Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6107/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6107/21 (Açar sözlər: evə köçürülmə, istifadə hüququnun tanınması, hüququn olmaması) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh X3 vəkili Əliyev Ramil Məhəmmədəli oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(105)400/2021 qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ilə 15 iyun 2008-ci il tarixdə ailə qurmuş, ünvan 1 ünvanda yerləşən evə köçmüşdür. Birgə nigahlarından 29 may 2009-cu il tarixdə doğulmuş Cavanşir adlı oğlu və 05 sentyabr 2012-ci il tarixdə doğulmuş Aynur adlı qızı vardır. Ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 64 saylı fərdi yaşayış evi X2 məxsusudur. Həmin evə dair 19921-ci ildə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X1 adına olan yaşayış evindən istifadə hüququ verilməklə iki uşağı ilə birlikdə həmin evə köçürülməci barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyun 2008-ci il tarixdə Cavabdeh ilə evlənəndə mübahisəli evə gəlin köçmüş və özünə məxsus əmlakları da həmin evdə yerləşdirilmişdir. Əri ilə münasibətləri pozulduğu vaxtadək orada yaşamış, uşaqları da orada doğulmuşdur. Yaşadığı evdən onu çıxarıblar və iki uşağı ilə birlikdə Sabir qəsəbəsində yaşayan valideynlərinin yanına getməyə məcbur olmuşdur. 2015-ci ildə Şamaxı Rayon Məhkəməsinin qətnaməsilə rəsmi olaraq ayrılmış, həmin vaxtdan valideynlərinin himayəsindədir. V alideynlərinin evi çox darısqaldır. Ata evi bir neçə il öncə yanmışdır. Hal hazırda elə də şəraitləri yoxdur. Əslində 5 nəfər ailə üzvü əvvəllər mətbəx kimi istifadə etdiyi bir otaqda yaşayırlar. Boşanandan sonra dəfələrlə məhkəməyə müraciət edərək evə köçürülməyini tələb etmiş, lakin hər dəfə müəyyən səbəblərə görə ərizəsi geri qaytarılmışdır. Hazırda qüvvədə olan mülki qanunvericiliyə görə evə köçərkən mülkiyyətçi ilə müqavilə bağlanılmalıdır. Lakin bu mənzilin sənədləri onda olmadığından uzun müddətdir məhkəmədə iddia qaldıra bilmir. Amma bütün əşyaları indiyə kimi cavabdehin evindədir. Əşyalarına baxmaq üçün dəfələrlə həmin evə getmiş, amma qapıları üzünə bağlayıblar.
4. Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(074)-515/2020 nömrəli qətnaməsi ilə (hakim E.Hümbətov) iddi a tələbi qismən təmin edilmiş, İddiaçı və övladları 29.05.2009-cu il təvəllüdlü X6 və 05.09.2012-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əri ilə münasibətləri pozulduğu vaxtadək uşaqları ilə birgə həmin ünvanda yaşamışdır. Cehiz və digər əmlaklarının bir hissəsi hazırda da mübahisəli evdədir. Cavabdeh iddiaçını və övladlarını mübahisəli evdən çıxarmışdır. Hazırda isə hər iki cavabdehlər iddiaçının uşaqları ilə bigrə həmin evə qayıdıb yaşamasına mane olur. İddiaçının Cavabdeh ilə ailə qurduğu 15 iyun 2008-ci il tarixdən daimi yaşadığı və sonuncunun çıxarması və hər iki cavabdehin qayıdıb yaşamasına maneə olması səbəbindən yaşamadığı mübahisəli e vdən başqa daimi yaşayacaq yeri olmadığından, eləcə də əmlaka başqa şəxsin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdehlərin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları olmadığından, onların başqa yaşayış sahəsi olmayan iddiaçını və yetkinlik yaşına çatmamış uşaqlarını mübahisəli evdən çıxarması, qayıdıb yaşamalarına maneə olmaları qanunsuz və mənafeyi üstün tutmalı, daha yaxşı təmin edilməli olan uşaqlarının hüquq və mənafelərinə zidd olmuşdur. Odur ki, iddiaçı uşaqları ilə birgə əmlaklarının olduğu mübahisəli evə köçürülməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əmələ gəlmədiyindən, iddia tələbi istifadə hüququnun tanınması hissəsində rədd edilməli, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139, 152.1, 178.2 və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(105)-400/2021 qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(074)-515/2020 saylı qətnaməsi ləğv e dilmiş, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə məcburi köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı 2008-ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, cavabdehin anası X2 məxsus Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 64 saylı fərdi yaşayış evinə köçərək orada yaşamış, iddiaçı həmin evdən 2015-ci ildən çıxmış, həmin müddətdən sonra öz valideynlərinə məxsus evdə yaşamışdır. Hazırki iddia ərizəsindən də görünür ki, iddiaçı evə köçürülmə barədə iddianı 18.05.2020-ci il tarixdə, yəni 5 il sonra qaldırmışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının gəlin köçdüyu ev cavabdehlərin ana sı X2 məxsusdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi iddianı rədd etməklə Konstitusiyanın 43-cü maddəsinin tələblərini pozmuşdur. Konstitusiyanın 43cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəllıəsinin 98-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə şəxsi daimi yaşamaq məqsədilə başqa yaşayış məntəqəsinə və ya eyni yaşayış məntəqəsində başqa ünvana köç üb getdikdə yaşadığı mənzil sahəsinə dair hüquqlarını itirir. İddiaçı əşyalarının həmin mənzildə qalmasına dair, həmçinin cavabdeh tərəf ona məxsus əşyaların evdən çıxarılmasına dair iddia qaldırmamışlar. Yəni cavabdeh, tərəf də onun evdən müvəqqəti olaraq çıxdığını bilirlər. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda da ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edi lməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 vəkili Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası Maddə
33. Mənzil toxunulmazlığı hüququ 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 33.2. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə
43. Mənzil hüququ 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikd ə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlər inə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı q üvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələr inin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İşin məhkəmələ tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2008ci ildə Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, cavabdehin anası X2 məxsus Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 64 saylı fərdi yaşayış evinə köçərək orada yaşamış, həmin evdən 2015-ci ildən çıxmış, bundan sonrakı müddətdə öz valideynlərinə məxsus evdə yaşamışdır. Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 64 saylı fərdi yaşayış evinə dair 19921-ci ildə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib olunmuşdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia çının ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnun pozulması və 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 98-ci maddəsinin tələbninin pozulması barədə dəlilləri əsassızdır.
26. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli evin qanuni sahibi olan şəxsin ailə üzvü sayılmır və ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvü kimi həmin evdən istifadə hüququnun saxlanmasının qanuni əsası yoxdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fərdi yaşayış evinə istifadə hüququnun yaranmasını təsdiq edəcək sübutlar olmadığından iddiaçının fərdi yaşayış evinə köçürülməsi və onun fərdi yaşayış evinə istifadə hüququnun tanınması əsassızdır.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(105)-400/2021 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.