Məhkəmə qərarları › İş №2(102)-6134/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6134/2022

22.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6134/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və X1 Cavabdeh və üçüncü şəxs DƏDRX 13 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı və X1 Cavabdeh və üçüncü şəxs DƏDRX 13 saylı Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1534/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərardadından C avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı və X5 Cavabdeh və üçüncü şəxs DƏDRX 13 saylı Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Salyan Rayon Məhkəməsinin (hakim A.H.Səmədov)19 may 2022-ci il tarixli, 2(057)-65/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mərhum X2 məxsus ünvan 1 ünvanında yerləşən 0,059997 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi torpaq sahəsinin plan və ölçüsünə uyğun olaraq bir tərəfdən eni 1 metr tədricən darlaşan uzunluğu 30 metr olan hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində inşa olunmuş hasarın sökülməsi qət edilmişdir.

3. Cavabdeh Salyan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(057)-65/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Salyan Rayon Məhkəməsinin (hakim A.H.Səmədov) 07 iyun 2022-ci il tarixli, 2(057)-65/2022 nömrəli qərardadı ilə Cavabdeh Salyan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(057)-65/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti sənədlərlə birlikdə geri qaytarılmışdır.

5. Cavabdeh Salyan Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(057)-65/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını, əks halda şi kayətin işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Salyan Rayon Məhkəməsinin (hakim A.H.Səmədov) 14 iyun 2022-ci il tarixli 2(057)-65/2022 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) 04 iyul 2022-ci il tarixli, 2(106)1534/2022 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(057)-65/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiya məhkəməsi MPM-in 363.1.1-1 və 363.1.5-ci maddələrinə isti nadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətindən görünür ki, Cavabdeh Salyan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(057)-65/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl etməmişdir.

9. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətindən görünür ki, Cavabdeh işin faktiki hallarına istinad etsə də, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, məhkəmənin gəldiyi nəticəni əsassız hesab etməsinə dair hər hansı bir sübuta istinad etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh Şirva n Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(106)-1534/2022 nömrəli qərardadından kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinə və apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatına qəbul edilərək baxılması üçün təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Salyan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(057)-65/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərkən maddi və prosessual normaları tam şəkildə əsaslandırmışdır. Heç bir qanun pozuntusuna yol verməmişdir. Tam əsaslandırılmış apellyasiya şikayəti yazılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin verdiyi apellyasiya şikayət ini qanunsuz olaraq geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 13. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 14. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 15. 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 16. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının a dı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 17. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 18. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 19. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 20. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 21. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 22. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəll ənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 23. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 24. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin apellyasiya instansiy ası məhkəməsinə göndərilməlidir.

28. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelly asiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir

29. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların da yoxlanılmasını da ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsinə müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda, eyni zamanda müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədikdə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır.

30. Baxılan işdən göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş və apellyasiya instansiyası məhkəmə bu mövqe ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, şikayətçi ərizədə məhkəmə aktının hansı hissədə mübahisələndirdiyini, şikayət verən məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsasları, sonuncunun istinad etdiyi konkter fakt və halları, habelə onları təsdiq edən sübutları qeyd etməmişdir. Eyni zamanda şikayətçi ərizədə qətnamənin nəticə hissəsini qeyd etməmişdir. Ərizəçi ərizədə qanunvericiliyin normalarını köçürmüş, həmin normaların mübahisəyə aidiyyəti olub-olmamasını əsaslandırmamışdır. Nəticədə isə MPM-in 361-ci maddəsinin tələbi pozulmuşdur.

31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası MPMin 361.1-ci maddəsi ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl edilməmişdir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya m əhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, sübutlara düzgün qiymət verilmədiyini, işin hallarının təqdim olumuş sübutlara əsasən qiymətləndirilmədiyinə istinad etmişdir. Bunlarla bağlı isə müvafiq maddi və prosessual hüquq normalarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs qəbul edilmiş qətnamənin həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməlidir. Bu baxımdan qeyd edilməlidir ki, cavabdeh məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməsini, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməli olmasına dair şərtlərə əməl etmişdir.

32. Digər tərəfdən iş materiallarında olan cavabdehin apellyasiya şikayət indən müəyyən olunur ki, şikayət Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsi olan apellyasiya şikayətinin formasına uyğun tərtib edilmişdir. Apellyasiya şikayətində pozulması iddia olunan maddi hüquq normaları kimi Mülki Məcəllənin 139, 152, 157-ci maddələrinə və digər maddələrə istinad etmişdir. Həmçinin, prosessual hüquq normalarının pozuntusu kimi Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə və digər maddələrin məzmununa istinad etmişdir. Həmçinin cavabdeh məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını göstərmişdir.

33. Göründüyü kimi apellyator apellyasiya şikayətini prosessual hüquq normalarına uyğun tərtib etmişdir.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997- ci il tarixli qərarında göstər mişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir k i, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(106)-1534/2022 nömrəli qərardadı ləğv edilsin və iş materialları cavabdehin şikayətinə yenidən hüquqi qiymət verilməsi üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar