Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-612/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektron qaydada imzalanmış şikayətin əl ilə imzalanmış sənədlə eyni hüquqi qüvvəyə malik olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinə qarşı əm rin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödəbilməsi və maddi ziyan tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6877/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinə qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 142 nömrəli işdən azad olunma haqqında əmrinin onunla bağlı hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının faizləri ilə birlikdə ödənilməsi, maddi və sağlamlığına dəyən zərər nəzərə alınmaqla 1 illik əmək haqqı miqdarında dəymiş zərərin ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
2. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)1528/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Mədinə Bağrova) iddia ərizəsinin geri qaytarılaraq, iddiaçının həmin ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olması izah olunmuşdur.
3. Məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2, 8.1.3-cü maddələrinə, “İnzibati icraat haqqında” AR Qanunun 2-ci maddəsinə və AR Nazirlə Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” na istinad edərək hesab etmişdir ki, iş üzrə cavabdeh inzibati orqan olduğundan hazırki işə İnzibati Məhkəmədə baxılmalıdır.
4. İddiaçı qərardaddan şikayət verərək qərardanın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, özünün qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardad əsaslıdır və qərardadın ləğvi üçün əsas yoxdur. b) Apellyasiya in stansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Məhkəmə şikayətin mümkün hesab edilməməsi barədə gəldiyi nəticəni MPM-in 363.1.1, 363.4-cü maddələrinə istiad edərək belə əsaslandırmışdır ki, şikayət iddiaçı tərəfindən imzalanmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Apellyasiya instansiyası məhkəməsini n qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. İşə baxan məhkəmə həm qanunvericilikdə edilmiş dəyişikliklərdən, habelə sənədin (konkret halda birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayətin) elektron imza (gücləndirilmiş elektron imza imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza) ilə imzalanmasından məlumatsızdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Resp ublikası Qanununun 3-cü maddəsinə əsasən elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz (3.1). Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertiflkatll gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir (3.2). Təkmil sertiflkatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2ci maddəsinə müvafıq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur (3.3). Məhkəmə şikayəti qeyri-mümkün hesab edərkən göstətilən halları diqqətdən qaçırmışdır. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri
11. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
15. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə ic raatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
16. Maddə 10-1.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər.
17. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
18. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə e dilir.
19. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 20. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu:
21. Maddə 3.2 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertiflkatll gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
22. Maddə 3.3 Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafıq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzər indəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və Apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi şikayətə baxılmasını qeyri-mümkün hesab edərkən prosessual normalarının tələblərini pozmuşdur.
26. Belə ki, məhkəmə birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılmasını qeyri-mümkün hesab edərkən qərardaddan verilmiş şikayətin iddiaçı tərəfindən imzalanmadığına istinad etmişdir.
27. Lakin məhkəmə bu qənaətə gələrkən şikayətin elektron imza ilə imzalanmasını və iddiaçıya məxsus hazırki mülki işlə bağlı “CMS” sistemində yaradılmış elektron kabinetə əlavə edilməsini nəzərə almamışdır.
28. MPM-nin və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, elektron imza ilə imzalanmış s ənədlər əl imzasına bəraər tutulur, eyni hüquqi qüvvəyə malikdir və həmin sənədlərin digər yollarla verilməsi tələb edilə bilməz (§ 17, 19, 21, 22).
29. Apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün hesab edərkən iddiaçı tərəfindən bütün sənədlərin, o cümlədən iddia ərizəsinin elektron imza ilə imzalanaraq məhkəməyə təqdim edilməsini diqqətdən qaçırmış, “CMS” elektron məhkəmə sistemində hazırki işlə bağlı “digər sənədlər” bölməsində yerləşdiriilmiş elektron sənədlərə baxmadan şikayəti qeyri-mümkün hesab etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
30. Ona görə də, qərardad ləğv edilərək mülki iş yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6877/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov