Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6115/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(105)-1604/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli, 2(060)-147/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən *, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan 2400 kv.m ölçüdə, ümumilikdə 3491,2 kv.m ölçüdə zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(105)-1604/2019 nömrəli qətnaməsi ilə cavabdehinapelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı avtomobil yolunun sol tərəfində, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan 2400 kv.m ölçüdə, ümumilikdə 3491,2 kv.m ölçüdə zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublik ası İddiaçı müfəttişləri tərəfindən *istifadə vəziyyəti ilə bağlı 12 iyul 2018-ci il tarixdə monitorinq keçirilmişdir. Monitorinq zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı avtomobil yolunun sol tərəfində, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan 2400 kv.m ölçüdə, ümumilikdə 3491,2 kv.m ölçüdə torpaq sahəsi zəbt edilərək tikinti-quraşdırma işləri aparılmış, dövlətin müstəsna mülkiyyətində olan sahədə tikili inşa edilmişdir. 3483,2 kv.m ölçüdə torpaq sahəsi hasara alınmış, tikinti materiallarından istifadə edilməklə 20 ədəddən artıq tikili və köşk inşa edilmişdir. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində 2 ədəd bir mərtəbəli tikili inşa edilmiş, günəşdən qorunmaq üçün 20 ədəd çəti r və 1 ədəd sanitar qovşağı quraşdırılmışdır. Agentlik tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsində ümumi sahəsi 135,4 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ 13 iyun 2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, əmlak kompleksinin texniki pasportu hazırlanmışdır. Monitorinq zamanı istifadə edilən 3491,2 kv.m ölçüdə torpaq sahəsi üzərində istifadə, icarə hüquqlarına dair, torpaq sahəsində inşa edilmiş əlavə tikiliyə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər, o cümlə dən tikinti obyektinin istismarına icazə verilməsi barədə sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən əlavə torpaq sahəsi istifadə edilməklə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulmaqdadır, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində tikili inşa edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi Torpaq Məcəlləsinin 6, 46.1, 46.2-1,111, 111.2, 111.3, Mülki Məcəllənin 155.1, 155.2, 157.2, 157.4, 180.1, 180.4, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2, 101.1,202.1-ci maddələrinə istinad etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 08.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikas ı MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətinə əsasən, Sumqayıt şəhəri, Sahil küçəsində (Sumqayıt-Novxanı yolunun sol tərəfi) 0,01788 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 13.06.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinin məsləhətçisi Sumqayıt şəhəri torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş X3, baş məsləhətçi X4, məsləhətçi X2 və ailəvi istirahət mərkəzinin sahibi Cavabdeh iştirakı ilə tərtib olunmuş 12 iyul 2018-ci il tarixli aktın surətindən görünür ki, (*torpaq sahələrinin istifadə vəziyyəti ilə bağlı monitorinq keçirilən zaman aşağıdakılar müəyyən olunmuşdur: 1) Sumqayıt-Novxanı avtomobil yolunun sol tərəfində “Narınqala” ailəvi istirahət mərkəzində əmlak kompleksi kimi müəssizə üzərində Cavabdeh adına mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən **********482-12301 reyestr nömrəli çıxarış verilmişdir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 178,8 kv.metr göstərilsə də, Cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü 3670 kv. metr təşkil edir ki, bu torpaq sahəsinin 3483,2 kv. metr hissəsi Cavabdeh tərəfindən hasara alınaraq hazırda onun tərəfindən qanunsuz (yəni müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan) istifadə olunur. Belə ki, Cavabdeh tərəfindən qanunsuz istifadə edilən torpaq sahəsində müxtəlif tikinti materiallarından istifadə edilməklə yüngül konstruksiyalı 20-də n çox iaşə xidmət tikili və köşkləri yaradılaraq halhazırda istifadə edilir. 2) Həmçinin müəyyən olundu ki, ərazidə əhaliyə istirahət və iaşə xidmətlərinin göstərilməsi məqsədilə Cavabdeh tərəfindən iki ədəd bir mərtəbəli tikili inşa edilmişdir ki, həmin tikililərin altındakı torpaq sahəsi Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaqlara aid olmaqla dövlətin müstəsna mülkiyyətindədir. 3) Həmçinin Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altındakı 2400 kv.metr torpaq sahəsində və yuxarıda adı çəkilən şəxs tərəfindən qanunsuz olaraq bir ədəd sanuzel və gündən qorunmaq üçün 20 ədəd çətir quraşdıraraq hal-hazırda qanunsuz istifadə edilir. Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinin məsləhətçisi Sumqayıt şəhəri torpaqlarından istifadə və onların m ühafizəsinə dövlət nəzarəti üzrə müfəttiş X3, baş məsləhətçi X4 və məsləhətçi X2 iştirakı ilə tərtib olunmuş 12 iyul 2018-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası İddiaçı haqqında və Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında əsasnamələri rəhbər tutaraq Sumqayıt şəhərinin inzibati ərazisində Xəzər dənizinin sahilboyu ərazilərindəki torpaq sahələrinin istifadə vəziyyəti ilə bağlı keçirilən monitorinq zamanı “Narınqala” adlanan ailə istirahət mərkəzində torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı tərəflərindən tərtib edilmiş 12 iyul 2018-ci il tarixli aktı Cavabdeh hər hansı əsas gətirmədən imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018 -ci il tarixli 26365 saylı ekspert rəyindən görünür ki, “Narınqala” ailəvi istirahət mərkəzində olan sanitar qovşaq sahildən 35 metr məsafədə, yay çardağı 48,5 metr məsafədə, şüşəli çardaq isə 32 metr məsafədə yerləşdiyinə görə, həmin tikililərin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.1-ci, 46.2-1-ci maddələrinə əsasən, Xəzər dənizinin (gölünün) sahilboyu 20-50 metrlik mühafizə zolağına düşdüyü müəyyən olundu. Lakin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin tikililərin istifadəsinə və icarəsinə icazə verilir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46.1-ci maddəsinə görə Xəzər dənizinin (gölünün) Az ərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara daxildir. 46.2-1-ci maddəsinə görə Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşd ırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklər də (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmaya raq sahilə birbaşa keçid təmin olunsun. 111.1-113-cü maddələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğ u və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materialları ilə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ına əsasən Sumqayıt şəhəri, Sahil küçəsi (Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən 0,01788 ha torpaq sahəsi və 135,4 kv.m tikili (Narınqala ailəvi istirahət mərkəzi) Cavabdeh xüsusi mülkiyyətindədir. Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018ci il tarixli 26365 saylı ekspert rəyindən görünür ki, “Narınqala” ailəvi istirahət mərkəzində olan sanitar qovşaq sahildən 35 metr məsafədə, yay çardağı 48,5 metr məsafədə, şüşəli çardaq isə 32 metr məsafədə yerləşir. Həmin tikililər Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.1-ci, 46.2-1-ci maddələrinə əsasən, Xəzər dənizinin (gölünün) sahilboyu 20-50 metrlik mühafizə zolağına düşür. Eyni zamanda keçirilmiş monitorinqin nəticəsindən görünür ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 178,8 kv.metr göstərilsə də Cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü 3670 kv. metr təşkil edir ki, bu torpaq sahəsinin 3483,2 kv. metr hissəsi Cavabdeh tərəfindən hasara alınaraq hazırda onun tərəfindən qa nunsuz (yəni müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan) istifadə olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialların ilə müəyyən edilir ki, də Cavabdeh məxsus torpaq sahəsi 178 kv.m olduğu halda, onun istifadəsində olan torpaq sahəsi 3670 kv. metr təşkil edir. Belə olan halda, cavabdeh tərəfindən çıxarışda qeyd edilən torpaq sahəsindən əlavə 3483,2 kv.m torpaq sahəsindən heç bir hüquqi əsas olmadan istifadə etməsi, orada tikinti inşa etməsi qanunsuzdur. Eyni zamanda onun istifadə etdiyi torpaq sahəsinin üzərində yerləşən tikililər dəniz sahilindən 20-50 metr məsafədə yerləşir. Qeyd edilən xüsusatlar iş materiallarında olan monitorinqin nəticəsində və keçirilmiş ekspertizanın nəticəsinə dair rəydə öz əksini tapır. Apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, Cavabdeh çıxarışda gösətriləndən əlavə torpaq sahəsindən istifadə etmədiyini bildirsə də, qeyd edilən halları təsdiq edəcək sübutları təqdim etməmişdir. Halbuki Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, cavabdehin dəlilləri ekspertiza rəyi ilə təkzib edilir. Cavabdehin monitorinq və ekspertizada iştirakının olmaması barədə dəlilləri də məhkəmə kollegiyası haqlı olaraq qəbul etməmişdir. Əvvəla monitorinqin nəticələrinə dair 12 iyul 2018-ci il tarixli aktın surətindən görünür ki, aktı Cavabdeh hər hansı əsas gətirmədən imzalamaqdan imtina edib. Ekspertiza tədqiqatı isə qapalı yerdə yox, tikillərin kənarında aparılıb və ekspertiza həmin tikililərin dəniz sahili ndən hansı məsafədə yerləşməsini müəyyən edib. Bu baxımdan, ekspertiza tədqiqatında cavabdehin iştirakının olub-olmamasının hər hansı əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, keçirilmiş ekspertizanın dəyəri olaraq 50 manat pulun cavabdehdən tutulması nəticəsinə gəlməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətn amə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(105)-1604/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6115/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6115/2019
25.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver