Məhkəmə qərarları › İş №2(102)-6102/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6102/2021

20.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6102/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçılar X2 və İddiaçı2, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)1659/2021 nömrəli qə tnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(012)-513/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar X2, övladları – xx xxxxxx 2001ci il təvəllüdlü İddiaçı2 və 27 sentyabr 2005-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)-1659/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(012)-513/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələ binin İddiaçı2 münasibətdə təmin edilməsi və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 kassasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)-1659/2021 nömrəli qətnaməsinin ləğv edilməklə, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərar dadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi MPM-in 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri (iddiası və ya şikayəti) təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ vermişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı və ya cavabdeh qismində iştirak etməsi faktı kifayət etmir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır. Hazırki işdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə İddiaçı2 köçürüldüyü ünvan 3 ünvanında yerləşən mənzil iş üzrə cavabdehlərdən Cavabdeh1 mülkiyy ətindədir. Yəni mübahisələndirilən qətnamə məhz həmin cavabdehə vəzifələr yaradır, onun mənafelərinə toxunur. Lakin cavabdeh (mülkiyyətçi) Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş, kassasiya şikayətini digər Cavabdeh2 vermişdir ki, mübahisələndirilən qətnamə ilə ona münasibətdə hər hansı qərarın qəbul edilməsi müəyyən olunmur. Kassator işdə cavabdeh qismində iştirak etsə də, özü də şikayətində mübahisələndirilən qətnamənin onun hüquq və mənafelərinə toxunmasını əsaslandırmamış, kassasiya şikayətində mülkiyyətçinin - Cavabdeh1 mülkiyyət hüquqlarının pozulması göstərilmişdir. Başqa sözlə hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)-1659/2021 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti verməyə hüququnun olması müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və Cavabdeh2 kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(102)6102/2021 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(105)-1659/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar