Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6122/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat münasibətləri, öhdəliyin kreditora və ya ixtiyarı çatan şəxsə ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-282/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən C avabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (Podratçı) ilə Cavabdeh Hüseynbala qızı (Sifarişçi) arasında bağlanmış 17.02.2016-cı il tarixli RH-01/16 saylı müqaviləyə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə işləri qəbul edib dəyərini müqavilənin şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin dəyəri 206000 manat təşkil edir. Həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən yerinə yetirilməsi nəzərdə tutulmuş işlərin tərkibinə qiyməti 17000 manat olan “Hazırlıq işləri” (1-ci bölmə), qiyməti 20000 manat olan “Torpaq işləri” (2-ci bölm ə), qiyməti 25000 manat olan “Svaylar” (3-cü bölmə), qiyməti 25000 manat olan “Bünövrə” (4-cü bölmə), qiyməti 25000 manat olan “Dəmir-beton konstruksiyalar, texniki zirzəmi” (5-ci bölmə), qiyməti 30000 manat olan “Dəmir-beton konstruksiyalar - 1 zirzəmi” (6-cı bölmə), qiyməti 30000 manat olan “Dəmir-beton konstruksiyalar, 1-ci mərtəbə” (7-ci bölmə) və qiyməti 34000 manat olan “Dəmir-beton konstruksiyalar, 2-ci mərtəbə” (8-ci bölmə) daxildir. Müqavilənin 6.4-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəniş müddətinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0,5% həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6.5-ci bəndinə əsasən gecikdirilmiş müddət üzrə hesablanmış cərimənin maksimal həddi müqavilə dəyərinin 10%-dən çox ola bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 127000 manat məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə 20600 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 147630 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müqaviləyə əlavə edilmiş qrafikin ilk beş bölməsi üzrə müəyyən edilmiş işlər sifarişçinin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində yarımçıq qalmışdır. Çünki icra edilmiş işlər cavabdeh tərəfindən təhvil alınmadığı, həmin işlərin qrafik üzrə müəyyən edilmiş qiymətləri isə ödənilmədiyi üçün növbəti işlə rin görülməsi qeyri-mümkün olmuşdur. Sonuncu dəfə 24.10.2016-cı il tarixdə cavabdehə işlərin təhvil alınması və ödənişlərin icra edilməsinə dair xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq həmin pretenziya məktubu da cavabsız qalmış, cavabdeh tərəfindən nə icra edilmiş işlər təhvil alınmamış, nə də ki, həmin işlərə dair xidmət haqqı ödənilməmişdir. Odur ki, bugünki tarixə cavabdehin iddiaçıya ödənilməmiş 127000 manat məbləğində borcu yaranmış və iddiaçı həmin xidmət haqqının məhkəmə qaydasında tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı müqavilənin 6.4-cü bəndində sifarişçi tərəfindən ödəniş müddətinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0,5% həcmində cərimənin ödənilməsi nəzərdə tutulduğundan həmin bəndə əsasən bu günki tarixə cavabdehin iddiaçıya 118110 manat məbləğində cərimə borcu yaranmışdır. Lakin müqavilənin 6.5-ci bəndinə əsasən gecikdirilmiş müddət üzrə hesablanmış cərimənin maksimal həddi müqavilə dəyərinin 10%-dən çox ola bilmədiyi üçün, cavabdehdən iddiaçının xeyrinə 20600 manat məbləğində cərimə borcu tutulmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31.07.2017-ci il tarixli, 8152 saylı rəyi ilə “Tikinti prosesinin vaxtı və maliyyə qrafiki”nə və smeta sənədlərinə müvafiq olaraq tədqiq olunan obyekt (zirzəmili, 2 mərtəbəli fərdi yaşayış evi) üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin, o cümlədən hazırlıq işlərinin, svayların qurulması, ərazinin geoloji mühəndis işlərinin aparılması, dəmir-beton bünövrənin, sütunların, ri gellərin, kəmərlərin, döşəmə və tavanın, su hovuzunun quraşdırılması işlərinin ümumi dəyərinin, 2% nəqliyyat xərci, 8% dolayı xərclər və 10% mənfəət xərcləri tətbiq edilməklə, 127044,1 manat məbləğində olduğu müəyyən edilmişdir. Tədqiq olunan halda, yuxarıda qeyd olunanları, o cümlədən müiki iş materiallarında olan, əlavə olaraq təqdim olunmuş və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, iş üzrə tərəflər arasında bağlanmış RH-01/16 saylı podrat müqaviləsi və həmin müqaviləyə 1 sayl Əlavə olan “Tikinti prosesinin vaxtı və maliyyə qrafiki” üzrə nəzərdə tutulmuş 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bölmələrin tam, 6-cı bölmənin isə yarısının İddiaçı tərəfindən icra olunduğu və həmin bölmələr üzrə icra olunmuş işlərin ümumi dəyəri 127044,1 manat məbləğində müəyyən olunur. İddiaçı tərəfind ən təqdim edilmiş 24.10.2016-cı il tarixli pretenziya məktubu ilə cavabdeh borcun qaytarılması, əks təqdirdə qanuna müvafiq tədbirlərin tətbiq ediləcəyi barədə xəbərdar olunmuş, bununla da, mübahisənin məhkəməyə qədər həlli qaydasına əməl olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(004)1134/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 127000 manat əsas borc, borcun gecikdirilməsinə görə 2600 manat cərimə olmaqla, cəmi 129600 manat borcun və ödənilmiş dövlət rüsumunun 26,40 manat hissəsinin İddiaçı-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 80 manat hissəsinin Cavabdeh, 12 manat hissəsinin İddiaçı-dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sifarişçi X1 Podratçı İddiaçı iiə aralarmda bağlanmış 17.02.2016-cı il tarixli, RH–01/16 saylı “podrat müqaviləsi”” üzrə öhdəliklərini pozaraq 1 saylı Ələvə olan “Tikinti prosesinin vaxtı və maliyyə qrafİki” üzrə icra edilmiş ilk altı bölmə üzrə işləri təhvil almasını, həmin işlərə görə sözügedən qrafık üzrə müəyyənləşdirilmiş ümumi 127000 manat borcunun qalması təsdiq edildiyindən həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, borcun vaxtında ödənilməməsinə görə cəvabdəhdən 20600 manat məbləğində cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzər ə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu odənıldıkdən şonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlmişdir ki, borcun vaxtında ödənilməməsinə görə 20600 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 2600 manat məbləğinə azaldılmalıdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 24 aprel 2019-cu il tarixli 2(103)4551/2019 saylı qətnaməsi ilə apellyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Cavabdeh podrat müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn 127000 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində 120000 manata yaxın pul ödədiyin i qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) 10 dekabr 2019cu il tarixli 2(102)-7615/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tikintiyə çəkilmiş xərclərin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsinədək hər iki tərəfin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, lakin apel lyasiya instansiyası məhkəməsi tikinti işlərinin aparılması ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya hər hansı pul məbləğinin verilib-verilməməsini araşdırmamış, bununla əlaqədar məhkəmə iclas protokollarına tərəflərin mövcud olmuş qarşılıqlı münasibətləri üzrə mübahisənin yaranma səbəbləri aydınlaşdırılmamışdır. Cavabdehin nümayəndəsi evin tikintisinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə öz razılığını bildirmişdir. Ekspert rəyi alındıqdan sonra isə cavabdehə və onun məhkəmə iclasında iştirak etmiş nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməmişdir. Bundan əlavə cavabdehin verdiyi apellyasiya şikayətində cavabdehin iddiaçıya 120000 manata yaxın pul məbləğini ödədiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi cavabdehin həmin dəlilinə iddiaçının münasibətini öyrənməmişdir. Bundan əlavə cavabdehin vəkili tərəfindən təkrar tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatət də də bu halın nəzərə alınmadığı qeyd edilmişdir. Cavabdeh tikinti işləri ilə bağlı iddiaçıya 120000 manat məbləğində pulun verilməsi ilə əlaqədar tərəflər arasında telefon vasitəsi ilə “WhatsApp” yazışmalarının olduğunu bildirmiş, lakin məhkəmə bu hala da qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Təkrar apellyasiya baxışı zamanı 03.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi telefon vasitəsilə iddiaçı tərəfindən göndərildiyi iddia edilən ödənişlərə dair yazını təqdim etmişdir. Cavabdehin nümayəndəsi həmin yazının iddiaçı t ərəfindən Niyazi müəllimin xətti ilə yazıldığını, cavabdehə göndərildiyini iddia etmişdir. Həmin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ödənişi təsdiq edən sənədin olmadığını, həmin sənədin kim tərəfindən nə vaxt yazılmasının müəyyən edilmədiyini, iddiaçının heç bir ödənişi etiraf etmədiyini, heç bir ödəniş olmadığını bildirmişdir. Həmin məhkəmə iclasında cavabdeh tərəfdən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Cavabdeh şəxsi sürücüsü olmuşdur. Lalə xanımın verdiy pulu aparıb Niyazi müəllimə vermişdir. Həmin pul evlə bağlı idi. Pulun verilməsinə dair qəbz olmayıb, bir-birlərini tanıyırdılar deyə qəbz yazılmayıb. Pulu 3 dəfəyə Niyazmi müəllimə çatdırmışdır. 10000 manatı 3 dəfə o aparmışdır. Niyazi müəllimi bu işlə bağlı tanımışdır. Nömrəsini vermişdilər, on a yönləndirmişdilər. Tikintinin şəklini o çəkib göndərmişdir. Yayın əvvəli, yoxsa axırı olduğunu dəqiq deyə bilmir. Ticarət mərkəzlərindən biri idi, Ə.Rəcəbli küçəsi idi. Pulu bilavasitə Niyazi müəllimə vermişdir. 03.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında Şirkətin direktorunun Elnur Sultanov olduğunu, Niyazi adlı işçilərinin olmadığını, "xxxx" MMC-nin Babək plazada yerləşdiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin vəsatətinə əsasən təkrar və əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 02.03.2021-ci il tarixli MB-14/0284 saylı qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh Hüseynbala qızı arasında bağlanmış RH-01/16 saylı “podrat m üqaviləsi” və həmin müqaviləyə 1 saylı Əlavə olan “Tikinti prosesinin vaxtı və maliyyə qrafiki” üzrə nəzərdə tutulmuş işlər bünövrə və kürsü hissəsində "xxxx" MMC tərəfindən 472,23 kvadrat metr sahədə müqavilə və 1 saylı Əlavəyə uyğun aparılmışdır. "xxxx" MMC tərəfindən görülmüş işlərin bazar dəyəri 87538,18 manat təşkil edir. Tikintiyə istifadə olunmuş tikinti materiallarının bazar dəyəri 59334,23 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Aida Hüseyn - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Afaq Nuriyeva) 26 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsin ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 87538,18 manat əsas borc, 1000 man at cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kimin tərəfindən və kimin əl yazısı ilə yazıldığını sübut edə bilmədiyi yazıya və şahid ifadəsinə əsaslanaraq iddiaçıya 120000 manata yaxın pul ödədiyini iddia etsə də, bu barədə, pulun məhz iddiaçı MMC-yə verilməsi barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi şirkətin direktorunun Elnur Sultanov olduğunu, Niyazi adlı işçilərinin olmadığını göstərmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə hesab atı birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyinə nisbətdə daha müfəssəl, izahlı və əsaslandırılmış formada tərtib edilmiş, fotoşəkillər əlavə edilmişdir. Natamam fərdi yaşayış evinin bütün hissələri və müqavilədə göstərilmiş əlavə üzrə mərhələlərə çəkilmiş xərclər qeyd edilmişdir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, görülmüş işləri n dəyəri olaraq cavabdehdən 87538,18 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə dəbbə pulu hissədə Mülki Məcəllənin 462, 467-ci maddələrinə və tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə istinad edərək tələb edilən dəbbə pulunu azaltmış və cavabdehdən 1000 cərimə tutularaq iddiaçıya ödənilməsini müəyyən etmişdir. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əsaslandırmasından da göründüyü kimi, mə hkəmə Ali Məhkəmənin göstərişlərinə (iddiaçının “WhatsApp” yazışmaları vasitəsi ilə pulu qəbul etməsini etiraf etməsi xüsusatının araşdırılmasına dair) riayət etməyə çalışmışdır. Lakin həmin araşdırmanı tam həyata keçirməmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən tikinti işləri ilə bağlı iddiaçıya pulun verilməsini təsdiq edən telefon vasitəsi ilə “WhatsApp” yazışmalarını əldə edərək, həmin yazışmalarda olan ödəmələrin Niyazi adlı şəxsə edilməsini təsdiq edən şahid ifadələrini sübutlar siyahısına salsa da, ortaya çıxmış ziddiyyətləri aydınlaşdırmamışdır. Həmin ziddiyyət ondan ibarət olmuşdur ki, cavabdeh ödəmələrin mövcud olmasını təsdiq edən “WhatsApp” yazışması olmasını qeyd etmişdir və həmin yazışmanı məhkəməyə təqdim etmişdir. Bundan başqa həmin ödəmələrin edilməsini təsdiq edən şa hid məhkəmə içlasında dindirilmişdir. Həınin şahid ödəmənin onun tərəfindən Niyazi adlı şəxsə, Ticarət mərkəzlərindən birində edilməsini təsdiq etmişdir. Lakin 03.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 həmçinin, Şirkətin direktorunun Elnur Sultanov olduğunu, Niyazi adlı işçilərinin olmadığını qeyd etmişdir. Məhkəmə iclas zalında müəyyən olunmuşdur ki, cavabdeh tərəfındən ödəmə Niyazi adlı şəxsə edilmişdir, iddia tərəf isə iddia etmişdir ki, onların Niyazi adlı işçisi olmamışdır. Lakin məhkəmə nəticədə əldə olunan ziddiyyiətləri aradan qaldırmağa çalışmamışdır. Cavabdeh tərəfdən Niyazinin şəxsiyyəti barədə məlumatları istəməmiş, bu barədə sual belə verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə eti raz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin eidlmiş, iddiaçı tələbin rəd d edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də iddia tələbi qismən təmin edilmiş, iddiaçı yenə də tələbin rədd edilən hissəsindən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə y etirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurular, zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu məna da, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia edir ki, görülmüş işlərin muzdu olaraq Niyazi adlı şəxsə 120000 manat yaxın pul ödəmişdir. Mülki Məcəllənin 433-cü maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunma sını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Normanın tələbindən gördündüyü kimi, borclu (hazırki işdə cavabdeh – sifarişçi) podart müqaviləsi üzrə müəyyən edilmiş muzdu ixtiyarlı şəxslə ödəməsini sübut etməlidir. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halı, yəni Niyazı adlı şəxsin iddiaçı ilə əlaqəsinin olub-olmamasını, Niyazı adlı şəxsin podrat münasibətləri üzrə muzdu qəbul etmək üçün ixtiyarlı şəxs olub-olmasını sübut edə bilməmişdir. Bu halın riski isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal, cavabdehin həmin şəxsə qarşı verdiyi pulun qaytarılması barədə iddia tələbi irəli sürmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-282/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.