Məhkəmə qərarları › İş №2(102)-6124/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6124/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6124/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı lpo İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4050/2021 nömrəli, 24.06.2021ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2015-ci il tarixli, 397/E saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən güzəşt müddəti 6 ay təşkil etmiş, ilk 6 ay 1533 ABŞ dolları ödənilməklə faiz borcundan çıxılması nəzərdə tutulmuşdur.

2. Həmin kredit müqaviləsinin təminatı qismində 15.10.2015-ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsind ə yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir.

3. Bundan başqa, 15.10.2015-ci il tarixli, 397EZ saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 15.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Borcalan tərəfindən kredit müqaviləsi üzrə cəmi 4600 ABŞ dolları pul məbləği ödənilmiş və həmin məbləğ faiz borcundan çıxılmışdır. 4. 14.09.2018-ci il tarixli maliyyə arayışı ilə Cavabdeh1 iddiaçıya 80000 ABŞ dolları əsas borcu, 45818 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 130818 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2015-ci il tarixli 397/E saylı kredit müqaviləsinə, Cavabdeh2 ilə bağlanmış 15.10.2015-ci il tarixli 397/EZ saylı zaminlik müqaviləsinə əsəsən onlardan 80.000 ABŞ dolları əsas borc, 45.818 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 130.818 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsümunun tutularaq ASC-nin xeyrinə ödənilməsi, tutmanın ASC ilə Cavabdeh2 arasında bağlanan 15.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, Abşer on rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 120.000 manat qiymətləndirilməsi, Cavabdeh2 həmin fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməsi və 1 ay müddətində evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(001)-107/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilmiş, 15.10.2015-ci il tarixli, 397/E saylı kredit müqaviləsi üzrə əsas borca görə 80000 ABŞ dolları, faiz borcuna görə 45818 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, cəmi 5. 126318 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətindəki ipoteka predmeti olan Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 193000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına X2 İddiaçıASC-yə olan borcun ödənilməsinin təmin edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq X1 İddiaçıASC-yə ödənilməsi, ekspertiza xərcinin dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət bü dcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, borcalan tərəfindən kredit müqaviləsi üzrə cəmi 4600 ABŞ dolları pul məbləği ödənilmiş və həmin məbləğ faiz borcunndan çıxılmışdır.

9. Məhkəmə tərəfindən qalıq kredit borcunun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, tədqiqat nəticəsində ödənilmiş 4600 ABŞ dolları məbləğində pulun 4548.89 ABŞ dollarının əsas borca, 51.11 ABŞ dollarının faiz borcuna silinərək, qalıq kredit borcunun əsas borc üzrə 75451.11 ABŞ dolları, faiz borcu üzrə 34659.31 ABŞ dolları olduğu müəyyən edilmişdir. Lakin məhkəmə bununla bağlı qeyd etmişdir ki, ekspertiza tədqiqatı aparılan zaman kredit müqaviləsində nəzərdə tutulmuş 6 aylıq güzəşt müddəti nəzərə alınmamış, ödənilmiş 4600 ABŞ dollarının faiz borcundan silinməli olması nəzərdən yayınmışd ır. Yəni, borcalan kredit müqaviləsi üzrə 3 aylıq faiz ödənişi etmiş sonradan ödənişləri həyata keçirməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borc üzrə ödəniş həyata keçirilmədiyindən əsas borc əvvəldən olduğu kimi, yəni 80000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə o qənaətə gəlmişdir ki, həm 80000 ABŞ dolları əsas borca görə faktiki 23.74 faizlə faiz borcunun 3 illik məcmusu(80000X23.74/100X36-4600), həm də qrafik üzrə ödənişlər həyata keçirilmədiyinə görə qalıq əsas borca münasibətdə aylıq faizlər hesablandıqda iddiaçının tələbindən daha çox müəyyən edilir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, kredit borcu tələb həddində əsas borca görə 80000 ABŞ dolları, faiz borcuna görə 45818 ABŞ dolları müəyyən edilməlidir.

11. Məhkəmə işin halla rını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə məbləği endirilməli və 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

12. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2015-ci il tarixli, 397/E saylı kredit müqaviləsi qalıq kredit borcu, əsas borc üzrə 80000 ABŞ dolları, faiz borcu üzrə 45818 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 126318 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

13. İpoteka predmeti olan mənzilin hazırki satış qiymətinin müəyyən olunması məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(001)8625/2018 saylı və 28.11.2019-cu il tarixli, 2(001)-913/2019 saylı qərardad larına əsasən iş üzrə 2 qiymətləndirmə ekspertizası təyin olunmuşdur. 14. "xxxx" MMC-nin 21.01.2019-cu il tarixli, 239M saylı rəyində göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan, Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 193000 manat müəyyən edilmişdir. Legal Prime Hüquq və Consulting Şirkətinin 03 mart 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 mülkiyyətində olan, Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 1380 00 manat təşkil etmişdir.

16. Məhkəmə əmlak bazarında qiymətlərin dəyişkənliyini, əmlakın fotoşəkillərdən görünən təmirini, əmlakın və torpağın sahəsinin nəzərə alaraq hesab etmişdir ki, əmlakın ilkin satış qiymətinin (likvid dəyəri) 193000 manat müəyyən edilməsi ağlabatan və məqsədəmüvafiqdir.

17. Birinci instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdehlər apellyasiya şikayətləri vermişdir.

15. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 24.06.2021-ci il tarixli, 2(103)-4050/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(001)-107/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 121000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Bakı Apelyasiya Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(103)-4050/2021 saylı qərardadı ilə Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

20. MBA LTD MMC-nin 31 may 2021-ci il tarixli 14/0689 nömrəli qiymətləndirmə hesabatına ilə Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin 31 may 2021-ci il tarixə likvid dəyərinin 121000 manat təşkil etdiyi müəyyən edilmişdir.

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəmələri iş üzrə digər hissələrdə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin qiyməti ilə bağlı həmin hissədə qətnamə dəyişdirilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir.

18. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikay ətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin qiymətinə aid hissədə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. 23. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə. 443.1. Öhdəliyini icra etmə yən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

30. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

32. Maddə. 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətlən diricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

33. Maddə 1.0.9. İlkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ka ssasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ipoteka predmetinin müəyyən olunmuş qiyməti Cavabdeh1 vəziyyətini və qətnamənin icrasını çətinləşdirir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin qiymətinin müəyyən olunması üçün aşağı instansiya məhkəmələri tərəfindən üç dəfə ekspertiza keçirilmiş, sonuncu dəfə apellyasiya məhkəməsinin təyin etdiyi ekspertiza ilə ipoteka predmetinin likvid dəyərinin 121000 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi də ekspert rəyinə əsaslanmaqla, ipoteka predmetinin qiymətini müəyyən etmişdir. 41. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

42. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin baza r dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

44. Beləliklə, kassasiya kollegiyası belə hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutmaqla, mübahisələndirilən hissədə qanuni və əsaslı nət icəyə gəlmişdir.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

46. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Cavabdeh tərəf ipoteka ilə yüklü edilmiş evin likvid qiymətinin daha artıq olmasına dair mötəbər sübutlar təqdim edə bilməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

39. Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4050/2021 nömrəli, 24.06.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar