Məhkəmə qərarları › İş №2(102)-6125/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6125/2022

21.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6125/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Zolfi Bakhshalinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6125/2022 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Zolfi Bakhshalinin Cavabdeh qarşı cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5352/2022 nömrəli mülki iş üzrə 06 oktyabr 2022ci il tarix li qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “cavabdehin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 384 nömrəli mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhər Yasamal Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1771/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi il ə (hakim Kərim Xudayev) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5352/2022 nömrəli iş üzrə 4 avqust 2022 il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

6. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 408.1.5-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir.

7. Belə ki, kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdehin kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, habelə şikayətə rüsumun ödənilməsini təsdiq edən sənəd və vəkil orderi əlavə olunmayaraq şikayət vəkil tərəfindən imzalanmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh (Vəkil2) həmin qərardaddan kassasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir

9. Şikayət belə əsaslandırılmışdır ki, 04 avqust 2022-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayəti 02 oktyabr 2022-ci il tarixdə elektron sistemə yüklənmişdir. Verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması göstərilmiş, şikayətinə xx.xx.2022-ci il tarixli ******* saylı order və xx.xx.2022-ci il tarixli 97663665 saylı mədaxil qəbzi əlavə edilmiş və kassasiya şikayəti verən şəxs və vəkil tərəfindən imzalanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 408.1.3.“. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən“qaytarılır.

12. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən“qaytarılır.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

18. İş materiallar ından və elektron məhkəmə informasiya sistemindəki məlumatlardan göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixdə elektron sistemə yüklənmiş kassasiya şikayətinə nə dövlət rüsumunun ödənilməsi barədə qəbz, nə də vəkil orderi əlavə edilməmişdir. Həmçinin kassasiya şikayətində məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halalrın aydınlaşdırılmamasına istinad edilmiş və maddi və prossesual hüquq normalarının pozuntusunun nədən ibarət olması göstərilməmişdir.

19. Cavabdeh xx.xx.2022-ci il tarixli qərardad qəbul edildikdən sonra xx.xx.2022ci il tarixdə həmin sistemə yerləşdirdiyi kassasiya şikayətinə yuxarıda qeyd edilən sənədləri əlavə kimi yükləsə də, apellyasiya məhkəməsi həmin sənədləri nəzərə ala bilməzdi.

20. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5352/2022 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar