Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6127/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6127/21 (Açar sözlər: əmək haqqı) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil2 və Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7046/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiy a şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh-yə sürücü vəzifəsinə qəbul edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə kimi hər ayda 600 manat verilməklə, cəmi 2400 manat pulun əmək haqqı, habelə 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 manat olmaqla cəmi 2500 manatın, ümumilikdə isə 4900 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərə k, mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 avqust 2019-cu ildə Sahil qəsəbəsində yerləşən Cavabdeh-nin direktorunun köməkçisi Samir adlı şəxs tərəfindən işə qəbul olunmuşdur. Əmək haqqı olaraq 600 manat razılaşdırılmış, fəhlə daşımaq üçün FORD markalı mikro avtobus sürmüş, 25.12.2019-cu ilə kimi həmin işi yerinə yetirmişdir. Bu müddətdə ona rəhbərlik tərəfindən heç bir xəbərdarlıq edilməmişdir. Samir ilin sonunda yol vərəqəsini yazıb ona verərək, “07 yanvar 2020-ci ildə işə çıxıb fəaliyyətini davam etdirərsən” demişdir. İddiaçı 07.01.2020-ci ildə işə çıxmaq üçün cəhd göstərmiş, lakin Samir ona müxtəlif bəhanələr gətirmiş və onu işə qaytaracağını demişdir. İddiaçı aprel 2020-ci ilə kimi Samirin onu aldatdığını və usta Sahiblə birlikdə ona qarşı qərəzli plan qurduqlarını öyrənmişdir. Ona görə də o, direktora aprel ayının axırlarında müraciət etdmiş və onu aldadaraq işindən uzaqlaşdırdıqlarını və onun yerinə başqasını sürücü olaraq gətirdiklərini bildirmişdir. Beləliklə direktorun köməkliyi ilə o, işə qayıtmış və onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər əmək haqqı olaraq 500 manata razılaşmış və 01.10.2020-ci ilə kimi o, orda işləmişdir. İddiaçı ilə əmək müqaviləsi 5 ay müddətinə bağlanmışdır. Direktor ona oktyabr 2020-ci ildən işin olmayacağını və olan zaman onu çağıracağını bildirmişdir. O, qeyd olunan vaxtdan özünə iş axtarır, lakin tapa bilmir. Ona işlədiyi 5 ay müddət üçün əmək haqqı olaraq 144 manat karta pul köçürülmüş, o, işdən çıxmaqla bağlı isə heç bir ərizə yazmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 may 2021-ci il tarixli, 2(005)-2202/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədək işə bərpa və iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə 30.03.2021-ci il tarixlə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 30.09.2020-ci il tarixli, 222/K saylı əmrlə işdən azad olunmuş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 B bəndi, 73-cü maddəsinin 1 hissəsi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. İddiaçıya əmək kitabçasını götürmək təklif olunmuş, lakin iddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş, işəgötürənin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 30.09.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, bu hadisədən 6 aydan artıq müddət keçdikdən sonra, yəni 30.03.2021-ci il tarixdə işə bərpa olunma və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin 3 bəndinin tələbləri baxımından artıq 30.09.2020-ci il tarixdə bilmişdir. Buna baxmayaraq, 6 aydan artıq müddət keçdikdən sonra hazırki iddianı məhkəmədə qaldırmışdır və bununla da fərdi əmək mübahisələri üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq məhkəməyə müraciət etmə müddətini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia müddətinin tədbiq edilməsi barədə cavabdehin ərizəsi iddiaçı tərəfindən 1 aylıq məhkəməyə müraciət etmə müddəti üzrlü səbəblər olmadan buraxıldığından əsaslıdır və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia müddətin tədbiq edilmədiyi təqdirdə belə, hər bir halda hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, əmək münasibətləri tərəflər arasında bağlanmış əmək müqaviləsi (kontrakt) əsasında yaranmış və həmin müqavilənin şərtlərinə uyğun 1 ay müddətinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Əmək qanunvericliyi ilə müəyyən edilmiş müddətli müqavilənin xitam verilməsi qaydası və xitamının sənədləşdirilməsi ilə bağlı tələblərə işəgötürən tərəfindən riayət edilmişdir. Məhkəmə, əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğu ilə bağlı iddiaçının istinad etdiyi hallara iş materialları ilə birlikdə qiymət verərək hesab edir ki, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin müddətli əmək müqaviləsi ilə tənzimlənməsi və əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddət in bitməsi ilə əlaqədar olaraq ləgv edilərək iddiaçının tutduğu vəzifədən azad edilməsi, əmək qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyindən, iddiaçının işə bərpa barədə tələbi təmin edilə bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini A zərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.5, 68.2, 73.1, 83.1, 296.1, 296.2, 296.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı məhkəmə ərizə ünvanlayaraq, tələbinin “işə bərpa olunmaq” hissəsindən imtina etməsini, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova- sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) 17 iyul 2021ci il tarixli, 2(103)-7046/2021 saylı qərardadı ilə idd iaçının iddia tələbinin “işə bərpa” hissəsindən imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-2202/2021 saylı qətnaməsinin iddia tələbinin “işə bərpa” hissəsində ləğv edilərək mülki işin icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova- sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) 17 iyul 2021-ci il tarixli, 2(103)-7046/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-2202/2021 saylı qətnaməsinin apelyasiya baxışının predmeti hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırm ışdır ki, iddiaçı yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixədək əmək haqqının ona verilməsini tələb etsə də iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilk olaraq 07.01.2020-ci il tarixdə ərizə yazaraq tutduğu vəzifəsindən azad edilməsini xahiş etmiş, 30.04.2020-ci il tarixdə isə ərizə ilə cavabdehə müraciət edərək, müvafiq işlə təmin edilməsini xahiş etmişdir ki, iddiaçı qeyd etdiyi dövr, yəni yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə qədər cavabdeh təşkilatda işləmədiyindən həmin dövrə görə də hər hansı əmək haqqının tələb edilməsi əsassız olmuşdur. Bundan başqa iddiaçı - 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 manat olmaqla cəmi 2500 manatın cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, işin faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30.09.2020-ci il tarixli, 222/K saylı əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir ki, iddiaçı həmin dövrdən sonra üçün əmək haqqı tələb edir, bu isə əmək qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına əsasən ziddiyyət təşkil edir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri apellyasiya baxışının predmeti hissəsində qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları öyrənilmədən, tələsik qətnamə qəbul edilmişdir. Hesab edir ki, tələbinin məhkəmə tərəfindən tam həcmdə təmin edilməmsi hissəsində onun hüquqları pozulmuşdur. O, apelyasiya baxışı zamanı məhkəməyə işdən çıxması barədə onun adından yazılmış 07.01.2020-ci il tarixli ərizənin onun tərəfindən yazılmadığını, ərizədəki imzanın saxta olduğunu, həmin ərizənin cavabdeh tərəfindən saxtakarlığa yol verilərək yazıldığını və nəticə etibarı ilə imzanın həqiqiliyinin yoxlanmasını məhkəmədən xahiş etsə də, məhkəmə onun xahişini təmin etməmiş, lazımi ətraflı araşdırma apar maqdan imtina etmişdir. Məhkəmə cavabdehin yalan və həqiqəti əks etdirməyən mülahizələri ilə kifayətlənmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bil ər. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində onun işdən azad olunması barədə 07.01.2020-ci ildə adından yazılmış ərizənin onun tərəfindən imzalanmadığını, saxtakarlığa yol verildiyini məhkəməyə bildirib imzanın ona məxsus olmasının yoxlanmasını xahiş etməsini bildirsə də, bunun nəzərə alınmasından imtina edildiyini göstərsə də, kasasiya yoxlaması nəticəsində iddiaçının bu barədə hər hansı vəsatətlə məhkəməyə müraciət etdiyi müəyyən edilməmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə müəyyən edilmişdir ki, iddiaçı ilə əvvəl 2020-ci ilin yanvar ayında öz ərizəsi ilə işdən azad edilmiş, 30.09.2020-ci ildə isə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilmişdir. Belə olan halda isə iddiaçı üçün tələb etdiyi dövrlər üzrə hər hansı məbləğdə əmək haqqının hesablanması və tutulması əsassızdır. Odur ki, apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti t əmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7046/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.