Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6109/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1, vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(105)-1596/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim F.Əliyev) 10.08.2018-ci il tarixli, 2(060)6587/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) 11.04.2019-cu il tarixli, 2(105)-1596/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin rədd edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(060)-6587/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019 -cu il tarixli, 2(105)-1596/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri,*************** saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, **************** saylı mənzili 04.12.1987-ci il tarixdə ********** saylı order əsasında iddiaçının anası X3 verilmişdir. X1 28 oktyabr 2010-cu il tarixdə, anası X5 isə 29 dekabr 2016-cı il tarixdə vəfat etmişlər. İddiaçı həmin mənzildə qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə orada yaşayır. Cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısı oğludur. Cavabdehlər mənzildə qeydiyyatda olsalar da, 2003-cü ilin aprel ayından həmin mənzildə yaşamırlar. Cavabdehlərin 2003-cü ildən mənzildə yaşamamaları qonşuların iştirakı ilə tərtib olunmuş aktla da öz təsdiqini tapmışdır. Cavabdehlər 2003-cü ilin aprel ayından mənzili tərk edərək başqa yerə getdiklərindən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlərin mənzilə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin iddiaçı cavabdehlərin əvəzinə də kommunal xidmət haqqını ödəyir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman sübutlara düzgün hüquqi qiymət verilməmiş, b ununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmudur.Ona görə də onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(105)-1596/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sumqayıt şəhəri, ************** saylı mənzilin icarədarı X5 olmuş, onun ölümündən sonra mənzil İddiaçı istifadəsində olmuşdur. Cavabdehlər 2003-cü ildən Sumqayıt şəhəri, ***********************1 saylı mənzildə yaşamırlar, həmin mənzili tərk edərək daimi yaşamaq üçün mənzildən getmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən və mübahisəli mənzil dövlət mənzil fondunda olduğundan, hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-nin 1982-ci il 08 iyul tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə,hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci və 6-cı hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qal mış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qararının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruri dir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından həmçinin görünür ki, cavabdehlər 2003-cü ildən Sumqayıt şəhəri,*********************saylı mənzildə yaşamırlar, həmin mənzili tərk edərək daimi yaşamaq üçün bu mənzildən getmişlər. Sumqayıt şəhəri, *********************** saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı,************* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər qeydiyyatda olduqları mənzili tərk edərək daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, Sumqayıt şəhəri, * ************** saylı mənzilində 15 ildən artıq müddətdə yaşamadıqlarından, bu mənzillə bağlılıqlarını itirdiklərindən, mənzildə heç bir əmlakları olmadığından, 15 ildən artıq müddətdə mənzilə köçməyə təşəbbüs belə göstərmədiklərindən və bununla da 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün olaraq iddia təmin edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində sübutlara düzgün hüquqi qiymət verilmədiyini bildirsə də, iş materialları ilə bu hal öz əksini tapmır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(105)-1596/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6109/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6109/2019
22.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver