Məhkəmə qərarları › İş №2(102)-6139/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6139/2019

30.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6139/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli 2(103)-4125/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsi tərəfind ən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi "hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, onun 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək xxx kənd kolxozunda kolxozçu işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci tarixdən 28.11.1988-ci il tarixədək xxx kənd sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci ildə xxxrayonunda doğulmuşdur. 14.09.1974-cü il ta rixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək Ermənistan SSR, Noyemberyan rayonu, Pitkavan kənd sovxozunda fəhlə olaraq işləmişdir. Lakin 1988-ci il tarixdə məlum hadisələrlə bağlı əmək kitabçası Cil kənd kolxozunda qalmışdır. O, təqaüd alması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etsə də, 12 illik stajı əmək kitabçasında öz əksinin tapmadığından şöbə bundan imtina edərək ona bildirmişdir ki, əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada iş stajı təqdim edilmədiyindən əmək pensiyası hüququ yaranmamışdır. O, hal-hazırda heç bir yerdə işləmir və əlavə gəlir yeri yoxdur. O, yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fo ndunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmiş, lakin əmək kitabçası itdiyindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-4263/18) Ərizəçi "hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi təmin olunaraq, Ərizəçi 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək xxx rayonunun Pitkavan kənd sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)10462/18) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bak ı şəhəri Nəsimi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2019-cu il tarixli (hakimlər A.İsgəndərov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-1268/19) qərarı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.05.2019-cu il tarixli (hakimlər E.Nəbiyev - sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn iş № 2(103)- 4125/2019) qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İ.Hüseynov və vəkili R.Qənbərov kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi tərəfində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7, 21 və 25 maddəsinin tələbləri pozulmuşdur. Prosessual məsələlər Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin Ərizəçi ünvanladığı 19.03.2018-ci il tarixli məktubundan görünür ki, yaşa görə (güzəştli şərtlərlə) əmək pensiyasının təyin edilməsi üçün tələb olunan əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sənəd (əmək kitabçası) təqdim etmədiyinə görə Ərizəçi əmək pensiyası hüququnun təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin iclasında şahid qismində dindirilmiş X1 ifadələrindən görünür ki, o, 05 yanvar 1948-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş və Pıtkavan kənd sovxozunda bağban vəzifəsində işləmişdir. Ərizəçi da 14.09.1974cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək həmin sovxozda fəhlə vəzifəsində işləmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin iclasında şahid qismində dindirilmiş X2 ifadələrindən görünür ki, o, 01 iyul 1949-cu ildə xxx rayonunda anadan olmuş və Novemberyan kənd sovxozunda sürücü vəzifəsində işləmişdir. Ərizəçi həqiqətən də, 14.09.1974-cü il tarixdən 05.05.1976-cı il tarixədək, 26.05.1978-ci il tarixdən 28.11.1988-ci il tarixədək xxx kənd sovxozunda fəhlə vəzifəsində işləmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsas lı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona yaşa görə pen siya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Əmək stajının müəyyən edilməsi faktının hüquqi əhəmiyyəti isə pensiya qanunvericiliyi ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən isə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pens iyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Eyni zamanda, həmin qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınla r - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ərizəçi pensiya almaq üçün qanunla müəyyən edilmiş yaşa çatmalı və tələb olunan ümumi iş stajına malik olmalı, hüquqi fakt kimi tanınmasını istədiyi əmək stajı müddəti bütövlükdə və ya müvafiq sənədlərlə təsdiq edilən digər əmək stajı ilə birlikdə götürüldükdə, ona pensiya təyin edilməsi üçün yetərli olmalıdır. Əks halda, əmək stajının müəyyən edilməsi faktı hüquqi əhəmiyyətə malik olmayacaq, yəni hər hansı hüquqi nəticə yaratmaya caqdır. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin isə icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlanılması hazırki iş üzrə zəruridir. Çünki ərizədə müəyyən edilməsi xahiş edilən əmək stajı cəmi 12 il 02 ay təşkil edir, ərizəçinin ümumi 25 il sosial sığorta stajının olması, həmçinin ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsas verən işlərdə çalışması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadala nan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin ərizəçinin müvafiq ərizə ilə müraciət etməyə subyektiv hüququnun olub-olmaması araşdırılmadan iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ya nında DSMF-nun Bakı şəhər Nəsimi rayon şöbəsinin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli 2(103)4125/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar