Məhkəmə qərarları › İş №2(102)-6100/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6100/2022

11.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6100/2022 11.11.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5817/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (Vəkil2) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5817/2022 nömrəli iş üzrə 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya ş ikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə uyğun olmadığından, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçi lik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Kassasiya şikayətinə əlavə edilmiş vəkil orderinin tarixini, vəkilin adını və orderin hansı məhkəmə instansiyası üçün verildiyini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, kassasiya şikayətində onu imzalamış vəkilin kimliyi də məlum deyil. Bu hallar ona dəlalət edir ki, kassasiya şikayətinə qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmiş order əlavə olunmamış, habelə şikayəti imzalayanın kimliyi göstərilməmişdir. Belə olan halda, hazırkı şikayətə kassasiya qaydasında baxmaq üçün əsaslar müəyyən edilmir. MPM-in 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.1 və 408.1.3- cü maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, habelə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 408.1.1, 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiya sı QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5817/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar