Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6105/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçının, vəkili 1 və üçüncü şəxs “xxxx” ASCnin vəkili 2 iştirakı ilə, İddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-527/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-346/2018 nömrəli, 07 may 2018-ci il tarixli qətnaməsi ilə İddi açının cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1635A seriyalı, KOD 30301004 saylı şəhadətnamənin ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakim E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 2(105)-527/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(027)346/2018 saylı qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, cavabdehin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1635A seriyalı, K OD 30301004 saylı şəhadətnamənin ləğv edilməsi barədə iddiası təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış ev və torpaq sahəsindən vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi, daha sonda iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 ha həyətyanı torpaq sahəsi babası X8na məxsus olmuşdur. Babası 08 may 1960-cı ildə vəfat etmiş, 29 aprel 1976-cı il tarixli “Qanun üzrə vərəsəlik hüquq haqqında” şəhadətnaməyə əsasən babasına məxsus miras əmlak ata sının mülkiyyətinə keçmişdir. Atası isə 20 oktyabr 2000-ci ildə vəfat etmiş, onun ölümündən sonra vərəsələrinin dairəsinə X7, X10, cavabdeh, X1 və X2 daxil olmuşlar. Atasının ölümündən sonra, qeyd olunan yaşayış evində anası, qardaşı İlham və o, yaşamışdır. Hazırda miras qalmış əmlakdan ona düşən hissəni öz adına rəsmləşdirmək istəyir. Bununla əlaqədar sənədləri əldə edən zaman ona məlum olmuşdur ki, miras əmlak tam mülkiyyət hüququ əsasında qardaşı İlhamın adına qeydə alınmışdır. Bu barədə İlhama hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Buna görə də o, miras payından məhrum olmuşdur. Cavabdehlə öz aralarında mirasın bölüşdürülməsi ilə əlaqədar razılığa gələ bilməmişlər. Göstərilə nlərə əsasən, cavabdehin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1635A seriyalı, KOD 30301004 saylı şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-527/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-346/2018 nömrəli, 07 may 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin vəkili 2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatla ndırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-527/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, Quba rayon məhkəməsinin 07 ma y 2018-ci il tarixli, 2(027)346/2018 saylı qətnaməsi ilə iddiaçı cavabdehə qarşı şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış ev və torpaq sahəsindən vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehin adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1635A seriyalı, KOD 30301004 saylı şəhadətnamə ləğv edilmiş, iddia tələbi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi hissəsində təmin edilməmişdir. İş materiallarında olan: Reyestrdə 29.04.1976-cı ildə 4/4346 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X18 miras qalmış Quba rayonu, Proletar küçəsi, dalan 1, ünvanında yerləşən 9 saylı yaşayış evi və 332 kv.metr torpaq sahəsi üzrə Eldarov Hacıağa Hüseyn oğlu qanun üzrə vərəsə hesab edilmişdir. Quba rayon notariat kontorunda 29.11.1990-cı ildə təsdiq edilmiş torpaq qeydinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən yaşayış evi verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Eldarov Hacıağa Hüseyn oğlu 02.08.2000-ci ildə ölmüşdür. Quba rayon İHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Eldarov X12 şəhəri, Səkinəxanım küçəsi, ev 9 ünvanında yaşamış və 02.05.2000-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra X7, X1, X10, X8, cavabdeh və X2 adında vərəsələri qalmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1635A seriyalı, 30301004 nömrəli şəhadətnamən in surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarına əsasən cavabdehin mülkiyyətinə Quba şəhəri ərazisindən 0,05 ha torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, cavabdehin xüsusi mülkiyyətində ünvan 3 ünvanda, 0,05 ha torpaq sahəsində fərdi yaşayış evi vardır. Quba rayon İHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 25.02.1994- cü il tarixli, 11 nömrəli sərəncamının surətindən görünür ki, Quba şəhəri, Səkinəxanım küçəsi, 9 nömrəli evdə yaşayan cavabdeh atasına məxsus evin həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən eidlmişdir ki, X18 oğlu nun ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evi və 332 kv.metr torpaq sahəsi qanun üzrə vərəsəlik əsasında Eldarov Hacıağa Hüseyn oğluna keçmişdir. Eldarov Hacıağa Hüseyn oğlunun ölümündən sonra isə qeyd olunan əmlaklar üzrə Cavabdeh adına dövlət reyestrindən çıxarış və “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. İddiaçı atasının vəfatından sonra ondan miras qalmış yaşayış evi və torpaq sahəsinin özünün, anasının və qardaşı İlhamın faktiki olaraq qəbul etdiklərini, torpaq sahəsində sonradan yeni yaşayış evinin tikildiyini, bununla əlaqədar onun da qardaşına maddi cəhətdən köməklik etdiyini, vərəsəlik üzrə ona düşən payı öz adına rəsmləşdirmək istəyən zaman cavabdeh tərəfindən artıq torpaq sahəsi üzrə şəhadətnamə və evə dair çıxarış alındığını, bu nun əsasında onun vərəsəlik üzrə mülkiyyət hüquqlarının pozulduğunu qeyd etmişdir. İşdən göründüyü kimi, cavabdehin mülkiyyətinə Quba şəhəri ərazisindən 0,05 ha torpaq sahəsinin verilməsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1635A seriyalı, 30301004 nömrəli şəhadətnamə Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarına əsasən verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mərhum atasının adına deyil, Aqrar İslahat Komissiyasının qərarı əsasında birbaşa cavabdehin adına qeydə alınmışdır və belə olan halda bu torpaq sahəsi miras kütləsinə aid edilə bilməz. Miras kütləsinə aid olmayan torpaq sahəsinin cavabdehin adına qeydiyyata alınması isə vərəsə kimi X18 hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İşdən göründüyü ki mi, bu torpaq sahəsi və onun üzərində inşa edilmiş daşınmaz əmlak sonradan mülkiyyətçi tərəfindən “xxxx” ASC-nin xeyrinə ipotekaya qoyulmuş və bankdan kredit götürülmüşdür. Kredit vəsaiti və faizlər razılaşdırılmış vaxtda və qaydada ödənilmədiyi üçün “xxxx” ASC-nin iddiası əsasında həmin torpaq sahəsi və daşınmaz əmlak ipoteka predmeti kimi məhkəmədə mübahisələndirilmişdir və bu barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırkı halda iddianın bu qaydada təmin olunması isə ipotekasaxlayan kimi “xxxx” ASC-nin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1635A seriyalı, 30301004 nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarı da bu və ya digə r qaydada ləğv edilməmişdir və hazırda qüvvədədir. Belə olna halda, JN-1635A seriyalı, 30301004 nömrəli şəhadətnamənin ləğv edilməsi qüvvədə olan mülki qanunvericiliyin tələblərinə ziddir və yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəm iyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-527/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmi n olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçınınj kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-527/2019 nömrəli iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6105/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6105/2019
10.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver