Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6106/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: sahiblik hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçın Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2307/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X6” Mənzil Tikinti Kooperativinə yaşayış binasının tikintisi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı sərəncamına əsasən Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə 0,73 ha torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyətinin 443 №-li xx.xx.2015-ci il tarixli sərəncamı ilə Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamının 1-ci bəndi ilə “X6” MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə İddiaçı MMC-nin istifadəsinə verilmiş, “X6” MTK-ya dair razılaşdırılmış layihə sənədləri İddiaçı MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 12.1.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə “X6” MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 0,2316 ha müəyyən edilmişdir. 3. “X6” MTK-nin təsisçiləri sonradan Bakı şəhər İcra Hakimiyyətinin 443 №-li xx.xx.2015-ci il tarixli sərəncamını mübahisələndirmişdir. “X6” MTK-nin iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin İddiaçı MMC-ə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında 443 saylı 23 oktyabr 2015-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 2-1(103)1198/2018 saylı 22 iyun 2018-ci il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddiaçı “X6” MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 443 saylı 23 oktyabr 2015-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2(102)- 1956/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı 22 iyun 2018-ci il tarixli qərarından iddiaçı “X6” MTK-nın verdiyi kassasiya şikayəti üzrə icraata kassasiya şikayəti verən şəxsin öz ərizəsi əsasında xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,4984 ha torpaq sahəsinin qərb hissəsindəki Ayaz İsmayılov küçəsində "xxxx" MTK tərəfindən tikilmiş “A2” adlanan blokun yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə İddiaçı MMC-nin tikdiyi tikinti sahəsinə gedən yolun arasındakı torpaq sahəsindən çıxarılması, həmin sahənin qanunsuz istifadəçidən alınaraq İddiaçı MMC-nə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015ci il tarixli 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekt 1181-ci məhəllədə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı əsasında “X6” MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə İddiaçı MMC-nin istifadəsinə verilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC- nə ayrılmış torpaq sahəsinin planı tərtib olunmuşdur. Sərəncamda qeyd edilmişdir ki, ərazi tikinti üçün deyil, layihələndirmə üçündür. Planda həm YYY MTK-ya, həm də “İnter" MMCyə ayrılmış torpaq sahəsi aydın göstərilmişdir. Lakin cavabdeh MMC-nə ayrılmış torpaq sahəsini qanunsuz zəbt edərək oranı qazmış və qonşuluqda yerləşən YYY MTK-nın tikdiyi “A2” adlanan blokun qarajına yol açmışdır. Zəbt edilmiş torpaq sahəsi təxminən 3-4 sotdur, həmin blokun altında yerləşən qarajları icarəyə vermək üçün cavabdeh bu yoldan istifadə edir. "xxxx" MTK tərəfindən tikilmiş bina İddiaçı MMC-nə məxsus əraziyə daxil deyildir, onlar arasında hər hansı bir razılaşma yoxdur, qazılmış torpaq sahəsi MMC-nin ərazisində yerləşdiyi üçün daim təhlükə mənbəyidir. Səlahiyyətli orqanlara müraciət etməsinə baxmayaraq cavabdeh öz qanunsuz əməllərini davam etdirir.
6. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirib ki, özü "X7" MTK-nın təsisçilərindən biridir. Mübahisəli torpaq sahəsinin qarşısı nda yerləşən qaraj, həm də torpaq sahəsi "X6" MTK-ya aiddir. İddiaçıya aid torpaq sahəsini zəbt etməmişdir. Hazırkı mübahisələndirilən sahənin İddiaçıMMC-yə aid olması barədə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı olsa da, hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin sərəncam saxtadır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinə verilmiş sorğu əsasında öyrənmişdir ki, "xxxx" MMC-in direktoru X1 gedən əmlaka dair sərəncam imzalamış və "X7" MTK-nın təsisçisi LLL mülkiyyətində olan həmin əmlakları öz adına keçirmişdir. Halbuki, onun belə bir sərəncamın mövcudluğundan, "xxxx" MTK-nın təsisçisi LLLün əmlakının "xxxx" MMC-in direktoru X2 tərəfindən öz xeyrinə özgəninkiləşdirilməsindən xəbəri olmamışdır. Təqdim edilmiş bu sübut - sərəncam saxtadır, ona g örə də etibarsız hesab edilməlidir.
7. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai Rayonu, Xocalı prospekti 1181-ci məhəlləsində mübahisəli ərazidə paralel olaraq iki hündürmərtəbəli bina tikilir. Sol tərəfdəki bina "xxxx" MTK-ya, sağdakı bina isə İddiaçı MMC-yə məxsusdur. Mübahisəli torpaq sahəsi hasarla sağ binadan ayrılmışdır. Həmin binalar arasında olan yol sahəsidir. Həmçinin Bakı şəhəri Xətai Rayonu Xocalı prospekti 1181-ci məhəllədə yerləşən torpaq sahəsinə Ayaz İsmayılov küçəsindən mübahisələndirilən əraziyə giriş vardır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia tələbi t əmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli sahənin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 0,4984 ha torpaq sahəsinə daxil olduğu işin mübahisəsiz halıdır və həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edildiyindən, yəni onun torpaq sahəsinə mülkiyyət, o cümlədən istifadə hüququna əsas verən hüququ, habelə İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılmasını istisna edən hallar olmadığından iddia təmin edilməlidir.
10. Məhkəmə, cavabdehin “mübahisəli ərazinin İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının saxta olması” barədə dəlillərinə münasibət də qeyd edib ki, həmin sərəncam hazırda qüvvədədir və onun ləğv olunması və ya etibarsızlığını təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri iddia tələbinin rədd edilməsi üçün məhkəmə tərəfindən nəzərə alına bilməz.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152-ci və 157-ci, Torpaq Məcəlləsinin 55-ci, “Şəhərsalma və Tikinti Məcəlləsi”-nin 49.1-ci maddələrinə əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə maddi-prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının id dia etdiyi sahənin onun tərəfindən zəbt edilib- edilmədiyini aydınlaşdırmaq üçün ekspertiza təyin etməmiş, sübutlara düzgün qiymət verməmiş, şifahi mülahizələrə istinad etməklə qanunsuz qərar çıxarmışdır.
14. Apellyatorun irəli sürdüyü dəlillər nəzərə alınaraq apellyasiya baxışı zamanı ekspertiza təyin olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli rəyi ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış torpaq sahəsinin eninin şərq istiqamətdə 59,04 metr, qərb istiqamətdə 57,86 metr, uzunluğunun şimal istiqamətdə 85,28 metr, cənub istiqamətdə 85,29 metr olmaqla 4984 kv.m təşkil etdiyi və həmin sərəncam üzrə torpaq sahəsinin 4714 kv.m hissəsinin İddiaçı MMC-nin faktiki istifadəsində olduğu, B akı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən 0,4984 ha torpaq sahəsinin qərb hissəsindəki Ayaz İsmayılov küçəsində "xxxx" MTK tərəfindən tikilmiş “A2” adlanan blokun yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə İddiaçı MMC-nin tikdiyi tikinti sahəsinə gedən yolun arasındakı torpaq sahəsinin 270 kv.m təşkil etməklə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında İddiaçı MMC-nə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2307/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər i Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152 və 152.7-ci maddələrinə istinadla belə əsaslandırıb ki, işin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehin mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları mövcud deyildir və onun iddiaçının qanuni sahibliyində olan sahədən onun iradəsinin əleyhinə istifadə və oradan çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka sahiblik hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etmişdir.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152-ci, 157.2-ci, 157.8-ci, 165.1-ci, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü, 385-ci, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin tam ləğv olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 157.2-ci maddəsi pozulmuşdur. Qeyd olunan norma o zaman tətbiq oluna bilərdi ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş olsun. Halbuki, iş materiallarında mövcud olan “Ortakların anlaşması”ndan da aydın olduğu kimi mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyildir. Həmin ərazidə yerləşən torpaq sahələrinin bölüşdürülməsinə dair təsisçilər arasında bölgü aparılmış və hər bir təsisçi anlaşmanı öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, Mülki Məcəllənin 165.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan normaya əsasən, məhkəmə torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququnun olub-olmamasını, torpaq sahəsinin iddiaçıya məxsus olması faktını heç bir qanuni əsaslarla təsdiq edə bilməmişdir. Halbuki iş üzrə mövcud olan bütün faktlar mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığının əyani sübutudur. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi hansı əsasla mübahisəli torpaq sahəsinin məhz iddiaçının sahiblik və istifadəsində olmasını hüquqi normalara uyğun əsaslandıra bilməmiş, gəldik ləri qənaəti hüquqa uyğun qiymətləndirə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ekspertiza təyin edilsə də ekspertiza işi birtərəfli yanaşaraq düzgün rəy verməkdən yayınmışdır. Əgər ekspertiza işə mövcud olan sənədlər üzrə baxmış olsaydı, hazırki iş üzrə iddiaçının iddia tələbinin əsassız olması müəyyənləşdirilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə y ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, iddia tələbi, qanuni əsaslarla iddiaçının istifadəsində verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.
37. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
38. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 443 №-li xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə verilmişdir (bu qərarın 1-3-cü paraqrafları).
39. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilib ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyətinin 443 №-li xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilində yerləşir (bu qərarın 7-ci və 15-ci paraqrafları). Cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı qanuni əsasla hüququnu təsdiq edən hal məhkəmələr tərəfindən müəyyən o lunmayıb.
40. Bu halda məhkəmə baxılan mübahisəyə Mülki Məcəllənin 152 və 157.2-ci maddələrini tətbiq etməklə iddianı tətbiq etməkdə haqlı olmuşdur.
41. Çünki mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.1 və 158).
42. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tə tbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2307/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.