Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6107/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmmədoğlundan ibarət tərkibdə, Cəlalov Bəhlul Məmmədcəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)1461/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (hakim Elçin Kazımov) 06 dekabr 2018-ci il tarixli 2(012)5233/2018 saylı qətna məsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə (“xxxx” mənzil tikinti kooperativinə) qarşı yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülmə barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Aqil Abbasov) 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa olunan “xxxx” MMC-yə (hazırki hüquqi varisi “xxxx” Mənzil Tikinti Kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kvadrat metr, ikinci blokunda ümumi sahəsi 352 kvadrat me tr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli sahəyə köçürülməsi, hüquqi xidmətə görə müdafiəçiyə ödədiyi 1000 manat və dövlət rüsümu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 7 oktyabr 2009-cu il tarixdə 2 müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən ünvan 2 ünvanında inşa olunan “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kvadrat metr, ikinci blokunda ümumi sahəsi 352 kvadrat metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzilləri tikib ona təhvil verməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etmiş və mənzillərin dəyərini, yə ni cəmi 67400 manatı tam ödəmişdir. Bu barədə 07 oktyabr 2009-cu il tarixli maliyyə arayışları da vardır. Dəfələrlə binanın tikintisi ilə maraqlanaraq mənzilləri təhvil alıb köçmək və rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişdir. O, cavabdehə müqavilənin əslini təqdim etsə də, cavabdeh müxtəlif bəhanələrlə onu mənzillərə daxil olmağa qoymamış və onun 29 dekabr 2017-ci il tarixli və 9 avqust 2018-ci il tarixli ərizələrinə cavab verməmişdir. Bu işlə əlaqədar 24 iyul 2017-ci il tarixdə Vəkil (VÖEN: **********) ilə tapşırıq müqaviləsi bağlayaraq hüquqi yardıma görə 1000 manat ödəmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa olunan “xxxx” məhdud məsuliyyət li cəmiyyətinə (hazırki hüquqi varisi “xxxx” mənzil tikinti kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kvadrat metr, ikinci blokunda ümumi sahəsi 352 kvadrat metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsi, hüquqi xidmətinə görə müdafiəçiyə ödədiyi 1000 manat və dövlət rüsümu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar yeni qəb ul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. 2009-cu ildə bağlanmış müqavilədə ”Payçı"ya 14 mərtəbəli binanın 14-cü mərtəbəsində mansard tipli mənzillərin verilməsi öz əksini tapmışdır. Lakin 2013-cü ildə tikilən binanın işçi layihəsində dəyişikliklər aparılaraq 14 mərtəbə əvəzinə 15 mərtəbəlinin tikilməsi qərara alınmışdır. Layihənin dəyişdirilməsi barədə ona heç bir xəbərdarlıq olunmamışdır. Cavabdeh tərəfindən bu barədə ona məlumat verilməməsi onun hüquqlarının kobud sürətdə pozulmasına gətirib çıxarmşdır. İşin gedişində cavabdeh tərəfindən təqdim edilən "eskiz layihəsi" qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq olunmamışdır. Bu isə Azərbaycan Respublikası MPM-nin 89- cu maddəsinin tələblərinə ziddir. Məhkəmə qətnamə qəbul edərkən, mansard mərtəbəsi anlayışını nəzərə almayıb. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən "mansard mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir". Qanunun tələblərinə uyğun olaraq o, qeyri-yaşayış sahəsi yox, məhz mansard tipli mənzil istəmişdir. Məhkəmə qətnaməsində müqavilələrdə otaqların sayının və nömrələrinin göstərilmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, yaşayış üçün nəzərdə tutulmuş mansard mənzilləri 1-ci blok (ümumi sahəsi 322 kvadrat metr) və İİ-ci bloklarda (ümumi sahəsi 352 kvadrat metr) bütün sahəni müqavilənin tələblərinə uyğun olaraq "icraçı" "payçı"ya verməyi öz öhdəsinə gö türübsə, hansı nömrədən və saydan söhbət gedə bilər? Məhkəmə qətnaməsində qeyd etmişdir ki, "Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçıya verilməsi nəzərdə tutulan mənzillərin yerləşmə mərtəbəsi,...göstərilməmişdir. Binanın faktiki vəziyyətinə əsasən iddiaçının tələb etdiyi mansard tipli mənzilləri müəyyən etmək mümkün olmadığından iddianın təmin olunması mümkün deyildir." Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan "xxxx"MTK-nin 15.11.2018-ci il tarixli, 15/11 saylı arayışına qiymət verməmişdir. Arayışından açıq-aşkar görünür ki, müqavilədə nəzərdə tutulmuş 14 mərtəbəli bina artıq 15 mərtəbəli olub. Eyni zamanda həmin arayışın 4-cü abzasında cavabdeh özü yazır:"...yaşayış binasının mübahisə predmetinə aid 1-ci və 2-ci bloklarında layihə üzrə 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatmış". Bu da o deməkdir ki, bina və mənzillər mövcuddur. İcraçı sadəcə olaraq öz müqaviləsində özü götürdüyü öhdəliyi icra edib bu yaşayış sahələri ona təhvil verməlidir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilm iş hallarından görünür ki, “İcraçı” kimi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” x1 küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının birinci blokunda, ümumi sahəsi 322 kvadrat metr olan mansardı, izolə olunmuş mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin dəyəri 32200 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 7 oktyabr 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə sahəsi 322 kvadrat metr olan mansardın dəyəri olaraq 32200 manat pul ödənilmişdir. “İcraçı” kimi “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” İddiaçı arasında bağlanmı ş 7 oktyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” x1 küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının ikinci blokunda, ümumi sahəsi 352 kvadrat metr olan mansardı, izolə olunmuş mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin dəyəri 35200 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 7 oktyabr 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə sahəsi 352 kvadrat metr olan mansardın dəyəri olaraq 35200 manat pul ödənilmişdir. İddiaçı tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış 9 avqust 2018ci il tarixli ərizənin surətindən görünür ki, MMC-yə qüvvədə olan müqavilənin icrasını təmin etmək məqsədilə 10 gün müddətində mübahisələndirilən mənzillərə köçürülməsinə şərait yaradılmayacağı halda, aidiyyəti məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2018-ci il tarixli məlumatın verilməsi haqqında məktubdan görünür ki, 15 fevral 2016-cı il tarixdə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin təşkilati hüquqi forması və adı dəyişdirilərək “xxxx” mənzil tikinti kooperativinə çevrilmişdir. 2006-cı ildə təsdiq olunmuş eskiz layihənin surətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin x1 küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binası 12 mərtəbəli, 5 blokludur. 2013-cü ildə təsdiq olunmuş eskiz layihənin surətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin x1 küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binası 15 mərtəbəli, 5 blokludur. “xxxx” mənzil tikinti kooperativininin 15 noyabr 2018-ci il tarixli, 15/11 saylı arayışından görünür ki, mübahisələndirilən müqavilələrdə mansard tipli mənzillərin ayrılması və verilməsi nəzərdə tutulmamışdır. Belə ki, mansard tipli mənzillərə dair müvafiq tələblər, o cümlədən, mənzilin yerləşmə mərtəbəsi, mənzilin və otaqlarının sayı, mənzillərin nömrələri, hər mənzilin ayrı-ayrılıqda sahələri göstərilməmişdir. İş materiallarına əlavə edilmiş 2006-cı il tarixli eskiz layihəsinə əsasən mansard tipli mərtəbədə qeyri-yaşayış sahəsi olan texniki mərtəbə layihələndirilmişdir. Tələb üzrə köçürülmə mübahisələndirilən texniki mərtəbə olmadığından tələbin təmin olunması mümkünsüzdür. Birinci halda, mübahisələndirilən müqavilələr ü zrə qeyri-yaşayış sahələrinin yerləşəcəyi texniki mərtəbənin 2013-cü il tarixli yaşayış binasının eskiz layihələndirilməsində nəzərdə tutulmamışdır. İkinci halda, yaşayış binasının mübahisə predmetinə aid 1-ci və 2-ci bloklarında layihə üzrə 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatmış, hazırda fasad və arakəsmələr, hörgü və suvaq işləri sona çatdırılmaqdadır. Digər 3-cü və 4-cü bloklarda da tikinti işləri yekunlaşmaqdadır, 5-ci blokda isə tikinti işləri yarımçıq vəziyyətdədir və müvafiq betonlama, armaturlanma işləri mütəmadi davam etdirilir. ünvan 4 ünvanda inşa olunan yaşayış binasının 1-cı və 2-ci bloklarında mübahisələndirilən müqavilələr üzrə iddiaçının texniki mərtəbəsinə köçürülməsi tələbi həmin texniki mərtəbənin layihə üzrə nəzərdə tutulmadığından qeyri-mümkündür. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli hər iki müqavilədə mansard tipli mənzillərin yerləşmə mərtəbəsi, otaqlarının sayı və nömrələri göstərilməmişdir. Həmçinin 2006-cı il tarixli eskiz layihəsində mansard tipli mərtəbədə qeyriyaşayış sahəsi olan texniki mərtəbə layihələndirilsə də, 2013-cü il tarixdə təsdiq edilmiş yaşayış binasının eskiz layihəsində mansard nəzərdə tutulmamışdır.Binanın faktiki vəziyyətinə əsasən iddiaçının tələb etdiyi mansard tipli mənzilləri müəyyən etmək mümkün olmadığından iddianın təmin olunması mümkün deyildir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlilləri ni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı ilə cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyəti (hazırda “xxxx” Mənzil Tikinti Kooperativi) arasında 7 oktyabr 2009-cu il tarixdə x1 küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının birinci blokunda, ümumi sahəsi 322 kvadrat metr və həmin binanın ikinci blokunda, ümumi sahəsi 352 kvadrat metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərin iddiaçıya verilməsi barədə müqavilələrin bağlanması, həmin müqavilə əsasında iddiaçı tərəfindən mənzillərin dəyərinin cavabdeh MMC-yə ödənilməsi işin mübahisə edilməyən hallarıdır. İddiaçı hazırda həmin mənzillərə köçürülməsini tələb edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi “xxxx” mənzil tikinti kooperativininin 15 noyabr 2018-ci il tarixli, 15/11 saylı arayışına istinad edərək hər iki müqavilədə mansard tipli mənzillərin yerləşmə mərtəbəsi, otaqlarının sayı və nömrələrinin göstərilmədiyini, həmçinin 2006-cı il tarixli eskiz layihədə mansard tipli mərtəbədə qeyri-yaşayış sahəsi olan texniki mərtəbən layihələndirilsə də, 2013-cü il tarixdə təsdiq edilmiş yaşayış binasının eskiz layihəsində mansardın nəzərdə tutulmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr bu nəticəyə gələrkən təkcə cavabdeh MTK-nın nümayə ndəsinin izahatına, cavabdeh MTK tərəfindən təqdim edilmiş arayışa və eskiz layihələrə istinad etməkdə haqlı olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi işin nəticəsində birbaşa maraqlı olan şəxsdir. Ona görə də, MTK-nın nümayəndəsinin izahatında və MTK tərəfindən təqdim olunmuş arayışlarda göstərilən hallar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalıdır. Cavabdehin irəli sürdüyü binanın 2013-cü ildə yenidən tərtib edilmiş eskiz layihələrində mansard tipli sahənin olmaması barədə dəlili tikinti-inşaat sahəsində xüsusi biliyə malik şəxs tərəfindən layihə sənədlərinə əsasən yoxlanıla bilər. Faktiki olaraq mansard tipli sahənin mövcudluğunu isə yerində baxış keçirilməklə aşkar etmək mümkündür. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məh kəmə kimi bu hallara əhəmiyyət verməmiş, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri araşdırmamışdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 202.1-ci maddəsonə görə, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməs i dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İşə baxan məhkəmələr iş üzrə həqiqəti müəyyən etmək üçün qeyd olunan halların müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb etmək, yaxud məhkəmə-tikinti texniki ekspertizası təyin edib rəy almaq, yerində baxış keçirmək kimi prosessual hərəkətlərin icrasının müzakirə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1461/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6107/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6107/2019
02.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver