci il tarixə təxirə salmış və iddiaçı bu barədə bildirişi şəxsən imzalamışdır. Buna baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən və məhkəməni xəbərdar etmədən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin iddia müddətinin əsassız tətbiq edilməsinə dair hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının vergi orqanına bu barədə ilk müraciətinin xx xxxxx 2019-cu il tarixində olması, ondan artıq vergi tutulduğunu ən tezi həmin tarixdən bilməsi əsaslı hesab edilə bilməz. Ümumiyyətlə, iddiaçı iddi a ərizəsində də maddi ziyan tələbinə dair hissəni əsaslandırarkən qeyd etmişdir ki, məhz son haqqhesablaşma düzgün aparılmadığına görə hərbi xidmətdən buraxıldıqdan sonra işləmək üçün həmin şirkətə yenidən qayıtmamışdır və nəticədə əmək haqqı gəlirlərindən məhrum olmuşdur. Bu hal isə iddiaçının ziddiyyətli mövqeyinin göstəricisi hesab olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd etmişdir ki, iddiaçı bundan əvvəl Cavabdeh MMC-yə və digərlərinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmış və həmin tələb Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsi əsasına görə rədd edilmişdir. Elektron informasiya sistemində olan məmlumatlara əsasən həmin qətnamə qanuni qüvvəyə minmişdir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə, məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şik ayətinə baxılması zamanı iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qər ardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi. Maddə 175.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yar anmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını ə saslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6634/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar