Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6105/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6105/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vnun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-230/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şika yəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki cavabdeh onun bibisi oğludur. Cavabdeh ona bizneslə məşğul olduğunu bildirərək borc pul istəmiş, onunla Cavabdeh arasında 18 iyul 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi Sumqayıt şəhəri 3 saylı notariat kontorunda təsd iq edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 50000 manat məbləğində faizsiz kredit vermişdir. Cavabdeh həmin borcu iki ay ərzində ödəməyi öhdəsinə götürsə də, bugünə kimi borc məbləğindən heç bir ödəniş etməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq borcun qaytarılmasına heç bir təşəbbüs göstərməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 mart 2020-ci il tarixli 2(060)-841/2020 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 50000 manat borc vermiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək kredit borcunu qaytarmamışdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 09.09.2020-ci il tarixli, 2(105)-2256/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-5260/2020 saylı mülki işə baxılaraq nəticə verilib həmin qərar qanuni qüvvəyə minənə qədər hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 08.05.2021-ci il tarixli, 2(105)-230/2021 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 09.06.2021-ci il tarixli, 2(105)-230/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(060)-841/2020 nömrəli qətnaməsinin dəyiş dirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq nəzərə alır ki, 18.07.2018-ci il tarixli kredit müqaviləsi qüvvədədir və birinci instansiya məhkəməsi Cavabdeh 50000 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edil məsi və işin yeni araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı ona borc verməmiş, şərikli biznes fəaliyyətinə həmin pul vəsaitini sərmayə olaraq qoymuş, o da həmin məbləğdə bizneslərinə pul qoymuş, lakin biznesləri iflasa uğramışdır. Həmin kredit müqaviləsi uydurma əqddir. Onlar həmin kredit müqaviləsini bağlayarkən borc münasibətləri ilə bağlı hüquqi nəticələr yaratmaq niyyətində olmamışlar. Bu səbəbdən apelyasiya məhkəməsinin qarşılıqlı münasibətlərə borc münasibəti kimi hüquqi qiymət verməsi düzgün nəticə deyil. Ona gö rə də məhkəmə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Aralarında olan münasibətlərə Mülki Məcəllənin 340.1, 340.2, 337.1-ci maddələri tətbiq edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili V kasasiya şi kayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfi yyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhk əməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışıl mışdır. Belə ki, cavabdeh kasasiya şikayətində maddi hüquq normalarının pozulmasını, mübahisəyə müqavilənin uydurma müqavilə olmaqla etibarsızlığına dair normaların tətəbiq edilməli olduğu halda tətbiq edilməməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, cavabdeh tərəflər arasında olan kredit müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş, apelyasiya kollegiyası həmin tələb üzrə məhkəmə qətnaməni qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatı dayandırmış, cavabdehin kredit müqaviləsinin etibarsızlığı ilə bağlı tələbi rədd edildikdən sonra hazırki iş üzrə icraat təzələnmiş, iddianın əsaslılığı apelyasiya araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Ümumi kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntuasuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-230/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul