Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6131/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə, Ərizəçi tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1476/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax rayon məhkəməsinin (hakim Toğrul Əliyev) 14 dekabr 2018-ci il tаrixli, 2(039)2791/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 05 iyun 1974-cü il tarixdən 15 noyabr 1976-cı il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi, 15 noyabr 1976-ci il tarixdən 18 dekabr 1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə və 18 dekabr 1978-ci il tarixdən 27 dekabr 2001-ci il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 02 may 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax rayon məhkəməsinin 14 dekabr 2018-ci il tаrixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ərizə Ərizəçi 05 iyun 1974-cü il tarixdən 15 noyabr 1976-cı il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi və 18 dekabr 1978-ci il tarixdən 27 dekabr 2001-ci il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi əmək fəaliyyətində olması faktının müəyyən edilməsi hissədə rədd edilmişdir. İşin halları: Ərizəçi maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Yevlax şəhər şöbəsini qeyd etməklə, ərizə ilə Yevlax rayon məhkəməsinə müraciət edərək onun 05 iyun 1974-cü il tarixdən 15 noyabr 1976-cı il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı, 15 noyabr 1976-ci il tarixdən 18 dekabr 1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə və 18 dekabr 1 978-ci il tarixdən 27 dekabr 2001-ci il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi əmək fəaliyyətində olma faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Ərizəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ərizəsində göstərilən halları təsdiq edəcək sübut olaraq şahidləri məhkəməyə təqdim etmiş, lakin məhkəmə şahid ifadələrini sübut kimi qəbul etməyərək qanunsuz və əsassız qətnamə qəbul et mişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi q əbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əm lak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci və 307.2.11-ci maddələrinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi sadalanan normalara istinad edərək onun 05 iyun 1974-cü il tarixdən 15 noyabr 1976-cı il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı, 15 noyabr 1976-ci il tarixdən 18 dekabr 1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə və 18 dekabr 1978-ci il tarixdən 27 dekabr 2001-ci il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi əmək fəaliyyətində olma faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, bi rinci instansiya məhkəməsi şahid ifadələrinə istinad edərək ərizəni təmin etmişdir. Maraqlı şəxsin apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi heasb etmişdir ki, birinci instansiya məhkəməsi Ərizəçi 05 iyun 1974-cü il tarixdən 15 noyabr 1976-cı il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi və 18 dekabr 1978-ci il tarixdən 27 dekabr 2001-ci il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi əmək fəaliyyətində olması faktının müəyyən etməklə Mülki Prossesual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, Ərizəçi, 15 noyabr 1976-ci il tarixdən 18 dekabr 1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olması, 05 iyun 1974-cü il tarixdən 15 noyabr 1976cı il tarixədək və 18 deka br 1978-ci il tarixdən 27 dekabr 2001-ci il tarixədək Yevlax Dəmir Beton Məmulatları Zavodunda qaynaqçı kimi işləməsi faktının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələblərini pozmaqla təsdiq etmişdir. Yalnız iki nəfər şahid, X4 və şahid X3 ifadələrinə əsaslanan məhkəmə nəzərə almamışdır ki, ərizəçi hərbi ximətdə olması barədə hərbi vəsiqənin və zavodda işləməsi barədə əmək kitabçası və digər sənədlərin başqa qaydada ala bilməməsini, yaxud itirilməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bu məsələrlə bağlı ərizəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya Yevlax Dəmir Beton Məmulatları Zavoduna, həmçinn Dövlət Arxivinə müracitə edərək müvafiq cavablar almamışdır. Halbuki, Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsinə əasasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə isə başqa sübut və ya hər hansı bir dəlil yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndi rmə ilə razılaşır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ərizəçi kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1476/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6131/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6131/2019
02.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver