Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6102/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh vəkili Vəkil və nümayəndəsi VVVnun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(105)240/2019 nömrəli qətnaməsindən Cavabdeh, vəkili Vəkil tərəfindən və 3-cü şəxs “xxxx” İKB ASCnin nümayəndəsi LLL və vəkili ÜÜÜ tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 000dakı üç otaqlı 26-cı mənzilin və bankdan götürülmüş 88.500 ABŞ dolları kreditin onunla keçmiş həyat yoldaşı Cavabdeh arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2003-cü ildə faktiki, 14 avqust 2004-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. 2005-ci ildə həyat yoldaşı ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evini almışlar. Birgə nikahdan 11 iyun 2005-ci il təvəllüdlü V.V.Vvə 08 oktyabr 2007-ci il təvəllüdlü FFFadlı iki nəfər uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 1 1 iyun 2005-ci il təvəllüdlü V.V.Vvə 08 oktyabr 2007-ci il təvəllüdlü FFFcavabdehin yanında qalması və uşaqların həddi-buluğa çatanadək hər biri üçün 117 manat (iki uşağa görə 234) aliment, ümumilikdə isə 250 manat aliment tutulması qət edilmişdir. Lakin, uşaqlardan FFFonun, V.V.Visə anasının himayəsində qalmışdır. Birgə yaşadıqları 2014-cü ilin yanvar ayında onlar “xxxx” İKB Sumqayıt filialından 115.000 ABŞ dolları məbləğində pul götürmüşlər. Həmin pulu ailənin tələbatına xərcləmişlər. Hesab edir ki, birgə nikah dövründə əldə etdikləri əmlak, eyni zamanda birgə nikah dövründə aldıqları kredit bərabər paylara bölünməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin ailənin ümumi tələbatına xərclənmək üçün alınmış kreditin indiki zamanda olan qal ığının (88.500 ABŞ dollarının) bərabər paylara bölünməsi hissəsində rədd edilməsi, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olan 000dakı 3 otaqlı 26-cı mənzilin onunla YYYarasında payların bölünərək 50 faiz olmaqla müəyyən olunması, 2014-cü ilin fevral ayına qədər əldə edilmiş gəlirlər ailənın ehtiyaclarına xərclənmədiyindən, onun razılığı və xəbəri olmadan YYYtərəfindən qayınatası Mustafanın adına keçirilmiş biznesə görə cavabdeh İddiaçı ona vurulmuş maddi və mənəvi ziyan olaraq 130.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində kreditin götürülmə müddəti məhkəməni aldatmaq məqsədi ilə qəsdən düzgün göstərilməmişdir. Kredit iddia ərizəs ində göstərildiyi kimi 2014-cü ilin yanvar ayında deyil, 2014-cü ilin may ayında götürülmüşdür. YYY2014-cü ilin yanvar ayında kredit götürmək istədikdə o, razılaşmamışdır. Sonra o, döyülmüş və həmin vaxtdan ayrı-ayrı yerlərdə yaşayırlar. İddiaçı ilə birgə yaşadıqları müddətdə rəsmi iş yeri olmadığından biznes fəaliyyəti ilə məşğul olmuş, ilin yarısından çoxunu biznes fəaliyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuşdur. Əldə etdiyi qazancı biznesini genişləndiımək bəhanəsi ilə ailənin ehtiyacları üçün ayırmamışdır. Ona görə o, ailəni dolandırmaq, kommunal xərcləri ödəmək üçün məcbur olub iki yerdə işləmiş, hətta hər iki uşağı doğulduqdan iki ay sonra işə çıxıb hər iki iş yerində işləmişdir. İddiaçı “xxxx” İKB-dən kredit götürmək istədikdə o razılaşmamışdır. Evdə olan dava-dalaşlara b axmayaraq onun razılığını ala bilmədiyi üçün İddiaçı 2014-cü ilin yanvar ayının axırıncı günlərində bank işçisi kimi təqdim etdiyi bir şəxslə evə gələrək ona təzyiq altında üzərində tarixi yazılmayan razılıq ərizəsi yazdırmış və birlikdə “xxxx” İKB-nin Sumqayıt filialına getmişlər. Bankda o, kreditin verilmə şərtləri ilə razılaşmayaraq evə qayıtmışdır. Kredit ala bilməyən İddiaçı evə gələrək onu döymüş və o, polisə şikayət etmişdir. Daha sonra ailəsinin dağılmasını istəmədiyi üçün izahatını dəyişdirmişdir. 2014-cü ilin aprel ayında onun 111lə heç bir əlaqəsi olmayıb, ər-arvad münasibətləri kəsildiyindən YYYevə gəlməyib, onu notariusa yanvar ayında təzyiq altında evdə yazdığı razılıq ərızəsini ləğv etdirmək bəhanəsi ilə çağırmışdır. O, notariusda imza edərkən razılıq ərizəsinin ləğv edildiy ini düşünmüşdür. 111in bankdan kredit götürdüyünü o, 2016-cı ilin oktyabr ayında məhkəmədə bilmişdir. Götürülmüş kredit ailənin ümumi tələbatına xərcləmək üçün götürülməmişdir. Kredit 02 may 2014-cü ildə “xxxx” İKB ilə İddiaçı və 111 arasında 111ə məxsus bazar qiyməti 67.000 manat olan ünvan 1 və Müşviqə məxsus bazar qiyməti 95.000 manat olan xxx, ev 4, mənzil 44 ipoteka ilə yüklü edilib 4-S- 1-0-390-14 saylı müqavilə bağlanaraq 115.000 ABŞ dolları kredit obyekt tikintisi və biznes fəaliyyəti üçün götürülmüşdür. Hətta bankdan götürülən kreditin 70.000 ABŞ dolları Müşfiqin adına obyekt tikdirmək üçün götürülmüşdür. Kredit götürüldükdən sonra ünvan 2 ünvanında yerləşən 39 saylı mənzil alıb orada yaşamağa başlamışdır. Kredit götürülən dövrdə o, 111dən faktiki olaraq ayrılmışdır. Banka olan bo rcla onun heç bir əlaqəsi yoxdur. O, 2014-cü ilin fevral ayına qədər 111lə bir yerdə yaşadığı üçün işlədiyi işlərdə aldığı əmək haqqını ailəsinin mənafeyi üçün xərclədiyinə görə 111in 2014-cü ilin fevral ayına qədər olan gəlirlərində onun da payı var. 111in şəxsi vəsaiti hesabına 60.000 manat xərcələnərək alınmış, lakin öz adına sənədləşməsin deyə FFF adına alınmış qeyri-yaşayış sahəsinə görə YYYtərəfindən ona vurulmuş ziyanı 30.000 manat qiymətləndirmiş və ondan tələb edir. Bundan başqa birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən mənzilin açarları 111də olduğu üçün evə gəlmiş, evdə olan sənədləri və əşyaları götürüb aparmışdır. Hətta 2014-cü ilin fevral ayında faktiki ayrılmaqlarına baxmayaraq evdən 12 noyabr 2016-cı il tarixdə onun istifadəsində olan beş il işlədərək elmi i ş yazdığı kompüteri içində olan bütün elmi sənədləri ilə birlikdə götürüb aparmış, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Bundan başqa birgə nikah dövründə cavabdeh tərəfindən əksəriyyəti “Mitsubishi” markalı 17 ədəd maşın alınmış, onlardan 7 ədədi birgə yaşadıqları dövrdə alınmış, onun xəbəri və razılığı olmadan satılaraq pul vəsaiti mənimsənilərək biznesin genişləndirilməsinə sərf olunmuşdur. Sonradan isə onu və uşaqlarını həmin biznes gəlirlərindən mərhum etmək, aliment ödəməkdən yayınmaq üçün mağaza qarışıq hər şeyi atası İYYYnun adına keçirmişdir. Təkcə maşınlardan əldə olunmuş gəlirlərə görə ona vurulmuş maddi ziyan 35.000 manatdır. Bundan başqa YYYobyekti bu günə qədər boşaltmamış və obyekti atasına təhvil verməmişdir. Bununla bağlı maddi ziyanı 2014cü ilin fevral ayından fak tiki ayrıldıqdan hər ay 200 manat olmaqla, 50 ay üçün 10.000 manat məbləğində qiymətləndirir. Beləliklə o, YYYtərəfindən ona vurulmuş maddi ziyanı 130.000 manat məbləğində qiymətləndirir. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(060)-3857/2018 saylı qətnaməsi ilə (hakim F.H.Əliyev) İddiaçı Cavabdeh qarşı mənzilin və kredit borcunun bərabər paylara bölünməsi tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda payların müəyyən edilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia qismən təmin edilib, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53 ünvanında yerləşən 26 saylı mənzilin üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissə olmaqla müəyyən edilməsi və həmin mənzilin üzərində hər birinin payı ½ hissədə mülkiyyət hüquqları tanınmış, ilk və qarşıl ıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Zaur Məmmədov) 29.05.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(060)-3857/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun bərabər paylara bölünməsi barədə ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 42.336,09 (qırx iki min üç yüz otuz altı dollar doqquz sent) ABŞ dolları (qətnamənin icra olunduğu gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdi yi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi, qətnamənin – “Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53 ünvanında yerləşən 26 saylı mənzilin üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissə olmaqla müəyyən edilməsi, həmin mənzilin üzərində hər birinin payı ½ hissədə mülkiyyət hüquqları tanınması və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissələrində dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” İKB ASC-nin nümayəndəsi R.M.Abdullayevin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (b ir yüz) manat məbləğində pulun İddiaçı alınıb X1 hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilərək, Cavabdeh 42.336,09 (qırx iki min üç yüz otuz altı dollar doqquz sent) ABŞ dolları (qətnamənin icra olunduğu gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində iddia tələbinin rədd olunması və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. 3-cü şəxs “xxxx” İKB ASC-nin nümayəndəsi LLL və vəkili ÜÜÜ kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, hər iki iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti onunla əsaslandırmışlar ki, iddia ərizəsində İddiaçı götürülmüş kreditin hansı ailə ehtiyacına xərclənməsi barədə heç nə göstərməmiş, yalnız “ailə ehtiyaclarına xərcləmişik” yazmaqla kifayətlənmişdir. Bundan əlavə, o, iddia ərizəsində kreditin alınma vaxtını da bilərəkdən 2014-cü ilin yanvar ayı kimi göstərmişdir. Halbuki, kredit yanvar ayında deyil, həmin ilin may ayında götürülmüşdür. Tərəflərin ailə münasibətlərinə 2014-cü ilin fevral ayından faktiki olaraq xitam verilmiş və tərəflər faktiki ayrılaraq, ayrı yaşamışlar. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 16.11.2016-cı il tarixli ***-*******16 saylı məktubundan görünür ki, 01.02.2014-cü il tarixdə Cavabdeh həyat yoldaşı İddiaçı tərəfindən döyülməsi barədə 1-ci PB-nə şikayət etmiş, araşdırma müddətində tərəflərin izahatları alınmış, məhkəmə-tibbi ekspertizası təyin olunmuş, lakin Cavabdeh tibbi ekspertizadan keçməmiş, 02.02.2014-cü il tarixli təkrar ərizəsi ilə bölməyə müraciət edərək həyat yoldaşı ilə barışdığını və şikayətçi olmadığını bildirmiş, ona görə də, həmin material üzrə sadələşdirilmiş icraatın açılmasından imtina edilmişdir. 02.02.2014-cü il tarixdə Cavabdeh İddiaçı tərəfindən döyülməsi barədə ərizəni geri götürdükdən sonra İddiaçı həyat yoldaşından polisə şikayət etmiş qadınla bir yerdə yaşaya bilmərəm deyərək evə gəlməmiş, daha sonra isə, başqa qadınla fakt iki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin ən geci 2014-cü ilin may ayından, yəni kreditin götürüldüyü vaxtdan faktiki olaraq ayrı yaşaması tərəflər arasında olan uşaq və aliment tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut olunur. Əslində isə, tərəflər 2014-cü ilin fevral ayından faktiki olaraq ayrı yaşayırlar. İddiaçı iddia etmişdir ki, guya götürdüyü 115 min ABŞ dollarından 28.050 ABŞ dolları məbləğində pulu ailə ehtiyaclarına sərf etmişdir. Onun kredit borcunun bir hissəsini ailə ehtiyaclarına sərf etməsini iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Kredit borcunun guya 28.050 ABŞ dollarının ailə ehtiyaclarına sərf olunması iddia olunduğu halda, məhkəmənin 42.336,09 ABŞ dolları məbləğində pul un Cavabdeh alınıb, İddiaçı verilməsi barədə qətnamə çıxarması tamamilə absurddur. Məhkəmə kollegiyası hətta guya ümumi ehtiyaclara sərf olunduğu iddia edilən məbləğdən də artıq məbləğdə iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası İddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə edərək təqdim etdiyi mənzilin hamam-tualet hissəsində təmir aparmasını təsdiq edən və üzərində kafel-metlax, laqonda arendası və s. Sözlər yazılmış əlyazmaya diqqət yetirsəydi, İddiaçı məhkəməni aldatdığı açıq-aşkar görünərdi. Belə ki, həmin əlyazmanın üzərində 20.06.2013-cü il tarixi qeyd olunmuşdur. Bu isə, İddiaçının mənzili 2013-cü ildə təmir etdirmələri barədə arqumentini bilavasitə sübut edir. Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim etdiyi, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, söz ü gedən mənzil tamamilə təmirsiz vəziyyətdədir. Ekspertiza da təmirin olmamasını təsdiq edir. Məhkəmə aktları ilə sübut olunur ki, kredit götürüldükdən sonra tərəflər faktiki olaraq ayrı yaşayıblar. Ayrı yaşadıqları müddətdə 111in ev təmir eləməsi, evə kombi, kondisioner alması heç cürə ağlabatan deyildir. İddiaçı həqiqətən də göstərilən məbləğləri ailə ehtiyacları üçün xərcləməsinə dair heç bir mötəbər sübut yoxdur. Tərəflərin xarici ölkələrə istirahətə getməsi və buna görə külli miqdarda pul xərcləməsi də tamamilə cəfəngiyatdır. İddiaçı xarici ölkələrə biznes məqsədilə gedib, onun əvvəlcədən qurduğu plana əsasən, şəriki Müşfiq Əmirovun həyat yoldaşı Cavabdeh da çağırıb özləri ilə aparıb, guya tərəfləri barışdırmaq üçün. Cavabdeh bu təklifi qəbul etməsinin əsas səbəblərindən biri İddiaç ı kredit götürdüyü may ayından etibarən oğlu Azadı özü ilə aparması və onun anası ilə görüşməsinə imkan verməməsidir. Cavabdeh heç olmasa bir neçə gün doğma oğlunu görmək üçün Gürcüstana getmişdir və bu zaman bütün xərcləri özü şəxsən çəkmişdir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri və ər-arvaddan birinin öhdəlikləri anlayışları fərqləndirilir. Cavabdeh kredit müqaviləsi üzrə borc alan olmadığından bu öhdəlik, ərarvadın ümumi öhdəliyi olmayıb, İddiaçı (ərin) öhdəliyidir. Bu işin mübahisəsiz halıdır. Maddənin məzmunundan aydın olur ki, qanun ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlakına yönəldilməsini mümk ün hesab edir. Başqa sözlə, qanun ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin bir hissəsinin ailə ehtiyaclarına xərclənməsinə görə (əgər həqiqətən xərclənibsə) həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlakına yönəldilməsini mümkün hesab etmir. Şərh olunan maddənin məzmunundan görünür ki, məhkəmə vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu müəyyən etməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi kreditin ailə ehtiyacları üçün xərcləndiyini müəyyən etmədən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası yalnız tərəflərin ailəvi olaraq ölkə xaricində istirahət etdiklərini, mənzilin təmiri üçün müxtəlif dövrlərdə hansısa materiallar alınmasını müəyyən etmişdir. Lakin məhkəmə müəyyən etməmişdir ki, həqiqətən də alınmış mal-material hansı mənzilin və ya qeyri-yaşayış sahəsinin təmiri üçün alınıbdır, ailə xaricdə olarkən hansı istirahət mərkəzində istirahət edib və istirahətə nə qədərə pul xərclənib? Ümumiyyətlə, xərclənən bu vəsaitlər kredit götürülmüş vəsaitdəndir, yoxsa tərəflərin başqa gəlirlərindən? Bütün bunlar sübut edir ki, iddiaçı məhkəmədə götürdüyü krediti ailə ehtiyacları üçün xərclədiyini sübuta yetirməmiş, buna baxmayaraq, məhkəmə kollegiyası, vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu müəyyən etmədiyi halda, iddianı təmin etmiş, bununla da maddi hüquq normasını düzgün tətbiq etməməklə, pozmuşdur. Kredit borcunun qaytarılması barədə bankın heç bir iddiası və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, götürülmüş kred it biznes kreditidir, 10.08.2016cı il tarixdə kreditin müddəti uzadılmış və 02.08.2021-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçı kredit götürməkdə məqsədi qeyri-yaşayış sahəsində obyekt tikintisi və dövriyyə vəsaitlərinin artırılması olmuşdur. “xxxx” İKB-dən məhkəməyə təqdim olunmuş Memorandumda göstərilir ki, İddiaçı məşhur biznesmendir. O, Sumqayıta Mitsubishi markalı avtomobilləri və onun ehtiyat hissələrini gətirən ilk biznesmendir, aylıq dövriyyəsi 40 min ABŞ dolları, ümumi kapitalı 400 min ABŞ dollarıdır. Mağazadakı malları sığortalanıb, 2008-ci ildə “Bank of Baku”dan 3950 manat, 2010cu ildə “AccessBank”dan 15 min ABŞ dolları, 2012-ci ildə isə, 85 min ABŞ dolları məbləğində kredit götürüb və vaxtlı-vaxtında ödəyibdir. Məhkəmə kollegiyası kredit vəsaitini təyinatı üzrə xərcləmədiy ini etiraf edən borclu barəsində xüsusi qərardad çıxarıb cinayət işinin başlanması üçün prokurorluğa göndərməli olduğu halda, onun iddiasını təmin etmişdir. Halbuki, Cinayət Məcəlləsinin 195-ci maddəsi kreditdən təyinatı üzrə istifadə etməməyə görə məsuliyyət müəyyən edir. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, məhkəmə böldüyü kredit borcu təminatlı kredit borcudur. Yəni, bu borca öncədən ipoteka ilə təminat verilibdir. Göründüyü kimi, məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarını pozmuş, tamamilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinə sonradan təqdim etdiyi “sənədsübutlar” iddianın mahiyyəti üçün heç bir əhəmiyyət kəsb etməsə də, məhkəmə kollegiyası həmin “Sübutları” qəbul etməməli, onları gecikmiş sübut kimi qiymə tləndirməli idi. 3-cü şəxs “xxxx” İKB ASC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" İKB arasında 2 may 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və bu müqavilənin 1 saylı əlavəsinə əsasən bank 36 aylıq müddətə, 20 faizlə borcluya 153.857,0 ABŞ dolları məbləğində kredit vermiş, müqaviləyə əlavəyə əsasən mübahisələndirilən fərdi-yaşayış evi "xxxx" İKB qarşısında ipotekaya qoyulmuşdur. Bank ilə müqaviləni İddiaçı bağlamış və kredit də konkret olaraq həmin şəxsə ayrılmışdır. Bank qarşısında olan borcun tərəflər arasında bölünməsi bankın mənafeyinə ziddir və kreditorun razılığını almadan onun tələb hüququnun bölünməsi yolverilməzdir. Mülki qanunvericilik kreditorun borclunun razılığı olmadan tələbi digər şəxsə güzəşt edə bilmə hüququnu tanısa da kreditorun razılığ ı olmadan tələbi digər şəxsə güzəşt edə bilməsini (bölünməsini) nəzərdə tutmamışdır. Digər tərəfdən ipotekaya qoyulmuş əmlak İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır ki, kredit verilən vaxt bank tərəfindən həmin hallar dəyərləndirilərək öz riskini müəyyənləşdirmişdir. Hazırki halda bu müqavilə şərtlərinin bankın razılığı olmadan dəyişdirilməsinə gətirib çıxarır ki, bu da qanunvericiliyin tələbinə ziddir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil və nümayəndəsi VVV kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X3 hər iki kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Digə r proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh 2003-cü ildə faktiki, 14 avqust 2004-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan 11 iyun 2005-ci il təvəllüdlü V.V.Vvə 08 oktyabr 2007-ci il təvəllüdlü FFFadlı iki nəfər uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli, 2(060)-1140/2017 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Sumqayıt şəhər Nikah evində 14 avqust 2004-cü ildə bağlanmış və nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 857 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. İşin materiallarından görünür ki, tərəflər 2005-ci ildə ünvan 1 ünvanında yerləşən yaşayış evini almışlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 may 2010-cu il tarixli, seriya MA № ******* saylı çıxarışla Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53 ünvanında yerləşən 26 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 02 m ay 2014-cü il tarixli, 4-S-1-0-390-14 saylı əsas kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən “xxxx” İKB ASC hər birinin məqsədi, məbləği və müddəti hazırkı müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqaviləsi ilə müəyyən olunacaq, ümumilikdə 200.000 manat məbləğində, 60 ay müddətinə, yəni 02 sentyabr 2018-ci il tarixinədək müddət ərzində İddiaçı kredit limiti ayrılmasını öhdəsinə götürmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 may 2014-cü il tarixli, seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53 ünvanında yerləşən 26 saylı mənzil “xxxx” İKB-nın xeyrinə yüklü edilmişdir. İş materialında olan Cavabdeh ünvan 3 ünvanladığı 29 apr el 2014-cü il tarixli ərizəsindən görünür ki, o, əri İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53 ünvanında yerləşən 26 saylı mənzili “xxxx” İKB ASC-nin Sumqayıt filialına ipotekaya qoyulmasına razıdır və həmin daşınmaz əmlaka tutma yönəldildikdə və o satıldıqda evi tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 may 2014-cü il tarixli, 4-S-1-0-390-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı 115.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit üzrə 20 faizlə, 36 ay müddətinə cəmi 153.857 (115.000 ABŞ dolları əsas + 38.857 ABŞ dolları faiz) ABŞ dolları məbləğində pul qaytarılmalıdır. İş materiallarında olan “xxxx” İKB ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, İddiaçı 18 yanvar 2018-ci il tarixə Banka 57.680,01 ABŞ dolları əsa s borcu, 26.476,99 ABŞ dolları faiz borcu, 515,18 ABŞ dolları cərimə olmaqla, cəmi 84.672,18 ABŞ dolları məbləğində borcu vardır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 37.1, 37.3, 41.2, Mülki Məcəlləsinin 21.1, 21.2, 225.1, 439.1 439.2-ci maddələrinə istinad edərək, götürülmüş kreditin ailənin ehtiyacları üçün xərcləndiyi nəticəsinə gələrək, kreditin qalıq borcunun bölünməsi və Cavabdeh 42.336,09 (qırx iki min üç yüz otuz altı dollar doqquz sent) ABŞ dolları pul vəsaiti alınıb İddiaçı verilməli olması, həmçinin mübahisəli mənzildə payların 1\2 hissələrdə müəyyən edilməsinin həmin əmlakın ipoteka predmeti olub, kredit müqaviləsinin təminatı olaraq “xxxx” İKB-nin hüququnun yüklülüyündən FFFedilməsi demək olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ilkin iddianın kredit borcunun bölünməsi hissəsinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsi üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olmayaraq tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, eləcə də gəlinmiş nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəyə gələrkən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri, iddiaçının apelyasiya şikayətinin dəlillərinə etirazının əsası kimi istinad etdiyi hallar və təqdim etdiyi sübutlar üzrə ətraflı araşdırma aparmamış, bu dəlillərə müfəssəl hüquqi qiymət verməmişdir. Halbuki, Azərba ycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tər əflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəz ərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Kollegiya qeyd edir ki, İddiaçı 2014-cü ilin may ayında “xxxx” İKB Sumqayıt filialından 115.000 ABŞ dolları məbləğində götürdüyü kreditin ailənin tələbatına xərclənməsinə (İddiaçı pulun mənzilin təmirinə və tikinti materiallarına, 2014-cü ilin avqust ayında ailəlikcə Gürcüstan və Türkiyə Respublikalarında istirahət etmələri və alış-veriş etmələrinə xərcləndiyini) istinad etsə də, kreditin bütünlüklə ailənin tələbatına xərclənməsi barədə mötəbər sübütlar iş materiallarında mövcud deyildir. Birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak ipoteka qoyulmaqla bankdan götürülmüş 115.000 ABŞ dolları məbləğində kredit hesabına hər hansı digər bir əmlakın əldə edilməsi də iş materiallarından görünmür. İddiaçı ailə ehtiyacları üçün xərcləndiyini iddia etdiyi 115.000 ABŞ doları məbləğ üzrə yalnız 28050 ABŞ dolları məbləğin hansı məqsədlərə xərcləndiyinin açıqlanmasını vermiş, qalan məbləğin nəyə sərf olunduğuna ağlabatan izah verə bilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən e dildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, qanun ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlakına yönəldilməsini mümkün hesab edir. Həmçinin qanun yalnız ümumi borcun bölünməsinin mümkünlüyünü müəyyən edir. Göründüyü kimi, hər iki maddənin hazırki mübahisəyə tətbiq edil məsi üçün götürülmüş kreditin ümumi borc olması yaxud götürülən kreditin ailə ehtiyacları üçün istifadə olunması iş üzrə sübut olunmalıdır. Sübutetmə yükü isə iddiaçının, yəni İddiaçı üzərinə düşür. Tərəflərin 2014-cü ilin avqust ayında Gürcüstan və Türkiyə Respublikalarına getmələri iş materialları ilə təsdiqlənsə də, həmin səfər zamanı iddiaçının 15000 ABŞ dolları xərcləməsi barədə sübutlar mövcud deyil, həmçinin mənzilin təmirinə 7500 ABŞ dolları, 2550 ABŞ dollarına kombi və 3000 ABŞ dollarına kondisioner alınması barədə məhkəmənin hansı sübuta istinad etməsi iş materiallarından görünmür. Apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının izahatlarını əsas götürərək göstərilən nəticəyə gəlmiş, cavabdehin bu tələblə bağlı etirazlarını araşdırmamış, işin bu halının iş materialları ilə təs diqlənməməsinə əhəmiyyət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edi lən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbləri, o cümlədən tərəflərin birlikdə yaşadıqları dövrdə almış olduğu “Mitsubishi” markalı avtomaşınlard an yeddisinin faktiki ayrıldıqdan sonra satılmasına dair irəli sürülən dəlillərlə bağlı səmərəli araşdırma aparmamış, nikah dövründə əldə edilmiş avtomaşınların özgəninkiləşdirmə faktının mövcudluğunu yoxlamamış, bu hal təsdiq olunduğu halda Cavabdeh buna yazılı razılığı olub-olmamasını araşdırmayaraq müəyyən edilmiş hallara hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Azərbaycan RespublikasınınAilə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 11 apre l 2007-ci il tarixli 546 Fərmanı ib təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə görə, hüquqi və fıziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan "'Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalar”nın 1.2-ci bəndinə görə. reyestrlərin tərtib edilməsi və aparılma sı hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1, 439.2-ci maddələrini hazırki işə üzrə tətbiq edərkən nəzərə almamışdır ki, iş materiallarında kredit borcunun qaytarılması barədə “xxxx” İKB ASC-nin heç bir iddiası və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Məhkəmə kollegiyası həmçinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” İKB ASC-nin kassasiya şikayətinin dəlillərin ə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “xxxx” İKB ASC ilə İddiaçı arasında olan kredit müqaviləsi üzrə borcun bölünməsinin bankın mənafeyinə uyğun olub-olmamasına, kreditorun razılığı olmadan öhdəliyin verilməsinin qanun zidd olmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə “xxxx” İKB ASC-nin kassasiya şikayətinin dəlilləri əsasında ipoteka predmeti olan mənzilin tərəflərin payına uyğun bölüşdürülməsi hissəsini yoxlayaraq, hesab edir ki, əmlakın ipoteka ilə yüklü edilməsi birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyət hesab olunan həmin əmlakda ər-arvadın payının müəyyən edilməsinə maneə deyildir. Çünki bu prosedur əmlakın özgəninkiləşdirilməsi hesab edilmədiyindən bunun üçün ipoteka saxlayanın razılığı tələb olunmur. Buna görə də, məhkəmə kollegiyası hes ab edir ki, qətnamənin mənzildə tərəflərin paylarının müəyyən edilməsi hissəsi qanuni və əsaslıdır, həmin hissədə qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçın ın əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi ilkin iddianın kredit borcunun bölünməsi hissəsinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi həm in hissələrdə işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə qeyd edilən hissələrdə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri qismən təmin olunmalıdır. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməs inin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh, vəkili Vəkil tərəfindən və 3-cü şəxs “xxxx” İKB ASC-nin nümayəndəsi LLL və vəkili ÜÜÜ tərəfindən a yrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsinlər. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(105)-240/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə, ilkin iddianın kredit borcunun bölünməsi hissəsinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin mənzildə tərəflərin paylarının müəyyən edilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6102/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6102/2019
25.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver