Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6119/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Yapon oğluna və Cavabdeh2 qarşı və iddiaçı Cavabdeh1 cavabdeh Hüseynova Fatimə Hüseynağa qızına qarşı iş QƏRARİ (Açar sözlər: alğı-satqı predmetinin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh2 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)5696/2021 saylı qətnaməsindən Cavabdeh2 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı Cavabdeh1 İddiaçı ilə 30.11.2019-cu il tarixli AN - İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlamaqla, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilini İddiaçı 100000 manata satmışdır. Həmin mənzil satılarkən satıcının arvadı X2 notarial qaydada təsdiq olunmuş ərizə verərək, mənzilin satılmasına razı olduğunu bildirmişdir. Müqavilənin 11-ci bəndinə əsasən satıcı 29.12.2019- cu il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Satılan mənzilin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin cavabdehlərin hesabına boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.
3. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 71 nömrəli mənzili 100000 manata aldığına və müqavilədə Cavabdeh1 29.12.2019-cu ilədək mənzili boşaldıb onun sahibliyinə verməyi öz öhdəsinə götürməsinə baxmayaraq, Cavabdeh1 bugünədək həmin mənzili boşaltmamışdır. Hətta Cavabdeh1 mənzilə başqa şəxsi - digər Cavabdeh2 köçürmüşdür. Dəfələrlə cavabdehlərdən mənzildən çıxmaları və mənzili tamamilə boşaltmaları tələb edilsə də, cavabdehlər tərəfindən bu tələblərə məhəl qoyulmamış və mənzildə yaşamaqda davam etmişlər. Qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. Notariat kontoruna müraciət edən tərəflər borc, əmlakın yüklülüyünə dair müqavilələr də bağlaya bilərdilər. Cavabdehlərlə iddiaçının arasında hər hansı bir borc münasibət ləri olmamış, iddiaçı pulunu verib mənzil almışdır.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, sözügedən alğı-satqı müqaviləsi formal bağlandığına görə heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı sələmə pul verməklə məşğuldur. Tərəflər arasında olan borcun qaytarılmasının təminatı olaraq bu alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 mülkiyyətində olan mənzil faktiki qiymətindən aşağı qiymətə satılmasına dair alğı-satqı müqaviləsi bağlanmışdır. Bu halı İddiaçı mərhum qardaşı Hüseyn Hüseynovun verdiyi qəbzlər təsdiq edir. Hal-hazırda Cavabdeh1 barəsində Ağcabədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinə baxılır. Mübahisəli mənzildə Cavabdeh2 yaşayır. Ona görə də ilk iddia ərizəsinin rədd olunmasına, qarşılıqlı iddia ərizəsinin təmin edilərək 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1740/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) ilkin iddia ərizəsi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilinin Cavabdeh1 və Cavabdeh2 hesabına boşaldılmaqla İddiaçı təhvil verilməsi, Cavabdeh1 İddiaçı qarşı 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilini 30.11.2019-cu il tarixdə 100000 manata İddiaçı sataraq mənzilin pulunu alsa da, müqavilə üzrə öhdəliyini yetirməmiş, yəni mənzili boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməmişdir.
8. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh1 30.11.2019-cu il tarixli əqdin etibarsız olmasını iddia etsə də, məhkəmə tədqiqatı zamanı qarşılıqlı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, məhkəməyə təqdim olunan qəbzlərdən müəyyən olunu r ki, bu qəbzlərin bir qisminin tərtib olunduğu tarix müəyyən deyil, digər qismi isə müqavilə bağlanandan sonra tərtib olunmuş, ödəniş H.Hüseynova edilmiş, qəbzlərin məzmunundan İddiaçı ilə deyil, H.Hüseynovla Cavabdeh1 arasında olan razılıqdan bəhs edilir.
9. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 337.1-ci maddələri baxımından müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidirlər. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, ha belə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin ləğv edilməsi üçün deyil, əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər notariat kontoruna müraciət edərək məhz alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəldiklərini, daşınmaz əmlakın dəyərinin qarşılıqlı razılığa əsasən 100000 manat məbləğində müəyyən etmələrini bildirmiş, Cavabdeh1 mənzilin satılmasına dair öz həyat yoldaşının razılıq ərizəsini notariat kontoruna təqdim etməklə şəxsən müqaviləni imzalamaqla müqavilənin təsdiq olunmasında iştirak etmiş, alıcı mənzilin dəyərini notariusun depozitinə ödəmiş, daha sonra həmin vəsaitin satı cı tərəfindən depozitdən çıxarılması barədə sərəncam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)5696/2021 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 mənzili alqı-satqı müqaviləsi əsasında İddiaçı satması iş materialları ilə tam təsdiq olunur. Tərəfl ər notariat kontoruna müraciət edərək məhz alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəldiklərini, daşınmaz əmlakın dəyərinin qarşılıqlı razılığa əsasən 100.000 manat məbləğində müəyyən etmələrini bildirmiş, Cavabdeh1 mənzilin satılmasına dair öz həyat yoldaşının razılıq ərizəsini notariat kontoruna təqdim etməklə şəxsən müqaviləni imzalamaqla müqavilənin təsdiq olunmasında iştirak etmiş, alıcı mənzilin dəyərini notariusun depozitinə ödəmiş, daha sonra həmin vəsaitin satıcı tərəfindən depozitdən çıxarılması barədə sərəncam verilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 324.5, 337.1, 337.2, 339-cu maddələrinin tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar ına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 9-cu MKR Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzili iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satmasını və alqı-satqı müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun aparılmasını nəzərə alaraq, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qərar çıxarılması, işə yenidən baxılması üçün göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən kobud prosessual və maddi hüquq pozuntularına yol vermişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkilinin iştirakı təmin olunmamış, məhkəmə iclası təxirə salınmamışdır. İddiaçı bir dəfə də olsun onların mənzilində olmamışdır. Aparılmış danışıqlarda İddiaçı iştirak etməmişdir. Məhkəmə işin hallarını araşdırmamış, mənzilin dəyərinin müəyyən olunması barədə ekspertiza təyin olunması barədə mövqelərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Həmçinin məhkəmə Cavabdeh1 səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyinə görə məhkəmə iclasının təxirə salınması barədə vəsatətini təmin etməmişdir. Çünki cavabdeh xəstəliyi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən hüquq
20. Azər baycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəf li) ola bilər. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqa vilələr də bağlaya bilərlər. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
568. Satıcının əşyanı vermək və zifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə
569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan ş əxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsinin işə həmin şəxslərin iştirakı olmadan baxması prosessual qanunvericiliyə zidd olmamışdır.
28. Qarşılıqlı iddiaçının izahına görə, mübahisələndirilən müqavilə alğı-satqı məqsədi ilə deyil, onların arasında olan borc müqaviləsinin təminatı olaraq bağlanmışdır. Bu halda MPM-nin 77-ci maddəsinə əsasən işin bu h alını sübut etmə vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür.
29. Qarşılıqlı iddiaçı bu məqsədlə üç qəbz təqdim etmiş, həmin qəbzlərin mərhum Hüseyn Hüseynov tərəfindən yazıldığını bildirmişdir. Sözügedən qəbzlərdən 28.06.2020-ci il tarixdə tərtib olunduğu qeyd olunan qəbzdə göstərilir ki, H.Hüseynov Cavabdeh1 40000 manat pul almış, həmin pulu sonuncunun evini aldığı vaxt verdiyi sələm pulundan çıxacağını bildirmişdir.
30. H.Hüseynov tərəfindən imzalanması qeyd olunan, tarixi qeyd olunmayan ikinci qəbzdə qeyd olunur ki, o, Cavabdeh1 sonuncuya məxsus olan ünvan 2 ünvanında yerləşən evi almış, onun müqabilində Cavabdeh1 100000 manat ödəmiş, lakin evin dəyəri bundan artıq olduğu üçün sonuncu onun pulunu qaytardıqda evi sonuncuya qaytarmağa söz vermişdir.
31. H.Hüseynov tərəfindən imzalanma sı qeyd olunan və tarixi qeyd olunmayan digər qəbzdən görünür ki, o, Cavabdeh1 sonuncuya məxsus olan ünvan 2 ünvanında yerləşən evi almış, onun müqabilində Cavabdeh1 40000 ABŞ dolları ödəmiş, lakin evin dəyəri bundan artıq olduğu üçün sonuncu onun pulunu qaytardıqda evi sonuncuya qaytarmağa söz vermişdir.
32. Göründüyü kimi ikinci və üçüncü qəbzlər hətta Hüseyn Hüseynov tərəfindən yazıldığı sübut olunsa belə, məzmun baxımından mənzilin qiyməti ilə bağlıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiy yət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri ikitərəfli əqd olan müqavilələr çıxış edir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
34. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etmə lidirlər.
35. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləy ə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
37. İşə baxmış məhkəmələr qarşılıqlı iddiaçının dəlillərinin araşdırmış və iddianın əsassız olduğu barədə nəticəyə gəlmişdir (qərarın 7, 9 və 12-ci bəndləri).
38. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır. Yuxarıda göstərildiyi kimi qarşılıqlı iddiaçının təqdim etdiyi qəbzlərdən ikisi yalnız mənzilin qiyməti ilə bağlıdır. Nəzərə alınmalıdır ki, mənzilin qiymətinin həqiqi dəyərindən aşağı olması, müqavilənin etibarsız hesab edilməsinin müstəqil əsası kimi çıxış etmir. Məhkəmə müəyyən edmişdir ki, Hüseyn Hüseynov tərəfindən 28.06.2020-ci il tarixdə tərtib olunduğu qeyd olunan qəbzin məzmununda ödənişin H.Hüseynova edildiyi, İddiaçı ilə deyil, H.Hüseynovla Cavabdeh1 arasında olan razılıqdan bəhs edildiyi qeyd olunur (qərarın 8-ci bəndi).
39. Qarşılıqı iddia təmin olunmadığına görə, məhkəmələr iddiaçının mülkiyyət hüquqlarından çıxış etməklə cavabdehlərin mənzildən çıxarılması barədə düzgün nəticəyə gəlmişdir. Bu nəticə Mülki Məcəllənin 157.4 və 568-ci maddələrinin tələblərinə uyğundur.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)5696/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.