Məhkəmə qərarları › İş №2(102)-612/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-612/2023

17.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-612/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ Açar sözlər: qətnamənin əsaslandırılması, mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Əliyev Zaur Əli oğlunun məruzəsi, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı şəhəri İcra Hakimiyyətinin 247 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Sərəncama əsasən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində 1 №-li bina, blok A və B, 2 girişli, 14 (+texniki mərtəbə) mərtəbəli, 2 səviyyə zirzəmili; və 1 girişli, 15 (+mansarda) mərtəbəli, 2 səviyyəli zirzəmili yaşayış binalarının xx.xx.2019-cu il tarixdən istismarına İcazə verilmişdir.

3. İddiaçı («Payçı») ilə Cavabdeh1 MTK («Kooperativ») arasında bağlanmış xx.xx.2010-cu il tarixli 047 №-li müqaviləyə əsasən ünvan 1 ünvanda 1A nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli ümumi sahəsi layihə üzrə 179,29 kv.m təşkil edən 3 otaqlı mənzili «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər. Mənzilin dəyəri 105.000 manat müəyyən edilmiş, Cavabdeh1 MTK tərəfindən xx.xx.2010-cu il tarixdə iddiaçıya həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

4. İddiaçı və onun anası X8 ünvan 1 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər və bu günədək həmin ünvanda qeydiyyatdadırlar.

5. Cavabdeh1 MTK tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı anası X4 ünvan 1 ünvanında Cavabdeh1 MTK-nin inşa etdiyi Bina 1A, mənzil 88 ünvanında yaşaması və qeydiyyatda olması barədə arayış verilmiş; xx.xx.2021-ci il tarixdə İddiaçı və X4 həmin mənzildə qeydiyyatda olması, lakin həmin mənzildə yaşamaq hüquqlarının olmaması barədə yeni bir arayış verilmiş, bu zaman yaşamaq hüquqlarının olmamasının səbəbləri barədə hər-hansı bir açıqlama verilməmiş; MTK-nın arxivində saxlanan sənədlər əsasında İddiaçı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hər-hansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin məhv edildiyi barədə tarixi göstərilməyən, lakin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavablanan məktub verilmiş; Bakıxanov qəsəbəsi, Y.Ə liyev küçəsində MTK tərəfindən 1A saylı evin inşa edilməsi, 1V saylı evin isə inşa edilməməsi barədə məhkəmənin sorğusuna xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış; İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyünün mövcud olmaması barədə vəkilin xx.xx.2021-ci il tarixli sorğusuna Cavab ünvanlanmışdır.

6. Cavabdeh1 MTK («Kooperativ») ilə Cavabdeh2 («Payçı») arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 №-li müqavilə bağlanmış ünvan 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli ümumi sahəsi layihə üzrə 167,28 km metr təşkil edən 3 otaqlı mənzil «Kooperativ» «Payçı» a (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş h əcmdə və qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər; Mənzilin dəyəri 48511,20 manat müəyyən edilmiş, həmin məbləğin «Payçı» tərəfindən «Kooperativ» in kassasına ödənilməli olduğu nəzərdə tutulmuşdur. Adıçəkilən 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47-dir. Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında q eydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir.

7. Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

8. MTK tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 №-li Protokolundan Çıxarış verilmişdir. Həmin Çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmiş, mənzilin ölçüsü 167,28 kv metr qeyd edilmişdir.

9. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1V, 88 saylı mənzil Cavabdeh1 MTK-nın 015 nömrəli xx.xx.2019-cu il tarixli protokoldan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabd eh2 adına ilkin qeydiyyatdan keçmişdir.

10. DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1 V, mənzil 88-in mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olduğu qeyd olunmuşdur. Çıxarışda mənzilin ölçüsü 154,9 kv metr göstərilmişdir. Sonradan onun xx.xx.2021-ci il tarixli müraciəti əsasında mənzilin ünvan rekviziti ilə bağlı reyestrdə aparılmış qeyddə düzəliş aparılmış, Cavabdeh2 məxsus mənzil sahəsinin ünvanı ünvan 48, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, 56, M13, m8 olaraq göstərilmiş və bununla bağlı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli yeni Çıxarış verilmişdir.

11. Tərəflər arasında mübahisəli mənzillə bağlı əvvəllər də məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər X8 və İddiaçı qarşı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüququnun olmayan hesab edilməsi barədə ilk və İddiaçı Cavabdeh2, Cavabdeh1 MTK-ya və AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı DƏDRX tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın (1V evə dair) etibarsız hesab edilməsi barədə qaşılıqlı iddiaları rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (sonradan – DƏDRX) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 5 ünvanında 1 №-li 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 6 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.

13. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 1A saylı binanın 88 saylı mənzilini Cavabdeh1 MTK-dan 08 iyul 2010-cu il tarixdə 105.000 manat ödəyərək almış və buna görə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzil hazır olduqdan sonra həmin mənzilə köçüb yaşamış, ev tam olaraq ev əşyaları ilə təmin edilmişdir. Səhhəti ilə əlaqədar olaraq xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamamışdır. Anası ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar. Lakin, DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1V, 88 saylı mənzil Cavabdeh1 MTK-nın 015 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanmış 047 nömrəli xx.xx.2006-cı il tarixi müqavil əyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Şirinov X3 Ayna Cəlal qızına və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 nömrəli müqavilə iddiaçının hüquqlarını pozur. Belə ki, həmin müqavilə qanunsuzdur və saxtadır. Həmin müddətdə, yəni xx.xx.2006-cı il tarixdə bağlanmamışdır və heç bir hüquqi nəticə yaratmır. Müqaviləyə nəzərə salınsa, xx.xx.2006-ci il tar ixdə bağlanmış müqavilənin heç də həmin tarixdə tərtib edilməsi görünmür. Çünki müqavilənin özündə göstərilən bənddən də açıqaşkar görünür ki, müqavilə bağlanan müddətdə Cavabdeh2 vəsiqəsi xx.xx.2009 il tarixdə Nizami rayon Polis İdarəsi tərəfindən verilmişdir. Əgər Cavabdeh1 MTK Cavabdeh2 ilə 2006-cl ildə müqavilə bağlayaraq sözügedən mənzili ona vermişdirsə, iddiaçı həmin mənzildə necə və hansı əsasla yaşamışdır. O evdə olan əşyalar iddiaçıya məxsusdur. Cavabdeh2 iddiaçının qadın olmağından və əmisinə arxayın olmaqla iddiaçının mənzilinə qanunsuz daxil olmaqla iddiaçının mülkiyyətindən məhrum edib.

14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)476/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 №-li 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 6 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 həmin mənzildən çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş, iddia «ailə üzvlərinin həmin mənzildən çıxarılması» hissəsində rədd edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 MTK-dan mənzil almış, həmin mənzilin tam dəyərini öd əmiş, həmin mənzilə qeydiyyata düşmüş, MTK 2012-ci ildə iddiaçının anası X4 həmin mənzildə yaşaması və qeydiyyatda olması faktını verdiyi arayışda təsdiq etmiş, lakin sonradan izahsız bunları inkar etmişdir. Bu zaman, MTK yalnız məhkəməyə və vəkillərə ünvanladığı məktublarda bu halları qeyd etmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı qeydşərtsiz ünvan 1 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzili əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin (xx.xx.2018-ci il tarixədək olan redaksiyasında) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (iddiaçı 2010-cu ildə əldə etmişdir mənzili). 17. 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı ünvan 8ilinin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təv əllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir.

18. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ilə bağlanmış 2006-cı ildə deyil, çox sonralarda arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmiş, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhə ri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi, protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilə etibarlı əqd hesab edilə bilməz.

19. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8, Mənzil Məcəlləsinin 112.1, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 10, 88 saylı mənzilə dair hər hansı bir hüquqa malik olmaması ilə bağlı Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olan göstərilən faktlar məhkəməyə məlum olmuş, lakin məhkəmə həmin qətnamə qəbul edilən zaman Cavabdeh2 ünvanının 1V saylı evə dair olmasına və buna görə də adıçəkilən mə hkəmə qətnaməsinin hazırki iş üçün preyudisial qüvvəsinin olmamasına dair əsassız nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 ünvan 10 ünvanı üzrə bir neçə mənzilin deyil, yalnız bir mənzilin (88 saylı mənzilin) mülkiyyətçisidir. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə Cavabdeh2 məxsus yeganə mənzil olan hazırkı iş üzrə mübahisə predmeti olan mənzilə dair subyektiv hüquqlara malik olmaması müəyyən edilmişdir. Əvvəlki mübahisə üzrə işə baxılan zaman verilmiş çıxarışda olan sadə səhv (evin nömrəsinin 1V deyil, 1 olmasına dair) Cavabdeh2 ərizəsi əsasında AR MM-nin 141ci maddəsinə müvafiq olaraq düzəldilmişdir (düzəliş edilmişdir). Lakin göstərilən düzəliş, hazırkı iş üzrə İddiaçı üçün yenidən çıxarışın etibarsızlığına dair iddia tələbi irəli sürməsi üçün əsas ola bilməz. Belə ki, şərh olunduğu kimi Cavabdeh2 ünvan 10 ünvan üzrə bir neçə mənzilin deyil, yalnız bir mənzilin (88 saylı mənzilin) mülkiyyətçisidir. Cavabdeh2 göstərilən ünvanda digər mənzili yoxdur. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə Cavabdeh2 məxsus mənzilə dair subyektiv hüquqlara malik olmaması müəyyən edilmişdir. Odur ki, əvvəlki mübahisə üzrə işə baxılan zaman verilmiş çıxarışda olan sadə səhvin (evin nömrəsinin 1V deyil, 1olmasına dair) Cavabdeh2 ərizəsi əsasında AR MM-nin 141-ci maddəsinə müvafiq olaraq düzəldilməsi, hazırkı iş üzrə İddiaçı üçün yenidən çıxarışın etibarsızlığına dair iddia tələbi irəli sürməsi üçün əsas ola bilməz. Digər tərəfdən, iş materiallarında olan C avabdeh1 MTK tərəfindən verilmiş çoxsaylı arayışlarda göstərilmişdir ki, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər hansı bir ödəniş aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyü mövcud olmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, ünvan 10, 88 saylı mənzilin payçısı olmuş, həmin mənzilin pay haqqını tam ödəmiş, mənzili təmir etdirmiş və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə göstərilən mənzildə yaşayır. Həmçinin göstərilən mənzil üzrə "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də abonent kimi qeydiyyata düşmüş, mənzilinə öz adına internet xətti və domofon çəkdirmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Həsənov Rəşad Məhəmməd oğlu nun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2) 2(103)-4894/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(008)-476/2022 saylı qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə - İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair hissəsində təmin olunmamışdır.

23. Kollegiya ilk növbədə qeyd etmişdir ki, mübahisənin düzgün həlli baxımından iddiaçı ilə cavabdehin iddia etdikləri mübahisəli mənzilin eyni mə nzil olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış kompleksi əslində ayrı-ayrı üç binadan ibarətdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 iyul 2010-cu il tarixli 047 №-li müqavilədə mənzilin ünvanı ünvan 12rtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi 179,29 kv.m-dən ibarət 3 otaqlı mənzil kimi göstərilmişdir. Cavabdehlə Cavabdeh1 MTK arasında bağlanmış 01 iyun 2006-cı il tarixli 047 №-li müqavilədə isə müqavilə predmeti olan mənzilin ünvanı ünvan 13təbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi 167,28 kv.m-dən ibarət 3 otaqlı mənzil kimi göstərilmişdir. Lakin hər iki müqavilənin mətnindən görünür ki, MTK tərəfindən inşa edilmiş kompl eksin bir ünvanı olmuşdur - Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,

1. Sonradan, yəni 2019-cu il tarixdə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 015 №-li protokolundan çıxarışda Cavabdeh2 aid mənzilin ümumi sahəsi 167,28 kv.m, binanın sayı isə 1-V kimi göstərilmişdir. Halbuki MTK tərəfindən məhkəməyə 1V saylı binanın mövcud olmaması barədə məktub göndərilmişdir. MTK səlahiyyətli nümayəndəsinin iştirakını heç bir iclasda təmin etmədiyindən 1V saylı binanın olmadığı halda hansı səbəbdən Protokolda 1V bina qeyd edildiyi barədə MTK-nın mövqeyini öyrənmək mümkün olmamışdır.

24. Kollegiya daha sonra bildirmişdir ki, MDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüquqları onunla MTK arasında 2006-cı ildə b ağlanmış müqaviləyə, habelə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 015 №-li protokoluna və eyni tarixli maliyyə arayışına əsasən dövlət reyestrində qeydə alınmış və bu barədə verilmiş dövlət reyestrindən çıxarışda mənzilin ünvanı ünvan 15ənzil 88, mənzilin ümumi sahəsi isə 154,9 kv.m kimi göstərilmişdir.

25. Kollegiya tərəfindən Qaraxan MTK-nın inşa etdiyi yaşayış kompleksindəki binaların ünvanları ilə bağlı müvafiq sorğular verilmiş, Cavabdeh1 MTK-nın sorğuya cavab məktubundan görünür ki, MTK-nın inşa etdiyi 3 bina hal-hazırda 1, 1A, 1B kimi sıralanır. Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, **********94 saylı cavab məktubunda isə qeyd olunan ünvanda Cavabdeh1 MTK tərəfindən 1A, 1B, 1C nömrəl i çoxmərtəbəli yaşayış binaları inşa edildiyi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh1 MTK ilə “Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC mübahisəli ünvanla bağlı müxtəlif cavablar vermişlər. Bu baxımdan kollegiya mübahisəli ünvandakı evlərin 1A, 1B, 1C nömrələri ilə nömrələnməsinə dair “Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş arayışı mötəbər hesab etmir. Belə ki, MMC-nin verdiyi arayışdan bəlli olur ki, həmin ünvanda 1 saylı ev yoxdur, evlər 1A, 1B, 1C nömrəlidirlər. Amma dövlət reyestrindən cavabdehin adına verilmiş Çıxarışda mübahisəli mənzilin 1 saylı evdə yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi, həmin arayışda olan məlumat daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatla ziddiyyət təşkil edir və reyestrdə qeydin həqiqiliyi prezumpsiyası baxımından bu məlumatlar mötəbər hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 MTK-nın həm İddiaçı ilə bağladığı 08 iyul 2010-cu il tarixli, həm də Cavabdeh2la bağladığı 01 iyun 2006-cı il tarixli müqavilələr eyni mənzilə aid olmuşdur.

26. Kollegiya hesab etmişdir ki, ilk iddiaçı Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan mənzilin ünvanının dövlət reyestrində fərqli qeyd edilməsi ilə bağlı yanlışlıq aradan qaldırılmaqla reyestrdəki qeydə düzəliş edildiyindən, iddiaçının eyni cavabdehə qarşı eyni əsaslarla və eyni tələblərə dair iddia irəli sürməsinə dair dəlili əsassızdır. Belə ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixl i qətnaməsində cavabdehə məxsus mənzilin 1V saylı binada yerləşməsinə istinad edilmişdir. Hazırkı düzəlişdən sonra isə mənzilin yerləşdiyi binanın sayı 1 kimi göstərilmişdir. Hazırda iddiaçı mübahisəli mənzili 2010-cu ildə 105.000 manat pul ödəməklə Cavabdeh1 MTK-dan aldığını, həmin mənzili özünün təmir etdiyini, mənzildəki əşyaların ona məxsus olduğunu, 2010-2013-cü illərdə həmin mənzildə bir müddət yaşadığını, özünün və anasının həmin mənzilə qeydiyyata düşdüklərini, sonradan səhhəti ilə əlaqədar xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamadığını və bu müddət ərzində cavabdehlərin əlbir olaraq ona məxsus mənzili qanunsuz yollarla ələ keçirdiklərini bildirir. Buna sübut olaraq iddiaçı işin o hallarına istinad edir ki, cavabdehlə bağlanmış müqavilənin tarixi xx.xx.2006-cı il olsa da, həmin müqavilədə cavabdehin xx.xx.2009-cu il tarixdə aldığı şəxsiyyət vəsiqəsində olan məlumatlar öz əksini tapmışdır. Bu isə həmin müqavilənin saxta olmasını göstərir. Cavabdeh isə həmin mənzili hələ 2006-cı ildə əldə etdiyini, mənzili aldıqdan sonra özünün təmir etdiyini, onun əmisi Ceyhun Şirinovun iddiaçı ilə yaxın münasibətlərdə olduğunu və onların həmin mənzildə müvəqqəti olaraq bir müddət yaşadıqlarını, lakin sonradan mənzili tərk etdiklərini, 2019-cu ildə mənzilə dair hüquqlarını dövlət reyestrində qeydə aldırdığını və hazırda ailəsi ilə birlikdə orada yaşadığını bildirir. Həmçinin bildirir ki, onunla bağlanmış müqavilədə mənzilin yerləşdiyi binanın nömrəsi 1 göstərilsə də, dövlət reyestrində səhvən 1V kimi qeydə alınmış, buna görə də onun müraciəti əsasında reyestrdə yol veril miş yanlışlıq aradan qaldırılaraq, ünvana dair düzəliş aparılmış və ona yeni çıxarış verilmişdir.

27. Kollegiya qeyd etmişdir ki, iddiaçı 08 iyul 2010-cu il tarixdə MTK ilə aralarında bağlanmış müqaviləyə istinad edərək, 105.000 manat ödəyərək mənzili aldığını bildirir və mənzilin dəyərinin tam ödənilməsinə dair eyni tarixli maliyyə arayışını təqdim edir. Cavabdeh2 müqavilə üzrə ödənilməli olan məbləğin iddiaçı tərəfindən ödənilmədiyini bildirsə də, MTK tərəfindən bununla bağlı cavabdehə maliyyə arayışının hansı səbəbdən verildiyini ağlabatan dəlillərlə izah edə bilməmişdir.

28. Kollegiya daha sonra qeyd etmişdir ki, MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, bu məsələyə aydınlıq gətirmək mümkün olmamışdır. MTK yalnız onun arxivində saxlanan sənədlər əsasında İddia çı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hər-hansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin məhv edildiyi barədə, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyünün mövcud olmaması barədə sorğuya cavab verməklə kifayətlənmişdir. Cavabdeh hüquqi şəxsin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş arayış iş materiallarına əlavə edilmişdir. Məhkəmə yalnız sorğuya cavab məktubunda qeyd olunanlara və cavabdehin izahatına əsaslanaraq həmin halı (məbləğin ödənilmədiyini) müəyyən edə bilməz. Böyük məbləğdə pul mübahisələrini həll edən məhkəmə aktları tərəflər üçün ağır maddi-hüquqi nəticələrə səbəb olduğundan mötəbər sübutlara əsaslanmalıdır. Odur ki, Kollegiya hesab edir ki, kassa mədaxil orderinin kötüyünün mövcud olmaması İddiaçı təqsirindən deyil, MTK-nın təqsirindən baş vermiş, MTK mənzilin pay haqqı ödənilmədiyi təqdirdə onun vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş maliyyə arayışının hansı səbəbdən verildiyinə dair məntiqli mühakimə yürütməmişdir. Beləliklə, müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MTK ilə mənzil tikintisinə dair müqavilə bağlamış və mənzilin tam dəyərini ödəmişdir.

29. Cavabdehlə MTK arasında mübahisəli mənzilə dair bağlanmış müqaviləyə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2la MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 №-li müqaviləyə əsasən Cavabdeh1 MTK mənz ili tikərək Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüş, sonuncu isə mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı və MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış verilmişdir. Cavabdeh həmin sənədlər əsasında mübahisəli mənzilə dair hüquqlarını dövlət reyestrində qeydə aldırmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2la MTK arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qənaətə gələrkən, Cavabdeh2la MTK arasında alğı-satqı müqaviləsinin 01 iyun 2006-cı il tarixdə bağlanmasını, lakin həmin müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriyasının və nömrəsinin yazıldığını əsas gətirmişdir. Belə ki, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmiş, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13- də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanda qeydiyyata düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Bununla da, məhkəmə həmin müqavilənin 2006-cı ildə bağlanmasının qeyri-mümkün olduğu, işin hallarının həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət etdiyi, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilənin etibarlı əqd hesab edilməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, kollegiyanın qənaətinə görə, qeyd edi lən müqavilədə “payçı” qismində çıxış edən cavabdehin müqavilə tarixindən sonra almış olduğu şəxsiyyət vəsiqəsinin məlumatlarına istinad edilməsi özüözlüyündə bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.

30. Belə ki, M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə "xxxx" MTK ilə M.Hüseynov arasında bağlanan müqavilə sonuncunun şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini müqaviləyə daxil edən MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, həmin müqavilə onun imzalandığı tarixin qeyri-müəyyən olması səbəbindən etibarsız hesab edilə bilməz”.

31. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə görə, müqavilənin bağlanması tarixi müqavilənin standart şərti olmaqla, müqavilənin məzmununa aid tələblərə cavab verməlidir və bu şərtə düzgün əməl edilməsi öhdəliyini onu təklif etmiş tərəf, hazırkı halda MTK daşıyır. MTK tərəfindən bu tələbə əməl edilməməsi isə müqavilənin digər tərəfinin, hazırkı halda Cavabdeh2 ziyanına təfsir edilə bilməz.

32. Kollegiya qeyd etmişdi r ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh2la Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqe nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Belə ki, işin hallarından da müəyyən edildiyi kimi tərəflər müqavilənin onların iradəsinə uyğun bağlandığını mübahisələndirməmiş, müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri icra etmiş, yəni MTK müqavilə predmeti olan mənzili inşa edərək Cavabdeh2 təhvil vermiş, sonuncu isə öz növbəsində müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğini MTK-ya ödəmişdir.

33. Kollegiya daha sonra qeyd etmişdir ki, iddia tələbinin digər əsası ondan ibarət olmuşdur ki, mübahisəli mənzil MTK tərəfindən 2010-cu ildə iddiaçıya təhvil verilmiş, iddiaçı həmin mənzili öz hesabına təmir etməklə orada yaşamış, mənzildə olan əşyalar ona məxsus olmuşdur. Cavabdeh isə iddiaçının bir müddət orada yaşamasını etiraf etsə də, mənzilin ilk olaraq ona təhvil verildiyini, həmin mənzili özünün təmir etdirdiyini, iddiaçının mənzildə müvəqqəti yaşamasına isə əmisi ilə iddiaçı arasında yaxın münasibətlərin olması səbəbindən icazə verdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı onun iddia tələbinin faktiki əsasını təşkil edən bu dəlilləri sübut etmək vəzifəsini daşısa da, mübahisəli mənzilin onun tərəfindən təm ir edilməsi, mənzildəki əşyaların ona məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər isə onun mübahisəli mənzildə yaşamasını təsdiq edir ki, bu halı cavabdeh mübahisələndirmir. Kollegiya hesab etmişdir ki, iddiaçı ilə cavabdehin yaxın qohumu (əmisi) arasında müəyyən müddət ərzində yaxın münasibətlərin mövcud olması mübahisəsiz olduğundan, həmin şəraitdə iddiaçının bir müddət mübahisəli mənzildə cavabdehin razılığı ilə yaşaması ağlabatandır. Bu baxımdan kollegiya hesab edir ki, həmin halın mövcudluğu, habelə iddiaçı və onun anasının qeyd edilən mənzilə qeydiyyata alınmaları iddianın əsaslılığını güman etməyə imkan vermir.

34. Bundan başqa, iddiaçı cavabdehin adına tərtib edilmiş müqavilədə və MTKnın ümumi yığıncağını n protokolundan çıxarışda mübahisəli mənzilin sahəsinin 167,28 kv.m, onun adına tərtib edilmiş dövlət reyestrindən çıxarışda isə 154,9 kv.m göstərilməsinin, bu ölçülərin onunla bağlanmış müqavilədə göstərilmiş 179,29 kv.m sahədən daha az olmasının, mənzilin sahəsinin çıxarışda göstərilən ölçülərinin müqavilədə və protokoldan çıxarışda göstərilən sahələrdən fərqli olmasının həmin müqavilənin sonradan bağlanmasına və saxta olmasına dəlalət etdiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, mənzil sahəsinin əvvəllər 179,29 kv.m olması, sonradan arakəsmələr və divarlar tikildikdən sonra həmin sahənin 167,29 kv.m-ə qədər azalması işin araşdırılan halları ilə öz təsdiqini tapmamışdır və bu dəlil yalnız iddiaçının ehtimallarına əsaslanır. Tərəflərin təqdim etdikləri müqavilələrdə də, mənzilin ümumi sahəsinin arakəsmə və divarlar nəzərə alınmaqla, yaxud bunsuz hesablanması göstərilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının özünün adına olan xx.xx.2010-cu il tarixli müqavilə və maliyyə arayışı eyni gündə tərtib edilmiş olsa da, həmin sənədlərdə də mənzilin sahəsi 179,29 kv.m və 178,79 kv.m olmaqla, fərqli göstərilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, qeyd edilən dəlil hazırkı iddianın əsaslılığı baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz.

35. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2006-cı ildə bağlanmış müqavilə əsasında Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 təhvil verilmiş, həmin mənzil onun tərəfindən təmir edilmiş, iddiaçı cavabdehin əmisi ilə yaxın münasibətdə olmuş və cavabdehin icazəsi ilə həmin mənzildə bir müddət yaşamışdır. Lakin sonradan iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və MTK mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisəli mənzildə bir müddət yaşadıqdan sonra mənzili tərk edərək getmişdir. Cavabdeh mənzilə dair mülkiyyət hüquqlarını 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır və hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4894/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barə də qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti iddia ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi iddia ərizəsində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa

39. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzər də tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası:

40. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

42. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

43. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

44. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməs inin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

54. Belə ki, işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisə eyni mənzillə bağlıdır (§ 23-26) və həmin yaşayış sahəsinə dair “Qaraxan MTK” ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmış, sonuncu həmin ünvana qeydiyyata düşməklə orada yaşamışdır.

55. Belə ki, “Qaraxan MTK” xx.xx.2012-ci il və xx.xx.2021-ci il tarixli arayışlarla (cild 1, səh.183-184), İddiaçı və Ayna Hacıyevanın mübahisəli mənzildə qeydiyyatda olma və yaşama faktlarını təsdiq etmişdir.

56. Eyni zamanda iş materiallarında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında tər tib olunmuş xx.xx.2006-cı il tarixli müqavilə mövcuddur.

57. Birinci instansiya məhkəməsi xüsusi olaraq göstərmişdir ki, “...2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı ünvan 8ilinin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş. İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir”.

58. Həmin məhkəmə hesab etmişdir ki, “Cavabdeh2 ilə bağlanmış 2006-cı ildə deyil, çox sonralarda arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmiş, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il ta rixdən isə ünvan 3 ünvanında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi, protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilə etibarlı əqd hesab edilə bilməz”.

59. Apellyasiya instansiyası məhkəməsi bu dəlillərlə razılaşmadığını belə əsaslandırmışdır ki, “qeyd edilən müqavilədə “payçı” qismində çıxış edən cavabdehin müqavilə tarixindən sonra almış olduğu şəxsiyyət vəsiqəsinin məlumatlarına istinad edilməsi özü-özlüyündə bu müqavilənin etibarsız hesab edil məsi üçün əsas vermir. Belə ki, M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə "xxxx" MTK ilə M.Hüseynov arasında bağlanan müqavilə sonuncunun şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini müqaviləyə daxi l edən MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, həmin müqavilə onun imzalandığı tarixin qeyri-müəyyən olması səbəbindən etibarsız hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə görə, müqavilənin bağlanması tarixi müqavilənin standart şərti olmaqla, müqavilənin məzmununa aid tələblərə cavab verməlidir və bu şərtə düzgün əməl edilməsi öhdəliyini onu təklif etmiş tərəf, hazırkı halda MTK daşıyır. MTK tərəfindən bu tələbə əməl edilməməsi isə müqavilənin digər tərəfinin, hazırkı halda Cavabdeh2 ziyanına təfsir edilə bilməz.”

60. Bununla belə apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı işdə mübahisə sözügedən uyğunsuzluqların olduğu müqavilə tərəfi - Cavabdeh2la Cavabdeh1 MTK arasında deyil, digər müqavilə ilə mənzilə hüququnun yarandığını bi ldirən İddiaçı arasındadır.

61. Belə olan halda, apellyasiya məhkəməsinin müqavilədəki uyğunsuzluqları ağlabatan arqumentlərlə izah etmədən, onu Cavabdeh2 xeyrinə, digər mənzil alıcısı və mübahisə tərəfi olan İddiaçı zərərinə təfsir etməsi, xx.xx.2006-cı il tarixli müqavilənin saxta olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı şəkildə təkzib edilməsi sayıla bilməz.

62. Ona görə də sözügedən xüsusata dair apellyasiya məhkəməsinin mövqeyi qanuni əsaslandırma hesab edilmir.

63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanunil iyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

64. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

65. Beləliklə, Cavabdeh2 adına olan müqavilənin etibarsız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslandırılmış şəkildə təkzib olunmadığı halda işə mahiyyəti üzrə baxan məhkəmə mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmış İddiaçı həmin yaşayış sahəsi üzərindəki əmlak hüququna düzgün qiymət verməlidirlər.

66. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 15 dekabr 2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

67. Məlum olduğu kimi, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (§ 40-41).

68. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

69. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edi lməmişdir (§ 46-49).

70. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar