Məhkəmə qərarları › İş №2(102)-611/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-611/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-611/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı; iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzilin əvvəlki vəziyyətə qaytarılması”, “texniki paportun və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1913/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 131, M6, m2 (ümumi sahəsi 88.3 kv.m) İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)358/2014 nömrəli qətnaməsi ilə Cavabdeh2 ilə X3 arasında Yasamal rayon Qeydiyya t şöbəsi tərəfindən xx xxxxx 2008-ci il tarixli 242 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 131, M6, m2 (ümumi sahəsi 88.3 kv.m) xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh1 MMC-nin (qeydə alınmamışdır), 1/2 hissədə xx xxxxxx 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə tərtib olunaraq təsdiq edilmiş texniki pasportla müəyyən edilir ki, sözügedən mənzil haqqında məlumat aşağıdakı qaydada qeyd edilmişdir: yerləşdiyi mərtəbə 6; otaqların sayı 2; ümumi sahəsi 88.3 kv.m; yaşayış sahəsi 50.0 kv.m; dəhliz 13.6 kv.m; san. qovşağı 4.3 kv.m; mətbəx 15.5 kv.m; yaşayış otağı 22.2 kv.m; yaşayış otağı 27.8 kv.m; san. qovşağı 1.9 kv.m; balkon 1.4 kv.m (4.7x0.3=1.4); balkon 1.6 kv.m (5.4x0.3=1.6) (bütün sahələrin daxili hündürlüyü 3.0 metr olmaqla). Cavabdeh1 MMC-nin xx xxxxx 2018-ci il tarixli 10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsi, 137A nömrəli evdə yerləşən 22 nömrəli mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 131, M6, mən 2) MMC-nin komendantı X1 tərəfindən baxış keçirilərək mənzilin layihə sənədi ilə hazırkı vəziyyəti müqayisə edilmişdir. Komendantın verdiyi məlumata əsasən baxış zamanı mənzilin daxilində bir çox əsaslı konstruktiv dəyişikliklər aparılaraq, mənzilin 2 (iki) otaqlı dan 3 (üç) otaqlıya dəyişdirildiyini, sahəsi 22.2 kv.m olan yaşayış otağının sahəsi 4.7 kv.m eyvanla birləşdirilərək, sonradan arakəsmə ilə bir hissəsinin yaşayış otağı, digər hissəsinin isə mətbəx otağı kimi inşa olunduğunu, 1.9 kv.m olan sanitar qovşağının sökülərək həmin sahənin dəhlizə əlavə olunduğunu müəyyən etmişdir; Mənzilin mövcud vəziyyətini özündə əks etdirən fotoşəkillər ilkin iddiaçı tərəfindən təqdim olunmuş və işə əlavə edilmişdir; Məhkəmə tikiniti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 18376 nömrəli rəyi ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli texniki pasportda tədqiq olunan mənzilin səkkiz tikilidən ibarət olmaqla, sahəsi 13.6 kv.m olan dəhlizdən, sahələri 4.3 kv.m və 1.9 kv.m olan iki sanitariya qovşağından sahəsi 15.5 kv.m olan mətbəxdən, sahələri 22,2 kv.m və 27.8 kv.m olan iki yaşayış otağından, sahələri 1.4 kv.m və 1.6 kv.m olan iki balkondan ibarət olduğu göstərilmişdir. Aparılmış tədqiqatla Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən, 137A nömrəli evin 22 nömrəli mənzili üzrə xx.xx.2018-ci il tarixli texniki pasportda göstərilən, sahəsi 4.7 kv.m olan balkonla sahəsi 22.2 kv.m olan yaşayış otağının arasındakı divar söküldüyü, sahəsi 22.2 kv.m olan otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd sahələri 10.5 kv.m (4.2x2.5m) və 17,0 kv.m (2.8x4.1+2.5x2.2) otaqlar yaradıldığı müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 qarşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair ilk ərizəsi ilə məhkəməyə müraci ət etmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 MMC ilkin iddia üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə aralarında olan nikah Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan xx xxxx 2009-cu il tarixdə anadan olan X4 adlı uşaqları onun himayəsində qalmışdır. Cavabdehlə aralarında olan nikahın pozulması ilə bağlı Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2014-cü il tarixdə akt qeydləri kitabında 215 nömrəli qeyd edilmiş və ona AZ-İ 240681 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikah dövründə onlar ünvan 1larla: ünvan 2 yerdə yerləşən mənzili əldə edərək onu birgə vəsaitləri hesabına əsaslı təmir etdirmişlər. Lakin sonradan ca vabdehlə aralarında olan münasibətlər pozulduğundan cavabdeh onu qızı ilə birlikdə buraxmadığına görə məcbur qalaraq Nizami Rayon Məhkəməsində əvvəl birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı, daha sonra isə həmin mənzilə köçürülməyi ilə bağlı iddia qaldırmışdır. Onun ünvan 1larla: ünvan 2 yerləşən mənzilə köçürülməyi ilə bağlı iddia ərizəsinə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən onun iştirakı ilə həmin mənzilə baxış keçirilərkən ona məlum olmuşdur ki, cavabdeh xəbəri və icazəsi olmadan həmin mənzildə yenidənqurma işləri aparmış, mənzilin daxilində olan divarların, otaqlara olan giriş qapıların yerlərini dəyişmiş, mənzilin planına uyğun olmayan otaqların quruluşunu tamam dəyişdirmiş, mənzildə yeni dən rekonstruksiya işləri aparmışdır. Bu da öz növbəsində mülki qanunvericiliyin müvafiq normalarına ziddir və onun hüquqlarını pozur. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-142/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evdə yerləşən 408 nömrəli mənzilində onun və Cavabdeh2 hər birinin payı 1/2 hissədə müəyyən edilmiş, həmin mənzilə dair 29 ay 2013cü il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin yeni müqavilə ilə əvəz olunması Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmiş və Cavabdeh1 MMC, Cavabdeh2 və onun arasında yeni müqavilə bağlanmışdır. Baxmayaraq ki, adı gedən mənzilə onun mülkiyyət hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə təsdiq edilmişdir, cavabdeh yenə də öz qanunsuz hərəkətlərini davam etdirərək onun və qızının hüquqlarını kobud şəkildə pozaraq onları həmin mənzilə buraxmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində onun həmin mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair mülki işə (iş № 2(007)- 4434/2017) baxıldığı zaman adı gedən bina istismara qəbul olunmuş və o, həmin mənzilin 1/2 hissəsinə mülkiyyət hüququna dair çıxarış almışdır. Çıxarışda mənzilin ünvanı kimi ünvan 1larla: ünvan 2 göstərilmişdir. Lakin cavabdeh öz adına mənzilin 1/2 hissəsinə mülkiyyət hüququna dair çıxarış almaqdan imtina etdiyinə görə, çıxarışda Cavabdeh2 1/2 hissədə payının mülkiyyətçisi kimi Cavabde h1 MMC göstərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində 2(007)-4434/2017 nömrəli işə baxılan zaman məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə iddia tələbinə dair, yəni Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 408 (Çıxarışda: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22; yeni qaydalarla: ünvan 2 ünvanına köçürülməsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən onun və cavabdehin iştirakı ilə həmin mənzilə baxış keçirilərkən ona məlum olmuşdur ki, cavabdeh onun xəbəri və icazəsi olmadan həmin mənzildə yenidənqurma işləri aparmış, mənzilin daxilində olan divarların, otaqlara olan giriş qapılarının yerlərini dəyişmiş, mənzil in planına uyğun olmayan otaqların quruluşunu tamam dəyişdirmiş, mənzildə yenidən rekonstruksiya işləri aparmışdır. Bu da öz növbəsində mülki qanunvericiliyin müvafiq normalarına ziddir və onun hüquqlarını pozur. ünvan 1larla: ünvan 2 yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “texniki paportun və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, bu qarşılıqlı iddianı verməsi üçün əsaslar iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi veril dikdən və bu rəylə tanış olmasından sonra yaranmışdır. Rəylə və iddiaçının məhkəməyə təqdim etdiyi, mübahisəli mənzillə bağlı verilmiş xx xxxxxx 2018-ci il tarixli texniki pasportla tanış olduqdan sonra ona məlum olmuşdur ki, həmin texniki pasport tərtib olunarkən mənzilin mövcud vəziyyəti bu texniki pasportda düzgün təsvir olunmamışdır. Texniki pasportdan görünür ki, bu sənəd xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9-cu bəndinə görə Xidmətin əsas vəzifələri, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etməkdən, hüquqları n dövlət qeydiyyatını rəsmiləşdirmə məqsədilə dövlət reyestrindən çıxarış verməkdən, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsini, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etməkdən ibarətdir. Göründüyü kimi mənzilə dair texniki pasport verilərkən bu xidmətin müvafiq mütəxəssisi mənzilə baxış keçirməli, mənzilin mövcud vəziyyəti üzrə texniki pasport verməli idi. Əgər mənzildə aparılan yenidənqurma işləri mənzilin layihə sənədlərinə uyğun gəlmirdisə texniki pasportun verilməsi və mənzilə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmalı idi. Mənzildə aparılan yenidənqurma və təmir işləri texniki pasport verilənə qədər, yəni xx xxxxxx 2018-ci il tarixədək çoxdan y ekunlaşmışdı. Odur ki, tərtib olunmuş texniki pasport mənzilin bu sənəd tərtib olunarkən mövcud olan vəziyyətini düzgün əks etdirmir. Sözügedən ekspertiza rəyindən görünür ki, bu rəy texniki pasport əsasında verilmiş, yəni mənzilin mövcud vəziyyəti texniki pasportla müqayisə edilmişdir. Həmçinin bu sənəd tərtib olunarkən Daşınmaz Ənlakın Dövlət Reyestri Xidmətinin heç bir əməkdaşı gəlib mənzilə baxış keçirməmişdir. Ona görə də hesab edir ki, mənzilə dair tərtib olunmuş texniki sənədtexniki pasport və bunun əsasında iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması etibarsız hesab olunmalıdır. Bundan əlavə ilkin iddiaya münasibətdə bildirir ki, iddiaçı sözügedən mənzilin tərəfindən təmir olunduğunu bilirdi və təmir işləri zamanı mənzilə dəfələrlə gəlib gedirdi. Bundan əlavə idd iaçı mənzildə sahəsi 22.2 kv.m olan mənzilin 2 yerə bölünərək 2 mənzil halına gətirilməsindən də məlumatlı idi və buna heç bir etirazını bildirməmişdi. Bundan əlavə iddiaçı mənzildə payın əksər hisssinə deyil, onunla bərabər hissəsinə malikdir. Mənzildə aparılan təzələnmə və yenidənqurma işləri iddiaçının mənzildən istiadəsini nə çətinləşdirmir, nə də sərfəsiz etmir. Əksinə, 1 otağın 2 otağa çevrilməsi iddiaçının mənzildən istifadəsini daha da sərfəli edir, mənzilin təmir olunaraq yaxşılaşdırılması isə mənzildən istifadəni yaxşılaşdırır. Nəzərə alınsa ki, iddiaçı ilə nikahları pozulub, eyni otaqdan yox, ayrı-ayrı otaqlardan istifadə etmələri hər ikisi üçün daha sərfəlidir. O, iddiaçıya qarşı mənzilin təmir xərcinin tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddiaçı bu öh dəlikdən yayınmaq üçün hazırkı iddianı irəli sürmüşdür. Göründüyü kimi mənzildə tərəfindən aparılan təmir işlərinin sökülməsi və mənzilin əvvəlki vəziyyətə qaytarılması üçün heç bir əsas mövcud deyil. Həm ekspertiza tərəfindən aparılan təmir tikinti işlərinin iddiaçının mənzildən istifadəsini çətinləşdirməsi və ya sərfəsiz etməsi müəyyən olunmamışdır. Həmçinin paylar müəyyən olunduqdan sonra İddiaçı məhkəmə qətnaməsinin icrası qaydasında ünvan 3 ünvanında yerləşən yaşayış binasının G blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 408 nömrəli mənzilinə xx xxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** nömrəli çıxarış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini n yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Texniki Pasport, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Qanunun tələbləri pozulmaqla verilmişdir. Belə ki, yuxanda qeyd etdiyi kimi o, mənzildə təmiri 2014-cü ildə cavabdeh İddiaçı ilə nikah pozulandan sonra etdirmişdir. Texniki pasport verilən vaxt artıq mənzildə təmir-bərpa işləri yekunlaşmış və o, orada yaşamağa başlamışdı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Texniki Pasport verilən vaxtı faktiki olaraq mənzilə baxış keçirilməmişdir. Mülki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qarşılıqlı iddia üzrə müstəqil tələblər irəl i sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş № 2(007)-105/2019) ilkin iddia təmin edilmiş, ünvan 1larla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 131, M6, m 2) yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100,0 manat pulun Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 tərəfindən mübahisəli mənzilin texniki pasportda göstərilən bir balkonu ilə yaşayış otağının arasındakı divar sökülmüş, bir otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd otaq yaradılmışdır. Mənzilin 1/2 hissədə mülkiyyəçisi olan ilkin İddiaçı isə buna dair razılığı olmamışdır. Hansı ki, mənzil üzərində tərəflərin payları 1/2 hissədə müəyyən edilmişdir, dəyişiklik və yenidənqurma nəticəsində mənzilin əvvəlki təyinatı üzrə işlədilməsində və istifadəsində paylı mülkiyyətçilərdən ilkin İddiaçı üçün əhəmiyyətli dərəcədə sərfəsiz vəziyyət yaranmış, onun vəziyyətini çətinləşmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair texniki pasportun və reyestrdən çıxarışın verilməsi zamanı qanunvericiliyin müvafiq tələblərinə əməl e dilmişdir, qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillər texniki pasportun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi üçün əsas deyildir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev, iş № 2(103)8337/2019) ilk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)105/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisə edilən hissədə apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə, Mülki Məcəllənin 21, 152, 157, 178-ci, həmçinin MPM-nin 372, 385, 386, 388 və 390-cı maddələ rinə əsasən qətnamənin formal mülahizələr əsasında ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırılmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-7746/2019) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019- cu il tarixli, 2(103)8337/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh2 tərəfindən mənzildə sözügedən təmir-tikinti işləri aparıldıqdan sonra məhkəmənin qətnaməsinə əsasən Samrə Salmanovanın mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına əhəmiyyət vermədən, mənzildə aparılmış təmir-tikinti işləri barədə İddiaçı məlumatlı olub-olmamasını aydınlaşdırmadan, Cavabdeh2 mənzildə apardığı təmir-tikinti xərclərinin ½ hissəsini İddiaçı tələb etdikdən sonra sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almadan və hansı dəlillərə əsasən Cavabdeh2 apellyasiya şikayətini təmin etmədiyi ni qətnamədə göstərmədən, yalnız işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş halları və sair qətnaməyə köçürməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib-keçirilmədiyini, texniki pasportun mənzilin mövcud vəziyyəti üzrə verilib-verilmədiyini, mənzildə aparılmış təmir-tikinti işlərinin mənzilin layihə sənədlərinə uyğun gəlib-gəlmədiyini, Cavabdeh2 mənzilin daxilində apardığı təmir-tikinti işlərini aidiyyəti orqanlarla razılaşdırıb-razılaşdırmadığını aydınlaşdırmadan və bu barədə işə əlavə edilmiş sü butlara, o cümlədən ekspert rəyinə obyektiv baxıb hüquqi qiymət vermədən, yalnız İddiaçı istinad etdiyi arqumentlərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanımışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)1913/2020) ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-105/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 tərəfindən mübahisəli mənzilin texniki pasportda göstərilən bir balkonu ilə yaşayış otağının arası ndakı divar sökülmüş, bir otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd otaq yaradılmışdır. Mənzilin 1/2 hissədə mülkiyyətçisi olan İddiaçı isə buna dair razılığı olmamışdır, hansı ki mənzil üzərində tərəflərin payları 1/2 hissədə müəyyən edilmişdir, dəyişiklik və yenidənqurma nəticəsində mənzilin əvvəlki təyinatı üzrə işlədilməsində və istifadəsində paylı mülkiyyətçilərdən İddiaçı üçün əhəmiyyətli dərəcədə sərfəsiz vəziyyət yaranmış, onun vəziyyətini çətinləşmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, baş vermiş dəyişiklik nəticəsində mənzilin mətbəxi balkona çıxarılmışdır ki, həmin mətbəxə də yalnız otaqdan daxil olmaq mümkündür. Belə olan təqdirdə, tərəflərin mətbəxdən sərbəst, yəni bir-birinə mane olmadan istifadə etməsi mümkün deyildir, belə ki, mətbəxə onun qarşısındakı (dəyişikliyə məruz qalmış) otaqdan giriş-çıxış həmin otaq sahibinin haqlı narazılığına səbəb ola bilər. Digər tərəfdən, mənzildə ciddi rekonstruksiya dəyişikliyinin aparılmasının İddiaçı razılığı ilə həyata keçirilməsi müəyyən olunmur. Halbuki, mənzil tərəflərin birgə nikahda olduqları vaxt alınmışdır və Cavabdeh2 iddiaçının mənzilin birgə mülkiyyətçi olduğunu bilərək, tərəflər arasında real bölgü olmadan mənzildə ciddi rekonstruksiya dəyişikliyini həyata keçirmişdir, halbuki cavabdeh bu işləri iddiaçının razılığı ilə etməli olduğu halda belə razılıq almamışdır. Yəni, təmir işlərinin iddiaçı çıxarış almamışdan öncə aparılması, buna görə iddiaçıya çıxarış və texniki pasport verilərkən həmin sənədlərin mənzildəki rekonstruksiya dəyişiklikləri nəzərə alınmaqla verilm əli olması barədə cavabdehin dəlilləri əsassızdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən mənzildə müəyyən dəyişikliklər və yenidənqurma işləri aparılmışdır ki, bunun nəticəsində mənzilin ½ hissəsinin mülkiyyətçisi olan İddiaçı üçün sərfəsiz vəziyyət yaranmışdır, onun mənzildən istifadəsini çətinləşdirən dəyişikliklər edilmişdir, İddiaçı isə razılığı olmamışdır. Cavabdeh2 İddiaçı məlumatlı olmasını bildirsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sübut təqdim etməmiş və iş materialları ilə bu hal müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə Cavabdeh2 (Və kil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1913/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsaslanaraq kasasiya instansiyası məhkəməsinin qərarında şərh edilən və işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişləri qətnamədə sadalasa da, bu göstərişlərə əməl etməmiş, kasasiya instansiyasının hazırkı işin həlli üçün aydınlaşdırılmasını zəruri hesab etdiyi məsələlərə heç bir aydınlıq gətirmədə n, yalnız iş üzrə olan sübutları sadalamaqla formal qətnamə qəbul etmişdir. Kasasiya məhkəməsinin qərarında göstərilir ki, mənzildə aparılan dəyişikliklərin İddiaçı üçün sərfəli olubolmamasını, mənzildən əvvəlki təyinatı üzrə istifadənin onun üçün hansı çətinliklər yaradıb-yaratmaması, bunlarla bağlı iş materiallarında hər hansı sübutun olmaması və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün sübutlara malik olmaması, İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququnun məhz mənzildə sözügedən təmir-tikinti işləri aparıldıqdan sonra tanınması nəzərə alınmaqla, mənzildə aparılmış təmir-tikinti işləri barədə İddiaçı məlumatlı olub-olmamasını aydınlaşdırılması, mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib keç irilmədiyini, texniki pasportun mənzilin mövcud vəziyyəti üzrə verilibverilmədiyinin aydınlaşdırılmaması, bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə obyektiv qiymət verilməsi təmin olunmalıdır. Məhkəmə qeyd olunan halları aydınlaşdırmamaqla yanaşı iddiaçının mənzildə aparılan dəyişiklikdən məlumatlı olubolmaması məsələsini «mənzildə ciddi rekonstruksiya dəyişikliyinin aparılmasının iddiaçı Samirə Salmanovnın razılığı ilə həyata keçirilməsinin müəyyən olunmaması» ilə izah etmişdir. İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququnun mənzildə sözügedən təmirtikinti işləri aparıldıqdan sonra tanınması, eləcə də iddiaçının məhz ondan təmir–tikinti xərclərinin ½ hissəsini tələb etdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsi bunu sübut edir ki, iddiaçı mənzildəki d əyişiklikdən başdan bəri xəbəri olmuş, lakin təmir xərclərinin yarısını ödəmək istəmədiyi üçün belə bir iddia qaldırmışdır. Qarşılıqlı iddia barəsində yalnız birinci instansiya məhkəməsinin həmin iddianın təmin edilməsi üçün əsasların olmaması barədə qanuni və doğru nəticəyə gəldiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə iddiaçı tərəfində heç bir sübut təqdim edilmədiyinə baxmayaraq yalnız onun iddia tələbinin əksini sübut etməməyinə əsaslanmaqla ilkin iddianı təmin etdiyi halda, onun öz qarşılıqlı iddiasında istinad etdiyi hallarla bağlı təqdim etdiyi sübutlara heç bir qiymət verməmiş, mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib-keçirilmədiyini aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1913/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq ilk iddia üzrə İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 217.3-cü maddəsinə əsasən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər; 217.4-cü maddəsinə əsasən əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqu rma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər; 217.5-ci maddəsinə əsasən əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və y a ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əs asən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri ilkin iddianın təmin olunmuş və qarşılıqlı iddianın rədd olunmuş hissələrinə yönəlmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissələrdə yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət ve rilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk iddia üzrə Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, birinci kasasiya icraatı zamanı qəbul olunmuş qərarda olan məhkəmənin göstərişlərinin yerinə yetirilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, «… apellyasiya instansiya məhkəməsi sadalanan maddələrin (Mülki Məcəllənin 215.4, 217.3, 217.4) tələblərini pozaraq Cavabdeh2 İddiaçı hüquqları ilə bir araya sığan dərəcədə sözügedən mənzilə sahiblik, ondan istifadə e dib-etməməsini, sonuncunun razılığını almasa da onun təmir (bərpa), təzələnmə işlərini mənzilin dəyərini və işlənməyə yararlılığını qorumağa xidmət edib-etməməsini, eləcədə mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri olan İddiaçı üçün sərfəli olub-olmamasını, yəni mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hansı çətinliklər yaradıb-yaratmadığını aydınlaşdırmadan və mülki qanunvericilikdə yalnız sadalanan hallar baş verdiyi təqdirdə digər payçıların razılıq verməsinin nəzərdə tutulmasına əhəmiyyət vermədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Digər tərəfdən mülki iş materiallarından və ekspert rəyindən görünür ki, Cavabdeh2 mənzilin sahəsi 22,2 kv.m olan iki hissəyə bölərək iki otaqlı halına gətirib və o, mənzildə təmir işlərini mənzilin dəyərini, səmərəliliyini, habelə ondan əlverişli istifadə etmək üçün aparıb.» Kassasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iş materiallarında mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri kimi İddiaçı üçün sərfli olmamasına və mənzildən əvvəlki təyinatını üzrə istifadə etməməsinin onun üçün hər hansı çətinliklər yaratdığına dair heç bir möhtəbər yazılı sübut yoxdur və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Bu baxımdan qeyd edilməlidir ki, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilm əmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış nikah İddiaçı tələbinə əsasən Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə pozulduqdan sonra Cavabdeh2 mənzildə müvafiq təmir-tikinti işləri aparıb və 2014-cü ildən köçüb orada yaşayır. İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququ isə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən tanınıb. İşdən görünür ki, xx xxxx 2017-ci il tarixdə Cavabdeh2 Bakı şəhər Yasamal rayon Məhkəməsində İddiaçı qarşı mənzilin təmirinə çəkdiyi xərclərin 1/2 hissəsinin tutulub ona ödənilməsi barədə iddia qaldırmışdır. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh2 tərəfindən mənzildə sözügedən təmir-tikinti işləri aparıldıqdan sonra məhk əmə qətnaməsinə əsasən İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına əhəmiyyət vermədən, mənzildə aparılmış təmir-tikinti işləri barədə İddiaçı məlumatı olubolmamasını aydınlaşdırmadan, Cavabdeh2 mənzildə apardığı təmir-tikinti xərcələrinin ½ hissəsini İddiaçı tələb etdikdən sonra sonuncunun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almadan və hansı dəlillərə əsasən Cavabdeh2 apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bundan başqa mənzildə təmir tikinti işlərinin xx xxxxxx 2018-ci il tarixdək aparılması, eləcə də xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinin mənzilə dair xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportla müqayisəsi edilib verilməsi işin mü bahisə olunmayan hallarıdır və İddiaçı özü də bu halları inkar etmir. Apellyasiya instansiya məhkəməsi mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib-keçirilmədiyini, texniki pasportun mənzilin mövcud vəziyyəti üzrə verilib-verilmədiyini, mənzildə alınmış təmir tikinti işlərinin mənzilin layihə sənədlərinə uyğun gəlib-gəlmədiyini, Cavabdeh2 mənzilin daxilində apardığı təmir-tikinti işlərini aidiyyatı orqanlarla razılaşdırıb-razılaşdırmadığını aydınlaşdırmadan və bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə obyektiv baxıb hüquqi qiymət vermədən, yalnız İddiaçı istinad etdiyi dəlillərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, mənzildə ciddi rekonstruksiya dəyişikliyinin aparılmasının İddiaçı razılığı ilə həyata keçirilməsi müəyyən olunmur. Müvafiq dəyişikliklər İddiaçı birgə mülkiyyətçi olması və mənzilə münasibətdə real bölgünün aparılmaması nəzərə alınmadan həyata keçirilmişdir. Təmir işlərinin iddiaçı çıxarış almamışdan öncə aparılması, buna görə iddiaçıya çıxarış və texniki pasport verilərkən həmin sənədlərin mənzildəki rekonstruksiya dəyişiklikləri nəzərə alınmaqla verilməli olması barədə Cavabdeh2 dəlillərinin əsassız olması göstərilmişdir. Cavabdeh tərəfindən aparılmış dəyişikliklər və yenidənqurma işləri İddiaçı üçün sərfəsiz vəziyyət yaranmışdır, onun mənzildən istifadəsini çətinləşdirən dəyişiklik edilmişdir. Cavabdeh2 İddiaçı məlumatı olmasını bildirsə də, qeyd etdiyi halı təsdiq edən hər han sı sübut təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsi əvvəlki icraatda müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mövcud sübutlar araşdırılmadan və həmin sübutlara heç bir hüquqi qiymət verilmədən, yalnız iddiaçının təqdim etdiyi dəlillərə və yaranan mülahizə və ehtimala əsaslanmaqla qəbul edilmişdir. Bununla da belə nəticəyə gəlinmişdir ki, məhkəmə qətnaməsi lazımi sübutlarla təmin olunmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamış, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmamışdır. Göründüyü kimi işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini nəzərə almayaraq kassasiya instansiyası məhkəməsinin qeyd edilən göstərişlərinə əməl e tməmiş, həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və ehtimala əsaslanmış, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Qeyd edilməlidir ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunver iciliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını ye tərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 392.1.5 və 392.2-ci maddələrinin tələblərinə zidd olaraq gəldiyi nəticənin motivlərini, hansı dəlillərə əsasən şi kayətin təmin edilmədiyini də göstərməmişdir. Qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi göstərilən nəticəyə hər hansı araşdırmanın nəticəsi olaraq deyil, yalnız subyektiv mülahizələrə əsaslanmaqla gəlmişdir. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi ilə müvafiq olaraq Cavabdeh2 ona qarşı mübahisəli mənzilə dəymiş zərərin ödənilməsi ilə bağlı irəli sürülmüş iddia tələbindən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda apellyasiya məhkəməsi həmin mülki iş üzrə məhkəmə aktının qəbul edilməsi və qəbul edilmişdirsə hazırkı iş üzrə preyedisiual əhəmiyyətə malik olması yoxlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqin ə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, kassasiya məhkəməsinin əvvəlki qərarında olan göstərişlərinə, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1913/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar