Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-611/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əvvəlki işə bərpa olunması, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi olunması, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(103)-5955/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 5 sentyabr 2006-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətində qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir.
2. Həmin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ç) bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmrə əsasən istifadə edilməmiş 26 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin qanunver iciliyə uyğun şəkildə ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir.
3. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə hazırılq iclasında iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyinə görə Xətai Rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı 29 aprel 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.
4. İddiaçı onunla əmək müqaviləsinə xatam verilməsi ilə əlaqədar fərdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlanılması üçün müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı indiki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 20/09 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işə çıxmadığı günlərin əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla olan əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. İşlədiyi müəssisənin rəhbərliyi onu işdən qanunsuz azad etmişdir. Əmr düzgün tərtib olunmamışdır, ona təqdim olunmuş əmrdən çıxarışda əmrin verildiyi müəssisə, təşkilatın adı əks olunmayıb. Əmr qanunvericiliyin tələblərinə uyğun deyildir, əsassı zdır, məzmunu həqiqəti əks etdirmir və ədalətsizdir. Ailədə qazanc gətirən yeganə şəxs odur, işlədiyi dövrdə işdə heç bir nöqsana yol verməmiş, verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmişdir, 6-cı dərəcəli qaynaqçıdır, fiziki cəhətdən istənilən ağır işin öhdəsindən gəlməyə qadirdir, yaşı da hazırda müəssisədə işləyən şəxslərin 70 faizindən azdır. Şirkət rəhbərliyinin onu işə qaytarmaq fikri yoxdur, müdiriyyət onların qarşısında hər hansı yazılı öhdəlik də götürməmişdir. Hansı ki, qanunvericilik bunu tələb edir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.
7. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırki iddia üzrə iddia müddəti ötürülmüşdür. Həmçinin iddia müddətinin tətbiqinə dair ə rizə vermişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5656/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)3968/2024 saylı mülki iş materiallarına əsasən İddiaçı “Azenco" ASC-yə qarşı hazırkı tələblə 19 mart 2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə İddiaçı mülki işin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3968/2024 saylı 29 aprel 2024-cü il tarixli hazırlıq iclasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
10. İddiaçı, işdən azad edilmə barədə 27 noyabr 2023-cü il tarixli əmrin surətini 19 fevral 2024-cü il tarixdə aldığını, yəni 19 fevral 2024-cü il tarixdə hüquqlarının pozulmasından xəbərdar olduğunu, ilk dəfə 19 mart 2024-cü il tarixdə, yəni vaxtında müraciət etdiyini, lakin əmək mübahisəsi zamanı mediasiya prosesinin tətbiqindən xəbərsiz olduğu üçün iddia ərizəsini geri götürdüyünü, bundan sonra mediasiyaya prosesinə riayət etməklə məhkəməyə ərizə verdiyini, cavabdehin “müddətin ötürülməsi” barədə mövqeyinin həqiqəti əks etdirmədiyini bildirir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində verilməsinə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
12. Qanunvericiliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğun u aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı 19 fevral 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməklə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə 05 iyun 2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci, 296-cı maddəsinin 1-3-cü hissələri, Mülki Məcəllənin 372.2, 375.2, 377.2ci m addələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, barəsində çıxarılmış əmrin mahiyyətini bilməyib. Onlara şifahi qaydada bildirilmişdir ki, guya onlar hazırda iş olmadığından müvəqqəti olaraq, əmək haqqı ödənilmədən iş prosesindən kənarlaşdırılır. İş yaranan kimi dəvət olunacaq və işlə təmin olunacaq. Əmrin mahiyyəti düzgün izah olunmamış, sadəcə onları aldatmağa cəhd etmişlər. Ona görə də, əmrin onlara təqdim olunmasından uzun müddət boyun qaçırılmışdır. Hətta rəsmi m üraciətdən sonra belə əmrin surəti və əmrin çıxarılması üçün əsas gətirilmiş hallar təqdim edilməmişdir. Əmrin surətini aldıqdan sonra hüquqşünasa müraciət etmiş və o, işdən çıxarıldığını ona başa saldıqdan sonra məhkəməyə mürciət etmişdir. Məhkəmə zamanı bizə bildirilmişdir ki, mübahisə əmək mübahisəsi olduğundan mediasiya prosesi tətbiq edilir. Ona görə də, mediasiyadan keçmək üçün məhkəmə işi dayandırmışdır. Onlar əvvəl mediasiya təklifi ilə cavabdehə müraciət etmiş, daha sonra isə mediasiyaya müraciət ediblər. Mediasiyadan keçdikdən sonra isə yenidən məhkəməyə müraciət ediblər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı mediasiya prosesindən keçmədən məhkəməyə müraciət etdiyi üçün mülki iş hazırlıq iclasından geri qaytarılmışdır. İddiaçı fə rdi əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlanılması üçün müraciət etmiş və bu proses xx.xx.2024-cü il tarixinə qədər davam etmişdir. Deməli, iddia müddətinin axını dayanmışdır. İddia müddətinin başlanğıcı da, məhz əmrin ona təqdim edildiyi gündən başlanır. İş materiallarından və məhkəmənin özünün də göstərdiyi kimi, cavabdeh onun müraciətindən sonra əmri ona 19 fevral 2024-cü il tarixdə vermişdir. İddia isə bir ay çərçivəsində, yəni 19 mart 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi müddət pozulmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(103)-5955/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 06 avqust 2024-cü il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İsgəndərov Akif - sədrlik edən və məruzəçi, Sadıqov Vahid və Rüstəmli Məhəmməd).
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə hüquqlarının pozulmasından xəbərdar olmuş və xx.xx.2024-cü il tarixdə, yəni bir aylıq müddətin sonuncu günü məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə o, mülki işin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, lakin bunun səbəbini göstərməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3968/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə bu zaman iddiaçının müraciətini əsas götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Qanunver iciliklə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı 19 fevral 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməklə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə 5 iyun 2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən sonra qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 19 mart 2024-cü il tari xdə verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsində bunun səbəbi, yəni mediasiya orqanına müraciət edəcəyi barədə heç nə bildirməmişdir. Məhkəmə də 29 aprel 2024-cü il tarixli qərardadla iddia ərizəsini geri qaytararkən bunun mediasiyaya müraciətlə bağlı olmasına dair heç bir qeyd etməmişdir. İddiaçı həmin qərardadı məhkəmə qaydasında mübahisələndirməmişdir.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, əmək mübahisəsi üzrə mediasiya orqanına müraciət o halda iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər ki, bu müraciət məhz Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan bir aylıq iddia müddəti ərzində edilmiş olsun. İşdən göründüyü kimi, iddiaçı bir aylıq iddia müddəti ərzində mediasiya orqanına müraciət etməmişdir. Məhkəməyə isə 1 aylıq mü ddətin, yəni iddia müddətinin sonuncu günü müraciət etmişdir.
21. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.2-ci, Əmək Məcəllənin 292-ci maddənin 2-ci hissəsinə, 296-ci maddənin 1,2,3-cü hissələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə, yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
25. Kassator öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci və Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
1. Maddə
8. Bu Məcəllə ilə müəyyən olunm uş müddətlərin hesablanması qaydaları
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
2. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;...
3. Maddə
11. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
4. Maddə
11. İşəgötürənin əsas h üquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;...
5. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;...
6. Maddə 68.1 Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
7. Madd ə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər....
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gə lərək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
8. Maddə 87.3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
9. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müva fiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür....
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
10. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətna mədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər....
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, X1 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin... təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
43. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə iddiaçı özünün ərizəsi əsasında, işəgötürənin 27 noyabr 2023-cü il tarixli əmri ilə baş qa işə keçirilmişdir. İddiaçı əmrin surətini 19 fevral 2024-cü il tarixdə almış, lakin 19 mart 2024cü il tarixdə, yəni müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.
44. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmrin ləğv edilməsi barədə iddia ərizəsini vermək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir.
45. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə m üraciət edə bilər.
46. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
47. Göründüyü kimi iddia müddətinin axımının başlanması üçün bu faktlardan birinin mövcud olması kifayətdir. İddiaçıya əmək kitabçası vaxtında verilməməsinə baxmayaraq, ona son-haqq hesabın ödənilməsi iddia müddətinin axımına əsas olmuşdur. Onun hüquqlarının pozulmasından məlumatlı olması həm də hüquqlarının müdafiəsi üçün Əmək Müfəttişliyi Xidmətinə müraciət etməsi ilə təsdiq olunur.
48. Kassatorun iddia müddətinin üzürlü səbəblərdən buraxılması barədə ağlabatan sübut təqdim etməmişdir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin digər dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(103)5955/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.