Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6112/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəm əsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətaməsinin əsasında iş materiallarına əlavə olunmuş qəbz dayanır. Həmin qəbzlə guya cavab dehin İddiaçı1 58.000 manat məbləğində borc pul aldığı təsdiqlənir. Halbuki cavabdehlərin, habelə onların təşəbbüsü ilə çağırılaraq məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əvvəllər X1, iddiaçı X2, X3, X6 Allahvrdiyevlə pul münasibətləri olduğu, lakin həmin pul məbləğinin qaytarıldığı öz təsdiqini tapmışdır. Digər tərəfdən, məlum qəbzdə alınan pulun sahiblərinin 4 nəfər olmasına, həmin şəxslərin də verdikləri borcun qaytarıldığını iddia etmələrini nəzərə alsaq, onda iddiaçı X2un cavabdehlərdən pul tələb etməsinin heç bir əsasının olmadığını demək mümkündür. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 6 may 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. İddia çı1 kassasiya şikayətinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyləri ilə cavabdehlərin pul almalarını təsdiq edən qəbzin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdehlərin kassasiya şikayəti əsassız olmaqla işin uzadılması məqsədi daşımaqdadır. Odur ki, kassasiya şikayətini təmin etmədən, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrin 58.000 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə həm də 12.000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iş materiallarında (i/v. 49 və 50) 24 avqust 2015-ci il tarixli əlyazısı ilə yazılmış qəbz vardır. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası rəyləri (4 sentyabr 2018-ci il tarixli 22177 nömrəli və 3 aprel 2019-cu il tarixli 4818 nömrəli) ilə təsdiqlənir ki, 24 av qust 2015-ci il tarixli qəbzdəki "Bunları qardaşım јazdı mənim şaһidliјimlə...", arxa tərəfində isə "... өz imzamla јazdım təsdiq edirəm **********" yazıları Cavabdeh2, qəbzin 2-ci vərəqinin orta hissəsindəki "İmza Rasi" yazıları qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə Cavabdeh1 və İddiaçı1 arasında Şamaxı şəhəri, N. Nərimanov küçəsi, 35 saylı evlə bağlı baş tutmuş məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktları (Sumqayıt Apellyasiya Məhkəməsi MKnın 2(105)-2362/2017 nömrəli, 23 oktyabr 2017-ci il tarixli qətnaməsi və onun qüvvədə saxlanılması barədə Ali Məhkəmə MK-nın 2(102)-1435/2018 nömrəli, 5 mart 2018-ci il tarixli qərarı) ilə müəyyən edilmişdir ki, Cavabdeh1 özünə məxsus Şamaxı şəhəri, N. Nərimanov küçəsi, 35 saylı evi İddiaçı1 satmaq niyyəti olmamış, yalnız borcunu qaytara bilmədiyinə görə evin sənədlərini və etibarnamə vermiş, əslində evin real satışı baş tutmamış, İddiaçı1 (yəni həmin iş üzrə evin alıcısı) dopzitə qoyduğu pulu X5un vasitəsilə özü götürmüşdür. Yəni X2 evin müqabilində X4a hər hansı məbləğdə pul ödəməmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 24 avqust 2015-ci il tarixli qəbzə əsasən cavabdeh X4 iddiaçı X2dan 6 ay müddətinə qaytarmaq şərtilə 58.000 manat borc pul almış, lakin cəmi 5.000 manat məbləğində pulu qaytara bilmiş, iddia qaldırılan tarixə 53.000 manat borcu qalmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin cavabdehlərdən iddiaçının xeyrinə 53.000 manat məbləğində pulun tutulması barədə gəldiyi nəticə düzgündür. Apellyasiya məhkəmə si Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 739.1 və 740-cı maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı X2 və cavabdehlər X4 və X10 arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibəti olub. Məhkəmə tərəflər arasında borc müqaviləsinin bağlanmasını təsdiqləyən sübut kimi 24 avqust 2015-ci il tarixli qəbzi əsas götürmüşdür. Lakin apellyasiya məhkəməsi həmin qəbzlə bağlı aşağıdakıları diqqətə almamışdır. Belə ki, iddiaçı X2 cavabdeh X4un X6, X7 və X8 adlı şəxslərə ümumilikdə 58.000 manat məbləğində borcunun olduğunu, həmin borcu ödəmək üçün özünə məxsus evi satmaq istədiyini, evi 70.000 manata alınması barədə razılığa gəldiklərini, buna görə də X4a 58.000 manat pul verdiyini, qəbzin də məhz bu məqsədlə tərtib edildiyini iddia ərizəsində göstərmişdir. Lakin qəbzə diqqət edildiyində 58.000 manat məbləğində pulun təkcə iddiaçı X2dan deyil, X1, X3dan və X6 adlı şəxsdən alındığını deməyə əsas verir. İşə baxan məhkəmələr həmin şəxslərin iddiaçı və cavabdehlər ilə olan münasibətlərinə aydınlıq gətirməmişlər. Çünki 58.000 manat pulun bir qisminin həmin şəxslər tərəfindən verildiyi öz təsdiqini taparsa, həmin pul məbləğinin hazırki iddia üzrə iddiaçı X2 tərəfindən tələb edilməsinin hüquqi əsası müəyyənləşdirilməlidir. Başqa sözlə, X2un hansı əsasla başqa şəxslər (konkret desək, X8, X9 və X6 adlı şəxs) tərəfindən verilmiş pulu tələb etmək hüququna malik olduğu aydınlaşdırılmalıdır. MM-in 493.1-ci maddəsinə görə, əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. MM-n 493.2-ci maddəsinə görə, birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Digər tərəfdən, iddiaçı borc məbləğinin X4 tərəfindən alındığını iddia ərizəsində qeyd etsə də, 58.000 manat pulu həm X4dan, həm də qardaşı X10dan tələb edir. Doğrudur, 24 avqust 2015-ci il tarixli qəbzin ifadə şəkli sanki pul məbləğinin hər iki cavabdeh tərəfindən alındığı, yəni sonuncuların birgə borclu qismində çıxış etdiyi təəssüratını yaratmış olsa belə, məhkəmələr iddia ərizəsi və qəbz arasındaki bu ziddiyyətə diqqət etməmişlər. Başqa sözlə, cavabdeh X10un yalnız qardaşının ye rinə qəbzi doldurmağa kömək edən şəxs (sadə icraçı) kimi çıxış etdiyi, yoxsa qardaşı X4un aldığı pula görə məsuliyyəti öz üzərinə götürdüyü (borca qatıldığı) məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki birinci halda X10un borclu olmadığı, ikinci ehtimalda isə, birgə borclu olduğunu demək mümkün olardı. MM-in 500.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. MM-in 500.2-ci maddəsinə görə, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Bundan əlavə, işə baxan məhkəmələr hazırki tələblə tərəflər arasında əvvəllər baş tutmuş məhkəmə mübahisəs i (cavabdeh X4a məxsus Şamaxı şəhəri, N. Nərimanov küçəsi, 35 saylı evin iddiaçı X2a satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab olunması) arasında əlaqənin olub-olmamasına hüquqi qiymət verməmişlər. Halbuki iddiaçı X2 iddia ərizəsində pulu evin qarşılığında verdiyini göstərmişdir. Deməli, tərəflər arasındakı öhdəlik münasibətlərinin borc müqaviləsindən irəli gəldiyi barədə məhkəmələrin qənaəti əsaslı deyildir. Çünki iş materiallarından tərəflərin borc müqaviləsi bağlanmasına yönəlmiş iradə ifadəsi müəyyən edilmir. Halbuki MM-in 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu M əcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, işə baxmış məhkəmələr iddia tələbinin maddi hüquqi əsasını da düzgün müəyyənləşdirməmişlər. Bu mənada, iddiaçı X2un tələb etdiyi 58.000 manat pulun əmələ gəlmə əsası kimi borc müqaviləsinə, yoxsa cavabdeh X4a məxsus məlum evə dair bağlanmış, lakin etibarsız sayılmış alqı-satqı müqaviləsinə istinad etdiyinə aydınlıq gətirilmədən mübahisəyə MM-in 739.1 və 740-cı maddələrinin tətbiqi maddi hüquq pozuntusu təşkil etmişdir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsi n. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6112/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6112/2019
24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver