Məhkəmə qərarları › İş №2(102)-6104/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6104/2019

15.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6104/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(105)-1384/2019 saylı qətnaməsindən İddiaçı1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: XX rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(029)-1118/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Y.Vəliyev) İddiaçı1 Cavabdeh2 qar şı “evdən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” barədə iddiası rədd edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(105)-1384/2019 saylı qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə XX rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “evdən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, ünvan 1 ünvandayerləşən ev mülkiyyətindədir. Həmin evi Rusiya Federasiyasında yaşayan oğlunun vəsaiti hesabına inşa edib. Bakı şəhərindən bir mənzil alıb və ailəsi ilə birlikdə yaşaması üçün X5a verib. Bundan sonra o, həmin mənzili satıb və 2003-cü ildə XX şəhəri, 26-cı məhəllədə yerləşən 45 saylı evi XX adlı şəxsdən 22.000 manata satın alıb aç ailəsi ilə birlikdə yaşaması üçün X5un istifadəsinə verib. X5 Rusiya Federasiyasının vətəndaşı olduğu üçün o, həmin evi idarə etməsi üçün gəlini Cavabdeh1 adına etibarnamə verib. Təxminən iki il bundan əvvəl X5 və gəlini Cavabdeh1 XX şəhərinə köçüblər və XXda yerləşən evi qısa müddətə kirayəyə veriblər. X5 və gəlini Cavabdeh1 XX şəhərində xeyli müddət kirayədə yaşamışlar. Lakin sonradan onların ailə vəziyyətində çətinliklər yarandığı üçün onların mülkiyyətində olan XX şəhəri XX küçəsi, 21”A” saylı evdə yaşama ğa başlamışlar.Gəlini Cavabdeh1 2017-ci il də ona müraciət edərək, bildirib ki, işlədiyi XX rayon poliklinikasının müdiriyyəti tərəfindən ona xəbərdarlıq olunub ki, əgər onun XX şəhərində qeydiyyatı olmasa, o əmək haqqı ala bilməyəcək. Bu səbəbdən də gəlini Cavabdeh1 onu məcbur etdi ki, evə qeydiyyata düşməsinə razılıq versin. Cavabdeh1 evə qeydiyyata alındıqdan sonra öz uşağı XXi də, həmin ünvana qeydiyyata aldırdı. Sonradan gəlini Cavabdeh1 və X5 onu və arvadını incitməyə, onları təhqir etməyə və mütəmadi olaraq məişət zəminində dava-dalaş salmağa başladılar. Bunu etməkdə məqsədləri isə onun ünvan 2 ünvanda yerləşən evini ələ keçirmək idi. O, dəfələrlə Cavabdeh1 ona məxsus evdən qeydiyyatdan çıxmasını, XX şəhərində yerləşən evə qeydiyyata düşməsini və oraya köçmələrini tələb etsə də, s onuncu bundan imtina etdi. Artıq uzun müddətdir ki, Cavabdeh1 və X5 onunla və arvadı ilə pis rəftar edirlər, onları təhqir edirlər, birgəyaşayış qaydalarını mütəmadi olaraq pozurlar. Bunun nəticəsində onlarla birlikdə yaşaması qeyri-mümkün olub. Bundan başqa, onlar evin heç bir kommunal xidmət haqlarını ödəmirlər, həmin xidmət haqlarını o, təkbaşına ödəyir. Hazırda cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda qalmaları və yaşamaları onun mülkiyyət hüququnu pozur. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozar aq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı1 vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların işti rakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı1 vəkili XXnın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ə rizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, cavabdehlərin mübahisəli evdən istifadə hüququ əldə etmələrinə, onların evdən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılmaları üçün əsasların olmamasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. 18 dekabr 2004-cü ildə Cavabdeh1 rəsmi nikah əsasında iddiaçının X5la ailə qurub və onların birgə nikahından 23 oktyabr 2005-ci il tarixdə XX adlı uşaqları doğulub. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına 27 aprel 2015-ci il tarixdə qeydiyyata alınıb. İşə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş XX şəhər sakinləri Nabat Məmmədova və Fariad Seyidova tərəfindən imzalanmış akta əsasən Cavabdeh1 mübahisəli evə 2004-cü ildə gəlin köçüb və hazırki vaxtadək orada yaşayır. Eyni zamanda polis orqanının 20 avqust 2018-ci il və 21 avqust 2018-ci il tarixli arayışlarına görə Cavabdeh1 24 iyun 2017-ci ildən, Cavabdeh3 isə 14 avqust 2018-ci ildən ünvan 3 evdə daimi qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən belə nəticəyə gəlib ki, Cavabdeh1 iddiaçının X5la ailə qurduqdan sonra daimi olaraq iddiaçıya məxsus mübahisəli evdə yaşamayıb, onun əri Əfqan Əhmədovun isə ümumiyyətlə həmin evda pasport qeydiyyatı olmayıb, hazırda da yoxdur və Rusiya Federasiyasının vətəndaşıdır. Onlar ailə qurduqdan sonra digər ünvanlarda yaşayıblar, təxminən iki il bundan əvvəl XX şəhərinə köçüblər. Bundan başqa, Cavabdeh1 və ailə üzvlərinin ünvan 5 ünvanda fərdiyaşayış evləri olub və həmin evi onlara iddiaçı verib. Həmin evi Cavabdeh1 16 avqust 2018-ci il tarixdə xalasının əri Arif Fətəliyevə satıb. Birinci instansiya məhkəməsiiddia tələbini təmin edərkən, həmçinin tərəflərin münaqişəli ailə olması, etibarnamə əsasında iddiaçının cavabdehlərə yaşamaları üçün XX şəhəri, 26-cı məhəllədə ev alması ilə, hüquqi mövqeyini isəMülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinin, eləcə də Mənzil Məcəlləsinin 30.2, 30.3, 30.4-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Halbuki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, 01 oktyabr 2009-cu il tarixədək yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı münasibətlər Mülki Məcəllənin normaları ilə, bundan sonra yaranmış münasibətlər isə yeni Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəflər arasında yaranan hüquqi münasibətlərin mahiyyətini düzgün müəyyən etməməklə yanaşı, hazırki mübahisəli mənzil hüquqi münasibətlərə Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinin, həmçinin Mənzil Məcəlləsinin 30.2, 30.3 və 30.4-cü maddələrinin tələblərini tətbiq etməklə səhvə yol vermişdir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə belə nəticəyə gəlib ki, C avabdeh1 və oğlu Cavabdeh3 mübahisəli evə istifadə hüquqları iddiaçının evə olan mülkiyyət hüququ ilə toqquşmuşdur. Belə ki, Cavabdeh1 həmin evə olan istifadə hüququndan sui-istifadə etdiyindən, iddiaçının mülkiyyət hüququ cavabdehlərin istifadə hüququndan müdafiə olunmalı və cavabdehlərin iddiaçının mülkiyyət hüququ ilə toqquşan və onu məhdudlaşdıran istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Yəni birinci instansiya məhkəməsi faktiki olaraq tərəfin mübahisəli evdən istifadə hüququnu tanımışdır. Lakin bunun ardınca birbirini təkzib edən belə bir nəticəyə gəlib ki, Cavabdeh1 mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi əsasını Mülki Məcəllənin 228.1 və 228.1-ci maddələrində nəzərdə tutulan hallar təşkil etmir və cavabdehlərlə iddiaçı arasında notarial qaydada təsdiql ənən yazılı müqavilə yoxdur. İddiaçı tərəfindən Cavabdeh1 ailəsi ilə birlikdə artıq bir dəfə daimi yaşaması üçün XX şəhərində ev verilmiş və bununla da onun istifadə hüququ iddiaçı tərəfindən əvəzləşdirilmişdir.Bu səbəbdən də, məhkəmə cavabdeh tərəfə kompensasiya verilməsini qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, tərəflər arasında mənzilə dairmünasibətlər 2004-cü ildən, yəni Cavabdeh1 iddiaçının yaşadığı evə gəlin köçdüyü vaxtdan yaranmışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına 27 aprel 2015-ci il tarixdə qeydiyyata alınmışdır.Yəni 2004-cü ildə Cavabdeh1 iddiaçı ilə notarial qaydada təsdiqlənən yazılı müqavilə bağlanması mümkünsüz olmuşdur. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar (yəni mülkiyyətçinin arvadı (əri), uşaqları və valideynləri, habelə mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər). Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz yetkinlik yaşına çatmayan uşaqlarını köçürmək i xtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnızmülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, mülki iş materiallarını, tərəflərin izahatlarını araşdırı b müəyyən etmişdir ki, 18 dekabr 2004-cü il tarixdə Cavabdeh1 iddiaçının X5la rəsmi nikah əsasında ailə qurduqdan sonra mübahisəli evə gəlin köçüb və həmin vaxtdan iddiaçının ailə üzvü kimi onunla birgə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etməklə evdən istifadə hüququ əldə etmişdir. Eləcə də Cavabdeh1 iddiaçının X5la birgə nikahından həmin edə 23 oktyabr 2005-ci ildə XX adlı uşaqları doğulub və hazırda da ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. İddiaçı, birinci instansiya məhkəməsində izahat verərkən, mübahisəli evin yerləşdiyi torpaq sahəsində yalnız bir fərdi yaşayış evinin olduğunu, orada ikinci evin olmadığını, apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında isə mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsində iki evin oluğunu, Cavabdeh1 gəlin gəldiyi evdə 2 il ya şadıqdan sonra 12- 13 ildir ki, hazırki mübahisəli evdə yaşadığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu xüsusatlar öz təsdiqini tapmış olsa da belə, həmin xüsusatlar iddia ərizəsinin təmin edilməsi üçün əsas sayıla bilməz. Belə ki, Cavabdeh1 mübahisəli evə 2004-cü ildən gəlin köçüb və hazırki vaxtadək orada vaşaması XX şəhər sakinləri Nabat Məmmədova və Fariad Seyidovanın notarial qaydada təsdiq edilməklə tərtib edib imzaladıqları aktla da təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir və işdə, cavabdehlərin mübahisəli evdən dami yaşmaq üçün digər yaşayış sahəsinə köçüb getmələrini təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübu tlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instans iyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(105)-1384/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar