Məhkəmə qərarları › İş №2(102)-6114/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6114/2019

10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6114/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Sənan Firudin oğlu Hacıyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçı X10nun nümayəndəsi və vəkili 1 iştirakı ilə, İddiaçı X10, nümayəndəsi və vəkili 1 Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1773/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.M.Mahmudov) 2(060)-3862/2018 nömrəli, 21 may 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan 7000 manat məbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçı X10na verilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı ilikn iddia üzrə iddiaçı X10na qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), T.O.Quliyev və E.M.Əhmədov) 2(105)-3501/2018 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3862/2018 nömrəli, 21 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməs inin MK-nın (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), G.A.Quliyev və Ə.Ə.Əliyev) 2(102)-678/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3501/2018 nömrəli, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakim G.F.Tağızadə (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və T.Q.Məmmədov) 2(105)-1773/2019 nömrəli, 27 may 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3862/2018 nömrəli, 21 may 2018-ci il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan 7000 manat məbləğində pul alınaraq ilkin iddia üzrə iddiaçı X10na verilməsi hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X10 cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh etibardan sui-istifadə etməklə ondan 2011-ci ilin yanvar ayında hissə hissə olmaqla şərikli telefon alqı-satqısı biznesi ilə məşğul olmaq adı ilə 7000 (yeddi min) manat pulunu almış, sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan aldığı pul ilə özünə Abşeron rayonunda ev tikdirmiş, hal-hazırda da müxtəlif bəhanələrlə pulu qaytarmaq istəmir. Bu barədə o, polis orqanlarına şikayət ərizəsi yazmış, həmin şikayət ərizəsi üzrə Sumqayıt şəhər 4-cü PB-nin təhqiqatçısı Səbuhi Dadaşov tərəfindən araşdırma aparılmış, təhqiqatçının 23 sentyabr 2017-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilərək pul tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin, təhqiqatçının qeyd edilən qərarında göstərdiyi şahidlər X11, X9 və X12 ifadələrindən göründüyü kimi cavabdeh ondan 7000 manat pul almış, geri qaytarmamışdır. Göstərilənlərə əsasən, cavabdehdən 7000 manat məbləğində pulun alınaraq ona verilməsi barəsində qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı X10 qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X10 iddia tələbi tam əsassızdı r. Belə ki, o, sonuncudan heç vaxt pul almamış, onun bu günki günə iddiaçı X10 borcu olmamış, əksinə onun iddiaçı X10 hələ də, 10 290 manat alacaq pulu qalmışdır. Belə ki, sonuncu 2011-ci il mart ayından həmin ilin sonuna kimi onun işlətdiyi “Uğur” adlı dükanda iş öyrənmək məqsədi ilə gəlib-getmiş, həmin vaxt iddiaçı X10 işsiz olmuş və o da, tələbə yoldaşı kimi sonuncuya yardım etmişdir ki, iddiaçı X10 işi öyrənsin və işləyərək bir dükan açsın. Verdiyi məbləğin 4000 manatını şəxsən ona tanışı M.Kazımovanın yanında vermiş, qalan 7290 manat isə digər dükanlara satılmaq üçün verdiyi malların puludur ki, onun adından yığıb və ona verməyib. Göstərilənlərə əsasən, ilkin iddia üzrə iddiaçı X10 ona qarşı pul tələbinə dair iddiasının təmin edilmədən rədd edilməsini və onun qarşılıqlı iddia üzrə cav abdeh qarşı pul tələbinə dair iddiasını təmin edərək, sonuncudan onun xeyrinə 10290 manat pulun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X10, nümayəndəsi və vəkili 1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1773/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasi instansiyası məhkəməsinə göndərilməsi barədə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassa siya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X10nun nümayəndəsi və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1773/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırm a kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17.11.2016-cı il tarixli qərarından görünür ki, cavabdehin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11.05.2018-ci il tarixli qərarından görünür ki, cavabdehin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında 23.09.2017- ci il tarixli qərardan görünür ki, cavabdehin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və iddiaçı X10 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan əlavə təhqiqat araşdırması zamanı izahatları alınmış İ.H.Kişvərov, K.M.İsmayılov və E.S.Qocayev E.T.Nəbiyevin cavabdehdən 7000 manat pulun verilməsi faktı təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsinin iclası zamanı şahid qismində dindirilmiş K.M.İsmayılov göstərmişdir ki, iddiaçı X10 uzun müddətdir tanıyır. Çayxanada oturarkən dostundan eşitmişdir ki, onların arasında pul mübahisəsi var. Şahid qismində dindirilən E.S.Qocayev bildirdi ki, tərəfləri 2007-ci ildən tanıyır. Onların dükanına getdiyi zaman tərəflərin aralarında pul mübahisə olduğunu görub. Eyni məzmunlu ifadə şahid qismində dindirilən İ.H.Kişvərov da vermişdir. Şahid ifadələrinə hüquqi münasibət bildirən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM- nin 62.1-ci və 62.2-ci maddələrinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Lakin biri-birini istisna edən şahid ifadələrinin məhkəmə tərəfindən qəbul edilməsi yolverilməzdir və sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halla rın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)1773/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı X10, nümayəndəsi və vəkili 1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1773/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar