Məhkəmə qərarları › İş №2(102)-612/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-612/2020

11.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-612/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10940/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-1148/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Əliyev) İddiaçı Cavabdeh q arşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi” barədə iddiası təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 104 saylı evin 8-ci mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10940/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 104 saylı evin 8-ci mənzilindən istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh və vəkili xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin iddiaçının xüsusi mü lkiyyətində olmasına, cavabdehin həmin mənzilə olan istifadə hüququnu itirməsinə, iddia tələblərini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.3, 152.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 104 saylı evin 8-ci mənzili Cavabdeh mülkiyyətində olub, sonuncu həmin mənzili xx xxxxxx 2012-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən oğlu xx bağışlayıb. xx xxxx 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə xx adına qeydə alınıb. xx xxxx 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xx mənzili 15.000 manata İddiaçı satıb. xx xxxxx 2016cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Hazırda iddiaçı, sözügedən mənzil üzərindəki mülkiyyət hüququna istinad edərək, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsini iddia edir. Cavabdeh isə əvvəl mülkiyyətində olmuş mənzili oğluna hədiyyə edərkən, gələcəkdə həmin mənzildə yaşayacağını və onun özgəninkiləşdirilməyəcəyini nəzərdə tutduğunu, buna baxmayaraq həmin mənzilin oğlu xx tərəfindən satıldığını və bununla da hüquqlarının pozulduğunu göstərib iddia tələblərinə etiraz edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan ap ellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, hazırkı tələblərini irəli sürməkdə haqlı olub. Belə ki, həmin maddəsinin mənasına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün aşağıdakı şərtlərin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Göründüyü kimi, mübahisəli mənzil alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınıb. Hazırda cavabdeh mənzildə yaşamaqla iddiaçının öz əmlakından istifadəsinə maneçilik törədir. Cavabdehin mənzili öz təsir dairəsində saxlayıb orada yaşaması qanuni sahiblik deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Çünki onun həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilmir. Belə ki, cavabdeh sözügedən mənzili xx xxxxxx 2012-ci il tarixdə oğlu xx ə bağışlamaqla əşya üzərindəki mülkiyyət hüququnu itirib. Bununla belə, o, həmin mənzildə yaşamağa davam etsə də, mənzili xx xxxx 2016-cı ildə iddiaçıya satması i lə cavabdehin oradan istifadə hüququ da aradan qalxmışdır. Belə ki, əvvəla, iddiaçı mənzili xx dən satın alarkən daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən üçüncü şəxsin hüquqlarından yüksüz şəkildə almışdır. Odur ki, cavabdehin daşınmaz əşyanı oğluna bağışlayarkən orada daimi yaşayacağını düşünməsinin əşyanı yüksüz əldə etmiş vicdanlı alıcı iddiaçıya aidiyyəti yoxdur. Başqa sözlə, adı çəkilən reyestrdə qeydə alınmayan istifadə hüququ yeni mülkiyyətçiyə, yəni iddiaçıya qarşı irəli sürülə bilməz. Çünki, Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. İkincisi, mənzil iddiaçıya satılarkən cavabdeh özünün mənzilə istif adə hüququnun itirilməsinə notarial qaydada təsdiqlənmiş yazılı razılıq vermişdir. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdehin mübahisə predmeti olan mənzilə hər hansı hüququ qalmamışdır. Ona görə də, iddiaçının mü lkiyyət hüququ müdafiə edilməklə, cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməsi, oradan çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi əsaslı olmuşdur. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə verib və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, mübahisəli mənzilin qanunsuz olaraq mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırma mış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığ ından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10940/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar