Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6126/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının 2(103)-7867/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi” tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.10.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2019cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yenidən dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tərəfindən verilmiş 28.11.2017-ci il tarixli 939/3/2017 saylı əmrin ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa edilməsi və məcburi iş buraxılmağa görə ona kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi r. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova, iş № 2(009)1364/2021)10 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırda eyni tərəflər arasında və eyni predmet barəsində iş üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcuddur. Belə olan halda iddiaçının ha zırki iddia ərizəsinə baxılmasına qanunvericilik baxımından yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hazırki iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin Bakı şəhəri Səbail Rayon Məhkəməsində əvvəl irəli sürülmüş tələblərlə eynilik təşkil etməsini, həmçinin əvvəlki və hazırki iş üzrə tərəflərin də eyni olduğunu, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla olan mülki mübahisə üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə alaraq belə hesab etmişdir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamələrdə iş mahiyyəti üzrə araşdırılmamış, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyinə görə iddia ərizəsi təmin edilməmişdir. İddia müddətinin ötürülməsinə səbəb isə hazırda ləğv edilmiş Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsində də qeyd edilir ki, əgər iddiaçı birinci iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadını qanunsuz hesab edirsə, qanunla müəyyən edilmiş qaydada onu mübahisələndirməli, iddiasına baxılmasını tələb etməlidir. O da Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadından şikayət vermiş və nəticədə Bakı şəh, səbail Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il və 14 dekabr 2018-ci il qərardadları ləğv edilmişdir. Hazırda da məqsədi onun iddiasına mahiyyəti üzrə baxılıb ədalətli qətnamə qəbul edilməsidir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmı şdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq şikayətdə göstərilənlərə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb edir. Hesab edir ki, iddia müddəti tətbiq edildiyindən iş mahiyyəti üzrə araşdırılmamışdır, iddia müddətinin ötürülməsinə səbəb olan hal müəyyən edilmiş və aradan qaldırılmışdır, bu səbəbdən də iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə hesab etmişdir ki, şikayətçinin göstərdiyi hallar hazırkı qərardadın ləğvinə əsas ola bilməz. Hazırda eyni tərəflər arasında, eyni əsaslar üzrə və eyni predmet barəsində iş üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcuddur və bunu istisna edən heç bir hal müəyyən edilməmişdir. İddiaçı (Vəkil) kassasi ya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iş üzrə qəbul edilmiş qətanamələrdə iş mahiyyəti üzrə araşdırılmayıb, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyinə görə iddia ərizəsi rədd edilib. İddia müddətinin ötürülməsinə səbəb isə hazırda ləğv edilmiş Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadı olub. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsində də qeyd edilir ki, (səh.3, 3-cü abzas) əgər iddiaçı 1-ci iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qərardadı qanunsuz hesab edirsə, qanunla müəyyən edilmiş qaydada onu mübahiələndirməli, iddiasına baxılmasını tələb etməlidir. O, da Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il tarixli qəraradadından şikayət vermiş və nəticədə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 26.01.2018-ci il və 14 dekabr 2018-ci il tarixli qərardadları ləğv edilmilşdir. Hazırda da məqsədi onun iddia tələbinə mahiyyəti üzrə baxılıb ədalətli qətnamə qəbul edilməsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlar a qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya idd iaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işlə tərəflər arasında olmuş məhkəmə mübahisəsinin predmeti eynidir və əvvəlki iş üzrə iddia tələbinə baxılaraq qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçınını kassasiya şikayətində qeyd etdiyi hallar (iddia müddətinin ötürülməsinə əsas olmuş qərardadın ləğv edilməsi) etni tərərlər arasında eyni predmet üzrə işə yenidən baxılmasının yolverilməzliyini aradan qaldırmır. Bunun üçün qanui əsaslar olacağı təqdirdə iddiaçı həmin hala (iddia müddətinin ötürülməsinə əsas olmuş qərardadın ləğv edilməsinə) istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxılması üçün ərizə ilə Ali Məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7867/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6126/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6126/2021
22.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver