Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-614/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-614/21 (Açar sözlər: kredit borcunun tutulması) 09.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)7188/2020 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh QSC-yə qarşı ilk iddia qaldıraraq, gözlənilən icra hərəkətlərini yerinə yetirməməsi nəticəsində ona hesablanmış artıq pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh QSC məhkəmədə İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı və Səbuhi Məmmədovdan müştərək qaydada xx xxxx 2018-ci il tarixli kredit razılaşmasına əsasən, 9.114,41 manat əsas, 852,65 manat faiz borcu, 528,32 manat cərimə olmaqla, cəmi 10.495,38 manat kredit borcunun tutulub Cavabdeh QSC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətna məsi ilə (sədrlik edən, məruzəçi hakim R.B.Cavadzadə) ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada cəmi 9.663,10 manat kredit borcunun tutulub Cavabdeh QSC ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilib. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.S.Səmədov sədrlik edən və məruzəçi, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilib. K asasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayəti üzrə apelyasiyanın mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil, iddiaçı Səbuhi Məmmədov və Cavabdeh QSC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti geri qaytarılır. Kasasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib müəyyən etmişdir ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktuba imza etməklə iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətini alıb və onun həmin qətnamədən verdiyi apelyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanları və mülki iş materiallarını nəzərdən keçirib haqlı olaraq qeyd etmişdir ki, İddiaçı sözügedən qətnamədən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, sadalanan prosessual normaların mənasına görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. Birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, İddiaçı sözügedən qətnamənin surətini xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada almasına, həmin qətnamədən xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti verməsinə əhəmiyyət vermədən, apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İddiaçı kasasiya şikayətində sözügedən qətnamənin surətini yalnız ərizə yazdıqdan sonra xx xxxx 2020-ci il tarixdə əldə etdiyini, həmin tarixdən əvvəl nə rabitə orqanı vasitəsi lə, nə də elektron qaydada qətnamənin surətini almadığını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Çünki işdə, xx xxxx 2020-ci il tarixli “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktubdakı imzanın İddiaçı aid olmasını istisna edən heç bir yazılı sübut, o cümlədən ekspert rəyi yoxdur. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli məsələ üzrə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarda dı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-7188/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-614/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-614/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver