Məhkəmə qərarları › İş №2(102)-6109/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6109/2022

21.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6109/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma ) 21.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X8 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5035/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06 yanvar 2018-ci il tarixli 129 nömrəli müqavilənin surətinə əsasən Sifarişçinin İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən Podratçı ("xxxx" MMC) Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci bloku, 6-cı mərtəbəsində, 2 otaqlı, 30 saylı mənzili tikib sifarişçiyə təhvil verməsini və sifarişçi də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər.

2. Müqaviləyə əsasən müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərini 72.000 manatı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli arayışın surətinə əsasən İddiaçı "xxxx" MMC-nin xəzinəsinə 06 yanvar 2018-ci il tarixdə 30 saylı mənzil üçün 72.000 manat pul ödəmişdir. Qalıq borcu yoxdur. 3. 06 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərara əsasən özünü "xxxx" MMC-nin nümayəndəsi və binanın komendatı kimi təqdim edən X1 Lamiyə Akif qızına (bundan sorna cavabdeh) xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 88.000 manata mənzil satmaqla sonuncuya məxsus 88.000 manat pulu ələ keçirmişdir. 4. 210096178 saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx-xx-2021-17-27 nömrəli qəbzə əsasən X2 Ağasəmid Fərzulla oğlunun hesabına 30.000 manat məbləğində pul köçürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin azyaşlı övladı X11 ilə birlikdə özlərinə məxsus əşyalarla ona məxsus olan Yasamal rayonu, Yeni yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi, 500 manat məbləğində kirayə haqqının və iddianın təmin olunacağı günə qədər hər ay 500 manatdan hesablanmaqla kirayə haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 yanvar 2018-ci il tarixdə "xxxx" MMCdən dəyərini tam ödəyərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzili almış və hazırda istifadəsindədir. Ona məxsus mənzili binanın komendantı Ağasəmədin vasitəsilə ev əşyaları ilə birlikdə siyahı tərtib edilərək cavabdehə kirayəyə vermişdir. Lakin cavabdeh hazırda kirayə haqqını vermədiyindən mənzilindən çıxmasını tələb etsə də, müxtəlif bəhanələrlə çıxmır və hazırda 2006-cı il təvəllüdlü övladı X11 ilə birlikdə orada yaşayır. Hazırda cavabdehin onun mənzilindən çıxmaması həm ona ciddi şəkildə ziyan vurur, həm də onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Göründüyü kimi o faktiki olaraq öz mənzilindən, mülkiyyətindən məhrum olmuşdur.

7. İddiaçı əlavə qeyd etmişdir ki, mübahisəli mənzili maliyyə arayışına, müqaviləyə əsasən "xxxx" MMC-dən ta m şəkildə birdəfəlik ödəmə ilə əldə etmişdir. Əldə etdikləri mənzili təmir edib qısa bir müddət yaşadıqdan sonra kirayə verməyi qərara almışlar. Daha sonra mənzili binanın komendantı tərəfindən hazırkı cavabdehə kirayə vermişlər. Tərəflər arasında kirayə müqaviləsi yoxdur, sadəcə şifahi müqavilə bağlanılmışdır. Həmin kirayəçini komendat tapmış və onları tanıdığını və yaxşı adam olduqlarını söyləmişdir. Bunun əsasında da iddiaçı mənzilini onlara kirayə vermişdir. Kirayə haqqı da oktyabr, noyabr, dekabr ayları üzrə 500 manat komendat vasitə ilə ödənilmışdır. Lakin yanvar ayı ödənilməmiş və cavabdeh tərəf bildirmişdir ki, o bu evi satın almışdır. İddiaçı tərəf isə ona bununla bağlı əlində hansı sənədin olduğunu soruşmuşudur. Çünki MMC 1 evi 2 adama satmış da ola bilər. Ancaq tərəf sübut qis mində heç bir sənəd təqdim edə bilməmişdir. Lamiyə xanım özü də etiraf etmişdir ki, komendat 2 tərəfi də aldatmışdır. Cavabdeh özü də birinci oraya kirayəçi kimi gəldiyini sonra binanı bəyəndiyinə görə oradan mənzil almaq niyyətində olduğunu söyləmişdir. İlk öncə mübahisəli mənzildə 500 manatdan kirayə qalmış, lakin sonra komendat mənzilin satıldığını ona bildirdiyinə görə mənzili almağa görə komendanta pul ödəmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçının qeyd etdikləri həqiqət deyildi, çünki əvvəl o həmin binada 4-cü mərtəbədə yerləşən 17-ci mənzildə kirayə qalmışdır. Daha sonra bina xoşuna gəldiyinə görə oradan ev almağı qərara almışdır. Həmin binanın komendatı Ağasəmid Məhərrəmov ona həmin binada ona çox yaxın olan adamın 130.000 evini satdığ ını söyləmişdir. Lakin həmin mənzili ona daha ucuz ala biləcəyini söyləmişdir. O isə komendanta həmin mübahisəli mənzil üçün 88.000 manat pul vermişdir. Pulu ona verməsinin səbəbi isə odur ki, komendant həmin binanı tikənin yəni, Fərəcin bacısının yoldaşıdır. Belə ki, o ev sahibi Yusifi tanımır. Komendat dələduzluq edərək onun əvəzindən ona 600 dollar pul verərək, onun evinə İmişlidən olan qohumunu kirayəçi qoyduğunu söyləmişdir. Evin satın alınması üçün pulu isə Ağasəmid Məhərrəmova həm nağd şəkildə, həm də bank vasitəsiylə vermişdir. Həmin binada sənəd işlərini, mənzilin satılması, alınması işlərini Ağasəmid Məhərrəmov edirmiş, bu səbəbdən hər kəs də inam yaratmışdı. Ona görə də pulu ev sahibinə deyil, Ağasəmid Məhərrəmova vermişdir. Hazırda o şəxsdən Prokurorluğa şikayət verilib, axtarı şdadır. Həmçinin iddiaçının onun həmin evi alacağından xəbəri olmuşdur. Pulu ona verərkən həm özü, həm də Ağasəmid Məhərrəmov imza çəkmişlər. İddiaçı ilə heç bir müqavilələri olmamışdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-947/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi qismən təmin edilmiş, cavabdehin azyaşlı övladı X11 ilə birlikdə özlərinə məxsus əşyalarla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılaraq həmin mənzili boşaldaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

10. Məhkəmənin hesab etmişdir ki, mübahisəli mənzil rəsmi müqavilə əsasında iddiaçının sahibliyinə və istifadəsinə verildi yindən, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

11. Apellyasiya instansiya məhkəmə hesab etmişdir ki, iddia tələbi 500 manat məbləğində kirayə haqqının və iddianın təmin olunacağı günə qədər hər ay 500 manatdan hesablanmaqla kirayə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qanuni və əsaslı olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.İddiaçı bu tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında kirayə müqaviləsi və bu müqavilədən irəli gələn hər hansı öhdəlik mövcud deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 228.1, 228.2, -cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, həmin mənzilə dair vicdanlı alıcıdır. Belə ki, o, əvvəllər həmin binada kirayə qalırdı, sonra həmin evdə mənzil almaq qərarına gəlmiş, binanın komendantı onu aldatmış, həmin mənzi l üçün komendanta 88.000 manat pul vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5035/21 nömrəli iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, 06 yanvar 2018-ci il tarixli 129 nömrəli müqavilənin surətinə əsasən sifarişçinin (İddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən podratçı ("xxxx" MMC) Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci bloku, 6-cı mərtəbəsind ə, 2 otaqlı, 30 saylı mənzili tikib sifarişçiyə təhvil verməsini və sifarişçi də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən MMC-nin xəzinəsinə 06 yanvar 2018-ci il tarixdə 30 saylı mənzil üçün 72000 manat pul ödənmiş, qalıq borcu yoxdur. Cavabdeh həmin mənzili satın almaq üçün binanın komendatına 88000 manat məbləğində pul ödəmişdir. Lakin cavabdeh şəxs həmin mənzili mənzilin mülkiyyətçisi olan şəxsdən deyil buna hüququ olmayan şəxsdən almış və pulu da həmin şəxsə ödəmişdir. Belə ki, 06 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, özünü "xxxx" MMC-nin nümayəndəsi və binanın komendatı kimi təqdim edən X1 Lamiyə Akif qızına xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxt a maliyyə arayışı əsasında 88000 manata mənzil satmaqla sonuncuya məxsus 88000 manat pulu ələ keçirmiş, ********* saylı cinayət işi üzrə cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.

17. Məhkəmə hesab etmişdir ki, birinci instansiya iddia tələbini qismən təmin etməklə haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.2, 228.1, 228.2-ci və, MPM-nin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2 )kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianı rədd edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən məsələdə mənzilə dair vicdanlı alıcıdır. Əvvəllər həmin binanın 4-cü mərtəbəsində yerləşən 17-ci mərtəbəsində kirayədə qalmış, daha sonra bina xoşuna gəldiyindən həmin binada ev almaq qərarına gələrək həmin binanın komendantı Ağasəmid Məhərrəmov həmin binada özünə çox yaxın olan adamın 130.000 manata evinin satdığını söyləmişdir. Lakin, həmin mənzili daha ucuza ala biləcəyini söyləmişdir. Cavabdeh həmin komendanta həmin mübahisəli mənzil üçün 88.000 manat pul verərək pulu komendanta verməyinin səbəbi isə o idi ki, komendant həmin binanı tikənin, yəni Fərəcin bacısının yoldaşı idi. Belə ki, ev sahi bi Yusifi tanımadığını bildirərək komendant dələduzluq edərək, cavabdeh əvəzindən ona 600 dollar pul verərək, həmin evə İmişlidən olan qohumunu kirayəçi qoyduğunu söyləmişdir. Evin satın alınması üçün cavabdeh tərəfindən Ağasəmid Məhərrəmova həm nağd şəkildə, həm də bank vasitəsi ilə pul verilmişdir. Həmin binada sənəd işlərini, mənzilin satılması, alınması işlərini Ağasəmid Məhərrəmov edirmiş, bu səbəbdən hər kəsdə inam yaratmışdı. Bundan başqa, mənzilə dair MTK-nın möhürü ilə təstiq olunmuş müqavilə verilmişdir. Pulu verərkən, cavabdeh, həm də Ağasəmid Məhərrəmov imza çəkmişdilər. Məhkəmə cavabdehin həmin mənzilə dair vicdanlı alıcı olmağına düzgün hüquqi qiymət verməmişdir.

21. Kassasiya şikayətinə əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən q üvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 152.1. mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Maddə 228.2. Yaşayış binasını n tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5035/2022 nömrəli iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar